Month: March 2025

  • Президент Ильхам Алиев прибыл с рабочим визитом в Турцию

    5 марта Президент Азербайджанской Республики Ильхам Алиев по приглашению президента Турецкой Республики Реджепа Тайипа Эрдогана прибыл с рабочим визитом в Анкару.

    Как сообщает АЗЕРТАДЖ, в аэропорту “Эсенбога” Анкары в честь главы нашего государства был выстроен почетный караул.

    Президента Ильхама Алиева встречали министр финансов Турции Мехмет Шимшек и другие официальные лица.

  • Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərə gedib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Ankaranın Esenboğa Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Dövlətimizin başçısını Türkiyənin maliyyə naziri Mehmet Şimşek və digər rəsmi şəxslər qarşılayıblar.

  • Эрдоган утвердил соглашение о сотрудничестве с Азербайджаном в газовой сфере

    Президент Турции Реджеп Тайип Эрдоган утвердил “Межправительственное соглашение о сотрудничестве между Турцией и Азербайджаном в газовой сфере”.

    Текст документа был опубликован в Rеsmi Gazete.

    Соглашение вступило в силу в Турции со дня его утверждения.

    Напомним, что документ был подписан 14 мая 2024 года в Стамбуле.

  • Ərdoğan Azərbaycanla təbii qaz sazişini TƏSDİQLƏDİ

    Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi”ni təsdiq edib.

    Sənəd “Rəsmi Gazete”də dərc edilib.

    Saziş təsdiqləndiyi gündən Türkiyədə qüvvəyə minib.

    Xatırladaq ki, saziş 2024-cü il mayın 14-də İstanbul şəhərində imzalanıb.

  • В Азербайджане увеличены размеры ряда пособий

    В Азербайджане увеличены размеры ряда пособий.

    Соответствующей информацией в соцсетях поделился депутат-экономист Вугар Байрамов.

    По его словам, повышение осуществлено в рамках социального пакета и связано с изменением размера минимальной заработной платы с этого года.

    Байрамов отметил, что размер пособия лицам, освобожденным от отбывания наказания и нуждающимся в медико-социальной помощи, в 4 раза превышает размер минимальной зарплаты: “То есть размер этого пособия увеличился с 1 380 манатов до 1 600 манатов (400 манатов х 4)”.

    Кроме этого, повышены размеры ежемесячных пособий работникам приватизированных и управляемых государственных предприятий, здоровье которых ухудшилось в результате несчастного случая на производстве или профессионального заболевания, а также членам семей и другим иждивенцам работников, умерших вследствие этого.

    Депутат отметил, что с 2025 года увеличились размеры пособий на погребение. В случае смерти пенсионера производится выплата в размере трехкратного размера минимальной трудовой пенсии. Если ранее эта сумма составляла 840 манатов (280 манатов х 3), то с повышением минимальной пенсии эта сумма увеличится до 960 манатов (320 манатов х 3)”.

    Байрамов добавил, что в ближайшее время также будут приняты решения о повышении ряда социальных пособий и пенсий, не связанных с минимальной заработной платой: “Глава государства дал поручение Кабинету министров о повышении соцпособий и пенсий. Кабмином уже ведется подготовка предложений в этом направлении. Предложения будут представлены правительством во второй половине этого месяца”.

  • Azərbaycanda bir sıra müavinətlərdə ARTIM OLUB

    Azərbaycanda bir sıra müavinətlərdə artım olub.

    Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov paylaşım edib.

    O bildirib ki, bu il icrasına başlanılan sosial paket çərçivəsində artıq bir sıra müavinətlərdə artım reallaşıb:

    “Artımlar bu ildən etibarən minimum əməkhaqqı məbləğinin dəyişməsi ilə bağlıdır. Belə ki, Azərbaycanda bəzi sosial müavinətlərin məbləği minimum əməkhaqqı ilə birbaşa bağlıdır. Bu baxımdan minimum əməkhaqqındakı dəyişiklik onların məbləğində artımlar ilə müşahidə olunur”.

    V.Bayramov qeyd edib ki, cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə müavinətin məbləği minimum əməkhaqqının dörd misli həcmindədir:

    “Bu o deməkdir ki, həmin müavinətin məbləği artıq 1 380 manatdan 1 600 manatadək (400 manat X 4) yüksəlib.

    Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətlərdə minimum əməkhaqqı məbləğinə uyğun olaraq artırılıb. Belə ki, peşə əmək qabiliyyəti itirildikdə – minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq) ödənilir. Məsələn, peşə əmək qabiliyyətinin itirmə faizi 80 faizdirsə, o zaman həmin aylıq müavinətin məbləği 276 manatdan 320 manatadək artırılıb. Belə hallarda dünyasının dəyişənlərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin məbləği isə 345 manatdan 400 manata çatdırılıb”.

    Bundan başqa, artımın baş verdiyi digər ödəniş dəfn üçün müavinətdir. Belə ki, əmək pensiyaçıları vəfat etdikdə isə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində ödəniş edilir. Bu o deməkdir ki, pensiyaçı vəfat etdikdə dəfn üçün müavinət gələn ay 840 (280 manat X 3) manatdan 960 (320 manat X 3) manata yüksəlib.

    Deputat əlavə edib ki, minimum əməkhaqqı ilə bağlılığı olmayan bir sıra sosial müavinət və təqaüdlərdəki artımlarla bağlı da yaxın zamanlarda qərarlar veriləcək:

    “Dövlət başçısı tərəfindən sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib. Nazirlər Kabineti tərəfindən artıq bu istiqamətdə təkliflərin hazırlanması həyata keçirilir. Təkliflərin hazırlanması, maliyyə əsaslandırılmasının aparılması başa çatdıqdan sonra, bu istiqamətdə artımlar reallaşacaq. Nazirlər Kabineti tərəfindən təkliflər bu ayın ikinci yarısı təqdim olunacaq”.

  • Сегодня состоится третье заседание Комиссии по вопросам помилования

    Сегодня состоится очередное в 2025 году заседание Комиссии по вопросам помилования при Президенте Азербайджанской Республики.

    Об этом Oхu.Az сообщил член комиссии Рашад Меджид.

    Он заявил, что на сегодняшнем заседании будет рассмотрено еще около 100 обращений.

    Отметим, что в 2025 году состоялись два заседания комиссии, было рассмотрено более 200 обращений.

  • Bu gün Əfv Komissiyasının üçüncü iclası keçiriləcək

    Bu gün günorta saatlarında Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

    Bu barədə oxu.az-a komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

    O bildirib ki, bu gün keçirilməsi planlaşdırılan iclasda, təxminən, daha 100 müraciətə baxılacaq.

    Qeyd edək ki, bu il daha öncə komissiyanın iki iclası baş tutub və 200-dən çox müraciətə baxılıb.

  • Али Асадов прибыл на территорию нефтеперерабатывающего завода в Баку, где произошел пожар – ВИДЕО (ОБНОВЛЕНО)

    На территорию нефтеперерабатывающего завода в Низаминском районе Баку, где был зафиксирован пожар, прибыл премьер-министр Азербайджана Али Асадов.

    Об этом сообщил корреспондент Oxu.Az с места происшествия.

    В это же время там находится глава Исполнительной власти столицы страны Эльдар Азизов.

    * * * * *

    Благодаря мерам, принятыми силами Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана, пожар на территории нефтеперерабатывающего завода в Низаминском районе Баку был полностью потушен, не дав ему распространиться на большую территорию.

    Об этом сообщает Median.Az со ссылкой на МЧС.

    * * * * *

    Благодаря мерам, принятыми силами Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана, пожар на территории нефтеперерабатывающего завода в Низаминском районе Баку удалось локализовать в короткие сроки и не допустить его распространения.

    Как сообщает Median.Az со ссылкой на пресс-службу МЧС, в настоящее время ведутся работы по полной ликвидации возгорания.

    * * * * *

    Продолжаются работы по тушению пожара, вспыхнувшего на нефтеперерабатывающем заводе в Низаминском районе Баку.

    На место происшествия прибыл министр по чрезвычайным ситуациям Кямаладдин Гейдаров.

    Находящийся на данной территории сотрудник Oxu.Az представляет кадры:

  • Əli Əsədov Neft Emalı Zavodunda yanğın baş vermiş əraziyə gəlib – VİDEO (YENİLƏNİB)

    Baş nazir Əli Əsədov yanğın baş vermiş əraziyə gəlib.

    Bu barədə oxu.az-ın hadisə yerində olan müxbiri xəbər verir.

    Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov da hadisə yerindədir.

    * * * * *

    Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş verən yanğın geniş sahəyə yayılmasına imkan verilmədən, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

    Median.Az bu barədə FHN-ə istinadən məlumat verir.

    * * * * *

    Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən, qısa müddətdə məhdudlaşdırılıb.

    Median.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

    Məlumatda bildirilir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

    Əlavə məlumat veriləcək.

    * * * * *

    Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş verən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

    Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yanğın yerinə gəlib.

    Oxu.Az-ın əməkdaşı hadisə yerindən görüntüləri təqdim edir: