Month: March 2025

  • Некоторые российские спортсмены вернутся на мировую арену в 2025 году

    Международная федерация каноэ (ICF) совместно с принимающими соревнования странами одобрила участие спортсменов сборной России по гребному слалому в нейтральном статусе на чемпионатах мира и Европы в 2025 году.

    Как передает Median.Az со ссылкой на sportbox.ru, об этом сообщает пресс‑служба Федерации гребного слалома России.

    Российские слаломисты были отстранены от международных соревнований с 2022 года из‑за конфликта в Украине.

    “Специальная комиссия Международной федерации каноэ совместно с принимающими соревнования странами одобрила участие спортсменов сборной России по гребному слалому в нейтральном статусе на всех ключевых стартах сезона 2025 года.

    Этот результат – итог большой работы Федерации гребного слалома России во главе с президентом Сергеем Папушем. Он находился в постоянном контакте с руководителем ICF Томасом Конецко, что позволило достичь взаимопонимания и договоренности”, – говорится в сообщении.

    В 2025 году сборная России планирует выступить на чемпионате Европы в Париже, этапах Кубка мира в Сеу‑де‑Уржель (Испания) и По (Франция), на первенстве мира среди спортсменов до 19 и до 24 лет – Фуа (Франция) и на чемпионате мира в австралийском Пенрите.

    Отмечается, что российские слаломисты продолжают подготовку к сезону в ОАЭ.

  • Bəzi rusiyalı idmançılar 2025-ci ildə dünya arenasına qayıdacaqlar

    Beynəlxalq Kanoe Federasiyası (ICF) yarışlara ev sahibliyi edəcək ölkələrlə birlikdə avarçəkmə slalom üzrə Rusiya milli komandasının idmançılarının 2025-ci il Dünya və Avropa çempionatlarında neytral statusda iştirakını təsdiqləyib.

    Median.Az-ın “Sportbox.ru” nəşrinə istinadən xəbərinə görə, bu barədə Rusiya Avarçəkmə Slalom Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

    Qeyd edək ki, rusiyalı slalomçular 2022-ci ildən Ukraynadakı münaqişə səbəbindən beynəlxalq yarışlardan kənarlaşdırılmışdılar.

    “Bu nəticə Rusiya Avarçəkmə Slalom Federasiyasının prezidenti Sergey Papuşun başçılığı ilə aparılan böyük işin nəticəsidir. O, ICF rəhbəri Tomas Konetsko ilə daim şəkildə əlaqə saxlayıb ki, bu da qarşılıqlı şəkildə anlaşma və razılığa gəlinməsinə imkan verib”, – deyə məlumatda bildirilib.

    2025-ci ildə Rusiya yığması Parisdə Avropa Çempionatında, Seu-de-Urjel (İspaniya) və Po (Fransa) şəhərlərində Dünya Kuboku mərhələlərində, Fua şəhərində (Fransa) 19 yaşadək və 24 yaşadək idmançılar arasında dünya birinciliyində və Avstraliyanın Penrit şəhərində dünya çempionatında iştirak etməyi planlaşdırır.

    Qeyd olunur ki, rusiyalı slalomçular mövsümə hazırlığı BƏƏ-də davam etdirirlər.

  • Ильхам Алиев: Вторая Карабахская война навсегда останется славной страницей в истории

    Вторая Карабахская война, конечно, навсегда останется славной страницей нашей истории.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджана Ильхам Алиев в своем выступлении на встрече с жителями, переселившимися в новые квартиры в селе Сарыджалы Агдамского района.

    Подчеркнув, что в ходе войны активные военные операции на агдамском направлении не велись, глава государства отметил: “Поскольку противник построил мощные укрепления и все вокруг было заминировано, мы начали движение в направлении Агдама уже после освобождения Гадрута, Джебраила, Физули и города Шуша. Силы противника фактически оказались в осаде. Азербайджан вновь проявил гуманизм и дал врагу шанс добровольно покинуть эти земли”.

  • İlham Əliyev: “İkinci Qarabağ müharibəsi tarixdə şanlı səhifəmiz kimi əbədi qalacaq”

    “İkinci Qarabağ müharibəsi təbii olaraq, tarixdə bizim şanlı tariximiz kimi, şanlı səhifəmiz kimi əbədi qalacaq”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Ağdamın Sarıcalı kəndində yeni mənzillərə köçən sakinlərlə görüşdə çıxışında səsləndirib.

    Müharibə zamanı Ağdam istiqamətində fəal hərbi əməliyyatların keçirilmədiyini vurğulayan dövlətimizin başçısı qeyd edib:

    “Çünki düşmən güclü istehkamlar qurmuşdu və hər tərəf minalanmışdı. Ona görə biz Ağdam istiqamətində artıq Hadrut, Cəbrayıl, Füzuli, Şuşa azad olunandan sonra hərəkət etməyə başlamışdıq və faktiki olaraq düşmənin qüvvələri mühasirədə qalmışdı. Azərbaycan yenə də humanistlik göstərdi və düşmənə şans verdi ki, öz xoşu ilə bu torpaqlardan çıxsın”.

  • Prezident: “Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub”

    “Artıq 13-cü yaşayış məntəqəsidir ki, keçmiş köçkünlər qayıdırlar. Bütün keçmiş köçkünlər üçün gələcəkdə bu cür şərait yaradılacaq”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdamın Sarıcalı kəndində yeni mənzillərə köçən sakinlərlə görüşdə çıxışında deyib.

    “Ağdam rayonunun işğaldan sonra birinci yaşayış məntəqəsi keçmiş köçkünlərin sərəncamına verilir. Ancaq bu il digər kəndlərə də ağdamlılar qayıdacaqlar. Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub, digər kəndlərdə inşaat işləri gedir. Təbii olaraq Ağdam şəhəri sıfırdan qurulur, yenidən qurulur və ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək”, – deyə dövlətimizin başçısı qeyd edib.

  • Tokayev: Bakı ilə İrəvan arasında sülh Cənubi Qafqaz və Mərkəzi Asiya üçün yeni imkanlar açacaq

    Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması Cənubi Qafqaz regionunun təhlükəsizliyinin möhkəmlənməsinə və həm Qazaxıstan, həm də bütün Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının fəal inkişafına töhfə verəcək.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqlar zamanı bildirib.

    K.Tokayev qeyd edib ki, Qazaxıstan iki ölkə arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır.

    “Bu əlamətdar hadisə Ermənistan və Azərbaycan arasında davamlı sülhün bərqərar olmasının müjdəçisi olacaq”, – o vurğulayıb.

  • Yasamalda vətəndaşın evini BAŞINA UÇURDULAR – VİDEO

    Bakıda tikinti şirkətinin yaşayış olan evləri sökməsini əks etdirən görüntülər yayılıb.

    Görüntüləri Əzizə Kərimli sosial şəbəkə səhifəsində yayıb. O bildirib ki, bu gün “Melissa Group” tikinti şirkəti Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında söküntü işləri aparır.

    Söküntü zamanı daxilində yaşayış olan evlər də ekskavator vasitəsilə dağıdılıb.

    Fövqəladə Hallart Nazirliyinin Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində vətəndaşın dağıntı altında qalması barədə məlumat daxil olub və dərhal FHN-in xilasediciləri əraziyə cəlb edilib.

    Əməliyyat şəraiti qiymətləndirilərkən, dağıntı altında qalanın olmadığı müəyyən edilib.

    Həmin görüntüləri təqdim edirik:

  • В зоне российско-украинского конфликта погиб еще один азербайджанец

    В зоне российско-украинского конфликта погиб еще один азербайджанец.

    Уроженец Физулинского района Халил Шамхал оглу Мехдиев сражался в рядах российской армии.

    Неизвестно, в каком направлении боев он погиб.

    Напомним, недавно в ходе боевых действий в зоне российско-украинского конфликта погиб уроженец Огузского района Аяз Рашид оглу Алмамедов.

  • Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanəsilli şəxs həlak olub

    Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanəsilli şəxs həlak olub.

    Əslən Füzuli rayonundan olan Xəlil Şamxal oğlu Mehdiyev Rusiya ordusunun sıralarında döyüşüb.

    Onun hansı istiqamətdə gedən döyüşlərdə öldüyü məlum deyil.

    Xatırladaq ki, bir müddət əvvəl Rusiya-Ukrayna müharibəsində azərbaycanəsilli Oğuz rayon sakini olan Ayaz Rəşid oğlu Alməmmədov ölmüşdü.

  • Gürcüstan prezidenti İlham Əliyevə təbrik məktubu göndərdi

    Gürcüstanın Prezidenti Mixail Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Sizi və dost Azərbaycan xalqını əlamətdar Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bu bahar, yenilənmə və birlik bayramında Sizə xoşbəxtlik, möhkəm cansağlığı, ölkənizə isə sülh, tərəqqi və firavanlıq arzulayıram.

    Novruz bayramı əsrlər boyu ölkələr arasında qarşılıqlı hörmət, dostluq, mehribanlıq rəmzi olmuşdur. Çoxəsrlik adət-ənənələrə və mədəni irsə malik olan Novruz xalqlar arasında qarşılıqlı hörmət əsasında qurulan əlaqələrin, sülhün və mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsində böyük əhəmiyyət daşıyır.

    Mən qəti şəkildə inanıram ki, Gürcüstan ilə Azərbaycan arasında uzunmüddətli dostluq və strateji tərəfdaşlıq gələcəkdə də inkişaf edərək regional sülh və sabitliyi daha da möhkəmləndirəcək.

    Zati-aliləri, Sizə dərin ehtiramımı bildirir, bu əlamətdar bayram münasibətilə dost Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm”.