Month: March 2025

  • Yasamalda iki nəfər 3 kiloqram narkotiklə saxlanılıb

    Paytaxtın Yasamal rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli şəxslər saxlanılıb.

    Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə C.Hüseynəli saxlanılıb. Ondan 1 kiloqramdan artıq heroin, ümumi çəkisi 500 qramdan artıq marixuana, metamfetamin və tiryək aşkar olunaraq götürülüb.

  • Moskvada terror aktının qarşısı alınıb

    Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Moskvada inzibati binalardan birində terror aktının qarşısını alıb.

    Bu barədə FSB məlumat yayıb.

    Bildirilib ki, saxlanılan şəxsdən 5 kq-lıq bomba götürülüb. Onun Ukrayna xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunduğu qeyd olunub.

    Saxlanılan şəxs ilkin ifadəsində terror aktını törətdikdən sonra Rusiya Silahlı Qüvvələrinə qarşı döyüşmək üçün Ukraynaya getməyi planlaşdırdığını bildirib.

    ///apa

  • Ağdamda qadın 8 gündür itkin düşüb

    Ağdamda qadın itkin düşüb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, Quzanlı qəsəbə sakini Hüseynova Mahirə Məzahir qızı martın 20-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Faktla bağlı Ağdam rayon Polis Şöbəsi tərəfindən axtarışlar aparılır.

  • Gəncədə sirkə turşusu içən gənc qız Bakıda xəstəxanada ölüb

    Gəncədə sirkə turşusu içən gənc qız Bakıda xəstəxanada ölüb.

    2004-cü il təvəllüdlü N. Məmmədova Gəncə şəhərində yaşadığı evdə martın 26-da sirkə turşu içib.

    Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

    Onun vəziyyəti ağır olduğundan Bakı Şəhər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.Həkimlərin səyinə baxmayaraq, N.Məmmədova bu gecə sözügedən xəstəxananın Toksikologiya şöbəsində vəfat edib.

    N.Məmmədovanın 2021-ci ildə atasının ölümündən sonra psixoloji sarsıntı keçirdiyi məlum olub.

    ///apa

  • Fitrə zəkatı nə qədər verilməlidir?

    Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.

    Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.

    Bildirilib ki, fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır.

    Qeyd olunub ki, fitrə zəkatının vaxtı Ramazan ayının son günü – Bayram axşamı şam namazından sonradır.

  • Azərbaycanda bayram namazının vaxtı AÇIQLANDI

    Azərbaycanın bütün məscidlərində martın 30-da Ramazan bayramı münasibətilə bayram namazları qılınacaq.

    Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.

    Qeyd edilib ki, Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08:00, Təzəpir məscidində 09:00-a təyin edilib.

  • Vətəndaşdan ETİRAZ: “RR Construction” şirkəti DƏRƏBƏYLİK edir, evimizi blokadaya alıb” – VİDEO

    Paytaxtın Yasamal rayonunun “Kubinka” kimi tanınan ərazisində aparılan söküntü işləri ilə bağlı bir vətəndaş şikayət edib.

    Bu barədə sakin şikayət videosu yayımlayıb.

    O qeyd edib ki, “RR Construction” şirkəti vətəndaşların hərəkət etməsinin qarşısını almaq üçün evlərini blokadaya alıb:

    “Hər yeri söküblər, yollarımızı bağlayaraq məhdudlaşdırıblar. Söküntü işləri Fuad İbrahimbəyov küçəsi 27 ünvanında aparılır. Bunu ona görə edirlər ki, insanlar buradan çıxa bilməsinlər. Artıq dərəbəyliyə başlayıblar”.

    Qeyd edək ki, videogörüntüdə vətəndaşlar üçün həyati təhlükənin olduğu da müşahidə edilir.

    Məsələ ilə bağlı şirkətin vəkili ilə əlaqə saxlasaq da, cavab ala bilmədik:

    “İş günü deyil, 1-ci gün açıqlama verərəm”.
    //oxu.az

  • Гражданка, чей дом снесли в Ясамале, запросила у компании 2 миллиона манатов?

    Представитель ЖСК FEBA, входящей в строительную компанию Melissa Group, заявил, что они предложили 651 000 манатов Хабибу Гаджиеву, чей дом в Ясамальском районе Баку был снесен без официального на то разрешения, но гражданин потребовал около 2 млн.

    Но так ли это на самом деле?

    Владелица дома, незаконно снесенного компанией, Элара Гаджиева заявила Oxu.Az, что данное утверждение является наглой ложью.

    “Они вообще не приходили к нам договариваться. Они намеренно и бессовестно лгут. То, что они якобы предложили нам 651 тыс. манатов тоже неправда. В уведомительном письме было предложено всего 173 тыс. манатов.

  • Evi başına uçurdulan vətəndaş şirkətdən 2 MİLYON MANAT istəyib?

    “Melissa Group” tikinti şirkətinə daxil olan “FEBA” MTK-nın nümayəndəsi Yasamal rayonunda rəsmi icazəsi olmadan evini başına uçurduqları Həbib Hacıyevə 651 min manat pul təklif etdiklərini, vətəndaşın isə 2 milyon civarında pul tələb etdiyini bildirib.

    Bəs görəsən, bu iddia həqiqəti əks etdirir?

    Şirkətin qanunsuz dağıtdığı evin sahibəsi Elarə Hacıyeva məsələ ilə bağlı oxu.az-a açıqlama verib.

    O bildirib ki, 2 milyon manat iddiası tamamilə yalandır:

    “Ümumiyyətlə, bizimlə danışığa gəlməyiblər. Bilərəkdən, qərəzli şəkildə yalan danışırlar. 651 min manat təklif etmələri də yalandır. Sadəcə, bildiriş məktubu vasitəsilə 173 min manat təklif olunub”.

  • Beyləqanda QƏZA: Xəsarət alan var

    Beyləqan rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü Xəyal Əsgər oğlu Bilalov avtomobilin idarəetməsini itirib. Nəticədə nəqliyyat vasitəsi aşıb.

    Hadisə zamanı sürücü xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin müştərək travması diaqnozları qoyulub.

    Faktla bağlı araşdırma aparılır.