Month: March 2025

  • Azərbaycanda tələbə qız atasının qəbrinin yanında intihar etdi

    Gəncədə 21 yaşlı qız intihar edib.

    Oxu.az-ın məlumatına görə, 2004-cü il təvəllüdlü Nüşabə Məmmədova canına qəsd edib.

    Onun intiharına səbəb kimi 2021-ci ildə atasının ölümündən psixoloji sarsıntı keçirməsi olub.

    Məlumata görə, o, martın 26-da gecə saatlarında atasının qəbrinin yanında “Esens” məhlulu içib.

    O, ağır vəziyyətdə Bakı Şəhər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib və orada vəfat edib.

    Onun Gəncə Dövlət Universitetinin tələbəsi olduğu bildirilir. Gənc qız həm də rəssam kimi fəaliyyət göstərib.

  • Şəkidə məktəblilər arasında baş verən bıçaqlanmanın DETALLARI

    Şəkidə məktəblinin bıçaqlanmasının səbəbi sirr olaraq qalır. Hazırda rayon polis şöbəsində araşdırma gedir və bütün detallar həmin araşdırmalardan sonra bəlli olacaq.

    Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gün Şəkidə iki nəfər arasında baş verən mübahisə sonradan davaya çevrilib. Nəticədə gənclərdən biri bıçaq xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Zərərçəkmişin müalicəsi hazırda xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

    İlkin araşdırmalarla gənclərin 16 yaşında və hər ikisinin məktəbli olduğu məlum olub. Lakin bəzi məqamlar nəzərə alınaraq onların adları hələlik qeyd olunmur.

    Baş vermiş hadisə ilə bağlı əvvəlcə zərərçəkmişin yaşadığı ünvana yollandıq. Qapı bağlı olduğundan atasına zəng etdik. Zərərçəkmişin atası hadisə haqda danışmaq istəmədi. Sadəcə onu qeyd etdi ki, uşaq cərrahiyyə əməliyyatı olunub və hazırda xəstəxananın reanimasiya şöbəsindədir.

    Hadisənin baş verdiyi məkanla bağlı adının çəkilməsini istəməyən qonşulardan məlumat aldıq.

    Əldə etdiyimiz məlumata görə, eyni məhəllədə yaşayan məktəblilərin Şəkidə hamının keçmiş gübrə zavodu yaxud çirkli suların emalı stansiyası kimi deyilən ərazidə mübahisəsi yaranıb. Nəticədə onlardan biri digərinə bıçaqla xəsarət yetirib. Maraqlıdır ki, hadisə yerində nə qan izi, nə də başqa bir əlamətə rast gəlmədik.

    Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin həkimi Dövlət Cəfərova zərərçəkmişin son vəziyyəti ilə bağlı bunları qeyd edib: “Xəstəyə ilkin baxış keçirilikdən sonra cərrahiyyə şöbəsinə yerləşdirilib. Ona ilkin təxirəsalınmaz yardım göstərildikdən sonra xəstə reanimasiya şöbəsinə köçürülüb. Hazırda xəstənin vəziyyəti stabildir”.

    DİN Mətbuat Xidməti Şəki regional qrupunundan isə bildirildi ki, ilkin araşdırmalarla 16 yaşlı yeniyetmənin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmyaşıdına xəsarət yetirdiyi məlum olub. Həmyaşıdına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Zərərçəkmişin xəsarəti ilə bağlı məhkəmə tibbi ekspertizası təyin olunub. Faktla bağlı araşdırmalar davam edir.

  • “Rusagro”nun qurucusu, milyarder Moşkoviç 2 aylıq həbs edildi

    Rusiyalı milyarder Vadim Moşkoviç iri miqyaslı dələduzluq şübhəsi ilə saxlanıldıqdan sonra Moskva məhkəməsi tərəfindən iki aylıq həbsdə saxlanılmasına qərar verilib. Bu, Rusiyada son illərdə yüksək profilli biznesmenlər arasında baş verən ən böyük həbslərdən biri kimi qiymətləndirilir.

    Valyuta.Az “Reuters”ə istinadla xəbər verir ki, “Forbes”ə görə, 2,7 milyard dollar sərvəti olan Moşkoviç Moskvanın Meşçanski məhkəməsində şüşə qəfəsdə, qandallı halda, əlində Devid İqlmanın “Beyin” adlı kitabı və bir butulka su ilə görünüb.

    Məhkəmə sənədlərində bildirilir ki, Moşkoviç iri miqyaslı dələduzluqda ittiham olunur və təqsirli bilinərsə, onu 10 ilədək həbs cəzası gözləyir. O, özünü təqsirli hesab etməyib.

    Moskva məhkəməsinin məlumatına görə, “Rusagro”nun qurucusu Vadim Moşkoviç istintaq təcridxanasına göndərilib. Onun vəkillərinin ev dustaqlığı və ya girovla azadlığa buraxılması ilə bağlı müraciətləri isə məhkəmə tərəfindən rədd edilib.

    Post-sovet dövrünün qarışıqlığında kompüter satışı ilə biznesə başlayan və daha sonra Rusiyanın ən güclü aqrar şirkətlərindən birini quran Moşkoviçin həbsi ölkənin biznes elitasında sarsıntı yaradıb.

    Kreml isə bu məsələ ilə bağlı heç bir şərh verməyib.

    Bu həbsi Rusiyada yüksək profilli biznesmenin həbsi baxımından son dəfə 2018-ci ildə Summa nəqliyyat və logistika qrupunun qurucusu Ziyavudin Maqomedovun və 2014-cü ildə AFK Sistemanın səhmdarı Vladimir Yevtuşenkovun ev dustaqlığına alınmasından sonra ən mühüm hadisə hesab etmək olar.

    Moskva Birjasının məlumatına əsasən, şəkər, donuz əti, yağ və piy istehsalı üzrə Rusiyanın aparıcı şirkəti olan “Rusagro”nun bazar kapitallaşması xəbər yayıldıqdan sonra iki gün ərzində üçdəbir azalıb.

    Kommersant qəzeti yazır ki, Federal Təhlükəsizlik Xidməti (FSB) və korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları Moskva və digər şəhərlərdə şirkət ofislərində, eləcə də yüksək vəzifəli menecerlərin evlərində axtarış aparıb, sənədləri, telefonları və serverləri götürüblər.

    Həbsin konkret səbəbləri açıqlanmasa da, aparıcı Rusiya KİV-ləri qeyd edir ki, Moşkoviç 2018-ci ildə “Rusagro” tərəfindən aktivləri alınmış iri bitki yağı və piy təchizatçılarından birinin qurucuları ilə uzunmüddətli hüquqi mübahisədə olub.

    Bu il “Rusagro” Kənd Təsərrüfatı Nazirliyinin Kiprdə qeydiyyatda olan ana şirkətinə qarşı məhkəmə iddiasından sonra öz hüquqi ünvanını Kiprdən Rusiyaya dəyişib.

    “Rusagro” çərşənbə günü yaydığı açıqlamada bir neçə ofisində axtarış aparıldığını təsdiqləyib, lakin əməliyyatın şirkətin mövcud fəaliyyəti ilə əlaqəli olmadığını bildirib.

    Açıqlamada şirkətin bütün fəaliyyətlərinin əvvəlki kimi davam etdiyi və bütün öhdəliklərin yerinə yetirildiyi qeyd olunub: İşimizin şəffaflığına əminik və prosedurların tezliklə tamamlanacağına ümid edirik.

    Avropa İttifaqı 2022-ci ildə Moşkoviçi sanksiya siyahısına salıb. Buna səbəb onun Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başladığı gün prezident Vladimir Putinlə keçirilən iş adamları görüşündə iştirak etməsi olub. Avropa İttifaqı bəyan edib ki, onun həm Rusiya, həm də Kipr pasportları var.

    Sanksiyalardan sonra Moşkoviç 2022-ci ildə “Rusagro”nun idarə heyətinin sədrliyindən istefa verib və şirkətdəki payını 50 faizdən aşağı salıb. “Rusagro” Qərb sanksiyalarına məruz qalmayan yeganə böyük Rusiya aqrar şirkətidir.

    2024-cü ildə Rusiya Dövlət Dumasının bir qrup deputatı şirkətin Kiprdə qeydiyyatda olması səbəbindən Ədliyyə Nazirliyinə müraciət edərək Moşkoviçin xarici agent kimi tanınmasını tələb edib. Bu status, adətən, müxalifət fəallarına verilir.

  • Kredit borcunu ödəyə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb olunmur? – AÇIQLAMA

    Azərbaycanda bank və bank olmayan kredit təşkilatları vətəndaşlara müəyyən şərtlərlə kredit verirlər. Bəzi vaxtlarda kreditlərin ödənilməməsi və gecikdirilməsi ilə bağlı mübahisə yaranır, məhkəmə çəkişmələri qeydə alınır. Qanunla borclu borcu ödəyə bilmədiyi halda cinayət və inzibati məsuliyyətə cəlb edilə bilməz.

    Bəs kredit borcundan yayınanın məsuliyyəti nədir?

    Mövzu barədə Bizim.Media-ya danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, şəxsin rəsmi əmlakı varsa, ondan tutula bilər:

    “Hər bir şəxs kredit borcu, aliment borcu, yəni fərqi yoxdur hansı borc olur olsun qanun və imkan daxilində qaytarmalıdır. Kredit götürən şəxs borcu qaytara bilmədi, qaytarmadısa, bank onu məhkəməyə verir və məhkəmə qərar çıxarır ki, bu şəxsin bu qədər borcu var və qaytarmalıdır. Şəxsin maaşı və ya təqaüdünün 50 faizinədək hər ay ondan çıxıla bilər. Əmlakı, torpağı, birdən çox avtomobili varsa, hərrac yolu ilə satışa çıxarılır və borcun ödənilməsinə yönəldirilir”.

    O bildirib ki, əgər şəxsin borcu ödəməyə imkanı yoxdursa, buna görə o, hansısa inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilməz:

    “Təcrübədə olub ki, bəzən icra məmurları qanunsuz şəkildə həmin şəxsin ölkədən çıxışına məhdudiyyət qoyub, inzibati qaydada cərimə və bəzən də həbs ediblər. İndi belə şeylər azdır, əvvəllər çox idi. Bu, qanunsuzdur. Yəni şəxsin ödəməyə imkanı yoxdursa, o, məsuliyyətə cəlb oluna bilməz. İcra məmuru sübut etməlidir ki, bunun imkanı var, vermir.

    Mən 2016-cı ildə Avropa məhkəməsinə belə qanunsuz inzibati həbslərdən şikayət vermişdim. 2022-ci ildə Avropa məhkəməsi bununla bağlı qərar verdi ki, bu həbslər qanunsuzdur və Azərbaycan dövlətini də cərimələmişdi. Buna baxmayaraq bəzən belə həbslər olur və onlar qanunsuzdur”.

  • Yanvarda Azərbaycana ən çox hansı yaş qrupunda turist gəlib?

    Yanvar ayında Azərbaycana turizm məqsədilə səfər edən turistlər arasında kişilər üstünlük təşkil edib.

    Ümumilikdə 1 318 kişi turist ölkəmizə səfər edib ki, bu da turizm məqsədilə gələnlərin 69%-ni təşkil edir. Qadın turistlərin sayı isə nisbətən az olub – 593 nəfər və ümumi turistlərin 31%-i.

    Statistikaya əsasən, Azərbaycana ən çox səfər edənlər 36-45 yaş aralığında olan turistlər olub. Bu yaş kateqoriyasına aid 736 nəfər ölkəyə səfər edib ki, bu da digər yaş qrupları ilə müqayisədə ən yüksək göstəricidir. 36-45 yaş aralığındakı turistləri isə 26-35 yaş arasında olan qonaqlar izləyib – onların sayı 392 nəfər təşkil edib. 46-55 yaş aralığında olan turistlərin sayı isə 359 nəfər olub.

    Daha az nümayəndəsi olan yaş qruplarına baxdıqda isə, 17 yaşında olan yalnız 32 nəfər turist Azərbaycana səfər edib. Ən az ziyarət edən yaş kateqoriyalarından biri də 66 yaş və yuxarı şəxslər olub – bu yaş aralığında cəmi 30 nəfər turist ölkəyə gəlib.

  • Bu videoların baxış sayı artacaq -“Youtube”un yeni qərarı qüvvəyə minir

    “YouTube”un qısa videolarında baxış sayını artıracaq yeni dəyişiklik yaxın günlərdə qüvvəyə minir.

    Bu barədə “Youtube” platforması açıqlama yayıb.

    Yeniliyə əsasən, “YouTube”da yayımlanan qısa videolar artıq başladığı andan etibarən baxış sayı hesabına daxil ediləcək. Əvvəllər videonun müəyyən hissəsinə qədər baxılmadan sadəcə bir-iki saniyə içində keçildiyi halda, bu cür baxışlar statistikaya əlavə olunmurdu.

    Xatırladaq ki, bu metod “TikTok” və “İnstagram Reels” platformalarında da uzun müddətdir tətbiq olunur. “Youtube”un bu qərarının 31 mart 2025-ci ildən qüvvəyə minməsi gözlənilir.

    Şirkətin verdiyi açıqlamada qeyd olunur ki, bu yenilik məzmun istehsalçılarının strategiyalarını daha düzgün qurmasına, daha çox əməkdaşlıq fürsətləri əldə etməsinə və izləyici auditoriyasının miqyasını daha dəqiq təhlil etməsinə imkan yaradacaq. Bundan əlavə, baxış sayının artması ilə videoların platformada daha geniş yayılacağı vurğulanıb.

    Qeyd edək ki, “YouTube” əvvəlki sistemi də tamamilə ləğv etməyəcək. Belə ki, platformanın analitik bölməsində “əlaqəli izləmələr” kateqoriyası yaradılacaq və burada yalnız videoya müəyyən müddətdən çox baxan istifadəçilər izləniləcək. Bu göstəricilər əsasında videonun gəlir potensialı və “Youtube iş ortaqlığı proqramı”na uyğunluğu da qiymətləndiriləcək.
    //valyuta.az

  • Sürətlə ucuzlaşan 10 avtomobil – SİYAHI

    Amerikanın “iSeeCars” jurnalının ekspertləri son beş ildə ən çox ucuzlaşan avtomobilləri sıralayıb.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, “iSeeCars”ın hesablamalarına görə, “Jaguar I-Pace” sahibləri 5 illik avtomobili satarkən təxminən 51,9 min dollar (qiymətin 72,2%-ni) itirirlər. Bu isə rekorddur.

    “Anti-lider”likdə ilk üçlüyü BMW 7 Series (67,1%) və Tesla Model S (65,2%) tamamlayır.

    İlk onluğa isə Infiniti QX80 (65%), Maserati Ghibli (64,7%), BMW 5 Series (64,7%), Nissan LEAF (64,1%), Maserati Levante (63,7%), Tesla Model X (63,4%) və Cadillac Escalade ESV (62,9%) daxildir.

  • Bakıda sürücüləri buna görə cərimələyirlər – VİDEO

    Bakının Xətai rayonu, Lütfizadə küçəsində yolboyu çəkilən qoşa xətlərin silinməsi sürücülərdə çaşqınlıq yaradır. Bu vəziyyət, həmçinin bəzi hallarda sürücülərin cərimələnməsinə də səbəb olur.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, əraziyə yaxın yaşayanlar bildiriblər ki, bu məsələ uzun müddətdir problem olaraq qalır.

    Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, silinən nişanlama xətlərinin yenilənməsi mərhələli qaydada həyata keçirilir. Sözügedən ərazidə də nişanlama xətləri yaxın zamanda yenilənəcək.

    Ətraflı süjetdə:

  • Qoz-fındıq hansı halda beyinə zərər verə bilər?

    Qız-fındığın beyinə gözlənilməz təhlükəsi üzə çıxıb.

    Median.Az medicina.az-a istinadən xəbər verir ki, qastroenteroloq Lyudmila Suxorukova qoz-fındıqların mərkəzi sinir sistemi üçün gözlənilməz təsirindən danışıb.

    “Əgər siz çoxlu qoz yeyirsinizsə, beynin fəaliyyətində problemlər yarada bilər. Böyük miqdarda fındıq da beyin damarlarına mənfi təsir göstərir. Şəkərli diabet və ya diatezi olanlar üçün sonuncunu ümumiyyətlə yeməmək daha yaxşıdır.

    Müxtəlif qoz-fındıqların həddindən artıq istifadəsi orqanizmdə mənfi dəyişikliklərə səbəb ola bilər. Məsələn, badam böyrək problemlərinə səbəb ola bilər. Bundan əlavə, qoz-fındıq güclü allergiyaya və uşaqlarda ekzemaya səbəb olur”, – Suxorukova bildirib.

    Suxorukova fındıqların yüksək kalorili olduğunu da xatırladıb. Makadamiya qoz-fındıqları xüsusilə yüksək kalorilidir (bir stəkan təxminən min kilokalori).

    Bundan əlavə, məhsul toksinlərin mənbəyi ola bilər. Məsələn, at şabalıdında belə maddələr var – onların istehlakı qusma ilə sağlamlığın pisləşməsinə səbəb ola bilər.

    Daha əvvəl diyetoloq Yevgeni Arzamastsev müsahibəsində insanların istehlak etdiyi qoz-fındıqların qan damarlarına mənfi təsir göstərə biləcəyini bildirmişdi.

    Bu barədə danışan mütəxəssis uzun müddət hardasa saxlanmış, qovrulmuş qoz-fındıqları yeməməyi tövsiyə edib.

    Qeyd edək ki, normal miqdarda qoz beyin və ürək üçün xeyirli sayılır.

  • Dietoloq xolesterolu aşağı salan qidaları açıqladı

    Sıyıqlar, tərəvəzlər, meyvələr, qoz-fındıq, bitki yağları və yağlı balıqlar qanda xolesterinin səviyyəsini azaldır.

    Bu barədə “Moskva 24” telekanalına müsahibəsində dietoloq və dietoloq İrina Pisareva məlumat verib.

    Lif və pəhriz lifi ilə zəngin qidalar xolesterol səviyyəsini aşağı salmağa kömək edir:

    “Siz həmçinin liflə zəngin olan müxtəlif dənli bitkiləri yeyə bilərsiniz: Yulaf əzməsi, qarabaşaq yarması, kəpək – yəni hər hansı bir tam taxıl”.

    Onun sözlərinə görə, qanında bu maddənin miqdarı yüksək olan insanların qida rasionunda omeqa-3 kimi çoxlu doymamış yağ turşuları olmalıdır. Onlar bitki yağları, qoz-fındıq, avokado və yağlı balıqlardan (somon, skumbriya) əldə edilə bilər. Pisareva həftədə ən azı iki və ya üç dəfə balıq yeməyi məsləhət görüb.

    Diyetoloq əlavə edib ki, xolesterolu azaltmaq üçün həkim tərkibində omeqa-3 olan qida əlavələri və ya dərmanlar da təyin edə bilər.

    Cənubi Kaliforniya Universitetinin Kek Tibb Məktəbinin alimləri müəyyən ediblər ki, xolesterinin oksidləşməsi beyin hüceyrələrinin iltihabına və qocalmasına səbəb olur, həmçinin Alzheimer xəstəliyinin inkişafında əsas rol oynayır.