Month: March 2025

  • Алена Алиева поделилась публикацией в связи с Международным женским днем – ФОТО

    Алена Алиева, невестка Президента Ильхама Алиева, поделилась публикацией в связи с 8 Марта – Международным женским днем.

    В публикации говорится:

    “Дорогие женщины, поздравляю вас с Международным женским днем. Пусть каждая из вас остается прекрасной и очаровательной. Женщина – это благоухающий цветок, нежное создание, у каждой женщины свой аромат, своя красота”.

  • Alena Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib – FOTO

    Prezident İlham Əliyevin gəlini Alena Əliyeva 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.

    Paylaşımda qeyd edilib:

    “Əziz qadınlar, sizləri Beynəlxalq Qadınlar Bayramı münasibətilə təbrik edirəm. Hər biriniz gözəl və təravətli qalın. Qadın ətirli çiçəkdir, incə varlıqdır, hər qadının öz ətiri, öz gözəlliyi vardır”.

  • Ильхам Алиев поделился публикацией по случаю 8 Марта – Международного женского дня

    Президент Азербайджана Ильхам Алиев поделился публикацией по случаю 8 Марта – Международного женского дня.

    Median.Az представляет данную публикацию:

  • Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib (FOTO)

    Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə sosial media hesablarında paylaşım edib.

    Median.Az paylaşımı təqdim edir:

  • Nazirlik Rəna Soltanovanı cərimələdi – Klinikasında qəfil yoxlama

    Bu gün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsində fəaliyyət göstərən “LASER BEAUTY ESTETİK KLİNİKASI” MMC-yə məxsus klinikada plandankənar yoxlama keçirilib. 

     
    Median.Az xəbər verir ki, qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün “Laser Beauty Klinikası”nın həmin filial üzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin inzibati aktı ilə dayandırılmış, müəssisəyə martın 12-dək nöqsanların aradan qaldırılması üçün müddət qoyulmuşdu. 
    Lakin, orada tibbi prosedurların davam etdirilməsi barədə məlumatlar alınıb. Bununla əlaqədar olaraq, baş həkim Rəna Soltanovanın iştirakı və təqdim etdiyi sənədlər əsasında klinikada Səhiyyə Nazirliyi tərəfindən yoxlama keçirilib. 
    Yoxlamanın nəticəsi olaraq, İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə müvafiq olaraq, “LASER BEAUTY ESTETİK KLİNİKASI” MMC-yə inzibati xəta haqqında protokol tərtib edilib və Səhiyyə Nazirliyinə növbəti icraata göndərilib.
    Qeyd edək ki, İXM-nin 210.1-ci maddəsi lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmaqdan bəhs edir. Bu maddənin tələblərini pozan fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.

  • Bitkoinin qiyməti 90 min dolları keçib

    Bitkoinin qiyməti ticarət zamanı yüksələrək 90 min dollardan yuxarı qalxıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bunu “Binance” platformasının məlumatları sübut edir.
    Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın bitkoinlərdən ibarət strateji kriptovalyuta ehtiyatının formalaşdırılması haqqında fərman imzalaması fonunda kriptovalyutanın dəyəri 85,7 min dollara qədər düşmüşdü.

  • Sürücülərə XƏBƏRDARLIQ: “Yalnız bu halda avtomobiliniz cərimə meydançasına aparıla bilər”

    Çox vaxt sürücülər öz hüquqlarını bilmir. Onlara elə gəlir ki, DYP əməkdaşının istədiyi vaxt avtomobili cərimə meydançasına yerləşdirmək hüququ var. Amma heç də hər zaman proses belə olmaya bilər. Bəs görəsən, hansı hallarda DYP əməkdaşı avtomobili cərimə meydançasına apara bilər?

    Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, qanunla DYP əməkdaşı istənilən vaxt, istənilən halda sürücünün avtomobilini əlindən alıb cərimə meydançasına yerləşdirə bilməz:

    “Qanunla bu hallar konkret olaraq müəyyənləşdirilib. Maşını hansı halda cərimə meydançasına qoymaq olar, yaxud bunun üçün hansı prosedurlar həyata keçirilməlidir, bütün bu məsələlər qanunla tənzimlənir. “Ürəyim istəyir, maşını aparıb duracağa qoyum”, deyə bir şey yoxdur. Amma təəssüf ki, bəzən buna rast gəlinir. Hətta cərimə meydançasına aparılan avtomobilə görə sürücü akt tərtib olunmasını istəyir, amma bu, bir neçə gündən sonra mümkün olur. Yaxud vətəndaş şikayət edəndən sonra akt tərtib edilir. Belə hallar olmamalıdır. Bu cür hallarla mübarizə aparmaq lazımdır. Belə məsələr vətəndaşı narazı salır. Ona görə inzibati xətalar məcəlləsində konkret göstərilib ki, avtomobil hansı hallarada cərimə meydançasına qoyula bilər. Dövlət qeydiyyat nişanlarından biri yoxdursa, standarta uyğun deyilsə, sürücü sərxoş vəziyyətdədirsə və yanında ayıq vəziyyətdə olan həmkarı yoxdursa, narkotik vasitənin təsiri altındadırsa, nəqliyyat vasitəsi qaçırılıbsa, sürücünün etibarnaməsi yaxud da sürücülük hüququ yoxdursa, sürücülük vəsiqəsinin vaxtı bitibsə, o zaman avtomobil cərimə meydançasına yerləşdirilir”.

    Ekspert daha sonra bildirib ki, qanunla müəyyən edilən hallar mütləq öyrənilməlidir:

    “Polis əməkdaşları da bu qanunları yaxşı bilməli və onlara əməl etməlidir. Vətəndaşı narazı salmaq olmaz. Çünki qanunda nə varsa, onu tətbiq etmək lazımdır. Kənar davranışlar, digər hallar, vətəndaşı narazı salır. Buna yol vermək olmaz. Ümumiyyətlə polisin borcudur ki, vətəndaş məmnunluğunu təmin etsin, insanları narazı salan hərəkətlərə yol verməsin”.(konkret.az)

  • Bakıda 17 yaşlı qız 18 gündür itkin düşdü

    Bakıda yeniyetmə qız itkin düşüb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yaşayan 17 yaşlı A.Kərimova fevralın 18-də evdən çıxaraq, bir daha geri qayıtmayıb.

    Bu barədə onun atası martın 6-da polisə müraciətində bildirib.

    Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsində araşdırma aparılır.

  • Dərs günlərinin yeri dəyişdirildi

    Təhsil müəssisələrində martın 10-da həftənin 4-cü gününə aid dərslər tədris olunmalıdır.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat verib.

    Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 10-da istirahət gününün yeri martın 27-də iş günü ilə dəyişdirilib.

  • “Azpetrol”da avtomobilin qaz balonu partladı – VİDEO (YENİLƏNİB)

    Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində avtomobilin yanması nəticəsində bir nəfər xəsarət alıb.

    Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

    “Martın 7-si saat 12:15-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində, yanacaqdoldurma məntəqəsində minik avtomobilinin yanması səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb.

    Hadisə yerinə təcili yardım briqadası cəlb olunub.

    Hadisə nəticəsində 30 yaşlı bir nəfər (kişi cinsli) qulağın və hər iki ətrafın II dərəcəli yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub.

    Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunan şəxsə zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb”, – deyə məlumatda qeyd olunub.(oxu.az)

    * * * * *

    Lökbatan qəsəbəsində “Azpetrol” yanacaq doldurma məntəqəsində avtomobil yanıb.

    Median.Az
    unikal-a istinadən xəbər verir ki, “Chevrolet Cobalt” markalı avtomobildə quraşdırılmış qaz balonunun partlaması nəticəsində yanğın baş verib.

    Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı nazirliyin “112” qaynar telefon xəttinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində avtomobildə yanğın baş verməsi ilə bağlı məlumat daxil olub:

    “Əraziyə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində “Chevrolet Cobalt” markalı avtomobildə baş verən yanğın söndürülüb. Ətrafdan keçən kommunikasiya xətləri yanğından mühafizə olunub”.