Month: March 2025

  • Nardaranda 20 yaşlı oğlan intihar etdi

    Bakı şəhər Sabunçu rayonu Nardaran qəsəbəsindıə intihar hadisəsi baş verib.

    Qəsəbə sakini 2005-ci il təvəllüdlü Abbas Qılmanov özünü yaşadığı evin həyətində asıb.

    Onun meyiti səhər saat 05 radələrində yaxınları tərəfindən aşkar edilib.

    Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

  • “8 Mart” günü hava necə olacaq?

    “8 Mart” günü hava necə olacaq?Xəbərlər7 Mart 2025 14:23Oxunub 146″8 Mart” günü hava necə olacaq?
    Beynəlxalq Qadınlar Günü – 8 martda Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

    Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 50-55 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 3-8° isti, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaq.

  • “Lukoil” yanacaqdoldurma məntəqəsində firıldaqçılıqla rastlaşmışam” – Deputat

    “Azərbaycanda fəaliyyət göstərən bir sıra yanacaqdoldurma məntəqələrində vətəndaşların hüquqları ciddi şəkildə pozulur. Müxtəlif üsullarla maşınlara vurulan yanacağın həcmini azaldır və yaxud digər vaisətlərdən istifadə edirlər”.

    Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

    “Şəxsən özüm bir neçə dəfə “Lukoil” yanacaqdoldurma məntəqəsində qanun pozuntusu firıldaqçılıqla rastlaşmışam. Ya benzini əskik vururlar, ya pulu əskik qaytarırlar, ya da aparatı dayandırıb, yenidən benzin vurmağa başlayır və həcm rəqəmini çaşdırmağa çalışırlar. Bu hüquq pozuntusu onilliklərdir ki, davam edir və bu gün də eyni pozuntular baş verməkdədir. Digər pozuntu isə müxtəlif yanacaqdoldurma məntəqələrində vurulan benzinin həcmi ilə bağlıdır. Bilirsiniz ki, indiki avtomobillərdə elektron sistemdir və dolu çənlə qət olunacaq məsafəni göstərir. Necə olur ki, ayrı-ayrı məntəqələrdə bu 60-90 km fərq edir? Çünki, benzin oğurlanır və bu rəqəm gündə on tonlarla ölçülür. Mən aidiyyatı qurumları bu sahədə nizam-intizam yaratmağa və vətəndaşların hüquqlarını qorumağa çağırıram”, – deyə deputat bildirib.

  • Qatarda ödəniş etmədən gedən sərnişinlər cərimələnəcək

    Dəmir yolu nəqliyyatında sərnişin müvafiq qaydada ödəniş etmədən getməyə görə də cərimə ediləcək.

    Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

    Qüvvədə olan Məcəlləyə əsasən, dəmir yolu nəqliyyatında sərnişin biletsiz getməyə görə otuz manat məbləğində cərimə edilir. Layihəyə əsasən, müvafiq qaydada ödəniş etmədən gedən sərnişinlər də 30 manat cərimələnəcək.
    Dəmir yolu nəqliyyatında sərnişinin biletsiz aparılmasına görə cərimələr 2 dəfə artırılır. Dəmir yolu nəqliyyatında sərnişinin biletsiz və ya müvafiq qaydada ödəniş edilmədən aparılmasına görə 80 manat məbləğində cərimə ediləcək.

    Müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.

  • Hərbi formanı yalnız bu günlərdə geyinə biləcəklər

    Azərbaycanda həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasının daşınması halları müəyyən edilir.

    Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Hərbi xidmətkeçmə” haqqında Əsasnamədə dəyişiklikdə öz əksini tapıb.

    Əsasnaməyə əlavə edilməsi təklif edilən maddəyə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları Azərbaycan Respublikasının dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan tədbirlərdə, ehtiyata və ya istefaya buraxıldıqları dövlət orqanının (qurumunun) əməkdaşlarının peşə bayramı günlərində, habelə “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü”ndə, “Zəfər Günü”ndə və “Azərbaycan Respublikasında Anım Günü”ndə daşıya bilərlər.

    Müzkirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

  • Bu cərimənin məbləği 800 manatadək artırılır

    Çağırışçılar və hərbi vəzifəlilərin uçotunu aparan orqan və təşkilatlarla bağlı qanunvericiliyə dəyişiklik edilir.

    Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

    Layihəyə əsasən, çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən çağırışçılara və hərbi vəzifəlilərə onların müvafiq icra hakimiyyəti orqanına çağırılması barədə məlumatın verilməməsi, yaxud onların çağırış məntəqələrinə və ya toplanış yerinə vaxtında gəlməsinə maneçilik törədilməsinə görə vəzifəli şəxslər 200 manatdan 300 manatadək məbləğdə, hüquqi şəxslər 600 manatdan 800 manatadək məbləğdə cərimə edilir.

    Qeyd edək ki, qüvvədə olan qanuna əsasən sözügedən əmələ görə vəzifəli şəxslər 80 manatdan 150 manatadək, hüquqi şəxslər isə 200 manatdan 300 manatadək cərimə edilir.

    Qanun layihəsi səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

  • “VAZ”la polisin “saxla” əmrinə tabe olmayan sürücü SAXLANILDI

    Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “VAZ” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, sürücü S.Orucov tibbi müayinədən keçirilən zaman onun narkotik vasitə istifadə etdiyi məlum olub. Həmin şəxs barəsində toplanmış material məhkəməyə göndərilib.

    Bundan başqa rayon ərazisində keçirilən profilaktik tədbir zamanı digər yol hərəkəti qaydalarını pozan daha 12 sürücü barəsində inzibati protokol tərtib edilib.

  • Bakıda “Şərab Evi”nə basqın oldu

    Bakıda şərab evinə bıçaqla hücum edilib.

    Median.Az report-a istinadən xəbər verir ki, naməlum şəxs Nizami rayonu, Çobanzadə küçəsi 23-də yerləşən şərab məhsulları satılan mağazaya bıçaqla hücum edərək kassada olan Xudaverdi Məmmədzadəni hədələyib. Bıçaqlı şəxs kassadan 1000 manat pulu götürərək oradan uzaqlaşıb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Azərbaycanda internetdə problem yarandı – SƏBƏB

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internetdə yaranmış problemlə bağlı açıqlama yayıb.

    Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ölkədəki telekommunikasiya infrastrukturuna texniki nəzarəti həyata keçirmək üçün Şəbəkə Əməliyyat Mərkəzi fəaliyyət göstərir.

    “Həm “Aztelecom”un, həm də “Baktelekom”un əməliyyat mərkəzlərində ölkə üzrə sabit internet şəbəkəsində heç bir problem qeydə alınmayıb. Ölkə ərazisində genişzolaqlı sabit internet şəbəkəsində hər hansı bir problem müşahidə olunmur”.

    ***

    Azərbaycanda internetin verilməsində problem yaranıb.

    Təqribən saat 15:00-15:30 radələrində internetin fəalliyyətində fasilələr müşahidə edilib.

    “İnternetdə baş vermiş qısamüddətli qüsurlar Avropanın bir sıra tranzit operatorlarında şəbəkələrin yüklənməsi ilə əlaqədar olub”.

    Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə “Delta Telecom” (Azərbaycanın magistral rabitə operatoru) şirkətindən məlumat verilib.

    Şirkətdən bildirilib ki, sistemdə qüsur olduqda və ya həddən artıq yükləndikdə, sistem avtomatik olaraq ehtiyat xətti işə salır ki, bu, istifadəçilərin internetə dayanıqlı girişini təmin edir: “Bizim Avropanın giriş nöqtələrinə birdən çox qoşulmamız mövcuddur və qeyri-müəyyən vəziyyət yarandığı təqdirdə sistem trafiki avtomatik olaraq digər xəttə yönləndirir. İnternetə girişdə müşahidə edilən problem bütün istifadəçilərdə olmayıb, indi bunun səbəblərini araşdırırıq. Hazırda trafikin ötürülməsi adi rejimdə davam edir”.

  • Подоляк заявил, что Киев не станет извиняться за поведение Зеленского в Белом доме

    Советник главы администрации Владимира Зеленского Михаил Подоляк заявил, что Киев не станет извиняться за поведение Владимира Зеленского в Белом доме 28 февраля, передает Median.Az со ссылкой на by.tsargrad.tv.

    “Он был совершенно прав по форме и по содержанию, пытаясь донести до наших американских партнёров ключевую мысль: ничего не будет сделано без оказания давления на Россию”, – заявил политик.

    “Таким образом, мы не будем извиняться за предполагаемую ошибку, которой не было”, – заключил он.

    Скандальная встреча украинской делегации во главе с Зеленским с президентом США Дональдом Трампом в Овальном кабинете состоялась ровно неделю назад – в пятницу, 28 февраля. После перепалки Зеленского с вице-президентом Вэнсом, госсекретарём Рубио и самим президентом Трампом была отменена церемония подписания сделки по украинским недрам, совместная пресс-конференция и торжественный ланч, после чего украинцы спешно покинули Белый дом по настоянию президента Трампа.

    На следующий день глава Госдепартамента Марко Рубио заявил, что Вашингтон ждёт от Зеленского извинений, а Дональд Трамп написал в соцсети Truth Social, что Зеленский проявил неуважение к Соединённым Штатам в самом их сердце – Овальном кабинете.