Month: March 2025

  • PSJ azarkeşlərinə qadağa qoyuldu

    PSJ azarkeşləri Fransa çempionatının 27-ci turunun “Sent-Etyen”lə səfər oyunu stadiondan izləyə bilməyəcəklər.

    Bu barədə Leura prefekturası qərar qəbul edib.

    Prefektura hesab edir ki, matç ictimai iğtişaşlara səbəb ola bilər. Qurumun iki komandanın azarkeşləri arasında uzun müddətdir davam edən düşmənçiliyi nəzərə alaraq belə qərar verib.

    Sərəncamda 2015-ci ilin yanvarından bu yana komandalar arasında keçirilən oyunlarda baş verən bir neçə insident də sadalanıb.

    Qeyd edək ki, martın 29-da keçiriləcək “Sent-Etyen” – PSJ matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

  • Bakıda “Mercedes” yandı

    Bakı şəhərinin Suraxanı rayonunda “Mercedes” markalı minik avtomobilinin mühərrik hissələri yanıb.

    Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Daha iki şahmatçımız Dünya Kubokuna vəsiqə qazandı

    Rumıniyanın Eforie Nord şəhərində kişilər arasında şahmat üzrə Avropa çempionatı başa çatıb.

    Azərbaycan şahmatçılarından ən yaxşı nəticəni Nicat Abasov əldə edib. Son turda heç-heçə oynayan təmsilçimiz 8 xalla 8-ci yeri tutub. 11-ci turu qələbə ilə başa vuran şahmatçımız Read Səmədov ilk “20-liyə” daxil olub.

    Reqlamentə əsasən, Avropa çempionatında turnir cədvəlinin ilk 20 pilləsində yer alan şahmatçılar Dünya Kubokunda iştirak imkanı qazanıblar. Yekun sıralamada 12-ci yeri tutan Read Səmədov bu il baş tutacaq Dünya Kubokunda iştirakını təsdiqləyib. Eyni zamanda, ilk 20-likdə olan şahmatçılardan bəziləri əvvəlki yarışlarda Dünya Kubokuna vəsiqə əldə etdiyinə görə 23-cü yerdə qərarlaşan Əhməd Əhmədzadə də mötəbər yarışda iştirakını rəsmiləşdirib.

    Qitə çempionatında Read Səmədov ikinci qrossmeyster (GM), Şahin Vəliyev isə ilk beynəlxalq usta (IM) balını toplayıb. Ümid Aslanov 2300 reytinqi keçərək FIDE ustası (FM) titulunu əldə edib.

    Qeyd edək ki, çempionatı 8-ci yerdə başa vuran Nicat Abasov Dünya Kubokuna vəsiqəni əvvəlki yarışlarda qazanıb.

  • Rusiyada turistlər qar uçqununa düşüb, 4 nəfər ölüb

    Rusiyanın Maqadan vilayətində 6 nəfərlik turist qrupu qar uçqununa düşüb. Nəticədə 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar xidməti məlumat yayıb.

    Bildirilib ki, qrupdan bir turist xəsarət almayıb. Hazırda qrupun müəyyən olunmuş qaydada qeydiyyata alınıb-alınmadığı müəyyənləşdirilir.

    Turistləri təxliyə etmək üçün helikopter göndərilib.

  • Martın 25-dən bəri Ukrayna və Rusiya enerji obyektlərinə zərbə endirməyib

    Ağ Evin Səudiyyə Ərəbistanındakı danışıqlarda əldə olunan razılaşmaları dərc etdiyi gündən bəri Ukrayna və Rusiya bir-birinin enerji obyektlərinə zərbə endirməyib.

    Bu barədə yüksək vəzifəli Kiyev rəsmisi AFP-yə deyib.

    “Biz Rusiyanın enerji sektoruna birbaşa zərbələr endirdiyini görmədik, ona görə də onlara zərbə endirmədik”, – Kiyev rəsmisi qeyd edib.

  • Şimali Koreya Rusiyaya əlavə 3000 əsgər göndərib

    Şimali Koreya (KXDR) yanvar-fevral aylarında Rusiyaya əlavə 3000 əsgər göndərib.

    Bu barədə Cənubi Koreya Birgə Qərargah Rəisləri (JCS) bildirib.

    Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Şimali Koreyanın Rusiyaya raket və artilleriya sistemlərinin tədarükünü artırdığını və müharibənin gedişatına əsasən, silah təchizatını daha da artıra biləcəyini qeyd edib.

    Bildirilib ki, Pxenyan ilkin olaraq Moskvaya təxminən 11 min əsgər göndərib və bunlardan 4 mini ölüb və ya yaralanıb.
    //APA

  • Azərbaycanda çay istehsalı azalıb, idxalı isə artıb

    2025-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 1540.6 ton çay istehsal edilib.

    Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, çay istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 21.7% azalıb.

    Hesabat dövründə ölkəyə 18 milyon 610 min ABŞ dolları dəyərində 3047 ton çay idxal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 2.1 dəfə, həcm ifadəsində isə 73% artıb.

    Qeyd edək ki, cari ilin ilk 2 ayında Azərbaycandan 1 milyon 105.9 min ABŞ dolları dəyərində 122.9 ton çay ixrac edilib. Çay ixracı 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə dəyər ifadəsində 20.8%, həcm ifadəsində isə ifadəsində 24.5% artıb.

    Xatırladaq ki, çayın 1 kiloqramının orta ixrac qiyməti qiyməti 15.3 manat, orta idxal qiyməti isə 10.4 manat təşkil edib.

    Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən ay Azərbaycanda 500 qramlıq yerli çayın orta satış qiyməti 12 manat 54 qəpik, 500 qramlıq idxal çayının orta pərakəndə satış qiyməti isə 13 manat 25 qəpik təşkil edib.

  • İki ayda fiziki şəxslər tərəfindən Azərbaycana 347 mln. dollarlıq məhsul idxal edilib

    2025-ci ilin yanvar-fevral ayları ərzində fiziki şəxslər tərəfindən Azərbaycana idxal olunan mal və məhsulların dəyəri 347 milyon 400 min ABŞ dolları təşkil edib.

    Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu da ölkənin cəmi idxalının 8.40%-ni əhatə edib.

    Eyni zamanda, bu müddətdə fiziki şəxslər tərəfindən ixrac 15 milyon 288 min ABŞ dolları olub ki, bu da cəmi ixracın 0,32%-i deməkdir. Məlumata əsasən, fiziki şəxslər tərəfindən ölkəyə idxalın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 20% artıb, ixrac isə 19.4% azalıb.

    Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ümumi məhsul ixracı 4 milyard 766 milyon ABŞ dolları, idxalı isə 4 milyard 138 milyon ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 avqust 2020-ci il tarixli 303 nömrəli qərarı ilə vətəndaşın şəxsi məqsədlər üçün gömrük rüsumu ödəmədən bir ay ərzində xaricdən beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə vasitəsilə sifariş etdiyi bağlamanın dəyəri 1000 ABŞ dollarından 300 ABŞ dollarına endirilib.

  • Misirdə turist batiskafı batdı: Ölənlər və yaralananlar var

    Misirin Hurqada şəhərində 45-ə yaxın turisti daşıyan “Sindibad” batiskafı Qırmızı Dənizdə batıb.

    Median.Az xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb, 9 nəfər yaralanıb. İlkin məlumatlara görə, 29 nəfər xilas edilib.

    Yaralılardan dördünün vəziyyəti ağır olaraq qalır. Onlar şəhər xəstəxanalarına çatdırılıblar. Ölənlərin hamısı xarici turistlərdir.

    Hadisənin səbəblərinin araşdırılması məqsədilə texniki komissiya təşkil edilib. Qeyd olunur ki, batiskaf turistləri mərcan riflərini müşayiət etməyə aparırmış. Lakin məşhur otellərdən birinin sahili qarşısında batıb.(unikal)

  • Niyə beton yolu hər ölkə tikmir?

    Avropa, ABŞ və Çində asfaltdan tədricən imtina edilərək beton yola üstünlük verilir. Lakin digər regionlarda, xüsusən də MDB-də beton yol çəkilmir. Səbəb nədir?

    Beton yol daha davamlıdır. Lakin onun çəkilməsi yüksək texnologiya və peşəkar münasibət tələb edir. Ən xırda səhv ciddi problemlərə səbəb olur. Ən əsası, bu yolu yamamaq çümkün deyil. Kiçik bir hissə korlananda böyük bir ərazini qoparıb təzədən tikmək lazım gəlir.//avtosfer