Month: March 2025

  • Yas çadırı qurub geri qayıdırlarmış – 6 nəfərin həlak olduğu qəzanın TƏFƏRRÜATI

    Dünən axşam saatlarında Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində 5 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza ilə bağlı bəzi faktlar üzə çıxıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəzada həyatını itirən 5 nəfərin hamısı rayonun Boyat kənd sakinləri imiş.

    Onlar Ağcabədinin kəndlərindən birində yas mərasimi üçün çadır quraşdıraraq geriyə – yaşadıqları əraziyə qayıdarkən bədbəxt hadisə ilə üzləşiblər.

    Bildirilir ki, hadisənin baş verdiyi yolda sürət həddi saatda 70 kilometr olsa da, avtomobillərdən biri daha sürətlə hərəkət edərək arxadan VAZ markalı avtomobilə çırpılıb. Nəticədə, idarəetmədən çıxan avtomobil yolun əks hərəkət istiqamətinə çıxıb və qarşıdan gələn digər avtomobillə yenidən toqquşub. Nəticədə, VAZ-da olan Vüsal Məmməd oğlu Hüsiyev (1990), Sənan Aqil oğlu Əmrahov (1991), Azər Fəyyaz oğlu Aslanov (1992), Asiman Yaşar oğlu Ələsgərov (2007) və Elbəy Mövsüm oğlu Aslanov həlak olublar.

    Həmin şəxslərdən Sənan Əmrahov evin tək oğul övladı imiş. Qəzada onun bacısının həyat yoldaşı Azər də həyatını itirib.

    Qeyd edək ki, qəza nəticəsində daha 5 nəfər xəsarət alıb. Onlardan 4-ü artıq evə buraxılıb.

  • В Азербайджане закрыты все порты: введен запрет на вход и выход судов

    Специалисты Центра управления движением судов Государственного морского и портового агентства (DDLA) при Министерстве цифрового развития и транспорта Азербайджана работают в усиленном режиме.

    Об этом в ответ на запрос Report сообщили в DDLA.

    “В настоящее время введен запрет на вход и выход судов из всех морских портов Азербайджана. На Каспийском море ожидается усиление северо-западного и северного ветра, на некоторых участках максимальные порывы ветра могут достичь 30 м/с, а высота волны – 5.5 м.

    Ввиду сложных погодных условий все суда в море размещены в специальных укрытиях и находятся под постоянным наблюдением операторов. В целях контроля фактической обстановки в территориальных водах Азербайджана Центр национальной морской администрации осуществляет постоянный контроль за направлением и силой ветра, высотой волн и расстоянием видимости. Специалисты центра будут продолжать обмениваться информацией и регулировать движение судов до тех пор, пока ветер не ослабнет”, – говорится в сообщении агентства.

    Отметим, что в настоящее время на территории страны сохраняется снежная и морозная погода. В Баку и на Абшеронском полуострове зафиксировано до 4, в низменных районах – до 3, в Нахчыванской Автономной Республике – до 10, в горных районах – до 20 градусов мороза.

  • Azərbaycanda bütün limanlar BAĞLANIB: Gəmilərin giriş-çıxışına qadağa qoyuldu

    Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmilərin Hərəkətini İdarəetmə Mərkəzinin (GHİM) mütəxəssisləri gücləndirilmiş iş rejimində işləyir.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq DDLA-dan məlumat verilib.

    “Hazırda Azərbaycanın bütün dəniz limanlarından gəmilərin giriş-çıxışına qadağa qoyulub. Xəzər dənizində şimal-qərb və şimal küləyinin güclənəcəyi, bəzi yerlərdə küləyin sürətinin 30 m/s-yə çatacağı, dalğanın hündürlüyünün isə 5.5 metrə çatacağı gözlənilir.

    Çətin hava şəraiti nəzərə alınaraq dənizdəki bütün gəmilər xüsusi sığınacaqlara yerləşdirilib və operatorların daimi nəzarəti altındadırlar. Azərbaycanın ərazi sularında faktiki vəziyyətə nəzarət etmək məqsədilə Milli Dəniz Administrasiyası Mərkəzi küləyin istiqaməti və gücünə, dalğaların hündürlüyünə və görünmə məsafəsinə daim nəzarət edir. Mərkəzin mütəxəssisləri külək zəifləyənə qədər məlumat mübadiləsini və gəmilərin hərəkətinin tənzimlənməsini davam etdirəcəklər”, – agentlikdən bildirilib.

    Qeyd edək ki, hazırda ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti davam edir. Bakıda və Abşeron yarımadasında -4, Aran rayonlarında -3, Naxçıvan MR-da -10, dağlıq rayonlarda isə -20 dərəcəyədək şaxta qeydə alınıb.

  • “Titanik” və “Avatar”ın rejissoru Trampa görə ABŞ-ı tərk etdi

    Məşhur “Titanik” və “Avatar” filmlərinin rejissoru Ceyms Kemeron ABŞ-ı tərk edib. 

    Median.Az xarici mediaya istinadən xəbər verir ki, o, bu qərarını Donald Trampın prezident seçilməsindən sonra ölkədə baş verən siyasi dəyişikliklərlə əlaqələndirib. 

    Kemeron bildirib ki, Trampın seçilməsi ilə ölkədə vəziyyət kəskin şəkildə dəyişib və Amerika “layiq olduğu hər şeydən üz döndərib”.
     
    O, bu vəziyyətdən dərin narahatlıq keçirdiyini ifadə edib.

  • “Titanik” və “Avatar”ın rejissoru Trampa görə ABŞ-ı tərk etdi

    Məşhur “Titanik” və “Avatar” filmlərinin rejissoru Ceyms Kemeron ABŞ-ı tərk edib. 

    Median.Az xarici mediaya istinadən xəbər verir ki, o, bu qərarını Donald Trampın prezident seçilməsindən sonra ölkədə baş verən siyasi dəyişikliklərlə əlaqələndirib. 

    Kemeron bildirib ki, Trampın seçilməsi ilə ölkədə vəziyyət kəskin şəkildə dəyişib və Amerika “layiq olduğu hər şeydən üz döndərib”.
     
    O, bu vəziyyətdən dərin narahatlıq keçirdiyini ifadə edib.

  • “Titanik” və “Avatar”ın rejissoru Trampa görə ABŞ-ı tərk etdi

    Məşhur “Titanik” və “Avatar” filmlərinin rejissoru Ceyms Kemeron ABŞ-ı tərk edib. 

    Median.Az xarici mediaya istinadən xəbər verir ki, o, bu qərarını Donald Trampın prezident seçilməsindən sonra ölkədə baş verən siyasi dəyişikliklərlə əlaqələndirib. 

    Kemeron bildirib ki, Trampın seçilməsi ilə ölkədə vəziyyət kəskin şəkildə dəyişib və Amerika “layiq olduğu hər şeydən üz döndərib”.
     
    O, bu vəziyyətdən dərin narahatlıq keçirdiyini ifadə edib.

  • Müğənniyə qarşı dələduzluq edən baş həkimlərə cinayət işi açıldı

    Kəlbəcər rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi, hazırda Təkmilləşdirmə İnstitutunda müəllim işləyən Mehparə Kazımovaya cinayət işi açılıb.

    Bu barədə  ondan şikayətçi olan müğənni Dəniz Əsədova məlumat verib.

    Onun sözlərinə görə, hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində araşdırma apırılır. Qeyd olunur ki, Mehparə Kazımova hazırda həbsdə olan Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının keçmiş baş həkimi Rauf İsfəndiyarovla əlbir olaraq, saxta əlillik dərəcələri təyin etməkdə, həmçinin 2017-2018 ci ildə müğənni Dəniz Əsədovanın külli miqdarda pulunu ələ keçirməkdə ittiham olunur.

    Müğənni bildirib ki, onun şikayəti əsasında həmçinin Rauf İsfəndiyarovla əlbir olan Laçın rayon Mərkəzi Xəstəxanın keçmiş baş həkimi Gülli İbadovaya və Xəzər rayon 31 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Abbasqulu Bakıxanova da cinayət işi açılıb. Onlar Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri üzrə ittiham olunurlar.

    Qeyd edək ki, Rauf İsfəndiyarov Bakıdakı 21 nömrəli Birləşmiş şəhər Xəstəxanasının baş həkimi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək aldatma ve etibardan sui-istifadə etmə yolu ilə müğənni Dəniz Əsədovaya məxsus 319 min 500 manat məbləğində pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirib.

  • Hacıqabulda 10 yaşlı uşağı qatar vuraraq öldürüb

    Hacıqabulda 2014-cü il təvvəllüdlü Qaçaylı Yusif Malik oğlunu qatar vuraraq öldürüb.

    Apa-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb.

    Yeniyetmə aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
    Faktla bağlı xətt polisi tərəfindən araşdırma aparılır.

  • Gəncədə işə düzəltmə dələduzluğu

    Vətəndaşları dövlət qurumlarında işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən daha bir şəxsə hökm oxunub. 

    Median.Az xəbər verir ki, təqsiləndirilən T.Q. Gəncə Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə mühakimə olunub. 
    Hakim Asif Əliyevin çıxardığı hökmə əsasən, T.Q. 3 il müddətinə azadlıqdan məhrum edilib. 
    İş materiallarından məlum olur ki, T.Q. Gəncə Dəmiryol Xəsətəxanasının həkimindən 12500 manat alaraq onun oğlunu dövlət şirkətlərinin birində işə düzəlməsinə kömək edəcəyini bildirib. 
    Bundan başqa, o, başqa bir şəxsi 9000 manat müqabilində Gəncədə fəaliyyət göstərən məktəblərdən birinə işə düzəldəcəyini vəd edib. 
    Lakin sonradan məlum olub ki, deyilənlər sadəcə quru vəddir. 

    Vətəndaşlar hüquq-mühafizə orqanlarına şikayət etdikdən sonra T.Q. saxlanılıb və ona yuxarıda qeyd edilən maddələrlə ittiham irəli sürülüb. 
    T.Q. məhkəmədə elan olunmuş ittihamla özünü təqsirli bilib. 

  • Dövlət Dəniz və Liman Agentliyi gəmilərə xəbərdarlıq etdi

    Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

    Bununla bağlı, Agentliyin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova məlumat verib. 

    Xəbərdarlığa əsasən, martın 1-də Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb, şimal küləyi 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə gecə və səhər arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

    Dalğanın hündürlüyünün isə 3.5-5.5 m.çatacağı proqnozlaşdırılır.