Month: March 2025

  • Mehriban Əliyeva Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində olub

    Martın 6-da Gəncəyə səfər çərçivəsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində olublar.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov Gəncə və ətraf regionlardan olan vətəndaşlara xidmət göstərən Perinatal Mərkəz barədə məlumat verib.

    Qeyd olunub ki, Perinatal Mərkəz ana olmağa hazırlaşan qadınlara, o cümlədən dünyaya yeni göz açan körpələrə yüksəkixtisaslı diaqnostik, konsultativ və müalicə yardımı göstərən tibb müəssisəsidir.

    Tibb müəssisəsindəki şəraitlə tanışlıq zamanı Perinatal Mərkəzə Heydər Əliyev Fondu tərəfindən küvəzlər və ultrasəs müayinə aparatı hədiyyə olunub.

    Yeni doğulmuş körpələri ziyarət zamanı analara Fondun hədiyyələri də təqdim edilib.

    Qeyd edək ki, Heydər Əliyev Fondunun fəaliyyətində prioritet istiqamətlərdən biri də səhiyyə sahəsidir. Fondun “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi layihələr, bir çox xeyriyyə aksiyaları səhiyyə sahəsinə mühüm dəstəkdir. Paytaxt Bakı ilə yanaşı, bölgələrdə də müasir səhiyyə ocaqları inşa edilir, ən son texnologiyalı tibbi avadanlıqla təchiz olunur.

  • Первый вице-президент Мехрибан Алиева совершила поездку в город Гянджа

    6 марта Первый вице-президент Азербайджанской Республики, президент Фонда Гейдара Алиева Мехрибан Алиева, ее дочери Лейла Алиева и Арзу Алиева совершили поездку в город Гянджа.

    Как сообщает АЗЕРТАДЖ, Первый вице-президент Мехрибан Алиева, ее дочери Лейла Алиева и Арзу Алиева посетили памятник общенациональному лидеру азербайджанского народа Гейдару Алиеву, установленный в центре города Гянджа, возложили к нему цветы.

    Затем были сделаны фото на память с жителями города.

  • Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə şəhərinə səfər edib

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva martın 6-da Gəncə şəhərinə səfər ediblər.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.

    Sonra şəhər sakinləri ilə xatirə fotoları çəkdirilib.

  • Koronavirus pandemiyası avtomobillərə necə təsir etdi?

    Koronavirus pandemiyasından 5 il ötsə də, onun avtomobil sektorunda fəsadları indi daha aydın hiss edilir.

    Pandemiya vaxtı avtomonillərin az istismarı ehtiyat hissələrə tələbatı azaldıb. Buna görə bir çox zavod profilini dəyişib.

    Geniş yayılmış detalları tapmaq problem yaratmasa da, gec dəyişən hissələrdə vəziyyət başqadır. Alman mediasının məlumatına görə, Avropada vəziyyət daha ağırdır.

    Birinci səbəb, saxta detalların az olması, ikinci isə “ölüxana” şəbəkəsinin yoxluğudur. Bəzən mühərrikin bir detalına görə avtomobil aylarla servisdə gözləyir.//avtosfer.az

  • Xırdalanda ağac kəsən şəxs cəzalandırıldı

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xırdalan şəhəri Qalubiyyə küçəsi 39 ünvanında bir tut ağacının kəsilməsi, iki ağac tinginin və bir kolun başqa əraziyə köçürülməsi faktları müəyyən edilib.

    Xidmət rəsmisi Asif Məcidov bildirib ki, araşdırma zamanı ağac kəsintisinin və köçürülmənin iş icraçısı Zöhrab Əliyev tərəfindən qanunsuz həyata keçirildiyi məlum olub.

    “Faktla bağlı qanun pozucusu Z.Əliyev barəsində protokol tərtib edilib və o, 2200 manat məbləğində cərimələnib”.

  • İtkin düşən 4 nəfər saxlanıldı – DİN

    Polis əməkdaşlarının martın 5-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 16 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

    Bu məlumatı DİN mətbuat xidməti verib.

    Martın 5-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Ötən gün 31 kiloqramdan artıq narkotik dövriyyədən çıxarıldı

    Martın 5-də 31,5 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 5-də ümumi çəkisi 31,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

  • Bakıda “Formula 1″ə hazırlıq başladı

    Bu il keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində paddokun yenidən qurulmasına başlanıb.

    Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat yayıb.

    Paddok, həmişəki kimi, Neftçilər prospekti, Hökumət evinin qarşısında quraşdırılır.

    Bakı Şəhər Halqası Əməliyyat Şirkəti piyadaların və sürücülərin ehtiyatlı olmalarını xahiş edir, şəhər sakinlərinə göstərdikləri anlayışa görə təşəkkürünü bildirir.

    Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.

  • Erməni bloqer Azərbaycandan sığınacaq istədi

    Erməni bloqer və aktivist İşxan Verdyan Prezident İlham Əliyevə müraciət edərək Azərbaycandan siyasi sığınacaq istəyib.

    Hazırda İstanbulda yaşayan Verdyan bu barədə teleqram kanalında paylaşım edib.

    O bildirib ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığına görə Ermənistanda onun barəsində cinayət işi başladılıb.

    Verdyan vurğulayıb ki, Ermənistan hökuməti ona ömürlük həbs cəzası vermək istəyir: “Bildirmək istəyirəm ki, Ermənistana qayıtmağım həbsimə gətirib çıxaracaq, beynəlxalq axtarışa verilməyim isə Ermənistanda həbsxanadan başqa digər hər yerin qapılarını mənə bağlayır. Hörmətli cənab Prezident, mövcud reallıqları və vətəndaşlığım olan ölkəyə qayıtmağımın qeyri-mümkünlüyünü nəzərə alaraq, mənə Azərbaycanda siyasi sığınacaq verməyinizi xahiş edirəm”.

  • “Azpetrol”dan “Aİ-95” benzini vurdu, maşını sıradan çıxdı – VİDEO

    Bakıda sürücü “Azpetrol”dan şikayət edib.

    Bu barədə o, sosial şəbəkədə paylaşım edib.

    Sürücü bildirib ki, “BMW” markalı avtomobilinə “Azpetrol”a məxsus yanacaq doldurma məntəqəsindən “Aİ-95” markalı benzin vurub.

    Yanacaq doldurduqdan sonra onun avtomobilində nasazlıq yaranıb. Belə ki, yanacaq nasosu sıradan çıxan avtomobil işə düşməyib.(unikal)