Month: March 2025

  • Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərə hökm oxunub

    Dövlətə xəyanətdə təqsirləndirilən Arif Rəsulov və Elnur Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, hər iki şəxs cinayət işi üzrə təqsirli bilinib və 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

    Onlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

    Xatırladaq ki, hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan olunub.

    Qeyd edək ki, 2022-ci ilin noyabrında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilib.

    Araşdırma ilə müəyyən edilib ki, Elnur Akif oğlu Rəsulov 2018-ci ildə müalicə məqsədilə İranda olarkən orada özünü “Meyse” və “Doktor” adları altında təqdim edən bu ölkənin xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlıq barədə sövdələşib. Elnur Rəsulov əvvəlcə bilavasitə, daha sonra məxfi əməkdaşlığa cəlb etdiyi qohumu Arif Əmrah oğlu Rəsulov ilə birlikdə müxtəlif məbləğlərdə ödəniş qarşılığında verilən tapşırıqları icra edərək Bakı şəhəri Qaradağ rayonunda neft və qaz boru kəmərlərinin keçdiyi ərazilərin, hava limanlarında saxlanılan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə aid pilotsuz uçuş aparatlarının, tankların və müxtəlif hərbi avadanlıqların olduğu ərazinin, Bakı şəhərində “Texnofest” Aviasiya, Kosmik və Texnologiya festivalında nümayiş etdirilmiş texnikaların, Bakıda, həmçinin Salyan və Füzuli rayonlarında yerləşən strateji və hərbi obyektlərin, zenit-raket komplekslərinin, eləcə də digər radar-nəzarət qurğularının fotoşəkillərini və videoçəkilişlərini vatsap ani mesajlaşma sistemi vasitəsilə xüsusi xidmət orqanının nümayəndəsinə göndərib.

  • В Азербайджане скончался курсант Военного института – ФОТО

    Военнослужащий азербайджанской армии, курсант Военного института имени Гейдара Алиева Эльнур Алиев скончался в результате сердечной недостаточности, сообщает bakıvaxtı.az.

    По имеющейся информации, незадолго до трагического события молодой человек был уволен из военного учебного заведения по состоянию здоровья.

  • Hərbi İnstitutun keçmiş kursantı VƏFAT ETDİ – FOTO

    Azərbaycan Ordusunun hərbi qulluqçusu dünyasını dəyişib.

    Median.Az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, Heydər Əliyev adına Hərbi İnstitutun kursantı Elnur Əliyev vəfat edib.

    Məlumata əsasən, onun ürək çatışmazlığından öldüyü bildirilir.

    Vurğulanıb ki, o, bir müddət öncə hərbi institutdan sağlamlıq problemləri səbəbilə tərxis olunub.

  • Malayziya sularında 11 İran tankeri: 17 milyon barel neft limanda gözləyir

    ABŞ-nin sərt sanksiyaları altında olan azı 11 İran tankeri Malayziyanın yaxınlığındakı sularda lövbər ataraq gözləmə mövqeyinə keçib.

    Median.Az “Telegram” kanalının yaydığı xəbərə görə, bu tankerlərdən bəziləri artıq bir aydan çoxdur ki, neft tranzit məntəqəsində dayanıb.

    “Təxminən 17 milyon barel neft daşıyan tankerlər Malayziya yarımadasının şərqindəki ərazidə saxlanılıb”, – deyə məlumatda bildirilir.

    Qeyd olunur ki, bu vəziyyət İranın Çinə neft nəqlinin yavaşlamasına səbəb ola bilər.

  • Sənədsiz evlər probleminin həlli niyə gecikir?

    Azərbaycanda sənədsiz evlər məsələsi hələ də açıq qalmaqdadır. Dəfələrlə, bu məsələ ilə bağlı çıxışlar edilib. Hətta parlamentdə də bu məsələyə toxunulub. Lakin məsələ hələ də öz həllini tapmır.

    Bir müddət əvvəl məlumat verilib ki, mövcud problemləri həll etmək və əmlak bazarını daha şəffaf etmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Ədliyyə Nazirliyi Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı İnformasiya Sistemini istifadəyə verməyə hazırlaşır. Bu sistem, mülkiyyət hüquqlarının qorunması və əmlak idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə müasir texnologiyalardan istifadə etməklə hazırlanır. Ancaq sistemin nə vaxt istifadəyə veriləcəyi məlum deyil.

    Median.Az xəbər verir ki, Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən sənədsiz evlərin qeydiyyata alınması və çıxarışla təmin olunması üzrə konsepsiya hazırlanır:

    “Sənədsiz evlərin qeydiyyata alınması və çıxarışla təmin olunması uzun müddətdir ki, müzakirə edilən məsələlərdəndir. Bu məsələ Milli Məclisə Nazirlər Kabinetinin fəaliyyəti ilə bağlı hesabat təqdim olunan zamanda müzakirə olundu. Millət vəkilləri tərəfindən təkliflər də səsləndirildi. Bir müddət əvvəl bütövlükdə bu istiqamətdə konsepsiyasının hazırlanmasına başlanmışdı. Konsepsiyanın hazırlanmasında məqsəd sənədsiz evlərin qeydiyyata alınma prosesi ilə bağlı mexanizm və qaydaların hazırlanmasıdır. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən bu istiqamətdə işlər təbii ki, davam etdirilir. Bütövlükdə mexanizmlərin hazırlanması təkliflərin sistemləşdirilməsi ilə bağlı da fəaliyyətlər aparılır”.

    Deputat söyləyib ki, daha yaxın zamanda sənədsiz evlərlə bağlı mexanizm qəbul edilib, tətbiq edilə bilər:

    “Burada bir sıra məsələlərin həlli vacibdir. Xüsusən də, nisbətən təhlküəli hesab edilən evlərlə bağlı addımların atılması zəruridir. Bu evlərin bir qismi ya neft buruqlarının və ya yüksək gərginlikli elektrik xətlərinin, nəqliyyat qovşaqlarının yaxınlığında inşa edilib. Təbii ki, həmin evlərlə bağlı qərarın verilməsinə ehtiyac var. Bəzi evlərlə bağlı təbii ki, bu istiqamətdə qərarın verilməsi asan ola bilər. Xüsusən də, elektrik xətlərinə yaxın olan evlərlə bağlı addımların atılması asandır. Burada elektrik xətlərinin yeraltı aparılması mümkündür. Amma xüsusən neft buruqlarının yaxınlığında yerləşən evlərlə bağlı təbii ki, daha sistemli qərarların verilməsinə ehtiyac var. İlkin qiymətləndirmələrə görə belə evlərin sayı 70 minə yaxındır. Yəni bu, kiçik rəqəm deyil. Ona görə də sənədsiz evlərlə bağlı qeydiyyat mexanizminin hazırlanması bütün sənədsiz inşa edilən evləri əhatə etməlidir. Hər halda bu istiqamətdə işlər gedir. Biz də daha yaxın zamanda mexanizmin qəbul edilib, tətbiq edilməsi reallaşa biləcəyinə ümid edirik”.

  • Azərbaycan millisinin futbolçusu əməliyyat olunub

    “Sabah” klubunun və Azərbaycan millisinin futbolçusu Amin Seydiyev əməliyyat olunub.

    Bbarədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

    Cinah müdafiəçisi İstanbuldakı klinikalardan birində sağ adduktor əzələsinin qopması ilə bağlı cərrahi müdaxiləyə ehtiyac duyub. Əməliyyat uğurla başa çatıb.

    Qeyd edək ki, 26 yaşlı oyunçu mövsümün qalan hissəsini başa vurub.

  • Şənbə günü havanın temperaturu 24 dərəcəyədək artacaq

    Bakıda və Abşeron yarımadasında martın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

    Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, arabir duman olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 5-9° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacaq.

  • Bakıda qumbaralar aşkar edildi

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Süleyman Vəzirov küçəsində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

    Bu barədə FHN məlumat yayıb.

    Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

    Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı partladıcısı ilə birgə iki ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

    Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

    Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

  • Türkiyədə otel yanğınına görə saxlanılanların sayı artdı

    Uludağda yerləşən oteldə baş verən yanğınla bağlı araşdırmalar davam edir.

    Dünən səhər saatlarında Türkiyənin Uludağ bölgəsində oteldə baş verən yanğında saxlanılanların sayı artıb.

    Belə ki, oteli idarə edən şirkətin meneceri C.K.A. Xizək kurortunun işçiləri T.K. və M.K.Ç. kamin yanındakı bəzək çiçəyinin alovlanmasına açıq buraxdıqları köz səbəb olduğu iddia edilir və E.T. saxlanılıb.

    Hadisədən sonra aparılan istintaq çərçivəsində dünən saxlanılan otel müdiri T.D.-nin də olduğu 5 nəfərin dindirilməsi davam edir.
    //azxeber

  • Banqkokda zəlzələ oldu – Bina çökdü

    Banqkokda zəlzələ ilə əlaqədar çoxmərtəbəli binaların sakinlərinin təxliyəsinə başlanılıb.

    Bu barədə TASS məlumat yayıb.

    Zəlzələ yerli vaxtla saat 13:20-də başlayıb. Təkanlar təxminən 10 dəqiqə davam edib.

    “Khaosod” qəzetinin məlumatına görə, Myanmada Rixter şkalası ilə 7,4 bal gücündə zəlzələ baş verib. Onun episentri Tailandın Ratçaburi əyalətinin yaxınlığında yerləşib.

    ABŞ Geoloji Xidmətinin məlumatına görə, Myanmada baş verən zəlzələnin maqnitudası 7,7 təşkil edib.

    ///report