Month: March 2025

  • В Баку автомобиль врача загорелся из-за костра – ВИДЕО

    В Баку сгорел автомобиль, в результате водителю нанесен ущерб на сумму более 15 000 манатов.

    Инцидент зафиксирован сегодня возле Учебной терапевтической клиники Азербайджанского медицинского университета.

    Предположительно, пожар произошел из-за костра, разведенного вчера во время празднования Од чершенбеси и полностью не потушенного.

    По информации, сегодня в машине одного из врачей клиники возникло возгорание, спустя несколько минут после того, как он припарковал ее перед зданием медучреждения. В результате транспортное средство пришло в негодное состояние.

  • Paytaxtda qalanan tonqal həkimin avtomobilini külə döndərdi – VİDEO

    Bakıda maşın yanıb, sürücüyə 15 min manatdan çox ziyan dəyib.

    Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının yaxınlığında maşın yanıb.

    Hadisənin dünənki Od çərşənbəsi zamanı yandırılan tonqalın qalıqlarının tamamilə söndürülməməsi səbəbindən baş verdiyi ehtimal olunur.

    Məlumata görə, bu gün klinikanın həkimlərindən biri avtomobili klinikanın qarşısında saxladıqdan bir neçə dəqiqə sonra maşında yanğın başlayıb. Nəticədə nəqliyyat vasitəsi yanaraq yararsız hala düşüb.

    Yanğın zamanı xəsarət alan olmayıb.

    Hadisə yerinə yanğınsöndürənlər cəlb ediliblər və hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
    //oxu.az

  • В Баку выявлено предприятие, где под видом говядины готовили донер из конины

    В ходе проверки на предприятии по переработке мясной заготовки для донера и куриного мяса в поселке Бузовна было выявлено нарушение санитарно-технических требований, несоблюдение условий хранения мясной продукции.

    Об этом сообщили в Агентстве продовольственной безопасности Азербайджана (АПБА).

    Отмечается, что было обнаружено 6 159 кг замороженного куриного мяса неизвестного происхождения, а также 72 кг куриного филе и 360 кг куриных бедер с истекшим сроком годности.

    Были проведены лабораторные исследования образцов говядины и курятины для донера торговой марки AL-ASR. По итогам исследований в говядине для донера выявлены следы ДНК лошадиного и куриного мяса, а в курином мясе – сальмонелла.

    В связи с этим непригодная к употреблению продукция была изъята из оборота, деятельность предприятия ограничена, в отношении предпринимателя составлен административный протокол.

  • Bakıda mal əti adı ilə at ətindən dönər hazırlanan müəssisə AŞKAR EDİLDİ

    Buzovnada çiy dönər və toyuq əti emalı müəssisəsində keçirilən yoxlama zamanı sanitar-texniki tələblərin pozulduğu, ət məhsullarının saxlanma şəraitinə əməl olunmadığı məlum olub.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, mənşəyi məlum olmayan 6 min 159 kiloqram dondurulmuş toyuq əti və istifadə müddəti bitmiş 72 kiloqram toyuq filesi, 360 kiloqram toyuğun bud hissələri aşkarlanıb.

    Yoxlama zamanı “AL-ASR” əmtəə nişanlı çiy mal əti və toyuq əti dönərindən, çiy toyuq hissələrindən götürülmüş nümunələrin laboratoriya müayinəsi nəticəsində çiy mal əti dönərində at və toyuq DNT-si, çiy toyuq əti dönərində isə salmonella müəyyən olunub.

    Faktla bağlı istehlaka yararsız məhsullar dövriyyədən çıxarılıb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib.

  • МЧС обратилось к гражданам в связи с опасностью схода лавин в высокогорных районах

    Министерство по чрезвычайным ситуациям (МЧС) Азербайджана обратилось к гражданам в связи с опасностью схода лавин в высокогорных районах.

    Как сообщили в ведомстве, по данным Национальной службы гидрометеорологии, постепенное повышение температуры воздуха на фоне периодически усиливающегося юго-западного ветра создает опасность схода лавин в некоторых высокогорных районах.

    В МЧС призвали граждан избегать мест, где есть риск схода лавин, особенно крутых склонов. В случае схода лавины следует укрыться под ближайшим выступом скалы.

    Кроме того, во время сильного ветра рекомендуется держаться подальше от легких конструкций и временных сооружений, зданий и рекламных щитов, не стоять под электрическими столбами и проводами, высокими деревьями. Принимая во внимание трудности, связанные с ликвидацией пожаров в условиях сильного ветра, министерство рекомендовало строго соблюдать правила пожарной безопасности.

  • Yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi – FHN MÜRACİƏT ETDİ (VİDEO)

    Fövqəladə Hallar Nazirliyi (FHN) yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar vətəndaşlara müraciət edib.

    Bu barədə FHN məlumat yayıb.

    Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində arabir güclənən cənub-qərb küləyi fonunda havanın temperaturunun tədricən yüksəlməsi bəzi yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsini yaradır.

    Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha müvafiq təhlükəsizlik qaydalarını xatırladır.

    Belə ki, qar uçqunundan qorunmaq üçün uçqun ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək, qar uçqunu başladıqda isə dərhal qaçaraq onun yolu üstündən kənara çıxmağa çalışmaq, yaxınlıqdakı qayanın çıxıntısı altında gizlənmək lazımdır. Əgər qar uçqunundan qaçıb qurtarmaq mümkün deyilsə, çanta və bu kimi digər əşyaları kənara atın, çömələrək dizlərinizi özünüzə sıxıb bədəninizi axının hərəkət istiqamətinə yönəldin.

    Uçqun sizi yaxalayıbsa:

    – nəfəs yollarını qardan qorumaq üçün ağız və burnunuzu şərf, əlcək, yaxud paltarın yaxalığı ilə örtün;

    – qollarınızla suda üzən kimi hərəkət edərək uçqunun səthinə və ya kənarına çıxmağa çalışın;

    – axın dayandıqda qar altında rahat nəfəs almaq üçün qollarınızla döş qəfəsi və üz ətrafında boşluq yaratmağa çalışın;

    – uçqunun səthinə tərəf hərəkət etməyə çalışın (səthin harada olduğunu ağızdan axan selikin istiqamətinə görə təyin etmək olar);

    – qar altından müstəqil çıxa bilmirsinizsə, qışqırmaq və sair hərəkətlər etməyin. Bu, sizin qüvvənizi, ətrafınızdakı oksigeni və istiliyi azaldır.

    – soyuqqanlılığınızı itirmədən xilasediciləri gözləyin, yuxuya getməyin.

    Eyni zamanda, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

    Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

    Təhlükə zamanı 112-yə zəng edin!

  • В Сумгайыте женщина ранила ножом соседку (ОБНОВЛЕНО)

    Стало известно о состоянии женщины, получившей ножевое ранение в городе Сумгайыт.

    В ответ на запрос Oxu.Az в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB) сообщили, что пострадавшая была выписана домой на амбулаторное лечение.

    “4 марта в 13:00 в больницу скорой медицинской помощи Сумгайытского медицинского центра была госпитализирована женщина (1966 г.р.).

    У нее диагностирована открытая рана нижней части живота и таза. Женщине была оказана необходимая медпомощь в отделении неотложной медицинской помощи. Она отказалась от госпитализации и была выписана домой на амбулаторное лечение на основании письменного заявления”, – говорится в информации.

    * * * * *

    В Сумгайыте произошла поножовщина.

    Как сообщает Report, инцидент зафиксирован в районе города под названием “Бетонзавод”.

    Чинара Исмайыл гызы Набиева (1990 г.р.) нанесла ножевое ранение соседке Хырде Зарбала гызы Мамедовой (1966 г.р.) на почве возникшего между ними конфликта.

    Пострадавшая была незамедлительно госпитализирована.

    По данному факту ведется расследование.

  • Sumqayıtda qadın həmcinsini bıçaqladı: TƏBİB-dən AÇIQLAMA (YENİLƏNİB)

    Sumqayıt şəhərində bıçaqlanan qadının son durumu məlum olub.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bıçaqlanan şəxs ambulator müalicə üçün evə buraxılıb.

    “Martın 4-ü, saat 13:00-da Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1966-cı il təvəllüdlü şəxs (qadın cinsli) hospitalizasiya olunub.

    “Qarnın beldən aşağı hissəsinin və çanağın açıq yarası diaqnozu təyin edilən şəxsə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib. O, xəstəxanada yatışdan imtina edərək yazılı iltizamnamə əsasında ambulator müalicə üçün evə buraxılıb”, – deyə məlumatda bildirilir.

    * * * * *

    Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Betonzavod adlanan ərazisində qeydə alınıb.

    Belə ki, 1990-cı il təvəllüdlü Çinarə İsmayıl qızı Nəbiyeva aralarında baş vermiş münaqişə zəminində qonşusu, 1966-cı il təvəllüdlü Xırda Zərbala qızı Məmmədovaya bıçaqla xəsarət yetirib.

    Yaralı dərhal xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Лукашенко: Конфликты в Украине и на Ближнем Востоке закончатся в 2025 году

    Президент Беларуси Александр Лукашенко выразил мнение, что конфликты в Украине и на Ближнем Востоке завершатся уже в этом году.

    Как передает Median.Az со ссылкой на БелТА, об этом он сказал в интервью американскому блогеру Марио Науфалу.

    “Украина слишком мала для того, чтобы разрушить тот мир, в котором мы все живем – и США, и Китай, и Россия, и Украина. Это слишком малая взрывная сила. Поэтому надо с Украиной закончить. С Ближним Востоком проще будет закончить, если американцы этого захотят. И мне кажется, что в этом году мы эти проблемы решим”, – заявил белорусский лидер.

    Лукашенко также с оптимизмом оценил работу администрации президента Соединенных Штатов Америки Дональда Трампа, отметив его стремление к завершению конфликта в Украине и на Ближнем Востоке. “У меня тут большой оптимизм в связи с политикой нынешней администрации Соединенных Штатов Америки. Они молодцы, и [Дональд] Трамп молодец, что он часто говорит и что-то делает уже в направлении того, чтобы прекратить войну в Украине, чтобы прекратить войну на Ближнем Востоке”, – сказал он.

  • 2025-ci ildə Ukraynada və Yaxın Şərqdəki münaqişələr bitəcək – Lukaşenkodan PROQNOZ

    Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna və Yaxın Şərqdəki münaqişənin bu il bitəcəyini proqnoz edib.

    Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko amerikalı bloqer Mario Naufala müsahibəsində bildirib.

    “Ukrayna hamımızın yaşadığı dünyanı – ABŞ-ni, Çini, Rusiyanı məhv etmək üçün çox kiçikdir. O, çox kiçik partlayıcı qüvvədir. Ona görə də Ukrayna ilə olan məsələni bitirməliyik. Əgər amerikalılar istəsələr, Yaxın Şərqlə işi bitirmək daha asan olacaq və mənə elə gəlir ki, bu il bu problemləri həll edəcəyik”, – deyə A.Lukaşenko vurğulayıb.

    A.Lukaşenko, həmçinin ABŞ Prezidenti Donald Trampın Administrasiyasının işi ilə bağlı nikbinliyini ifadə edərək, onun Ukrayna və Yaxın Şərqdəki münaqişəyə son qoymaq istədiyini vurğulayıb.