Month: March 2025

  • Baş həkmin ölkədən çıxışı məhdudlaşdırıldı

    Naxçıvan Muxtar Respublikası, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkiminin ölkədən çıxışına məhdudiyyət qoyulub.

    Qaynarinfo-nun məlumatına görə, Abdullayeva Mehriban Kamal qızının direktor və baş həkim olduğu xəstəxanın dövlət büdcəsinə 57097,94 manat vergi borcu yaranıb.

    Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Mehriban Abdullayevaya sözügedən borcun ödənilməsi üçün 5 gün vaxt verilib.

    İdarə tərəfindən məhkəməyə müraciət edilərək, xanım baş həkimin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş edilib.

    Məhkəmə 1986-cı ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Bakı şəhəri, Yasamal rayonunda qeydiyyatda olan Mehriban Abdullayevanın borcun ödənilməsini təmin edənə qədər ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

  • Zarina Qurbanovanın atasına hökm oxundu

    Dələduzluqda təqsirləndirilən “Sosial Adaptasiyanın İnkişafına Yardım” İctmai Birliyinin sdəri Şahid Qurbanova hökm oxunub.

    Qaynarinfo-nun məlumatına görə, Yasamal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.1 (Dələduzluq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (Dələduzluq – təkrar törədildikdə), 178.2.3 (Dələduzluq – şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (Dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə mühakimə olunan Şahid Qurbanova 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

    İş materiallarından məlum olur ki, Şahid Qurbanov bir neçə nəfərə qarşı dələduzluq əməli törədib. O, Qasımov Elxan Ələddin oğlunu Fövqəladə Hallar Nazirliyinə işə düzəltmə məqsədi ilə 10 min manat pulunu ələ keçirib.

    Məmmədov İlham İslam oğlundan 9 min manat, Akifli Akif Rəhim oğlundan isə 14 min 900 manat alaraq, işə düzəldəcəyini və onları mənzillə təmin edəcəyini vəd edərək müxtəlif məbləğlərdə ziyan vurub.

    Şahid Qurbanov aktrisa Zarina Qurbanovanın atasıdır.

  • Ledi Qaqa özünə radio açdı

    Amerikalı müğənni Ledi Qaqa özünün GAGA RADIO adlı radio stansiyasını işə salıb.

    Bu barədə “Billboard” məlumat yayıb.

    Radiostansiyanın təqdimatı müğənninin yeddinci studiya albomu olan “Mayhem”in buraxılışı ilə eyni vaxta təsadüf edir. Yayımda Qaqanın özünün seçdiyi treklər yer alacaq. Onların arasında ona ilham verən sənətçilərin – Devid Boui, Uitni Hyuston, Brüs Sprinqstin, Ella Fitskerald, Madonna, Elton Con, Kraliça, Toni Bennetin mahnıları olacaq.

    “GAGA RADIO şübhəsiz ki, bir sənətçi kimi məni formalaşdıranların güclü əksi olacaq. Ruhlu olmağın vaxtıdır. Bəzi yaradıcı, maraqlı, cəsarətli, cəsarətli sənətkarların işindən zövq ala bilərsiniz”, deyə müğənni bildirib.
    //qaynar

  • Azərbaycan və Türkiyə prezidentləri iftar süfrəsində iştirak ediblər

    Martın 5-də Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər.

  • Azərbaycanda hansı nazirin neçə müavini var? (SİYAHI)

    Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə yeni müavin təyin edilib. “Azercosmos” ASC-nin İdarə Heyətinin sədri Saməddin Əsədov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib. Beləliklə, Rəşad Nəbiyevin müavinlərinin sayı 5-ə yüksəlib.

    Modern.az Nazirliklərin nazir müavinlərinin sayını araşdırıb:

    Fövqəladə Hallar naziri – 7 müavin

    Xarici İşlər naziri – 6 müavin

    İqtisadiyyat naziri – 6 müavin

    Daxili İşlər naziri – 5 müavin

    Rəqəmsal İnkişaf və Nəqliyyat naziri – 5 müavini

    Ədliyyə Nazirliyi – 5 müavin

    Elm və Təhsil naziri – 4 müavin

    Energetika naziri – 4 müavin

    Müdafiə naziri – 4 müavin

    Əmək və Əhalinin Sosial Müdafiəsi naziri – 3 müavin

    Ekologiya və Təbii Sərvətlər naziri – 3 müavin

    Gənclər və İdman naziri – 3 müavin

    Kənd Təsərrüfatı naziri – 3 müavin

    Mədəniyyət naziri – 3 müavin

    Səhiyyə naziri – 3 müavin

    Müdafiə Sənayesi naziri – 2 müavini

    Maliyyə naziri – 1 müavin

  • “Laser Beauty Clinic”in fəaliyyəti dayandırıldı

    “Laser Beauty Clinic”in filialının lisenziya əlavəsi dayandırılıb.

    Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, Səhiyyə Nazirliyinin bir müddət əvvəl apardığı yoxlamalar nəticəsində “Laser Beauty Clinic”in filiallarından birində (Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi) nöqsanlar aşkar edilib və klinikanın lisenziyasının dayandırılması və ya ləğvi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət daxil olub.

    Məlumata görə, Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün “Laser Beauty Clinic”in həmin filial üzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin inzibati akti ilə dayandırılıb, hazırda fəaliyyəti dayandırılmış filiala martın 12-dək nöqsanların aradan qaldırılması üçün müddət qoyulub.

    Xatırladaq ki, “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq nöqsanlar aradan qaldırıldıqdan sonra lisenziya əlavəsinin bərpası üçün yenidən müracət oluna bilər. Göstərilən müddətdə nöqsanlar aradan qaldırılmadıqda isə lisenziya ləğv edilir.

    Qeyd edək ki, hazırda İqtisadiyyat Nazirliyi 23 növ fəaliyyət üzrə lisenziya verir. Lisenziyalar verilərkən sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq, aidiyyəti dövlət qurumlarının rəyi əsas götürülür.

    Sahibkarlar lisenziya almaq üçün fəaliyyət göstərəcəkləri ərazi üzrə müvafiq “Asan xidmət” mərkəzi, KOB evi və ya “lisenziya.gov.az” portalı vasitəsilə İqtisadiyyat Nazirliyinə elektron formada müraciət edə bilərlər. Təqdim edilən sənədlər qaydasında olduqda lisenziya 10 iş günündən gec olmayaraq verilir. Lisenziya verilməsinə görə dövlət rüsumu ödənilir. Regionlarda sahibkarlığın təşviqi məqsədilə dövlət rüsumuna 50 faiz güzəşt edilir.

  • Gürcü fırıldaqçılar avropalılardan 35 milyon dollar oğurlayıb

    Gürcüstandan olan mütəşəkkil cinayətkar qrup “Facebook” və “Google”da məşhurların saxta reklamlarını yayaraq, Böyük Britaniya, Avropa və Kanadadan olan minlərlə investoru 35 milyon dollar aldadıb.

    Qaynarinfo xəbər verir ki, dələduzluq sxemi cinayətkarların çağrı mərkəzindən geniş miqyaslı məlumat sızması nəticəsində üzə çıxıb.

    Sənədləri Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi və “The Guardian” da daxil olmaqla digər nəşrlərlə paylaşan İsveçin SVT televiziya kanalı əldə edib.

    Cinayətkar qrupa Tiflisdəki üç inzibati binada işləyən təxminən 85 yüksək maaşlı zəng mərkəzinin əməkdaşı daxildir. Onlar internetdə fırıldaqçıların reklamlarına klikləmiş potensial qurbanları çağırıblar. Onların məlumatları sonda əmanətlərini fırıldaqçıların hesablarına köçürən hər kəsin şəxsi məlumatlarına görə gürcü fırıldaqçılarından mükafat alan bir qrup marketoloqun əlinə keçib.

    Bu şəkildə itirilən əmanətlərin ən böyük məbləği London Birjasının keçmiş əməkdaşının 205 min dolları olub. Qurbanlar arasında Londonun kənarındakı qocalar evində yaşayan və təxminən 50.000 funt-sterlinq itirən 74 yaşlı keçmiş NHS həkimi də var idi. Qadın bu pulu qohumlarından borc alıb və aldadıldığını anlayandan az sonra dünyasını dəyişib.

  • Xalq artisti doğum günündə anasını itirdi

    Xalq artisti Səidə Quliyevaya ağır itki üz verib.

    Aktrisanın doğum günündə anası dünyasını dəyişib.

    Onu təbrik etmək üçün zəng etmişdik, acı xəbər eşitdik. Xalq artisti gözyaşları içərisində anasını itirdiyini söylədi:

    “Anam səhər saatlarında dünyasını dəyişdi. Uzun müddət idi ki. xəstəlikdən əziyyət çəkirdi. Doğum günümdə anamı itirdim. Yaşı çox idi, amma ananın yaşı olmur. Mənim üçün çox ağırdır”.//Yenicag.az

  • “AQTA-nın yoxlamalarında böyük nöqsanlar var” – Eyyub Hüseynov

    “Azərbaycanda yemək üçün yararlı olmayan ətlərin satışına qadağa qoyulmalıdır”.

    Bunu Qaynarinfo-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakıda dönər və toyuq əti emalı müəssisəsində at ətinin aşkarlanmasına münasibət bildirərkən deyib.

    Sədr belə nöqsanların üzə çıxarılması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə təşəkkür etsə də, bəzi nöqsanların olduğunu da bildirdi:

    “Əvvəla, çox sağ olsun ki, bunu müəyyən edib üzə çıxarıb. Lakin AQTA-nın yoxlamalarında böyük nöqsanlar var. Məsələn, onlar hər hansı bir müəssisəyə yoxlamağa gedərkən bunu onlara qabaqcadan bildirməyə məcburdurlar. Bunun üçün Ədliyyə Nazirliyinə məlumat verirlər, onlar da qarşı tərəfə bildiriş verir və s. Qida sahəsində aparılan yoxlamalarda bu bürokratik prosedur aradan götürülməlidir”.

    Eyyub Hüseynov sahibkarlıq subyektlərində yoxlamaların məhdudlaşıdırılması siyasətini məqsəduyğun sayır:

    “Lakin qida məsələsində yoxlama cəld olmalıdır. Bu məsələdə AQTA-ya müstəsna hüquq verilməlidir ki, müəssisələrdə yoxlamaları xəbardarlıq etmədən apara bilsinlər. Hələ xəbərdarlıqdan sonra belə nəticə aşkarlanıb. Görün xəbərarlıq etməsəydilər, nəticə necə olardı. AQTA-nın əsasnaməsində təcili dəyişiklik olmalıdır”.

    Sədrin sözlərinə görə, ölkədə heç bir ətin satışına qadağa yoxdur:

    “At, eşşək, it ətinin satışda icazəsi var, qanunvericiliklə heç bir qadağa yoxdur. Sadəcə dövlət orqanları tələb edir ki, ət satışında istehlakçının məlumat almaq hüququ təmin olunsun. Üstünə satılan ətin mənşəyi yazılsın. Biz dəfələrlə demişik, Qida Təhlükəsizliyi Agentliyi, Nazirlər Kabineti Azərbaycanda ənənəvi olmayan, yeyilməyən heyvan ətlərinin siyahısını hazırlamalı və onun satışı qadağan edilməlidir. Azad İstehlakçılar Birliyinin ofisində bir kitab var. 1963-cü ildə dərc olunub. Həmin kitabda SSRİ-in tabeliyində olan 15 respublikaları arasında tək Azərbaycanda eşşək əti yeməli hesab edilib, onun növləri, qiymətləri yazılıb. Sonradan öyrəndik ki, bu kitabçanı ermənilər hazırlayıb. O vaxt ermənilər bizim xalqı vəhşi eşşək əti yeyən kimi bütün dünyaya təqdim edib. Belə çıxır ki, indi də bu işlə məşğul olanlar ermənilərin dəyirmanına su tökənlərdir. Və belə davam edir”.

    Qeyd edək ki, Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində fəaliyyət göstərən dönər və toyuq əti emalı müəssisəsində at ətindən dönər hazırlandığı aşkarlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumatna görə, yoxlamada mənşəyi məlum olmayan 6159 kq dondurulmuş toyuq əti və istifadə müddəti bitmiş 72 kq toyuq filesi, 360 kq toyuğun bud hissələrinin aşkarlandığı qeyd olunub. “AL-ASR” əmtəə nişanlı çiy mal əti və toyuq əti dönərindən, çiy toyuq hissələrindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində çiy mal əti dönərində at və toyuq DNT-si, çiy toyuq əti dönərində isə salmonella müəyyən edilib.

  • ФРГ достигла предела в поставках оружия Украине из запасов Бундесвера

    Германия достигла предела возможностей в поставках Украине вооружений из собственных запасов Бундесвера (ВС ФРГ).

    Об этом на брифинге в Берлине заявил представитель Минобороны Германии.

    “Вы знаете, что уже были поставки оружия из запасов Бундесвера в Украину. Но естественный предел достигнут, поскольку речь идет об укреплении обороноспособности самой Европы в новых существующих условиях и сотрудничестве с другими странами для обеспечения их выгодных позиций”, – сказал представитель оборонного ведомства.

    Процесс укрепления собственной обороноспособности, по его словам, происходит параллельно с оказанием поддержки Украине.