Month: March 2025

  • İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

    Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

    President.az xəbər verir ki, təbrikdə deyilir:

    “Sizi mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm.

    Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanları gözəl niyyətlər və savab əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq və bərabərlik yoluna dəvət edir. Bu ayda müsəlmanlar oruc tutmaqla Allah və din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi kamilliyə ucalmaq fürsəti qazanırlar.

    Orucluq mərasimləri bütün İslam aləmində olduğu kimi, Azərbaycanda da hər il böyük fərəh və məmnunluq hissi ilə keçirilir. Ölkəmizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilən Ramazan ayında dövlətimizin rifahı və tərəqqisi üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad olunur. İnanıram ki, insanların qəlbini və ruhunu ilahi hikmətlərlə nurlandıran mübarək Ramazan günlərində dua və diləkləriniz, saf niyyətləriniz Tanrı dərgahında qəbul olunacaq, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir.

    Əziz bacı və qardaşlarım!

    Bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram.

    Allah orucunuzu və dualarınızı qəbul etsin.

    Ramazan bayramınız mübarək olsun!”

  • Тренер “Реала” Анчелотти предстанет перед судом

    Главный тренер испанского футбольного клуба “Реал” итальянец Карло Анчелотти 2 апреля предстанет перед мадридским судом по делу о неуплате налогов.

    Об этом сообщает портал Relevo.

    Сообщается, что Анчелотти в 2014 и 2015 годах выплачивал налог лишь со своей зарплаты в “Реале”, но не с дополнительных источников дохода. Общая сумма задолженности составила 1.062 млн евро. Прокуратура требует для Анчелотти наказание в виде тюремного заключения на четыре года и девять месяцев.

    Анчелотти 65 лет, он руководит “Реалом” с 2021 года, ранее он был главным тренером команды с 2013 по 2015 год. Под его руководством “Реал” по два раза выиграл чемпионат и Кубок Испании, трижды команда становилась победителем Лиги чемпионов.

  • “Real”ın baş məşqçisi Karlo Ançelotti hakim qarşısına çıxarılır

    İspaniyanın “Real” futbol klubunun baş məşqçisi Karlo Ançelotti aprelin 2-də vergi ödəməmə işi ilə bağlı Madrid məhkəməsində hakim qarşısına çıxacaq.

    Median.Az bu barədə “Relevo” portalına istinadla xəbər verir.

    Bildirilir ki, Ançelotti 2014 və 2015-ci illərdə yalnız “Real”dakı maaşından vergi ödəyib, lakin əlavə gəlir mənbələrindən vergi ödəməyib. Ümumi borc məbləği 1.062 milyon avro (1.94 milyon manat) təşkil edib.

    Prokurorluq Ançelotti üçün dörd il doqquz ay müddətinə həbs cəzası tələb edir.

    65 yaşlı Ançelotti 2021-ci ildən “Real”a rəhbərlik edir, bundan əvvəl isə 2013-2015-ci illərdə komandanın baş məşqçisi olub. Onun rəhbərliyi altında “Real” iki dəfə İspaniya çempionatını və İspaniya Kubokunu qazanıb, komanda üç dəfə Çempionlar Liqasının qalibi olub.

  • Azərbaycanda daha iki min eşşək yoxa çıxdı

    Azərbaycanda eşşəklərin sayında azalma davam edir.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, 2025-ci ilin əvvəlində 12 709 baş eşşək olub.

    Bu göstərici ötən illə müqayisədə 2 215 baş azdır. Ümumilikdə son illərdə Azərbaycanda eşşəklərin sayı sürətlə azalır. Belə ki, 2004-cü ildə ölkəmizdə 42.2 min, 2014-cü ildə 43.4 min baş eşşək olduğu halda 2024-cü ilin məlumatlarına görə bu rəqəm 14.9 min olub. Rəsmi qurumlar azalmanın səbəbini açıqlamayıb.

    Ötən il eşşəklərin böyük hissəsinin – 68 faizinin yaşı 3 və daha çox olub.

    Statistikaya görə, ən çox eşşəyin olduğu rayon Lerik (1 151 baş) olsa da, rayonda bu heyvanların sayında ötən illə müqayisədə ciddi azalma olub. Belə ki, ötən il Lerikdə 1 362 baş eşşək olub.

    İkinci ən çox eşşəyin olduğu rayon Şəmkirdir. Burada da azalma müşahidə edilib. Ötən il rayonda 1 284 baş eşşək olduğu halda bu il cəmi 988 baş uzunqulaq qeydiyyatda olub. Quba (846), Ağstafa (792) rayonlarında da eşşəklərin sayı nisbətən çoxdur.

    İqtisadi rayonlar üzrə eşşəklərin sayı aşağıdakı kimi olub:

    Bakı şəhəri – 7

    Naxçıvan Muxtar Respublikası – 1041

    Abşeron-Xızı iqtisadi rayonu – 90

    Dağlıq Şirvan iqtisadi rayonu – 513

    Gəncə-Daşkəsən iqtisadi rayonu – 1426

    Qarabağ iqtisadi rayonu – 658

    Qazax-Tovuz iqtisadi rayonu – 2949

    Quba-Xaçmaz iqtisadi rayonu – 1552

    Lənkəran-Astara iqtisadi rayonu – 2535

    Mərkəzi Aran iqtisadi rayonu – 224

    Mil-Muğan iqtisadi rayonu – 478

    Şəki-Zaqatala iqtisadi rayonu – 542

    Şərqi Zəngəzur iqtisadi rayonu – 88

    Şirvan-Salyan iqtisadi rayonu – 606

  • В Азербайджане произошло землетрясение

    В Имишли произошло землетрясение магнитудой 3.4.

    Об этом говорится в информации Республиканского центра сейсмологической службы.

    Подземные толчки были зафиксированы в 14:42 по местному времени в 11 км к северу от сейсмостанции Саатлы.

    Очаг стихии залегал на глубине 53 км.

    Землетрясение не ощущалось.

  • İmişlidə zəlzələ OLDU

    İmişlidə 3.4 maqnitudalı zəlzələ olub.

    Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Saatlı stansiyasından 11km şimalda, İmişlidə zəlzələ qeydə alınıb.

    Yerli vaxtla 14:42-də, 53 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.

  • Скончалась внучка Азиза Алиева – профессор Тамфира Алиева – ФОТО

    Азербайджанская медицина понесла невосполнимую утрату – ушла из жизни Тамфира Алиева, профессор II кафедры внутренних болезней Азербайджанского медицинского университета (АМУ), доктор медицинских наук.

    Об этом сообщается на официальном сайте вуза.

    Тамфира Алиева была выдающейся ученой, посвятившей свою жизнь изучению сахарного диабета. Она окончила лечебно-профилактический факультет АМУ в 1974 году и с тех пор неустанно трудилась на благо азербайджанской медицины.


    Профессор Алиева работала в больнице имени Семашко (ныне Клинический медицинский центр), на кафедре внутренних болезней Института усовершенствования врачей имени Азиза Алиева, III кафедре внутренних болезней II лечебно-профилактического факультета АМУ. С 2011 года она возглавляла Ассоциацию эндокринологии, диабетологии и терапевтического обучения Азербайджанской Республики.

    Тамфира Алиева – автор множества научных работ, посвященных различным аспектам диабетологии. Среди них – исследования функционального состояния миокарда у диабетиков при изометрической нагрузке, оценка изменений состояния больных диабетом 2-го типа, оптимизация системы диагностики и динамического наблюдения за пациентами, значение участия больного в современном подходе к терапии диабета.

    Тамфира Алиева – дочь выдающегося ученого основоположника азербайджанской эндокринологии, лауреата Государственной премии Республики, заслуженного деятеля науки, профессора Тамерлана Алиева и внучка выдающегося государственного и научного деятеля Азиза Алиева. Она продолжила славные традиции своей семьи и внесла огромный вклад в развитие медицинской науки Азербайджана.

  • Azərbaycanda professor vəfat etdi – FOTO

    Azərbaycan Tibb Universitetinin (ATU) II Daxili xəstəliklər kafedrasının professoru, tibb elmləri doktoru Tamfira Əliyeva vəfat edib.

    Bu barədə universitet məlumat yayıb.

    Qeyd edək ki, T.Əliyeva 1968-1974-cü illərdə ATU-nun Müalicə profilaktikası fakültəsində təhsil alıb.

    O, 2011-ci ildən Azərbaycan Respublikası Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasıyasının sədri idi.

    Xatırladaq ki, T.Əliyeva görkəmli dövlət və elm xadimi Əziz Əliyevin nəvəsidir.

  • Sarıcalı kəndində çoxfunksiyalı inzibati binada bir sıra qurumlar fəaliyyət göstərəcək

    “Sarıcalı kəndində əhaliyə xidmətin daha yaxşı təşkili üçün çoxfunksiyalı inzibati binada bir sıra qurumlar fəaliyyət göstərəcək”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi bildirib.

    Qeyd edilib ki, bu, öz növbəsində əhaliyə göstəriləcək xidmətlərin vahid məkandan təqdim olunmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə imkan yaradacaq.

    Çoxfunksiyalı inzibati bina zirzəmi və iki mərtəbədən ibarətdir. İnzibati binada vestibul (gözləmə zalı), 1 ədəd qeydiyyat otağı, 11 ədəd iş otağı, 1 ədəd iclas otağı, 2 ədəd texniki otaq və mətbəx yaradılıb. Binanın damında günəş panelləri quraşdırılıb.

    Binada müxtəlif iclas və iş otaqlarında işçilərin yüksək səviyyədə fəaliyyət göstərmələri üçün bütün şərait yaradılıb.

    Qeyd edək ki, kənddə inşa olunmuş bütün qeyri-yaşayış binalarının, o cümlədən inzibati binanın damında günəş panelləri quraşdırılıb. Bu panellər vasitəsilə binaların elektrik ehtiyacları təmin ediləcək.

    Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Sarıcalı kəndində yerli icra strukturları üçün inşa olunan çoxfunksiyalı inzibati binanın açılışında iştirak ediblər.

  • В Азербайджане зачитан приговор обвиняемым в госизмене

    Завершился судебный процесс по уголовному делу Арифа Расулова и Эльнура Расулова, обвиняемых в государственной измене.

    Как передает Median.Az со ссылкой на АПА, на процессе под председательством судьи Айгюн Гурбановой в Бакинском суде по тяжким преступлениям был зачитан приговор.

    Решением суда оба обвиняемых были признаны виновными по уголовному делу и приговорены к 15 годам лишения свободы с отбыванием наказания в колонии строгого режима.

    Напомним, что А.Расулову и Э.Расулову было предъявлено обвинение по статье 274 (государственная измена) Уголовного кодекса Азербайджана.

    Напомним, что обвиняемые были арестованы в результате спецоперации Службы государственной безопасности (СГБ). Согласно обвинительному заключению, Э.Расулов, находясь в 2018 году в Иране на лечении, согласился на тайное сотрудничество с представителями спецслужб этой страны, которые представились как Мейсе и доктор.

    Эльнур Расулов, сначала напрямую, а затем через своего родственника Арифа Расулова, которого привлек к тайному сотрудничеству, за различные вознаграждения выполнял задания иранских спецслужб, в частности пересылал по WhatsApp фото и видеокадры территорий прохождения нефте- и газопроводов в Гарадагском районе Баку, мест, где хранятся беспилотные летательные аппараты, танки и различное военное оборудование, принадлежащие Министерству обороны и Государственной пограничной службе, техники, представленной на фестивале авиации, космоса и технологий TEKNOFEST в Баку, а также зенитно-ракетных комплексов и других радарных и контрольных устройств, расположенных в Сальянском и Физулинском районах.