Month: March 2025

  • “Bu yolda avtobuslar dönə bilər, digər nəqliyyat vasitələri yox”- DYP-dən AÇIQLAMA

    Xəbər verdiyimiz kimi, Yasamal rayonu Əsəd Əhmədov və Abbas Mirzə Şərifzadə küçələrinin kəsişməsində İnşaatçılar m/s-dan üzü 20 Yanvar m/s-a gedən yolda sadəcə düzünə və sağa dönməyə icazə verən yol nişanı quraşdırılıb.

    Lakin bəzi avtobuslar birbaşa sola Ə.Əhmədov küçəsinə (Yeni Yasamala) dönürlər, bunu görən minik avtomobili sürücüləri də dönməyə icazə olduğunu düşünür və hərəkəti təkrarlayır. Belə olan halda, həm qayda pozulur, həm də qəza şəraiti yaranır.

    Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.

    Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, o yolda avtobusların dönməsinə icazə var. T.Nəsirli qeyd edib ki, “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikasının Qanunun 65-ci maddəsinin III hissəsinin tələbinə əsasən, 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir:

    “Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir. Lakin 4.1.1-4.1.6 nişanlarının qüvvəsi avtomobil nəqliyyatı ilə sərişin ve baqaj daşıma qaydalarına uyğun olaraq təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir”.(sfera.az)

  • Daha bir maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı – VİDEO

    FHN tərəfindən Neftçala rayonunda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb.

    Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Neftçala rayonunun Qədimkənd kəndində fəaliyyət göstərən fərdi sahibkar Leysanov Rasəf Firudin oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.

    Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

    Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan maye qaz tutumunun daxili baxışının və hidravlik sınağının keçirilmədiyi, maye qaz tutumunun üzərində quraşdırılmış qoruyucu klapanların növbəti yoxlamasının aparılmadığı, məntəqədə istismar olunan rezin parçalı qolların sınaqdan keçirilmədiyi, həmçinin qurğu və avadanlıqların torpaqlanma konturunun müqavimətinin yoxlanılmadığı müəyyən edilib.

    Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

  • Səbrsiz və diqqətsiz sürücü ağır qəzadan son anda xilas oldu – VİDEO

    Paytaxtın Binəqədi rayonu, Dairəvi küsçəsində qayda pozan sürücü qəza şəraitinə səbəb olub.

    Hadisə fevralın 27-də saat 18:14 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan 77-GU-679 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxıb. Bu zaman o, qarşı tərəfdən gələn nəqliyyat vasitələrinə təhlükə yaradıb. Xoşbəxtlikdən əks tərəfdən gələn sürücü dayanaraq baş verəcək qəzanın qarşısını alıb.

    Adətən sıxlıq zamanı səbrsiz davranan sürücülər qayda pozurlar. Lakin onlar bir neçə saniyəlik qabağa düşmək üçün törətdikləri xətanın ağır qəzalarla nəticələnəcəyini düşünmürlər. Bir qisim sürücülər isə nişanlanma xəttinin təşkil olunmadığı yollarda qarşı tərəfdən gələn nəqliyyat vasitələrinə diqqət etmədən əks yola çıxıraraq qəza riski yaradırlar.//avtosfer.az

  • Beşbarmaqda maşından meyit tapılıb


    Bu gün saat 04:50 radələrində Bakı-Quba yolunda avtomobildən meyit tapılıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Quba-Bakı yolunun Zarat kəndindən keçən hissəsində – Beşbarmaq adlanan ərazidə dayanan “Mercedes” markalı avtomobilin sürücü oturacağında meyit aşkar edilib.

    Ölən şəxsin Şabran rayon sakini 1995-cil il təvəllüdlü Cəbrayılov Təbriz İlqar oğlu olması müəyəyn edilib.

    Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Naxçıvan-Bakı reysləri “biletim.az” portalına əlavə edilib

    Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə Naxçıvan-Bakı reysləri “biletim.az” portalına əlavə edilib.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

    Bu gündən sərnişinlər Naxçıvandan Bakıya onlayn bilet ala bilərlər. İstiqamət üzrə aralıq məntəqəsi olaraq Culfa və Naxçıvan şəhərləri təyin edilib.

    Qeyd edək ki, Bakıdan Naxçıvana “biletim.az” portalı üzərindən onlayn bilet satışı 19 dekabr 2023-cü il tarixindən başlanılıb.

    Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Naxçıvana səfərlər hər gün reallaşır. Gün ərzində tələbatdan asılı olaraq 4-6 reys həyata keçirilir. Reyslər sərnişin tələbatına uyğun olaraq tənzimlənir. Biletlərin qiyməti 30 AZN təşkil edir.

    Bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün “Biletim” mobil tətbiqini “App Store” və “Google Play”dən yükləmək mümkündür.

  • Bakının mərkəzində çökən yol bərpa edildi – VİDEO

    Bakının mərkəzində çökən yol bərpa edildi – VİDEOGündəm6 Mart 2025 19:03Oxunub 26Bakının mərkəzində çökən yol bərpa edildi – VİDEO
    Bakının Nəsimi rayonu, Puşkin küçəsində, metronun “28 May” stansiyasının qarşısında yol çöküb.

    Yeni təmir olunan yolun belə qısa müddətdə sıradan çıxması suallar doğurub.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Oxu.az-a bildirib ki, asfalt örtüyü vurulanda dərinlikdə problem olmayıb:

    “Asfalt örtüyünün niyə bu vəziyyətə gəldiyinin səbəbini isə araşdırırıq. Belə ki, biz yol çəkəndə 10 santimetr qalınlıqda asfalt örtüyü çəkmişdik. Asfaltın alt qatı da bundan sonra çöküb. Yəni biz işləyən vaxt olmayıb. Hazırda torpaq 60 santimetr dərinlikdə qazılır, yerinə çınqıl tökülür, daha sonra yenə 10 sm qalınlıqda asfalt örtüyü çəkiləcək ki, problem yenidən yaşanmasın”.

  • Захарова: РФ ожидает назначения представителя США для переговоров по Украине

    Россия ожидает назначения представителя США для переговоров по Украине и вслед за этим назначит своего представителя.

    Об этом заявила на брифинге официальный представитель МИД РФ Мария Захарова.

    “Что касается вопроса мирного урегулирования, то он комплексный и требует обсуждения деталей на экспертном уровне. Мы по-прежнему ожидаем от американской администрации назначения официального представителя по запуску переговорного процесса и формирования им команды переговорщиков, – отметила дипломат. – Соответственно после этого мы сможем подобрать визави с российской стороны”.

  • Zaxarova: “Rusiya Ukrayna danışıqlarına ABŞ nümayəndəsinin təyin olunmasını gözləyir”

    Rusiya Ukrayna üzrə danışıqlar üçün ABŞ nümayəndəsinin təyin olunmasını gözləyir və ondan sonra öz nümayəndəsini təyin edəcək.

    Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

    “Sülh yolu ilə nizamlanma məsələsinə gəlincə, bu, kompleks bir məsələdir və detalların ekspertlər səviyyəsində müzakirə edilməsi tələb olunur. Biz hələ də ABŞ administrasiyasının danışıqlar prosesinə başlamaq üçün rəsmi nümayəndə təyin etməsini və danışıqları aparan şəxslərdən ibarət komandanın formalaşmasını gözləyirik”, – diplomat qeyd edib.

  • “28 May” metrostansiyasında qatarda nasazılıq YARANDI

    Bakı Metropolitenində “28 May” stansiyasının tunelindəki qatarda texniki nasazlıq yaşanıb.

    Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, “28 May” stansiyasında “Dərnəgül-Əhmədli” marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yarandığı üçün sərnişinlər düşürülüb və qatar “Nərimanov” elektrik deposuna göndərilib.

    Əvəzinə xəttə digər qatar verilib. İki qatar arasında yaranmış 7 dəqiqəlik interval fərqi qısa müddətdə aradan qaldırılıb.

  • Turizm Agentliyində qalmaqal davam edir: Daha bir vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

    Dövlət Turizm Agentliyində daha bir vəzifəli şəxs işdən çıxarılıb.

    Median.Az Modern.az-a istinadən məlumat verir ki, Agentliyin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifəsindən uzaqlaşdırılıb.

    Bildirilir ki, sözügedən şöbə müdiri də Agentlikdə baş verən son qalmaqal fonunda işini itirib. Belə ki, Prezident İlham Əliyev Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə şiddətli töhmət elan edib. Ona işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət verilib.

    Mətbuatda yayılan iddialara görə, Turizm Agentliyində Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən “Transparency International” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslər müəyyən edilib. “Dövlət Turizm Agentliyində Fuad Nağıyevin ətrafı davamlı şəkildə xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar”, – iddialarda deyilir.

    İddiaların yayılmasından sonra Agentliyin Aparat rəhbəri, əvvəllər “Transparency International”da çalışan Kənan Qasımov vəzifədən uzaqlaşdırılıb.

    Qeyd edək ki, Agentliyin turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov da əvvəllər “Transparency International”da işləyib. O, “Milli Şəffaflıq Sisteminin qiymətləndirilməsi” layihəsinin koordinatoru kimi fəaliyyət göstərib.

    Hələlik Agentliyin turizm siyasəti və strategiyası şöbəsinə yeni müdir təyin olunmayıb.