Month: March 2025

  • Şəkidə məktəbli intihar edib

    Şəkidə intihar hadisəsi qeydə alınıb.

    APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Aran kəndində baş verib.

    Belə ki, kənd sakini 2011-ci il təvəlllüdlü Tofiq Məmmədovun meyiti yaşadığı ünvanda anbarda tavanın tirindən asılmış vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

    İlkin araşdırma zamanı məktəblinin intihar etdiyi məlum olub.

    Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

  • Cinayət işinə xitam “verdirən”, sosial ev “paylayan” taksi sürücüsü

    Özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşı kimi təqdim edərək dələduzluq əməlində təqsirləndirilən şəxsə hökm oxunub.

    Qaynarinfo xəbər verir ki, Zamiq adlı şəxs Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə mühakimə olunaraq 2 il 5 müddətinə azadlıqdan məhrum edilib.

    İş materiallarından aydın olur ki, taksi sürücüsü işləyən Zamiq əvvəlcə İ.A. adlı müştərisini aldadıb. O, müştərisinə ƏƏSMN-də işlədiyini, istirahət günlərində isə boş olduğu üçün taksi fəaliyyəti ilə məşğul olduğunu bildirib.

    Söhbət zamanı İ.A. sosial evlər layihəsi çərçivəsində mənzil almaq istədiyini bildirib. Zamiq isə nazirlik işçisi kimi ona bu məsələdə yardım edə biləcəyini deyib. Təbii ki, bu yardımın qarşılığı olmalıdır. Zamiq də bu yolla İ.A.-nın 18 300 manat pulunu mənimsəyib.

    Daha sonra isə başqa bir şəxsə oğlunun cinayət işinin icraatına xitam verəcəyini deyərək ona qarşı da dələduzluq əməli törədib. Zamiq bu şəxsdən də 8000 manat pul alıb.

    O, məhkəmədə özünü təqsirli bilərək, əməlindən peşman olduğunu deyib.

  • Bu xəstəxananın direktoru işdən çıxarıldı – Yeni təyinat

    Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Rasim Əkbərov vəzifəsindən azad edilib.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov müvafiq Əmr imzalayıb.

    TƏBİB sədrinin digər əmri ilə Qənbərov Ravil Həbib oğlu sözügedən vəzifəyə təyinat alıb.

    Ravil Qənbərov bundan əvvəl xəstəxananın bazasında İlkin Səhiyyə Xidməti Tibb Mərkəzinin rəhbəri olub.

    Qeyd edək ki, vəzifədən azad olunan R.Əkbərov 2014-cü ildən Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru idi, eyni zamanda baş həkim vəzifəsini icra edirdi.

  • Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 8 və 9 martda əlavə qatar reysləri təyin edir.

    Median.Az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

    Məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür.

    “Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz”,- deyə məlumatda qeyd edilib.

  • Xaricdə təhsil alan daha 65 nəfərin diplomu tanınmayıb

    Fevral ayı üzrə müraciət statistikası

    Fevral ayı üzrə xaricdə təhsil almış 613 müraciətçinin 548-i barədə diplom tanınması ilə bağlı müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 65 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

    Bu barədə APA-ya Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

    Mənfi qərarların əsas səbəbləri

    Bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 47, “Açıköğretim” təhsil forması səbəbilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 4, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması və əhəmiyyətli fərq səbəbi ilə 3, baytarlıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə 2, ekvivalenti olmayan ixtisas səbəbilə 2, bakalavr diplomu üzrə imtina verilmə səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

    Müraciət edənlərin ölkələr üzrə bölgüsü

    Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 166, Ukraynadan 158, Türkiyə Respublikasından 148, Belarus Respublikasından 43, Gürcüstandan 21, Birləşmiş Krallıqdan 18, Macarıstan dan 12, Amerika Birləşmiş Ştatlarından 6, Polşa Respublikasından 6, Qırğız Respublikasından 4, İsveç Krallığından 3, Niderland Krallığından 3, Pakistan İslam Respublikasından 3, İspaniya Krallığından 2, İtaliya Respublikasından 2, Malayziyadan 2, Mərakeş Krallığından 2, Tacikistan Respublikasından 2, Almaniya Federativ Respublikasından 1, Belçika Krallığından 1, Cənubi Afrika Respublikasından 1, Çin Xalq Respublikasından 1, Fransa Respublikasından 1, İsveçrə Konfederasiyasından 1, Kanadadan 1, Koreya Respublikasından 1, Latviya Respublikasından 1, Nigeriya Federativ Respublikasından 1, Özbəkistan Respublikasından 1, Qazaxıstan Respublikasından 1müraciətin olduğu müşahidə olunur.

    Ən çox müraciət olunan ixtisaslar

    Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq ixtisası üzrə 128, tibb ixtisası üzrə 52, yanğın təhlükəsizliyi mühəndisliyi ixtisas üzrə 43, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisası üzrə 39, stomatologiya ixtisası 27 müraciət qeydə alınıb.

  • Астана продолжит взаимодействие с ICAO для полного завершения расследования крушения борта AZAL

    Вице-премьер Казахстана Канат Бозумбаев встретился с главой Европейского и Североатлантического бюро ICAO Николя Ралло в Астане и поблагодарил за своевременное направление независимого эксперта Тормодура Тормодссона на место крушения судна Azerbaijan Airlines (AZAL).

    Об этом сообщают казахстанские СМИ.

    “От имени правительства выражаю лично вам нашу искреннюю признательность за постоянную поддержку, оказываемую нам, в том числе за поддержку наших инициатив. С целью полного завершения данного расследования, мы продолжим взаимодействие с ICAO”, – сказал Канат Бозумбаев.

    Вице-премьер отметил, что с первых дней авиакатастрофы Казахстан был нацелен на объективное и всестороннее расследование.

    В свою очередь Николя Ралло высоко оценил предварительный отчет о расследовании крушения самолета авиакомпании AZAL, проведенный и опубликованный Казахстаном в короткие сроки.

    Итоговый отчет по расследованию авиакатастрофы в Актау будет опубликован до конца 2025 года в соответствии с Чикагской конвенцией.

  • Astana AZAL-a məxsus təyyarə qəzasının tam araşdırılması üçün ICAO ilə əməkdaşlığı davam etdirəcək

    Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa və Şimali Atlantika Bürosunun rəhbəri Nikolya Rallo ilə görüşüb. O, Azerbaijan Airlines (AZAL) aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmada müstəqil ekspert Tormodur Tormodssonun hadisə yerinə vaxtında göndərilməsinə görə minnətdarlığını bildirib.

    Median.Az bu barədə Qazaxıstan mediasına istinadən xəbər verib.

    Bildirilir ki, Bozumbayev Qazaxıstan hökuməti adından ICAO-ya davamlı dəstəyə görə təşəkkür edib və qəzanın obyektiv araşdırılması üçün əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.

    Baş nazirin müavini əlavə edib ki, Qazaxıstan təyyarə qəzasının ilk günlərindən obyektiv və hərtərəfli araşdırma aparmağa hədəflənib.

    Nikolya Rallo Qazaxıstanın AZAL təyyarəsinin qəzasının araşdırılması ilə bağlı qısa müddət ərzində hazırlayıb nəşr etdiyi ilkin hesabatı yüksək qiymətləndirib.

    Məlumata görə, Aktau şəhərində baş verən qəza ilə bağlı yekun hesabat 2025-ci ilin sonuna qədər Çikaqo Konvensiyasına uyğun olaraq dərc ediləcək.

  • Metroda 7 dəqiqəlik interval, sərnişinlər stansiyada düşürüldülər

    Metropolitenin “28 May” stansiyasının tunelindəki qatarda texniki nasazlıq yaşanıb.

    Qatar stansiyada sərnişinləri düşürərək depoya göndərilib.

    Metropoliten ASC-dən veerilən məlumata görə, “28 May” stansiyasında “Dərnəgül-Əhmədli” marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yarandığı üçün sərnişinlər düşürülüb və qatar “Nərimanov” elektrik deposuna göndərilib. Əvəzinə xəttə qatar verilib. İki qatar arasında yaranmış 7 dəqiqəlik interval fərqi qısa müddətdə aradan qaldırılıb.

  • Xaricdə təhsil Dövlət Proqramının müddəti uzadıldı

    “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramının müddəti uzadılıb.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərarla proqramın müddəti daha üç il uzadılıb.

  • Дерзкая афера в Баку: как трое друзей обманули лизинговую компанию на крупную сумму

    В Баку трое друзей провернули дерзкую аферу против лизинговой компании на крупную сумму. Они подделали документы на сгоревший автомобиль Mercedes G-63 и получили в лизинговой компании кредит на 53 тысячи манатов.

    Как сообщает Median.Az со ссылкой на musavat.com, занимающиеся перепродажей автомобилей Орхан, Узеир и Фаиг, действуя по заранее разработанному плану, сначала купили по низкой цене частично сгоревший и непригодный к эксплуатации Mercedes Gelandewagen. Затем они взяли в аренду на 10 дней автомобиль той же марки в компании Hollywood-Cars.

    Друзья заменили номера на сгоревшем автомобиле номерами арендованной машины. Они также стерли номер двигателя. Различными способами подделав документы, они оформили автомобиль на имя Фаига.

    После этого они получили в одной из лизинговых компаний кредит на 53 тысячи манатов под залог этого автомобиля. Лизинговая компания выдала Фаигу доверенность на управление автомобилем. В это время лизинговая компания установила GPS-трекер на автомобиль. Но когда трое друзей вернули арендованную машину в Hollywood-Cars, они сняли установленный лизинговой компанией GPS и поставили прежние номера. Когда лизинговая компания потеряла машину из виду, махинации друзей были раскрыты.

    В этот период Фаиг сбежал в Россию. Орхан и Узеир были задержаны и привлечены к следствию. Им были предъявлены обвинения по статье о мошенничестве. Поскольку Узеир и Орхан возместили ущерб, суд приговорил их к условному сроку.

    Фаиг же был задержан после длительных поисков и предстал перед судом в Баку. Ему также было предъявлено обвинение по той же статье. Фаиг не признал себя виновным, заявив, что всю работу проделали Орхан и Узеир. Он сказал, что машину просто оформили на его имя, и за это он получил 2 тысячи манатов. В своих показаниях он сказал, что когда шел в лизинговую компанию, ему также дали новые ботинки и дорогой телефон. Целью было вызвать в компании доверие к себе.

    Суд, учитывая возмещение ущерба, также назначил Фаигу условное наказание.