Month: March 2025

  • Kriştianu Ronalduya evli qadını qucaqladığı üçün 99 şallaq vurulacaq?

    Kriştianu Ronaldunun onu təhdid edən cəza səbəbiylə İrandakı matça çıxmadığı iddia edilir.

    Median.Az “Daily Star”a istinadən xəbər verir ki, məşhur futbol ulduzu martın 3-də Asiya Çempionlar Liqasında İranın “İstiqlal” komandasına qarşı keçirdiyi oyunda iştirak etməyib.

    İdmançının əlil fanatı (qolu amputasiya olunub) olan iranlı sənətçi Fatimə Həmami ilə əlaqə saxladığı üçün onu “zinaya görə 99 şallaq” cəzası gözlədiyi haqda xəbərlər yayılıb.

    Ronaldu onu qucaqlayıb, öpüb ki, bu da İranda evli qadına qarşı sərt qaydaların pozulması deməkdir.

    Lakin İran səfirliyinin nümayəndəsi idmançının cəzalandırılacağı ilə bağlı məlumatı təkzib edib.

    Səudiyyə Ərəbistanından verilən məlumata görə, Ronaldu həmin görüşdə yorğunluq səbəbindən oyuna çıxmayıb.

    Qeyd edək ki, Ronaldu fevralda Tehranda “Persepolis”lə keçirilən əvvəlki oyunu da buraxmışdı.

  • “Real Madrid” klubu 21 yaşlı ingiltərəli yarımmüdafiəçini transfer etmək istəyir

    “Kristal Pelas”ın 21 yaşlı yarımmüdafiəçisi Adam Uorton karyerasını İspaniya nəhəngi “Real Madrid”də davam etdirə bilər.

    Median.Az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, gənc oyunçu ilə “Real Madrid” maraqlanır. Mənbə Madrid təmsilçisinin baş skautu Yuni Kalafatın Adamın performansını çox bəyəndiyini və “Kral klubu”nun sözügedən futbolçunu diqqətdə saxladığını vurğulayıb.

    Cari mövsüm bütün turnirlərdə 16 matça çıxan Uorton bir məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” İngiltərənin əsas millisində bir oyuna çıxmış yarımmüdafiəçinin transfer qiymətini 32 milyon avro dəyərləndirir. Adamın klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

  • Casus proqramlarına görə həbs olunmuş azərbaycanlı: “İstənilən şəxsin telefonuna daxil ola bilirdim”

    Azərbaycan və xarici şirkətlərin kompüter sistemlərinə qanunsuz daxilolmada və digər kibercinayətlərdə təqsirləndirilən “Zeromap” MMC-nin icraçı direktoru olan Tural Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.

    İttiham aktına əsasən , “Zeromap” MMC-nin icraçı direktoru olan Tural Əliyev 2021-2024-cü illərdə fiziki və hüquqi şəxslərin mobil telefonlarına və digər texniki avadanlıqlara kənardan nüfuz edə bilən casus proqramları əldə edib tətbiqə daxil olub.

    Bundan başqa Tural Əliyev ABŞ və İsrail şirkətlərinə məxsus hamıya açıq olmayan məlumatlara giriş edərək kiberhücumlar təşkil edib.

    Tural Əliyevə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 271.2.1 (kompüter sisteminə qanunsuz daxil olma), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham verilib.

    Tural Əliyev ittihama münasibət bildirərək özünü qismən təqsirli bilib.

    Məhkəmə ona sərbəst ifadə verməyi təklif edib.

    Tural Əliyev qeyd edib ki, orta təhsilli olsa da, kompüter təminatı və proqramlaşdırma sahəsini akademik səviyyədə bilir:

    “Əsasan audit işləri ilə məşğul olmuşam. Müəyyən proqramlar yaradaraq dövlətyönlü işlərdə istifadə olunmasını istəyirdim. Düşünürdüm ki, bu cür proqramları xarici ölkələrdən almaq əvəzinə özümüz yaradıb, yerli brend kimi istifadə edək”.

    Təqsirləndirilən şəxs hazırladığı proqramın imkanlarından danışıb:

    “Yaratdığım proqram vasitəsilə istənilən fiziki və hüquqi şəxsin mobil telefonuna daxil olub, zəngləri və “WhatsApp”dakı yazışmaları görmək mümkün idi. Casus olan proqramı test üçün öz mobil telefonuma yönəltmişəm. Həmin proqramı yalnız MBD ölkələri üçün bağlamışam. Rusiya, Azərbaycan üçün bu proqrama daxil olmaq olmur. Olan kimi sistem özünü məhv edirdi. Yaratdığım proqramlarla istənilən şəxsin telefonuna daxil olmaq olurdu. Bunun bir neçə yolu vardı. Həmin şəxsə zəng edəndə telefonu götürürdüsə, artıq telefona daxil olunurdu. Və yaxud sosial şəbəkələrdə bir foto göndərirsən, həmin fotonu açırsansa, o zaman telefona daxil olunurdu. Yenə də deyirəm ki, mən bunu yalnız öz telefonumda test etmişəm.”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, peşəkar haker sistemləri qurub, özünün yaratdığı casus proqramlarından istifadə edib:

    “Mən ABŞ-yə aid olan şirkətin sisteminə qanunsuz daxil olmuşam. Bunu nüfuz qarşılığında etmişəm, kiçik məbləğlərdə də pul almışam. ABŞ saytına girməkdə məqsədim sistemi yoxlamaq olub. Yalnız özümü tanıtmaq istəyirdim. Müdaxilələr qanunsuz olub. Daha sonra İsraildə yerləşən Belarusun şirkətinin proqramına daxil olmuşam. Burada hər hansı bir gəlir olmayıb. Sadəcə öz yaratdığım sistemin nəyə qadir olduğunu bilmək istəyirdim. Çünki bu çox böyük maliyyə idi. Burada maddi xeyirdən çox nüfuzumu və özümü dünyaya tanıtmaq istəyirdim. Müəyyən kodları əldə etmişdim”.

    Tural Əliyev qeyd edib ki, yaratdığı həmin proqramları dövlət orqanlarına vermək niyyəti olub: “Həmin proqramlar sınaqdan keçirilməli idi. Çünki kiməsə təqdim edəndə sınaqdan keçməyən proqramı qəbul etmir. Bu məqsədlə də Azərbaycanda olan bir şirkətin kompüter proqramına daxil olmuşam. Amma heç bir əməliyyat keçirməmişəm. Mən “Facebook”, “Google” və digər sosial şəbəkələrdə boşluqlar tapmışam. Bunun qarşılığında da mükafatlar almışam”.

    Növbəti proses martın 18-də keçiriləcək.

  • В Товузском районе пастух скончался после выпивки

    В местности Джейранчёль в селе Гараханлы Товузского района зафиксирован случай трагической смерти.

    Рамин Керемов (1984 г.р.) скончался на поле, где работал пастухом, захлебнувшись рвотными массами.

    По предварительной информации, мужчина перед этим употребил алкоголь. Несмотря на усилия врачей скорой помощи, спасти его не удалось.

    На место происшествия были направлены сотрудники полиции, начато расследование.

  • Tovuzda spirtli içki qəbul edən çoban boğulub öldü

    Tovuz rayonunda faciəli ölüm hadisəsi baş verib.

    1984-cü təvəllüdlü Ramin Kərəmov rayonun Qaraxanlı kəndi, Ceyrançöl ərazisində çoban işlədiyi yataqda qusma nəticəsində boğulmadan ölüb.

    Məlumata görə, R.Kərəmov spirtli içki qəbul edib. Təcili tibbi yardım əməkdaşlarının səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

  • Вниманию водителей: на одной из центральных улиц Баку изменилось направление движения – ФОТО

    С сегодняшнего дня на улице Узеира Гаджибекова в Баку изменено движение автотранспорта.

    Об этом заявил начальник отдела Управления Государственной дорожной полиции (ГДП) города Баку Тогрул Насирли.

    По его словам, с целью предотвращения пробок на улице Узеира Гаджибекова и по результатам мониторинга и анализа, проведенных столичным Управлением ГДП и Агентством наземного транспорта Азербайджана (AYNA), были внесены соответствующие изменения в организацию дорожного движения.

    “Так, начиная с сегодняшнего дня транспортные средства, поворачивающие с улицы Юсифа Сафарова на улицу Узеира Гаджибекова по крайней правой полосе, уже не смогут попасть на центральную часть проезжей части. При этом они продолжат сначала движение прямо, а затем повернут направо – на улицу Низами. А автомобили, выезжающие с подземной парковки, расположенной в этом районе, могут сразу попасть в центр дороги. Соответствующие знаки установлены в указанном районе”, – пояснил Тогрул Насирли.

    Он добавил, что изменения в организации дорожного движения были внесены с целью предотвращение скопления автомобилей на улице Узеира Гаджибекова и обеспечения комфортного и бесперебойного движения транспортных средств общего пользования: “Учитывая все это, просим и требуем от водителей строго соблюдать правила дорожного движения, чтобы не создавать заторов на дорогах”.

  • Sürücülərin NƏZƏRİNƏ – Bakının mərkəzi küçələrindən birində hərəkət istiqaməti dəyişir (FOTO)

    Bu gündən paytaxtın Üzeyir Hacıbəyli küçəsində yol hərəkətində dəyişiklik ediləcək.

    Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb.

    Belə ki, Yusif Səfərov küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri Ü.Hacıbəyli küçəsinin sağ kənar yoluna daxil olduqda yolun mərkəz hissəsinə daxil ola bilməyəcəklər. Bununla da hərəkəti düz davam edib sağa Nizami küçəsinə yönələcəklər. Həmin ərazidə yerləşən yeraltı parkinqdən çıxan avtomobillər isə birbaşa Ü.Hacıbəyli küçəsinin mərkəz yoluna daxil ola biləcəklər.

    Müvafiq nişanlar sözügedən ərazidə quraşdırılacaq. Yol hərəkətinin təşkilində edilən dəyişiklik Ü.Hacıbəyli küçəsində yarana biləcək sıxlıqların qarşısının alınması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə həyata keçirilir.

  • Некоторым бывшим вынужденным переселенцам могут предоставить стипендию

    К концу следующего года на освобожденных территориях Азербайджана ожидается расселение 140 000 граждан. Предлагаю активнее привлекать бывших вынужденных переселенцев к профессиональному образованию до их переселения и предоставить им стипендии из бюджета.

    Об этом сказал депутат Милли Меджлиса Вугар Байрамов на вчерашнем заседании парламента.

    Так в чем же смысл предложенного парламентарием? Какие преимущества получат бывшие вынужденные переселенцы, если его предложение будет реализовано? В беседе с Oxu.Az экономист разъяснил суть своей инициативы.

    “Согласно новой поправке, после возвращения бывших вынужденных переселенцев к родным очагам расходы на профессиональное образование будут покрываться государством. Если обосновавшийся переселенец захочет получить профобразование, ему предоставят эту возможность без каких-либо выплат с его стороны. Мы должны учитывать важность занятости. А для трудоустройства важно профессиональное образование.

    Выдвинутое мной в Милли Меджлисе предложение заключается в том, что если бывшие вынужденные переселенцы пожелают получить профобразование в местах своего временного проживания до возвращения в родные места, то их расходы должны покрываться из государственного бюджета, а также им должны предоставляться стипендии. Иными словами, они должны иметь возможность получать стипендии во время прохождения профессиональной подготовки. Это может дать им особый стимул для быстрого трудоустройства после возвращения. Таким образом, эти люди смогут вернуться на родные земли, получив образование. К примеру, подобная практика осуществляется Министерством труда и социальной защиты населения. При этом стипендии предоставляются в размере 50% от минимальной заработной платы. В настоящее время эта цифра составляет 200 манатов. Аналогичная практика может быть реализована для переселенцев по линии Министерства науки и образования”, – сказал Вугар Байрамов.

  • Keçmiş məcburi köçkünlərin bəzilərinə TƏQAÜD VERİLƏ BİLƏR

    “Gələn ilin sonuna qədər azad olunmuş ərazilərdə 140 min sakinin məskunlaşması gözlənilir. Keçmiş məcburi köçkünlərin məskunlaşmamışdan öncə peşə təhsilinə daha fəal cəlb edilməsini və onlara büdcə hesabına təqaüdün verilməsini təklif edirəm”.

    Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin dünən keçirilən iclasında deyib.

    Bəs görəsən, keçmiş məcburi köçkünlərin məskunlaşmamışdan öncə peşə təhsilinə daha fəal cəlb edilməsinin və onlara büdcə hesabına təqaüdün verilməsinin mahiyyəti nədir?

    Bu təklif reallaşacağı təqdirdə, keçmiş məcburi köçkünlər üçün üstünlük nə olacaq?

    İqtisadçı deputat Vüqar Bayramov mövzu ilə bağlı oxu.az-a danışıb.

    Deputat təklifinin mahiyyətini belə izah edib:

    “Yeni dəyişikliyə əsasən, keçmiş məcburi köçkünlər öz ata yurdlarına qayıtdıqdan sonra, peşə təhsili xərcləri dövlət hesabına qarşılanacaq. Məskunlaşmış keçmiş məcburi köçkün peşə təhsili almaq istəyirsə, o zaman həmin şəxs hər hansı bir ödəniş etmədən peşə təhsili almaq imkanına malik olacaq. Nəzərə almalıyıq ki, məşğulluq vacibdir. Məşğulluqda isə peşə təhsili önəmlidir.

    Milli Məclisdəki təklifim ondan ibarətdir ki, keçmiş məcburi köçkünlər məskunlaşmamışdan öncə müvəqqəti yaşadıqları ərazilərdə peşə təhsili almaq istəyirlərsə, onların xərcinin dövlət büdcəsi hesabına ödənilməsi ilə yanaşı, həm də onlara təqaüdlər verilsin. Yəni onlar peşə təhsili aldıqları müddətdə təqaüd almaq imkanına malik olsunlar. Bu, keçmiş məcburi köçkünlərin peşə təhsili almasına stimullaşdıra bilər. Beləliklə, həmin şəxslər öz ata-baba yurdlarına təhsilli formada qayıda bilərlər. Bu da onların məskunlaşmadan sonra sürətli formada işlə təminatına xüsusi təkan verə bilər. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən oxşar praktika var. Bu zaman minimum əməkhaqqının 50 faiz həcmində təqaüdlər verilir. Hazırda bu rəqəm 200 manatdır. Oxşar praktikanı Elm və Təhsil Nazirliyinin xətti ilə keçmiş məcburi köçkünlər üçün reallaşdırmaq olar”.

  • Крупнейший айсберг в мире сел на мель недалеко от острова Южная Георгия

    Крупнейший и старейший айсберг мира А23а весом почти один триллион тонн перестал дрейфовать и, вероятнее всего, сел на мель недалеко от Южной Георгии и Южных Сандвичевых островов (британская заморская территория).

    Об этом сообщила Британская антарктическая служба (BAS).

    По ее данным, айсберг откололся от шельфового ледника Фильхнера в Антарктиде в 1986 году и более 30 лет оставался на мели в море Уэдделла. В 2020 году он начал дрейфовать к северу от континента.

    Доктор Эндрю Мейер, работающий в BAS, отметил, что вскоре А23а распадется на более мелкие части под действием теплых океанических течений. Это может сказаться на маршрутах рыболовецких судов в том районе, так как цельный айсберг не так опасен, как его более мелкие части. Он добавил, что “мега-айсберг” может повлиять на окружающую среду, так как “питательные вещества, высвободившиеся в результате его таяния, могут повысить доступность пищи для всей региональной экосистемы”, в том числе для пингвинов и тюленей, однако это влияние будет незначительным.

    По словам ученого, эта ситуация не связана с глобальным потеплением, потому что айсберги “являются совершенно нормальной частью жизненного цикла антарктических ледяных щитов” и способны откалываться время от времени от шельфовых ледников. Однако Мейер уточнил, что с 2000 года прямое таяние ледяных шельфов усилилось, что можно объяснить изменением климата.