Month: March 2025

  • Çin avtomobil istehsalçısı Türkiyədə zavod tikəcək

    Çinin avtomobil istehsalçısı “Chery Automobile Co.” Türkiyədə 1 milyard dollarlıq elektrikli avtomobil zavodu tikməyi planlaşdırır.

    Bu barədə “İnterfaks” məlumat yayıb.

    Türkiyə Sənaye Nazirliyinin açıqlamasında bildirilir ki, “Chery”nin Samsun şəhərindəki zavodu ildə 200 min avtomobil istehsal edə biləcək. Bundan əlavə, “Chery” bu zavodda avtomobil hissələri də istehsal etməyi planlaşdırır.

    Layihəyə, həmçinin 5 min iş yerinin yaradılması nəzərdə tutulan tədqiqat və inkişaf mərkəzinin yaradılması da daxildir.

    “Chery” zavodunun açılışı Türkiyədə Çin avtomobil istehsalçılarının mövcudluğunu genişləndirəcək. Türkiyənin Avropa İttifaqı ilə gömrük razılaşması olduğu üçün ölkə onların məhsullarının Avropaya ixracı üçün mərkəzə çevriləcək. Ötən il “BYD Co.” da ölkədə 1 milyard dollarlıq zavod tikmək planını açıqlamışdı.

    Keçən il Türkiyədə elektrik avtomobillərinin satışı bütün yeni avtomobil satışlarının 11%-ni təşkil edib.

  • Beyləqanın mərkəzi yollarının təmiri davam edir

    Beyləqan rayonunda daha bir mərkəzi yaşayış sahəsində – 20 Yanvar küçəsində yeni yol salınır.

    Cari ilin əvvəlindən başlayan abadlıq-quruculuq işləri çərçivəsində prospekt və küçələrin yenidən qurulması, yaşıllıqların salınması, yol infrastrukturunun yaxşılaşdırılması işləri uğurla icra olunur.

    Nəqliyyatın rahat, maneəsiz hərəkətinin tənzimlənməsi, əhalinin gediş-gəlişinin asanlaşdırılması üçün küçə və prospektlərə, eləcə də məhəllədaxili yollara asfalt vurulur.

    Hazırda şəhərin 20 Yanvar küçəsində yeni asfalt örtüyünün vurulması işləri həyata keçirilir. Təmir-tikinti işləri zamanı küçənin köhnə asfalt örtüyü yenisi ilə əvəzlənir.

    İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda şəhərin digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

    Görülən işlər sakinlər tərəfindən razılıqla qarşılanır və bunlara görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.

  • Putin Kim Çen Inı təltif etdi

    Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi” yubiley medalı ilə təltif edilib.

    Bu barədə Rusiyanın Pxenyandakı səfirliyi məlumat yayıb.

    Rusiya səfiri Aleksandr Matseqora medalı KXDR Ali Xalq Məclisi Rəyasət Heyətinin sədr müavini Kanq Yun Seoka təqdim edib. Diplomatik missiya qeyd edib ki, bu mükafat müttəfiq dövlətlər arasında hərtərəfli strateji tərəfdaşlığın yüksək səviyyəsinin təsdiqidir.

  • Elçibəyin əkiz nəvələri oldu

    Azərbaycanın mərhum prezidenti Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən Elçibəyin oğlu Ərturqut Əliyevin övladları doğulub.

    Körpələrdən biri qız, digəri isə oğlandır.

    Məlumatı saytımıza ailənin yaxını Çingiz Özgür təsdiq edib. O bildirib ki, əkizlər dünən Bakı Sağlamlıq Mərkəzində doğulub: “Vaxtından əvvəl doğulduqları üçün körpələr hazırda küvəzdə saxlanılır”.

    Qeyd edək ki, Ərturqut Əliyev Elçibəyin qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızı Aytək Yusifli ilə 2021-ci ildə ailə həyatı qurub.

  • Arvadını asmaqda şübhəli bilinən şəxs həbs edildi

    Naxçıvanda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Sədərək rayonunda 2000-ci il təvəllüdlü Aytac İbrahimlinin yaşadığı evdə özünü asaraq intihar etməsi barədə hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində saxlanılan 1992-ci il təvəllüdlü Azər İbrahimli barədə bu gün rayon məhkəməsində 4 aylıq həbs qərarı verilib.

    Qeyd edək ki, hadisə Sədərək rayonunun Sədərək kəndində baş verib. Polis və prokurorluq əməkdaşlarının apardığı araşdırmalardan sonra Azər İbrahimlinin ailə münaqişəsi zəminində həyat yoldaşına xəsarət yetirdikdən sonra, tavandan asaraq öldürməsi müəyyən olunub. O, şübhəli şəxs qismində saxlanılaraq, istintaqa təhvil verilib.

    Hazırda faktla bağlı Sədərək rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.

    Qeyd edək ki, 25 yaşlı Aytac İbrahimli iki uşaq anası olub və Ağcabədi rayon sakinidir.

  • Qəbələyə birbaşa uçuşların açılması nə vəd edir?

    Qəbələ Beynəlxalq Hava Limanının açılması qarşıdakı aylarda Azərbaycana gələn turistlərin sayının artmasına səbəb olacaq.

    Bu barədə Qaynarinfo-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib. Onun sözlərinə görə, turist üçün birbaşa uçuşların açılmasının müsbət tərəfləri çoxdur:

    “Ölkəyə Çindən, Hindistandan, dünyanın bir çox ölkələrindən daha çox turist gələcək. Birbaşa hava əlaqələrinin olması Azərbaycana gələn turist sayına təsir göstərəcək”.

    Ekspert bildirib ki, hər bir turist getmək üçün ölkə seçərkən hər zaman alternativlərə üstünlük verir:

    “Bir turistin gedə biləcəyi ölkə çoxdur. Amma onun üçün ən əlverişlisi məkanalara tez və rahat çatmasıdır. Bundan əlavə, viza reyiminin olmaması, xidmət və alış-veriş qiymətlərin ucuz olması çox önəmlidir. Bu mənada Qəbələ şəhərinə açılan birbaşa uçuşlar çox əlverişlidir”.

  • İcra başçısı bacısı oğlu ilə birlikdə xoruz döyüşdürdü – FOTO

    Beyləqan Rayon İcra Hakimiyyətinin baçısı bu dəfə bacısı oğlu ilə xoruz döyüşdürərkən görüntülənib.

    Qaynarinfo-nun məlumatına görə, Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 18 mart 2025-ci il tarixdə rayon stadionunda baş tutan şənlikdə icra başçısı Əziz Əzizov və vəzifə verdiyi bacısı oğlu Murad Ağayev də iştirak edib.



    Bayram tədbirində Əziz Əzizov səhnələrə, çoxsaylı bayram süfrələrinin ətrafında qədim el-elat görüntülərinə baxış keçirib. Ən çox diqqət çəkən məqam isə icra başçısının bacısı oğlu ilə yan-yana xoruş döyüşünü izləmələri olub.


    Qeyd edək ki, bundan əvvəl Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bacısı oğlu Murad Ağayevi özünə köməkçi təyin etməsi ilə bağlı məlumat yayımışdıq. Bütün tədbirlərdə ön sırada olan Murad Ağayevə icra başçısı tərəfindən vəzifə verilməsi xəbəri İcra Hakimiyyəti tərəfindən təkzib edilmişdi. Yayılan son görüntülər Murad Ağayevin vəzifəyə təyin edilməsini bir daha təsdiq edir.

  • Hamı evini satıb bu əraziyə köçür – Mənzillər su qiymətinə satılır

    Son illərdə Bakı ətrafında yerləşən Xırdalan və Masazır əraziləri mənzil bazarında ən çox maraq göstərilən bölgələrdən birinə çevrilib. Paytaxtın mərkəzində mənzil qiymətlərinin yüksək olması və vətəndaşların daha sərfəli alternativlər axtarması bu ərazilərə marağı artırır.

    Xırdalan və Masazırda mənzillərin nisbətən ucuz olması alıcıları cəlb edən əsas səbəblərdəndir. Burada yeni tikilən yaşayış kompleksləri, fərdi evlər və ipoteka ilə satışa çıxarılan mənzillər xüsusilə gənc ailələr və orta gəlirli vətəndaşlar üçün əlverişli seçim hesab olunur. Eyni zamanda, bu ərazilərdə infrastrukturun inkişaf etməsi, yeni məktəblərin, uşaq bağçalarının, ticarət mərkəzlərinin və digər sosial obyektlərin açılması da bölgənin cəlbediciliyini artırır.

    Bununla yanaşı, Xırdalan və Masazır istiqamətində əsas problemlərdən biri sıx tıxaclar və ictimai nəqliyyatın tam yetərli olmamasıdır. Bakı ilə əlaqəni təmin edən əsas yollar səhər və axşam saatlarında böyük sıxlıq yaşayır, bu da həmin ərazilərdə yaşayanların gündəlik həyatına təsir edir.

    Qaynarinfo xəbər verir ki, məsələ ilə bağlı daşınmaz əmlak üzrə ekspert Elnur Azadov news24.az-a açıqlamasında bildirib ki, Masazır və Xırdalanda daha çox reginlardan gəlib burda məskunlaşan insanlar mənzil alıb:

    “Azərbaycanda daşınmaz əmlaka yatırılan investisiyaların həcmi olduqca böyükdür və bir çox vətəndaş yığım kapitalını bu sahəyə yönəldir. Bu səbəbdən, Xırdalan və Masazırda mənzil bazarı aktiv inkişaf edir. Bu ərazilərdə daşınmaz əmlak bazarında rəqabət yüksəkdir. Bu isə həm satışların sürətli olmasına, həm də qiymətlərin nisbətən aşağı qalmasına səbəb olur. Məhz bu səbəbdən vətəndaşlar buradakı mənzillərə üstünlük verirlər. Bakı şəhərində hər hansı bir tikilini götürsək, onun alternativini tapmaq çətin olar, lakin Masazır və Xırdalanda sərfəli qiymətə müxtəlif variantlar tapmaq mümkündür”.

    Ekspertin fikrincə, yaxın illərdə Xırdalan və Masazırda mənzil bazarının daha da aktivləşəcəyi gözlənilir:

    “Bu bölgələrin sürətlə inkişaf etməsi və əhali artımı ictimai nəqliyyatın vəziyyəti ilə bağlı müəyyən çətinliklər yaradır. Xüsusilə səhər və axşam saatlarında tıxaclar əsas problemlərdən biri kimi qalır. Bununla belə, Elnur Azadov hesab edir ki, həmin ərazilərə yeni ictimai nəqliyyat xətləri və digər alternativlərin çəkilməsi qiymətlərə ciddi təsir etməyəcək. Çünki daşınmaz əmlaka olan tələbat kifayət qədər yüksəkdir və qiymətlər rəqabət şəraitində formalaşır”.

    Yeni yaşayış komplekslərinin inşası, sosial infrastrukturun inkişafı və əhalinin buraya köç etməsi bu bölgələri daha da cəlbedici edəcək. Eyni zamanda, hökumətin infrastruktur layihələrinə diqqət ayırması və nəqliyyat imkanlarını genişləndirməsi həmin ərazilərdə yaşayışı daha rahat edəcək.

    Ümumilikdə, Xırdalan və Masazır sərfəli qiymətləri və strateji mövqeyi ilə vətəndaşlar üçün cəlbedici seçim olaraq qalır.

  • Saqqızın gözlənilməz təhlükəsi açıqlandı

    Saqqız insan orqanizminə daxil olan mikroplastiklərin əhəmiyyətli mənbəyi ola bilər. Los-Ancelesdəki Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, bir ədəd saqqız çeynədiyiniz zaman tüpürcəyinizə yüzlərlə, bəzən də minlərlə mikroskopik plastik hissəciklər buraxılır.

    Qaynarinfo xəbər verir ki, bu barədə Amerika Kimya Cəmiyyəti (ACS) məlumat yayıb.

    Tədqiqatçılar on məşhur saqqız markasını sınaqdan keçiriblər – beşi sintetik əsaslı, beşi isə təbii əsaslı. Təcrübədə tək bir üsuldan istifadə edilib: bir nəfər hər nümunəni dörd dəqiqə çeynədi və sonra hər 30 saniyədən bir tüpürcək nümunələrini toplayıb. Ayrı bir təcrübədə, ayrılan hissəciklərin miqdarının zamanla necə dəyişdiyini görmək üçün tüpürcək 20 dəqiqə ərzində toplanıb.

    Mikroplastik hissəciklər mikroskopiya və infraqırmızı spektroskopiyadan istifadə edərək təhlil edilib. Məlum olub ki, hər bir saqqız orta hesabla 1 qramda 100-ə yaxın, bəzi hallarda isə 600-ə qədər plastik hissəciklər buraxır. Tipik bir saqqız parçasının çəkisi 2 ilə 6 qram arasında olduğundan, bir böyük saqqız üç minə qədər mikroplastik hissəcik buraxa bilər.

    Tədqiqatın müəllifləri sintetik saqqızların daha çox plastik buraxacağını gözləyirmiş, lakin təhlillər göstərib ki, həm sintetik, həm də təbii nümunələrdə təxminən eyni miqdarda mikroplastik var. Üstəlik, sınaqdan keçirilmiş bütün saqqızlarda eyni polimerlər olub: poliolefinlər (o cümlədən polietilen və polipropilen), polietilen tereftalat (PET), poliakrilamidlər və polistirol.

    Ən böyük hissəciklər çeynəmənin ilk iki dəqiqəsində ayrılıb – bütün buraxılan hissəciklərin 94%-i səkkiz dəqiqədən sonra qeydə alınıb. Bu, tüpürcəyin təsiri ilə deyil, çeynəmə əsasının mexaniki aşınması ilə əlaqədardır.

    Alimlər eyni saqqızı daha uzun çeynəməyi və daha az tez-tez yenisi ilə dəyişməyi təklif edirlər. Bu, insanın saqqız vasitəsilə qəbul etdiyi mikroplastiklərin miqdarını azaltmağa kömək edəcək. Tədqiqatçılar onu da xatırladırlar ki, atılan saqqızın özü ətraf mühitin plastik çirklənməsi mənbəyidir, çünki onun tərkibinin çox hissəsi plastikdir.

    İndiyə qədər müəlliflər yalnız 20 mikrometr ölçülü hissəcikləri tədqiq ediblər. Bununla belə, onlar çeynəmə prosesinin aşkarlanması çətin olan nanoplastika adlanan daha kiçik hissəciklər də yarada biləcəyini təklif edirlər. Gələcəkdə alimlər mikroplastiklərin insan orqanizmini nə qədər çirkləndirə biləcəyini başa düşmək üçün bu məsələni daha ətraflı öyrənməyi planlaşdırırlar.

  • В праздничные дни в службу скорой медпомощи поступило около 30 тысяч обращений

    В нерабочие дни по случаю праздника Новруз Республиканский центр скорой и неотложной медицинской помощи работал в усиленном режиме.

    С 20.03.2025 по 26.03.2025 в службу скорой медицинской помощи по городу Баку поступило 14 370 обращений.

    Из них 1 284 человека были госпитализированы в различные медицинские учреждения, остальным была оказана необходимая помощь на месте.

    По 58 регионам в праздничные дни в службу скорой медицинской помощи поступило 15 598 обращений. 1 597 человек были госпитализированы в различные медицинские учреждения, остальным была оказана необходимая помощь на месте.

    Наибольшее количество обращений было зарегистрировано 21 и 22 марта.

    Так, 21.03.2025 количество обращений составило 2 159, госпитализированных – 191 человек, 22.03.2025 количество обращений составило 2 134, госпитализированных – 199 человек.

    Причины обращений в основном были связаны с повышением артериального давления, различными травмами, диспептическими симптомами, кардиологическими и респираторными заболеваниями и т.д.