Month: March 2025

  • Azərbaycan və Türkiyə prezidentləri İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışında iştirak edib

    Martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib.

     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.
    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
    Sonra birgə foto çəkdirildi.
    Daha sonra Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildi.
    Açılış mərasimində çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirdi ki, İğdır-Naxçıvan qaz boru kəməri layihəsi Naxçıvanın qaz təchizatını şaxələndirməklə yanaşı, həm Naxçıvan, həm də İğdır əhalisinin rifahına xidmət edəcək. Layihənin daha bir özəlliyi ondan ibarətdir ki, bu gün kəmərin maksimum ötürmə gücü 730 milyon kubmetrdirsə, gələcəkdə layihənin genişləndirilməsi imkanları da var.
    Sonra Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar çıxış edərək İğdır-Naxçıvan qaz kəməri layihəsini Türkiyə və Azərbaycan qardaşlığının daha bir simvolu adlandırdı. Nazir bütün Naxçıvanı qazla təmin edəcək İğdır-Naxçıvan qaz kəməri layihəsinin ərsəyə gəlməsinə görə dövlət başçılarına təşəkkür etdi.

  • Бакинский суд вынес приговор обвиняемым в рэкете журналистам

    Завершился судебный процесс по уголовному делу в отношении главного редактора газеты “Бизим довр” и сайта Aktualinfo.az Сурхая Алиева и его заместителя Хикмета Наджафли.

    Приговор был оглашен на судебном заседании под председательством судьи Бакинского суда по тяжким преступлениям Эльмина Рустамова.

    Сурхай Алиев приговорен к 7 годам и 6 месяцам лишения свободы, а Хикмет Наджафли – к 8 годам. Приговор также лишил их права занимать определенные должности сроком на 3 года.

    Напомним, что на предыдущем судебном заседании государственный обвинитель попросил приговорить Сурхая Алиева к 9 годам лишения свободы, а Хикмета Наджафли – к 9 годам и 6 месяцам.

    Ранее оба были арестованы Главным управлением по борьбе с организованной преступностью Министерства внутренних дел. Их обвинили в мошенничестве и вымогательстве денег.

    Стоит отметить, что несколько лет назад Сурхай Алиев, Хикмет Наджафли и главный редактор газеты “Гюндалик Баку” Габиль Велиев уже задерживались СГБ по аналогичным обвинениям. Габиль Велиев в настоящее время находится под арестом, его дело рассматривается в Бакинском суде по тяжким преступлениям.

  • Reketçilikdə ittiham olunan jurnalistlərə hökm oxunub

    “Bizim dövr” qəzetinin, həmçinin Aktualinfo.az saytının baş redaktoru Surxay Əliyev və onunla birgə həbs edilən müavini Hikmət Nəcəflinin barələrində olan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, Surxay Əliyev 7 il 6 ay, Hikmət Nəcəfli isə 8 il müddətə azadlıqdan məhrum edilib. Həmçinin hökmlə onlar 3 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan da məhrum ediliblər.

    Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Surxay Əliyevin 9 il, Hikmət Nəcəflinin isə 9 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

    Qeyd edək ki, baş redaktor və müavini bir müddət əvvəl Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən həbs olunub.
    Onlar dələduzluqda və hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilirlər.

    Xatırladaq ki, Surxay Əliyev, müavini Hikmət Nəcəfli və “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev hələ bir neçə il bundan əvvəl də eyni ittihamla Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmişdi. Habil Vəliyev də hazırda eyni ittihamlarla həbs olunub. Onun da cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

  • Госагентство автодорог Азербайджана обратилось к водителям

    Государственное агентство автомобильных дорог Азербайджана обратилось к водителям в связи с ограничением 6 марта движения на дороге Баку-Алят-Газах-государственная граница с Грузией.

    Как сообщает Median.Az со ссылкой на агентство, движение будет ограничено в связи с установкой на 343,2 км автодороги технических средств (электронных весов и чипов) для измерения параметров веса и массы крупногабаритных и (или) тяжеловесных транспортных средств.

    Водителей просят с пониманием отнестись к проводимым работам, быть внимательными при движении по указанному участку дороги в период проведения работ, а также соблюдать требования временных дорожных знаков и правила дорожного движения.

  • AAYDA sürücüləri Bakı-Qazax yolunda diqqətli olmağa çağırıb

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması ilə əlaqədar yolda hərəkətin məhdudlaşdırılması barədə hərəkət iştirakçılarına (sürücülərə) çağırış edib.

    M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 343,2-ci kilometrində (Gəncə postu yaxınlığı) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar martın 6-dan başlayaraq təqribən 2 (iki) ay müddətində nəqliyyat vasitələrinin hərəkətinin qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək.

    Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

  • “Gəncə” heyətini amerikalı basketbolçu ilə gücləndirib

    “Gəncə” heyətini amerikalı basketbolçu ilə gücləndirib.

    ABŞ-dən olan Malek Deyvis mövsümün sonuna kimi “Gəncə”də oynayacaq.

    178 sm boya malik 25 yaşlı hücumçunun son klubu Litvada “Alytus” olub. Malek “Gəncə”də 2 nömrəli formanı geyinəcək.

  • В Мексике произошло землетрясение магнитудой 5,6

    Землетрясение магнитудой 5,6 произошло 5 марта в Оахаке, Мексика.

    Как передает Median.Az со ссылкой на Reuters, об этом сообщил Немецкий исследовательский центр наук о Земле (GFZ).

    По данным GFZ, эпицентр землетрясения залегал на глубине 10 км.

  • Meksikada 5,6 maqnitudalı zəlzələ baş verib

    Meksikanın Oaxaka şəhərində 5,6 maqnitudalı zəlzələ baş verib.

    Bu barədə Yer Elmləri Araşdırma Mərkəzi (GFZ) məlumat yayıb.

    Məlumata görə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

  • В Гяндже вынесен приговор мужчине, признанному виновным в убийстве сестры

    В Гяндже завершился судебный процесс по делу Гусейна Аббасова, обвиняемого в убийстве своей сестры Сабины Аббасовой.

    Как сообщает Report, на судебном процессе, который проходил под председательством судьи Дадаша Иманова в Гянджинском суде по тяжким преступлениям, обвиняемому вынесен приговор.

    Согласно решению, Гусейн Аббасов признан виновным по статьям 120.2.2 и 120.2.4 Уголовного кодекса (умышленное убийство с особой жестокостью, из хулиганских побуждений) и приговорен к 19 годам лишения свободы.

    Напомним, что инцидент произошел 2 ноября 2023 года. Согласно обвинительному акту, Гусейн Аббасов потребовал от своей сестры Сабины Аббасовой прекратить заниматься певческой деятельностью. После этого он пришел по адресу, где жила сестра, и убил её.

    Отмечается, что Гусейн Аббасов являлся ранее судимым.

  • Gəncədə bacısını müğənni olduğu üçün qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

    Gəncədə bacısı Səbinə Abbasovanı qətlə yetirməkdə təqsirləndirilən Hüseyn Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, o, 19 il müddətə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə 2023-cü ilin noyabrın 2-də baş verib. İttihama görə, Hüseyn Abbasov bacısı Səbinə Abbasovaya müğənniliklə məşğul olmağa son qoymağı tələb edib. Bundan sonra H.Abbasov S.Abbasovanın yaşadığı ünvana gələrək onu qətlə yetirdiyi bildirilir.

    Proses iştirakçılarının sözlərinə görə, təqsirləndirilən şəxs bir neçə dəfə məhkum olunub.

    Hüseyn Abbasov Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4-cü (xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə ittiham edilib.//report