Month: March 2025

  • Əməkdar artistin səhhətində problem YARANDI

    Azərbaycan Akademik Milli Dram Teatrının aktyoru Əməkdar artist Rəşad Bəxtiyarovun səhhətində problem yaranıb.

    Bununla bağlı aktyorun həmkarları sosial şəbəkə hesablarında paylaşım ediblər.

    Məlumata görə, onun bronx və ciyərlərində ciddi problem var.

    Bir müddət xəstəxanaya yerləşdirilən aktyorun müalicəsi hazırda ev şəraitində davam etdirilir.
    //oxu.az

  • Uludağda hotel yanıb, ölən var

    Türkiyənin Bursa vilayətinin Uludağ rayonunda yerləşən hotellərdən birində yanğın olub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, yanğın nəticəsində xəsarət alanlar olub.

    Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Mustafa Bozbey bildirib ki, yanğında bir nəfər ölüb, 4 nəfər xilas edilib.

    Hazırda yanğının qarşısının alınması üçün tədbirlər davam etdirilir.

    Qeyd edək ki, yanan hotelin turizm fəaliyyəti göstərməyə dair sənədi olmayıb və yanvar ayında bağlanılmasına qərar verilib.

  • Azərbaycanda fantastik qiymətə avtomobil satılır – FOTO

    Azərbaycanda yeni “Rolls-Royce Ghost” model avtomobil 1 190 000 manata satılır.

    Bu barədə elan saytlarından birində məlumat paylaşılıb.

    Bildirilir ki, 2025-ci il istehsalı olan avtomobilin mühərrikinin işçi həcmi 6.7 litr, gücü 563 at qüvvəsindədir.





  • Ильхам Алиев и Мехрибан Алиева приняли участие в открытии первого этапа села Сарыджалы

    27 марта Президент Азербайджанской Республики Ильхам Алиев и первая леди Мехрибан Алиева приняли участие в открытии первого этапа села Сарыджалы Агдамского района.

    Как сообщает АЗЕРТАДЖ, глава государства и первая леди ознакомились с проделанными здесь работами, открыли многофункциональное административное здание, построенное для местных исполнительных структур.

    Затем Президент Ильхам Алиев и первая леди Мехрибан Алиева ознакомились с условиями, созданными в построенных в Сарыджалы частных домах, приняли участие в открытии зданий яслей-детского сада и полной средней школы, встретились с жителями, переехавшими в новые дома, и вручили им ключи от квартир.

  • İlham Əliyev və Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım burada görülmüş işlərlə tanış olub, yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın açılışını ediblər.

    Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalıda inşa olunmuş fərdi evlərdə yaradılan şəraitə baxıb, körpələr evi-uşaq bağçası və tam orta məktəb binasının açılışlarında iştirak edib, yeni mənzillərə köçən sakinlərlə görüşüb və onlara evlərin açarlarını təqdim ediblər.

  • Ötən gün 48 cinayətin üstü açılıb

    Martın 26-da ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan altı cinayətin üstü açılıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 31, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı altı fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

    Yaşadığı ünvanı tərk etdiyinə görə, itkin düşmüş kimi axtarışı aparılan 16 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

    Ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında bir avtomat silahı, 23 qumbara, 32 alışdırıcı, iki tapança aşkar edərək götürüblər.

  • Поножовщина в Шеки: задержан подросток

    В Шеки 16-летний подросток на почве личного конфликта нанес сверстнику проникающее ножевое ранение.

    Об этом сообщает Median.Az со ссылкой на информацию, распространенную шекинской региональной группой пресс-службы Министерства внутренних дел.

    Сотрудники полиции задержали подозреваемого в совершении преступного деяния.

    По данному факту назначена соответствующая экспертиза, ведется расследование.

  • Şəkidə yeniyetmələr arasında bıçaqlanma olub

    Şəki şəhərində 16 yaşlı yeniyetmə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmyaşıdına daxilə nüfuz edən xəsarət yetirib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

    Müvafiq ekspertiza təyin olunub və araşdırmalar aparılır.

  • Разработана ядерная батарея, способная работать веками без подзарядки

    Исследователи из Научно-технического института Тэгу Кенбук (Южная Корея) во главе с профессором Су-Ил Ином представили новую концепцию ядерной батареи, способной обеспечивать энергией устройства десятилетиями, а то и столетиями, без необходимости подзарядки. Технология направлена на замену литийионных аккумуляторов, которые со временем деградируют и требуют регулярной подзарядки, что ограничивает применение в таких технологиях, как дроны, системы дистанционного зондирования и даже медицинские импланты.

    Об этом сообщает The American Chemical Society (ACS).

    В основе новой батареи лежит принцип бетавольтаики – преобразование энергии бета-излучения в электричество. Для этого ученые использовали радиоактивный изотоп углерода, известный как радиоуглерод (углерод-14), который выделяет исключительно бета-частицы. Радиоуглерод является побочным продуктом ядерных реакций и, благодаря своей низкой стоимости, доступности и возможности переработки, может стать экологически безопасной альтернативой. При этом его очень медленный распад обещает долговечность батареи, теоретически способной работать тысячелетиями.

  • Alimlər əsrlər boyu şarj edilmədən işləyə biləcək nüvə batareyası hazırlayıblar

    Cənubi Koreyada onilliklər və hətta yüzilliklər boyunca enerji təmin edə bilən yeni nüvə batareyası konsepsiyası hazırlanıb.

    İxtira Koreya Elm və Texnologiya İnstitutunun alimlərinə aiddir. Onların araşdırmalarının nəticələri “The American Chemical Society” qurumunun saytında dərc olunub.

    Bildirilir ki, texnologiya litium-ion batareyalarını əvəz etməyi hədəfləyir və xüsusilə dronlar, uzaqdan müşahidə sistemləri və tibbi implantlar üçün faydalı ola bilər.

    Yeni batareyanın əsasını betavoltaika texnologiyası – beta-şüalanmasını elektrik enerjisinə çevirmə – təşkil edir. Alimlər bunun üçün karbon-14 radioaktiv izotopundan istifadə ediblər. Bu material ucuz, asan əldə edilə bilən və uzunmüddətli işləmə qabiliyyətinə malikdir.

    Səmərəliliyi artırmaq üçün alimlər dioksid titan əsaslı yarımkeçirici təbəqə və rutenium əsaslı boya tətbiq ediblər. Bundan əlavə, karbon-14 həm anodda, həm də katodda istifadə edildiyindən enerji itkiləri azalıb və dönüşüm əmsalı 0,48%-dən 2,86%-ə qədər yüksəlib.

    Hazırkı prototip hələ ki, enerjinin yalnız kiçik bir hissəsini çevirə bilir. Lakin alimlər hesab edirlər ki, daha optimal dizayn və inkişaf etmiş uducu materiallar sayəsində bu batareyaların məhsuldarlığı artırıla bilər.

    Gələcəkdə belə uzunömürlü enerji mənbələri həmçinin ürək stimulyatorları və digər avtonom cihazlarda geniş istifadə oluna bilər.