Month: March 2025

  • III Vergi və Mühasibatlıq Zirvəsi uğurla yekunlaşdı

    “Facemark” və “Good Finance” şirkətlərinin təşkilatçılığı ilə 1 mart 2025-ci ildə Gülüstan sarayında “Vergi və Mühasibatlıq Zirvəsi 2025” (VMZ2025) keçirildi. “Hesabın gücü” şüarı altında baş tutacaq bu tədbir ölkəmizdə üçüncü dəfə təşkil olunur.

    Zirvədə vergi sahəsinin tanınmış ekspertləri, mühasibatlıq üzrə beynəlxalq mütəxəssislər və müxtəlif şirkətlərin rəhbərləri iştirak edib.

    Əsas məqsədi vergi və mühasibatlıq sahəsindəki çətinlikləri və yeni tələbləri analiz edərək yerli və beynəlxalq təcrübələri paylaşmaq olan tədbir həmçinin, mühasibatlıq və vergi sistemlərinin inkişafına dair innovativ yanaşmaları təqdim edib.

    Qeyd edək ki, tədbir Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi və “Admedia” şirkətinin təşkilati dəstəyi, SİMA Rəqəmsal Həllər Platforması, “İCMA” və ASAN İnnovativ İnkişaf Mərkəzinin dəstəyi, “Unibank”ın bank sponsorluğu, “Meqa Sığorta”, “Meqa Həyat”, “Moon Group” və “Başkent” restoranlar şəbəkəsinin sponsorluğu ilə keçirilib.

    Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Baş idarə rəisi Nicat İmanov tərəfindən edilən açılış nitqi ilə davam edib.

    “Maliyyə riskləri və uçotu” paneli “Good Finance” şirkətinin direktoru Vüsal Səlimovun moderatorluğu və Fuad Əliyev (Maliyyə Monitorinqi Xidməti), Rüfət Əliyev (A Audit and Consulting MMC, Auditor), Orxan Yusifov – (Facility Management Qrupun CFO-su), Xalid Cəfərov (Meslehetci.az konsaltinq şirkətinin həmtəsisçisi) spikerliyi ilə baş tutub.

    “Peşəkar Mühasib Sertifikatı: Qızıl bilet, yoxsa məcburiyyət?” paneli Elsevər İbadov (Müdafiə Sənayesi Nazirliyi, Milli Aerokosmik Agentliyinin Maliyyə və mühasibat uçotu şöbəsinin rəisi) moderatorluğunda, Teymur Əşrəf (“Good Finance” MMC, vergi konsultantı) və Faiq Abdulla (DİM, PMS imtahanları üzrə aparıcı məsləhətçi) tərəfindən spikerlik edilərək keçirilib.

    “Vergilər: Menecment və Vizyon” paneli Elçin Əkbərov (Consulting Group MMC-nin həmtəsisçisi və direktoru) moderatorluğu ilə, Sirac Piriyev (Vəkillər Kollegiyası, Hüquqşünas), Anar Bayramov (“Bizcon Audit” MMC, Auditor), Günel Sadıyeva (“PwC Azerbaijan”, Vergi direktoru), Namiq Dərgahov (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəis müavini) və Əvəz Quliyev (Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini) tərəfindən spikerlik edilərək keçirilib.

    Hər panelin məqsədi iştirakçılara mövcud məsələlərə dair innovativ yanaşmalar təqdim etmək olub. Bu da mühasibatlıq və vergi sistemlərinin inkişafını daha effektiv və rəqabətədavamlı hala gətirmək üçün yeni perspektivlər qazandırıb.

    İştirakçıların fəal iştirakı, spikerlərimizin dəyərli çıxışları və bütün sponsor, tərəfdaşlarımızın dəstəyi sayəsində Vergi və Mühasibatlıq Zirvəsi 2025 uğurla yekunlaşdı. Hər kəsə bu möhtəşəm tədbirə qatıldığı və təcrübələrini bizimlə paylaşdığı üçün dərin təşəkkürümüzü bildiririk.

  • Qiymətlər yenidən sürətlə artmağa başlayıb – SƏBƏB NƏDİR?

    Rəsmi statistika göstərir ki, 2025-ci ilin ilk ayında qiymət artımı keçən ilin dekabr ayına nisbətən daha çox olub. Bəs görəsən, inflyasiya niyə sürətlənib? Qiymətlərin yenidən sürətlə artmağa başlamasının səbəbi nədir?

    Dövlət Statistika Komitəsi istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumatları açıqlayıb. Məlumata əsasən, 2025-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2024-cü ilin yanvar ayına nisbətən 5,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 5 faiz, qeyri-qida məhsulları üzrə 2,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 8,4 faiz artıb.

    2024-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2023-cü ilin dekabr ayına nisbətən 4,9 faiz idi. Yəni istehlak qiymətləri indeksinin artım tempi 4,9 faizdən 5,4 faizə yüksəlib.

    2025-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən (dekabr) bir faiz, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi isə əvvəlki aya nisbətən 0,6 faiz yüksəlib.

    Maraqlıdır, inflyasiya niyə sürətlənib? Qiymətlərin yenidən sürətlə artmağa başlamasının səbəbi nədir?

    Oxu.Az “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

    “Qiymət artımı proqnozlaşdırılan diapazonda dəyişir”

    Millət vəkili Vüqar Bayramov “Kaspi”yə açıqlamasında bildirdi ki, bütövlükdə inflyasiya qeydə alınsa da, rəsmi statistika göstərir ki, qiymət artımı proqnozlaşdırılan diapazonda dəyişir: “İnflyasiya göstəriciləri üçün proqnozlaşdırılan diapazon 4-6 faiz arasıdır. Sözsüz ki, biz 2024-cü il və eləcə də, ötən ilin son ayı ilə müqayisədə inflyasiya səviyyəsində artımı müşahidə edirik. Bunun əsl səbəbi idxal inflyasiyasıdır. Biz yanvar ayında idxal inflyasiyasının qiymət artımına, istehlak bazarına təsirlərini müşahidə etdik. Bu da inflyasiya səviyyəsində özünü göstərdi”.

    “Süni qiymət artımına qarşı mübarizə gücləndirilməlidir”

    Millət vəkili deyir ki, yanvar ayında bazarda yerli kənd təsərrüfatı məhsullarının payı azalıb, bu da nəticə etibarilə istehlak bazarında məhsul strukturuna təsir göstərir. Bunun nəticəsində də biz qiymətlərdə artımları müşahidə edirik: “2025-ci ildən ölkədə sosial paket icra olunub. Sosial paketin icrasına uyğun olaraq təbii ki, tələbin, istehlakın artması gözlənilir. Amma bu kontekstdə süni qiymət artımlarına qarşı mübarizənin gücləndirilməsinə ehtiyac var ki, istehlak bazarında yeni qiymət artımları müşahidə olunmasın. Birmənalı şəkildə müvafiq dövlət qurumu tərəfindən süni qiymət artımlarına qarşı mübarizə gücləndirilməlidir”.

    “İdxalın əvəzlənməsi prosesi intensivləşməlidir”

    V.Bayramov vurğulayır ki, regionda qiymət artımı müşahidə olunduğu üçün bu, bizə də təsirsiz ötüşmür: “İdxalın əvəzlənməsi prosesi intensivləşməlidir, çünki bu proses praktiki olaraq, idxal inflyasiyasının təsirlərinin minimumlaşdırılmasına gətirib çıxara bilər. Hazırda regionda qiymət artımı müşahidə olunur. Bu da idxal vasitəsilə Azərbaycan istehlak bazarında da inflyasiya səviyyəsinə təsir göstərir”.

    İstehsal sahəsində çətinliklər…

    İqtisadçı Eldəniz Əmirov bildirdi ki, inflyasiyanın ötən illə müqayisədə bu il daha yuxarı olacağı proqnoz edilirdi: “Bunun səbəbi istehsal və təchizat zəncirində olan çətinliklər, tələbin müəyyən qədər artması, eyni zamanda idxal etdiyimiz ölkələrdə məhsulların istehsal-logistika xərclərinin artmasıdır”.

    Mütəxəssis hesab edir ki, 2025-ci il üzrə olan proqnoz göstəriciləri real nəticələri aşmayacaq.

    İqtisadçı Xalid Kərimli isə bildirir ki, inflyasiyanın sürətlənməsi səbəbi yanacağın qiymətinin artmasıdır: “Ötən ilin ikinci yarısından benzinin qiyməti 10 faiz, dizelin qiyməti isə 25 faiz artdı. Enerji qiymətlərinin artması ciddi surətdə inflyasiyaya təsir edəcək amildir. Təkcə dizel yanacağının qiymətinin artırılması istehsal xərclərinin, kənd təsərrüfatı məhsullarının, tikinti materiallarının daşınmasının qiymətini ciddi şəkildə artırır”.

    Hansı məhsullar bahalaşıb?

    Məlumat üçün bildirək ki, cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarında daha çox bahalaşma olub. Buna misal olaraq, balıq məhsullarını, uşaq qidası üçün quru süd qarışığını, kərə, günəbaxan və qarğıdalı yağlarını, süfrə marqarinini, naringi, alma, armud, heyva, nar, xurma, kivi, qoz, fındıq, şabalıd, ağ kələm, göyərti, xiyar, pomidor, şirin bibər, balqabaq, sarımsaq, soğan və kartofu qeyd etmək olar. Makaron, təzə balıq, yumurta, portağal, banan və yerkökünün qiymətlərində isə enmə müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Həmçinin bu ilin yanvar ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,3 faiz artıb. Yanvar ayında əvvəlki ayla müqayisədə bəzi qeyri-qida məhsullarında bahalaşma qeydə alınıb. Buna misal olaraq kərpicin, sulu boyaların, pambıq parçaların, çilçıraqların, zərgərlik məmulatlarının qiymətinin artmasını göstərmək olar. Kəsilmiş taxtaların, laminat parketlərin, yazı kağızlarının qiymətlərində isə enmə müşahidə olunub.

  • Bakıda çanta oğurlayan qadın və kişilər tutuldu

    Bakıda çanta oğruları saxlanılıb.

    Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Səbail rayonu Ə.Əlizadə küçəsində bir nəfərin içərisində 1200 manat pul və mobil telefon olan çantasının oğurlanması barədə polisə məlumat daxil olub.

    Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 36 yaşlı V.Hacıyev və 23 yaşlı M.Abdullayeva müəyyən olunaraq saxlanılıblar.

    Yasamal rayonu ərazisində də analoji hadisə baş verib. Ayrı-ayrı vaxtlarda rayon sakinlərinin ümumilikdə 2900 manat pul, həmçinin bank kartları və sənədlər olan çantalarını talayan şəxsləri polis əməkdaşları qısa müddət ərzində müəyyən ediblər. Belə ki, hadisəni törətməkdə təqsirli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 48 yaşlı A.Əhmədov və 40 yaşlı M.Bağırov polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib.

  • 17 yaşlı yeniyetmənin idarə etdiyi maşın aşıb, xəsarət alanlar var

    Biləsuvar rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

    Median.Az APA-nın cənub bürosuna istinadən xəbər verir ki, hadisə, Biləsuvar- Bəhramtəpə avtomobil yolunun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınıb.

    2008-ci il təvəllüdlü E.Muradlı atasına məxsus “Niva” markalı avtomobili idarə edərkən idarəertməni itirib, yol kənarındakı işıqlandırma dirəyinə çırpılıb. Daha sonra avtomobil aşıb.

    Qəzada, sürücü və nəqliyyat vasitəsində sərnişin qismində olan 2011-ci il təvəllüdlü T.Əlizadə xəsarət alıblar.

    Hər iki şəxs təcili yardım vasitəsilə rayon xəstəxanasına çatdırılıb.

    Yaralılara zəruri ilkin tibbi yardım göstərilib. Sürücünün xəsarəti yüngül olduğundan ambulator müalicəyə buraxılıb. Qapallı kəllə beyin travması alan T.Əlizadə daha sonra ixtisaslaşmış xəstaxanalardan birinə yola salınıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Finlandiya Prezidenti: Yeganə qalib Putin oldu

    Ağ Evdə 28 fevral hadisələrinin yeganə qalibi Rusiya Prezidenti Vladimir Putin oldu.

    Bunu Finlandiya Prezidenti Aleksander Stubb Donald Tramp və Volodimir Zelenski arasında açıq mübahisəyə çevrilən görüşü şərh edərkən deyib.

    “Bu, diplomatik uğursuzluq idi və yekunda yalnız bir qalib oldu, o, heç orada deyildi. Bu, Vladimir Putindir”, – Stubb “Ykkösaamu” teleproqramında bildirib.

    Stubb Ağ Evdə baş verənləri “kədərli” və “tarixi” adlandırıb.

    “Bütün yetkin həyatım boyu beynəlxalq siyasət və diplomatiya ilə məşğul olmuşam və heç vaxt ictimaiyyət arasında belə bir şey görməmişəm. Bağlı qapılar arxasında hər cür müzakirələr aparılır, lakin cümə günü kameralar qarşısında baş verən hadisələr çox nadir görülənlərdəndir”, – o əlavə edib.

    Stubbın sözlərinə görə, Finlandiya sülhə nail olmaq üçün ilkin plan hazırlayıb, bu plan üç mərhələdən ibarətdir və birinci mərhələyə Ukraynanın hərbi, siyasi və iqtisadi cəhətdən güclənməsi, eləcə də Rusiyaya maksimum təzyiq göstərilməsi daxildir.

    “Ukrayna təhlükəsizlik məsələlərində aparıcı rol oynamalı, eyni zamanda Avropa və ABŞ-nin dəstəyi ilə hərəkət etməlidir”, – Stubb deyib.

    O, danışıqların Pasxa bayramına qədər davam edəcəyini düşündüyünü, Avropanın bu prosesin uğurla həyata keçirilməsi üçün məsuliyyət daşımalı olduğunu vurğulayıb.
    //report.az

  • Житель Баку “разместил” в своём доме тысячу человек

    В Баку мужчину привлекли к ответственности за хулиганство в общественном месте.

    Как сообщает Qafqazinfo, инцидент зафиксирован на улице Ашыга Алескера.

    Сотрудники полиции призвали к порядку и задержали Х.Кязымова (фамилия условная,1966 г.р.), громко кричавшего и нецензурно ругавшегося на улице.

    В ходе расследования было установлено, что мужчина имеет квартиру на этой улице и за деньги прописал в нее сотни людей.

    Х.Кязымов в своих показаниях заявил, что на его жилплощади прописано более 1 000 человек.

    На нарушителя составили протокол по статье 510 (мелкое хулиганство) Кодекса Азербайджанской Республики об административных проступках.

    Решением Хатаинского районного суда Х.Кязымов арестован на четверо суток.

  • Bakı sakini bir evə 1 000 nəfəri “YERLƏŞDİRDİ” – ŞOK cinayətin üstü açıldı

    Bakıda ictimai yerdə xuliqanlıq hərəkətləri etmiş şəxs məsuliyyətə cəlb edilib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Aşıq Ələsgər küçəsində qeydə alınıb.

    Küçədə yüksək səslə qışqıraraq söyüş söyən 1966-cı il təvəllüdlü H.Kazımov (şərti) polis əməkdaşları tərəfindən asayişə dəvət edilərək saxlanılıb.

    Aparılan araşdırma zamanı saxlanılan şəxsin həmin küçədə evinin olması və pul müqabilində yüzlərlə şəxsi mənzilinə qeydiyyata saldırması müəyyən edilib.

    H.Kazımov da ifadəsində 1 000 nəfərdən çox şəxsi ödəniş əsasında evinə qeydiyyata saldırdığını deyib.

    Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.

    Xətai Rayon Məhkəməsinin qərar ilə H.Kazımov dörd sutkalıq həbs edilib.

  • Сына издателя Мушфига Хана нашли в хостеле: как и почему исчез подросток?

    Известный азербайджанский издатель Мушфиг Хан в беседе с Oxu.Az рассказал подробности, связанные с недавним исчезновением его сына, Физули Фарзиева.

    По его словам, перед уходом из дома мальчик написал письмо, в котором говорится о том, что он устал от занятий. В настоящее время Физули учится в 10-м классе и готовится к поступлению в вуз на специальность первой группы (технической).

    “Вчера, после обращения о пропаже ребенка, сотрудники 16-го, 20-го и 40-го отделений полиции МВД сделали все возможное, отследив по камерам видеонаблюдения в городе, в каком направлении он передвигался”, – рассказал Мушфиг Хан.

    По словам издателя, его сына нашли в хостеле на территории Инглаба (ныне улица Гасана Алиева).

    “Он планировал начать зарабатывать деньги в какой-нибудь донерной, а затем взяться за любую работу, на которую был бы способен. Сам по себе он трудоспособный мальчик, у него есть стремление зарабатывать. Просто потому, что он еще мал, я не разрешал ему работать, так как сейчас его задача – выучиться”, – рассказал он.

    Как выяснилось, на самом деле мальчик хотел остановиться не в том хостеле, в котором его нашли. Недостаточно хорошее знание города и отсутствие смартфона (за день до инцидента отец забрал его у мальчика) привели его к другому адресу.

    “Накануне я взял у него смартфон и вместо этого дал простой, кнопочный телефон. Уходя, он не забрал с собой телефон, и ему пришлось пойти в другой хостел, так как плохо знал город. В этом общежитии проживает в основном молодежь – студенты, приезжающие на подработки люди. Дома он взял у матери около 200 манатов, намереваясь первое время платить с них по 10 или 15 манатов в день за проживание. Он даже не взял с собой удостоверение личности”, – поделился издатель.

    Почему же никто в хостеле не сообщил семье, если заметили, что пришел подросток? Как отметил Мушфиг Хан, такие попытки были, но мальчик попросил в общежитии никому не рассказать о нем и отказался давать номера телефонов своих родителей.

    “Потом один из тех, кто снимает помещение в хостеле, увидел в социальных сетях репосты и фотографии, увидел мои контакты и позвонил мне. В то время я был в полицейском участке, мы отследили это место.

    Звонивший сначала говорил осторожно, хотел узнать, все ли в порядке у нас дома. Он, наверное, подумал, что ребенок сбежал, потому что ему было некомфортно и в семье его обижали. Я заверил этого человека, что у нас нет и не может быть никаких проблем. Затем я передал трубку полицейскому, мужчина сказал, чтобы мы не волновались, с ребенком все в порядке и мы можем забрать его завтра. Естественно, я не стал откладывать это дело, и примерно в два часа ночи сына привезли домой”, – сказал Мушфиг Хан.

    Издатель также отметил, что с подростком сейчас все хорошо: “Он сам признался, что ушел из дома целенаправленно. Он, который всегда ходил с непокрытой головой, даже надевал на голову шерстяную шапку и капюшон, чтобы его не узнали на камерах видеонаблюдения”.

    В завершение Мушфиг Хан не забыл поблагодарить всех, кто поддержал его и помогал ему отыскать сына: “Хочу поблагодарить всех представителей прессы, которые вчера освещали нашу проблему, пользователей социальных сетей и сотрудников полиции, которые сделали все возможное, чтобы найти ребенка”, – заключил Хан.

  • Müşfiq Xanın oğlu Bakıda hosteldən TAPILIB: Yoxa çıxmasının ƏSL SƏBƏBİ BİLİNDİ

    “Oğlum evdən gedəndə məktub yazıb qoymuşdu. Məktubunda deyirdi ki, dərslərdən yorulub, artıq onlar onu sıxır”.

    Bunu Oxu.Az-a açıqlamasında tanınmış naşir Müşfiq Xan deyib.

    Ötən gün oğlunun evdən qaçmasının ardınca yaşanan hadisələrdən danışan naşir qeyd edib ki, hazırda oğlu 10-cu sinifdə oxuyur və I ixtisas qrupu üzrə ali məktəbə hazırlaşır:

    “Bizim evdə təxminən dörd ay əvvəl yanğın olmuşdu, hələ də biz öz evimizdə yaşamırıq. Evdə təmir işləri gedir.

    Dünən, uşağın itməsi ilə bağlı müraciətdən sonra, Daxili İşlər Nazirliyinin 16, 20 və 40-cı polis bölmələrində çalışan əməkdaşlar, təhlükəsiz şəhər kameralarını bir-bir izləyərək, onun hansı istiqamətdə getməsini müəyyənləşdirmək üçün əllərindən gələni etdilər”, – deyə M.Xan bildirib.

    M.Xan bildirib ki, oğlunu “İnqilab” deyilən ərazidə (H.Əliyev küçəsi) bir hosteldən tapıblar.

    “Planlaşdırıb ki, gedib başlanğıc kimi bir dönərxanada filan işləyəcəyəm, sonra da bacardığım hansı işlər olarsa, işləyərəm. Özü pul qazanmağa həvəsli uşaqdır. Sadəcə, yaşı az olduğu üçün, mən işləməyə icazə vermirəm ki, indi sənin vəzifən dərs oxumaqdır”.

    Niyə məhz o hostelə getməsi məsələsinə gəlincə isə naşir qeyd edib ki, oğlu əslində başqa hostelə getməli imiş, amma şəhəri yaxşı tanımadığı üçün və hadisədən bir gün əvvəl smartfonu onun əlindən aldığı üçün həmin ünvanı tapa bilməyib:

    “Mən bir gün əvvəl smartfonu ondan götürüb yerinə adi, sadə telefon vermişdim. Gedəndə o telefonu götürməyib, şəhəri də yaxşı tanımır deyə başqa bir hostelə gedib. Həmin hosteldə də əsasən tələbə-gənclər, işləyənlər, təhsil alanlar qalır. Evdən anasından 200 manat civarında pul da götürüb və düşünüb ki, günə 10 ya 15 manat ödəyib qalacaq orada. Şəxsiyyət vəsiqəsini belə götürməmişdi”, – deyə naşir bildirib.

    “Yeniyetmə olduğunu gördükləri halda niyə hosteldə heç kim ailəsinə xəbər verməyib” sualına gəlincə, naşir bildirib ki, buna cəhd ediblər, amma oğlu razı olmayıb:

    “Hosteldə məcbur ediblər ki, valideynlərinin nömrəsini ver, zəng edib xəbər verək. Etiraz edib, verməyib nömrəni.

    Daha sonra isə həmin hosteli icarəyə götürən şəxs sosial şəbəkədə paylaşımları və şəklini görüb, nömrələrimi görüb mənə zəng edib. Həmin vaxt mən polis idarəsində idim. 16-cı polis bölməsindən böyük monitorlu izləmə yerinə getmişdik.

    Zəng edən adam bir az ehtiyatlı danışırdı, istəyirdi bilsin ki, evdə hər hansı narazılıq olubmu, olmayıbmı. Yəqin fikirləşib ki, bəlkə evdə incidiblər deyə uşaq evdən qaçıb. Onu əmin etdim ki, evlə bağlı heç bir problemi yoxdur və ola da bilməz. Sonra telefonu polis əməkdaşı götürüb həmin adamla danışdı, adam dedi ki, narahat olmayın, uşaq yatıb, rahat yerdədir. Sabah gəlib götürərsiniz. Sabaha saxlamaq olmazdı təbii ki. Biz getdik həmin yerə və təxminən gecə saat ikidə uşağı götürdük, gətirdik evə.”

    Naşir açıqlamasında onu da vurğuladı ki, hazırda oğlunun vəziyyəti yaxşıdır:

    “Deyir özüm məqsədli şəkildə çıxmışdım. Hətta TŞ kameralarına düşməsin deyə, həmişə başıaçıq gəzən uşaq başına yun papaq, onun da üstündən gödəkcənin papağını qoyub ki, kameralarda görünməsin”.

    Sonda Müşfiq Xan ötən gün yaşadığı hadisədə ona dəstək olan hər kəsə təşəkkür etməyi də unutmadı:

    “Mən dünən bizim problemi işıqlandıran bütün mətbuat nümayəndələrinə, sosial şəbəkə istifadəçilərinə və uşağın tapılması üçün əlindən gələni edən polis əməkdaşlarına təşəkkür etmək istəyirəm. Çünki onlar olmasa idi, uşağı tapmaq o qədər də asan olmayacaqdı”, – deyə M.Xan vurğulayıb.

  • Стали известны подробности аварии в Агджабеди, унесшей жизни пяти человек

    Стали известны некоторые детали в связи с тяжелой аварией в селе Ходжавенд Агджабединского района, в результате которой погибли пять человек.

    Как сообщает Median.Az со ссылкой на Qafqazinfo, все погибшие в дорожно-транспортном происшествии были жителями села Боят Агджабединского района.

    Они направлялись обратно в родное селе после того, как установили палатку для проведения траурной церемонии в одном из населенных пунктов в Агджабеди.

    Согласно информации, на дороге, где произошла авария, ограничение скорости составляет 70 км/ч, однако один из автомобилей двигался с более высокой скоростью и врезался в ВАЗ. Вследствие этого машина вышла из-под контроля, выехала на встречную полосу и снова столкнулась с другим автомобилем.

    В результате погибли находившиеся в ВАЗ Вюсал Гусиев (1990 г.р.), Санан Амрахов (1991 г.р.), Азер Асланов (1992 г.р.), Асиман Алескеров (2007 г.р.) и Эльбей Асланов.

    Отметим, что во время ДТП еще пять человек получили травмы различной степени тяжести. Четверо из них уже выписаны домой.