Month: March 2025

  • Azyaşlıları cəlb edib it döyüşdürən şəxs və valideyni barəsində tədbir görüldü – VİDEO

    Göyçayda it döyüşdürən şəxs və valideyni barəsində protokol tərtib edilib.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, fevralın 27-də sosial şəbəkədə it döyüşdürülməsi ilə bağlı paylaşılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

    Həmin görüntülərin Göyçay rayonunda qeydə alındığı müəyyən edilib və əməli törədən yetkinlik yaşına çatmayan şəxs valideyni ilə birlikdə ərazi polis orqanına dəvət olunub.

    Onların hər ikisi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək qərar qəbul olunması üçün aidiyyəti üzrə göndərilib.

    Xatırladaq ki, fevralın 27-də iki itin döyüşdürülməsi ilə bağlı görüntülər sosial şəbəkədə yayılmışdı. Paylaşılan videolardan məlum olur ki, aralarında güc balansı olmayan itlər digərinə xəsarət yetirir, hadisəyə şahidlik edən şəxslər isə bunu coşqu ilə qarşılayırdılar.

  • В Баку от отравления метиловым спиртом скончался еще один человек

    В Сабунчинском районе Баку от отравления техническим спиртом скончался еще один человек.

    Как сообщает lent.az, 43-летний Э.Зейналов выпил метиловый спирт. Он был госпитализирован в токсикологическое отделение Клинического медицинского центра с диагнозом “отравление”. Однако, несмотря на принятые меры, спасти его жизнь не удалось.

    Таким образом, число скончавшихся от отравления техническим спиртом в столице за последнюю неделю достигло 24 человек.

  • Bakıda daha bir nəfər texniki spirtdən öldü

    Bakıda daha bir nəfər texniki spirtdən zəhərlənərək ölüb.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

    43 yaşlı E.Zeynalov metil spirti içərək zəhərlənib. O, zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, bu hadisə ilə də Bakıda son həftə ərzində texniki spirtdən ölənlərin sayı 24-ə çatıb.

  • Xırdalanda gənc qız yaşadığı evdə özünü ÖLDÜRDÜ

    Abşeron rayonunda intihar hadisəsi olub.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Xırdalan şəhəri N.Tusi küçəsində baş verib.

    27 yaşlı Alxaslı Çinarə Fizuli qızı yaşadığı evdə özünü asaraq öldürüb.

  • Суд арестовал Фатиму Мовламлы

    Задержанная по делу Meydan TV Фатима Мовламлы помещена под стражу.

    Как сообщает Report, Хатаинский районный суд избрал меру пресечения в виде ареста сроком 1 месяц и 19 дней.

    О задержании Фатимы Мовламлы стало известно 28 февраля.

  • Məhkəmə “Meydan TV” işinə görə saxlanılan Fatimə Mövlamlı ilə bağlı QƏRAR VERDİ

    Fatimə Mövlamlı barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, Xətai Rayon Məhkəməsində baxılan təqdimat təmin edilib.

    Qərara əsasən, Fatimə Mövlamlı barəsində 1 ay 19 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, F.Mövlamlı ötən gün “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb.

  • Сильный пожар в Анкаре: горит фабрика по производству матрасов

    В турецкой столице Анкаре вспыхнул сильный пожар. Густой дым от пожара был виден из многих точек Акъюрта.

    Об этом сообщает Median.Az со ссылкой на Haber Global.

    Согласно информации, инцидент произошел на фабрике по производству матрасов, расположенной в районе Анкары Акъюрт.

    О возгорании немедленно сообщили соответствующим структурам, на место происшествия были направлены пожарные.

    Информации о пострадавших нет.

  • Ankarada GÜCLÜ YANĞIN – Döşək fabriki alışdı

    Türkiyənin paytaxtı Ankarada güclü yanğın başlayıb. Yanğından qalxan qatı tüstü Akyurtun bir çox nöqtəsindən müşahidə olunub.

    Median.Az bu barədə “Haber Global”a istinadla xəbər verir.

    Bildirilir ki, hadisə Ankaranın Akyurt rayonunda yerləşən döşək fabrikində baş verib.

    Hadisə ilə bağlı dərhal müvafiq qurumlara məlumat verilib və yanğınsöndürənlər əraziyə cəlb olunublar.

    Xəsarət alanlar barədə məlumat yoxdur.

  • Дорожная полиция: На обледенелых дорогах возросла вероятность ДТП

    В настоящее время на всей территории страны сохраняется морозная погода.

    В связи с этим Главное управление Государственной дорожной полиции (ГУГДП) предупредило водителей.

    “Принимая во внимание продолжающиеся неблагоприятные погодные условия, ГУГДП еще раз просит водителей максимально воздержаться от использования личного автотранспорта, не выезжать на дорогу неподготовленными, а также по возможности планировать поездки в светлое время суток.

    Следует учитывать, что эксплуатация транспортных средств, оснащение которых не соответствует критическим погодным условиям, особенно шинами, не отвечающими нормативным требованиям, на заснеженных и обледенелых дорогах создает дополнительные трудности для других водителей, что может привести к серьезным дорожно-транспортным происшествиям”, – говорится в обращении.

  • Buzlu yollarda qəza ehtimalı artıb: Yol polisindən XƏBƏRDARLIQ

    Hazırda ölkə ərazisində şaxtalı hava hökm sürür.

    Bununla əlaqədar olaraq, Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) sürücülərə xəbərdarlıq edilib.

    “Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz havanın davam edəcəyini nəzərə alaraq, bir daha sürücülərdən mümkün qədər şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyi, yola hazırlıqsız çıxmamağı, səfərlərini mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı xahiş edir.

    Nəzərə almaq lazımdır ki, təchizatı kritik hava şərtlərinə cavab verməyən, xüsusilə şinləri normativ tələblərə uyğun gəlməyən avtomobillərin qarlı, buzlu yollarda istismarı digər sürücülər üçün əlavə çətinliklər yaradır ki, bu da ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinə səbəb ola bilər”, – xəbərdarlıqda qeyd olunub.