Month: March 2025

  • Rəsmi Kiyev Zelenskiyə görə üzr istəyəcək?

    “Rəsmi Kiyev 28 fevralda Ukrayna Prezidenti Volodimir Zelenskinin Ağ Evdəki davranışına görə üzr istəməyəcək”.

    Median.Az-ın “By.tsargrad.tv”yə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Prezident Administrasiyasının müşaviri Mixail Podolyak bəyan edib.

    “O, həm forma, həm də məzmun baxımından tamamilə haqlı idi və əsas fikri amerikalı tərəfdaşlarımıza çatdırmağa çalışırdı: Rusiya üzərində təzyiq olmadan heç bir nəticə əldə olunmayacaq”, – deyə Podolyak vurğulayıb.

    “Buna görə də biz heç bir səhv buraxmadığımıza görə üzr istəməyəcəyik”, – deyə o əlavə edib.

  • İki milyon manatdan çox leqallaşdırmada təqsirləndirilən şəxsin cinayət işi geri qaytarılıb

    Qumar oyunları təşkil edərək iki milyon manatdan çox leqallaşdırmada təqsirləndirilən Rusiya vətəndaşı Ruslan Karlin barəsindəki cinayət işi baş prokurorun birinci müavininə qaytarılıb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində qərar verilib.

    Məhkəmə təqsirləndirilən şəxsin vəsatəti əsasında onun müdafiə hüququnun pozulduğu, həmçinin ittiham aktının düzgün tərtib edilmədiyi və kobud qanun pozuntularına yol verildiyi qənaətinə gəlinib.

    Bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilib, eləcə də ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycanın baş prokurorunun birinci müavininə qaytarılıb.

    Məhkəmənin qərarı ilə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin müvəkkili barəsində xüsusi qərar çıxarılıb.

    Qeyd edək ki, Ruslan Karlin 2023-cü ildə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

    O, Azərbaycan banklarına məxsus bank kartı məlumatlarını və sim kartları ölkə hüdudlarından kənarda olan şəxslərə göndərməkdə və həmin bank kart məlumatlarını qumar oyunları, eləcə də qanunsuz idman mərc oyunlarının təşkil edildiyi onlayn platformalara qoymaqda ittiham edilib.

    İttihamda qeyd olunub ki, təqsirləndirilən şəxs bu yolla 2 milyon 642 min 072 manat pulu leqqallaşdırıb.

    Ruslan Karlin Cinayət Məcəlləsinin 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 244-1.2.2 244-1.2.2-ci (qumar oyunu təşkil etmə) maddələri ilə ittiham edilib.

  • Великобритания перевела Украине транш в 752 млн фунтов, обеспеченный российскими активами

    Украина получила первые средства от Великобритании, обеспеченные доходами от замороженных российских активов за рубежом.

    Об этом в своем Telegram-канале заявил премьер Украины Денис Шмыгаль.

    “В Украину поступили первые средства от Великобритании, обеспеченные доходами от замороженных российских активов”, – сообщил он.

    Шмыгаль уточнил, что Киев получил 752 млн фунтов.

    До этого украинский премьер отмечал, что Украина планирует получить 300 млрд долларов российских активов.

  • Böyük Britaniya Rusiya aktivlərindən əldə edilmiş milyonları Ukraynaya göndərdi

    Ukrayna Rusiyanın xaricdəki dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən ibarət ilk vəsaiti Britaniyadan alıb.

    Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal öz “Telegram” kanalında məlumat verib.

    “Böyük Britaniyadan Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə təmin edilmiş ilk vəsait Ukraynaya daxil olub”, – deyə o bildirib.

    Şmıqal Kiyevin 752 milyon funt-sterlinq (1 milyard 700 milyon manata yaxın) aldığını qeyd edib.

    Bundan əvvəl isə o bildirmişdi ki, Ukrayna 300 milyard dollarlıq Rusiya aktivlərini əldə etməyi planlaşdırır.

  • İşgəncələrə Qarşı Azərbaycan Komitəsi erməniəsilli şəxslərin saxlanma şəraiti ilə tanış olub

    İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, onun müavini Elçin Şirinov və hüquqşünas Rövşən Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müvəqqəti saxlanma yeri və istintaq təcridxanasında monitorinqlər keçirib.

    Median.Az xəbər verir ki, Tural Hüseynovun “Report”a verdiyi məlumata görə, monitorinq keçirilməsində məqsəd saxlanılan şəxslərin saxlanma şəraiti, onlara qarşı rəftar qaydaları və qida və dərman preparatları ilə təmin olunmaları və s. olub:

    “Başçəkmə zamanı təcridxanada saxlanılan hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslər, Qusar rayonunda saxlanılan terrora cəhddə təqsirləndirilən altı nəfər, axtarışda olaraq İordaniyadan Azərbaycana gətirilən Azər Bağırov, dövlətə xəyanətdə ittihamda təqsirləndirilən İlkin Qəmbərov və digər saxlanılan şəxslərlə görüşlər keçirilib. Həmin şəxslər saxlanma şəraitindən, onlara qarşı rəftardan şikayət etmədilər. Bütün kameralar televizorlarla və radiolarla təmin olunub. Vəkilləri ilə rahat görüşürlər. Saxlanılan şəxslərə həftədə iki dəfə 15 dəqiqəlik telefonla danışmağa şərait yaradılır və onlar ailə üzvləri ilə görüşə bilirlər. Saxlanılan şəxslər idman zalından, kitabxanadan rahat istifadə edirlər. Vəkilləri ilə görüşlərinə şərait yaradılıb. Evdən göndərilən qidaların hamısı saxlanılan şəxslərə verilir”.

    Tural Hüseynov qeyd edib ki, təcridxana yeni təmirdən çıxdığından saxlanma şəraiti daha da yaxşılaşıb:

    “Bütün otaqlarda havalandırma var. Hər kameranın özünün hamam-tualeti mövcuddur. Saxlanılan şəxslər hər gün müvafiq saatlarda havalandırmaya çıxarılırlar”.

  • В Баку женщина скончалась в результате падения

    На проспекте Хатаи в Насиминском районе Баку произошел несчастный случай.

    Как сообщает lent.az, 58-летняя Улдуз Мамедова упала в своем доме и получила травму головы.

    Пострадавшая была госпитализирована, однако, несмотря на усилия врачей скончалась.

    По данному факту ведется расследование.

  • Bakıda evdə yıxılan qadın öldü

    Bakıda qadın yıxılaraq ölüb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu Xətai prospektində qeydə alınıb.

    58 yaşlı Ulduz Nadir qızı Məmmədova yaşadığı evdə yıxılaraq baş nahiyəsindən xəsarət alıb.

    Xəstəxanaya yerləşdirilən U.Məmmədova orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Участник Отечественной войны умер от кровоизлияния в мозг

    Ушел из жизни участник 44-дневной Отечественной войны 2020 года Мурад Эльхан оглу Байрамов.

    В ответ на запрос Oxu.Az в Исполнительной власти Товузского района подтвердили данный факт.

    Ветеран скончался вчера вечером. По имеющейся информации, причиной смерти стало кровоизлияние в мозг.

  • Vətən müharibəsi iştirakçısı beyin qansızmasından vəfat etdi

    44 günlük Vətən müharibəsinin iştirakçısı Murad Elxan oğlu Bayramov vəfat edib.

    Oxu.az-ın sorğusuna cavab olaraq Tovuz Rayon İcra Hakimiyyətindən faktı təsdiqləyiblər.

    Qeyd olunub ki, İkinci Qarabağ müharibəsi iştirakçısı dünən axşam saatlarında vəfat edib.

    Məlumata görə, M.Bayramov beyin qansızması nəticəsində dünyasını dəyişib.

  • Опубликованы фото погибших от отравления угарным газом в Гёйгёльском районе

    Опубликованы фото скончавшихся от отравления угарным газом в Гёйгёльском районе.

    4 марта С.Мусеибова (1990 г.р.) и три члена одной семьи – С.Гусейнли (1999 г.р.) и его сестры М.Гусейнова (2000 г.р.) и Х.Гусейнова (2004 г.р.) – задохнулись угарным газом в арендованном ими доме в селе Ашыглы Гёйгёльского района.