Month: March 2025

  • Almaniya Bundesver anbarlarından Ukraynaya silah tədarükünün limitinə çatıb

    Almaniya Ukraynaya Bundesver (Almaniya Silahlı Qüvvələri) anbarlarından silah vermək imkanının son həddinə çatıb.

    Bu barədə Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi Berlində keçirdiyi brifinqdə bildirib.

    “Bilirsiniz ki, Bundesverin anbarlarından Ukraynaya artıq silah-sursat çatdırılıb. Lakin artıq təbii həddə çatılıb, çünki biz mövcud yeni şəraitdə Avropanın özünün müdafiə qabiliyyətinin gücləndirilməsindən və onların faydalı mövqelərini təmin etmək üçün digər ölkələrlə əməkdaşlıqdan danışırıq”, – nazirlik nümayəndəsi deyib.

    Onun sözlərinə görə, Almaniyanın öz müdafiə qabiliyyətini gücləndirməsi prosesi Ukraynaya dəstək verməklə paralel gedir.

  • Посол Молдовы приглашен в МИД России

    В Министерство иностранных дел России был приглашен посол Молдовы в РФ Лилиан Дарий.

    Об этом сообщила пресс-служба внешнеполитического ведомства.

    В ведомстве отметили, что ему была вручена вербальная нота с требованием объяснить непринятие верительных грамот российского посла президентом Молдовы Майей Санду.

    “Российская сторона выразила недоумение по поводу того, что президент Молдовы до сих пор не приняла верительные грамоты от Чрезвычайного и Полномочного Посла Российской Федерации в Республике Молдова Олега Озерова, который прибыл в страну в октябре 2024 года”, – говорится в сообщении.

  • Moldova səfiri Rusiya XİN-ə çağırılıb

    Moldova səfiri Lilian Dariy Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

    Bu barədə Rusiya XİN məlumat yayıb.

    Səfirdən Moldova Prezidenti Maya Sandunun Rusiyanın Kişinyovdakı səfirinin etimadnaməsini hələ də qəbul etməməsi ilə bağlı izahat tələb olunub.

    “Moldova Prezidentinin 2024-cü ilin oktyabrında ölkəyə gəlmiş Rusiya Federasiyasının Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Oleq Ozerovun etimadnaməsini hələ də qəbul etməməsinin diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına zidd olduğu ifadə olunub”, – XİN-dən qeyd olunub.

  • Завтра в районах Азербайджана ожидается сильный ветер

    Завтра в регионах Азербайджана ожидается сильный ветер.

    В связи с этим Национальная cлужба гидрометеорологии предупредила о желтом и оранжевом уровнях погодной опасности.

    Отмечается, что в Дашкесане, Гобустане, Гёранбое, Нафталане, Мингячевире будет преобладать западный ветер, скорость которого, согласно оранжевому предупреждению, составит 20,8-28,4 м/с.

    В Кяльбаджаре, Лачыне, Зангилане, Балакяне, Гахе, Шеки, Загатале, Шамахы, Гёйчае, Барде, Евлахе, Тертере, Агджабеди, Агдаме, Гядабее, Гёйгёле, Гусаре, Сабирабаде, Нефтчале, Гаджигабуле, Газахе, Агстафе, Товузе, Шамкире, Гяндже, Самухе, Шабране, Сиязане, Хачмазе, Хызы, Лерике, Ярдымлы будет преобладать западный ветер, скорость которого, согласно желтому предупреждению, составит 13,9-20,7 м/с.

  • Sabah rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

    Bölgələrdə martın 6-da güclü külək əsəcək.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yayıb.

    Bldirilib ki, Daşkəsən, Qobustan, Goranboy, Naftalan, Mingəçevirdə qərb küləyi əsəcək, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.

    Kəlbəcər, Laçın, Zəngilan, Balakən, Qax, Şəki, Zaqatala, Şamaxı, Göyçay, Bərdə, Yevlax, Tərtər, Ağcabədi, Ağdam, Gədəbəy, Göygöl, Qusar, Sabirabad, Neftçala, Hacıqabul, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Samux, Şabran, Siyəzən, Xaçmaz, Xızı, Lerik, Yardımlıda qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • Bakıda məktəbin mühafizəçisini qətlə yetirməkdə təqsirləndirilən direktor müavininə cəza istənilib

    Bakıda 55 nömrəli məktəbin mühafizəçisi Natiq Mehdini öldürməkdə təqsirləndirilən direktor müavini Elsevər İslamovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdırıldığı elan olunub.

    Daha sonra dövlət ittihamçısı çıxış edib. O, Elsevər İslamovun 3 il müddətinə müəyyən vəzifə tutmaq hüququ məhdudlaşdırılmaqla 20 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib.

    Qeyd edək ki, hadisə ötən il Bakının Xətai rayonundakı 55 saylı məktəbdə qeydə alınıb.

    İttihama görə, Natiq Mehdi saat 23:00 radələrində iş yoldaşı, 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən qəsdən öldürülüb.

    Elsevər İslamov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 245 ci-(qəbir üzərində təhqiredici hərəkət), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham olunub.

  • Теракт на военном объекте в Пакистане унес жизни 18 человек

    В результате теракта на военном объекте в городе Бану в северо-западной пакистанской провинции Хайбер-Пахтунхва погибли 13 мирных жителей и пятеро военнослужащих.

    Об этом сообщает агентство Reuters со ссылкой на пакистанских военных.

    По их информации, террористы-смертники на двух автомобилях, начиненных взрывчаткой, совершили нападение на военную базу города Бану 4 марта. Атака была организована более чем десятком боевиков.

    Военные сообщили, что многочисленные взрывы привели к частичному обрушению внешней стены комплекса, повредив близлежащую инфраструктуру. Мечеть и жилой дом, расположенные рядом, также получили серьезные повреждения.

    По информации военных, в результате атаки погибли как минимум 13 мирных жителей и пятеро солдат.

    Среди 16 боевиков, убитых в ходе контратаки, было четверо террористов-смертников.

    Представитель больницы Науман сообщил, что ряд пострадавших мирных жителей оказались под завалами.

  • Pakistanda terror aktı nəticəsində 18 nəfər ölüb

    Pakistanın Xayber-Paxtunxva əyalətinin Banu şəhərindəki hərbi obyektdə baş verən terror aktı nəticəsində 13 mülki şəxs və 5 hərbçi həlak olub.

    Bu barədə “Reuters” agentliyi Pakistan hərbçilərinə istinadən məlumat yayıb.

    Bildirilib ki, martın 4-də terrorçu-kamikadzelər partlayıcı yüklənmiş iki avtomobillə Bannu şəhərindəki hərbi bazaya hücum ediblər. Hücum on nəfərdən çox yaraqlı tərəfindən təşkil edilib.

    Hərbçilər bildiriblər ki, çoxsaylı partlayışlar kompleksin xarici divarının qismən uçmasına və yaxınlıqdakı infrastrukturun zədələnməsinə səbəb olub. Yaxınlıqda yerləşən məscid və yaşayış evinə də böyük ziyan dəyib.

    Hücum nəticəsində ən azı 13 mülki şəxs və 5 əsgər həlak olub.

    Əks-hücum zamanı öldürülən 16 yaraqlı arasında dörd terrorçu-kamikadze olub.

    Xəstəxananın nümayəndəsi Nauman bildirib ki, zərər çəkmiş mülki şəxslərin bir neçəsi dağıntılar altında qalıb.

  • Эмин Махмудов вошел в историю “Нефтчи”

    Последний матч XXV тура Премьер-лиги стал знаменательным для футболиста “Нефтчи” Эмина Махмудова.

    Как сообщает Median.Az со ссылкой на официальный сайт Профессиональной футбольной лиги, Махмудов, вышедший в стартовом составе на выездной матч против “Кяпяза”, проводит свой 200-й матч в чемпионатах Азербайджана.

    До юбилейного матча он забил 43 гола.

    Махмудов выступал только за один клуб Премьер-лиги – “Нефтчи”. Он является первым игроком в истории чемпионатов Азербайджана, сыгравшим 200 матчей в составе “Нефтчи”.

    33-летний полузащитник является рекордсменом своей команды по количеству игр в Премьер-лиге.

    Отметим, что Эмин Махмудов дебютировал в Премьер-лиге в сезоне 2017/2018.

  • Emin Mahmudov “Neftçi”nin tarixinə düşüb

    Misli Premyer Liqasının XXV turunun son oyunu “Neftçi”nin futbolçusu Emin Mahmudov üçün əlamətdar olub.

    Median.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Kəpəz”lə səfər görüşünün start heyətində yer alan 33 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatlarında 200-cü oyununu keçirir.

    O, yubiley matçına qədər 43 qola imza atıb.

    E.Mahmudov Premyer Liqada yalnız bir klubun – “Neftçi”nin formasını geyinib. O, Azərbaycan çempionatları tarixində ağ-qara formada 200 matç keçirən ilk oyunçudur.

    Yarımmüdafiəçi Premyer Liqadakı oyun sayında komandasının rekordçusudur.

    Qeyd edək ki, Emin Mahmudov Premyer Liqada 2017/2018 mövsümündə debüt edib. O, 2017-ci ilin sentyabrın 24-də, səfərdə “Qəbələ”yə qarşı matçda (1:2) forma geyinib.