Month: March 2025

  • Tovuzda evdə günlərlə tənha buraxılan uşağın vəziyyəti ağırdır – AÇIQLAMA

    “Tovuzun Yuxarı Öysüzlü kəndində valideyni tərəfindən evdə tənha buraxılan uşaq uzun müddət ac qaldığına görə orqanlarında müəyyən problemlər yaranıb, hazırda vəziyyəti ağırdır”.

    Bunu oxu.az-a açıqlamasında “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.

    O bildirib ki, azyaşlıda bağırsaq keçməzliyi yaranıb:

    “Uşaq hazırda reanimasiyada müalicə alır. Həkimlər onun vəziyyətinin yaxşılaşması üçün çalışırlar. Onlar uşağa yaxşı baxırlar, 24 saat nəzarətdə saxlayırlar. Həkimlə danışdım, azyaşlının vəziyyəti ağır olduğu üçün bu yaxınlarda xəstəxanadan buraxılması gözlənilmir”.

    “1 yaş 2 aylıq uşaq 5 kiloqramdır. Hazırda onu körpə yeməkləri ilə qidalandırırlar”, – deyə K.Ağazadə qeyd edib.

    Xatırladaq ki, martın 21-də Tovuz Rayon Polis Şöbəsinə Yuxarı Öysüzlü kəndində yerləşən mənzillərin birində valideyni tərəfindən nəzarətsiz buraxılan azyaşlının qalması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar.

  • Xaçmazda yataqxanada yanğın – Sakinlər təxliyə edildi

    Xaçmaz şəhərində ikimərtəbəli yataqxana binasında yanğın olub.

    Binanın 2-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları yanıb.

    Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

    Yataqxana binasının qalan hissəsi yanğından mühafizə olunub.

  • Növbəti iki gündə güclü külək əsəcək (XƏBƏRDARLIQ)

    Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə martın 28-30-da küləkli hava şəraiti gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.

    Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Hacıqabul, Xızı, Mingəçevir, Siyəzən, Şabran, Naftalan, Daşkəsən, Kəlbəcər, Zəngilan və Laçında cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • Gəncədə sərnişin avtobusu ilə minik maşını TOQQUŞDU: Xəsarət alanlar var

    Gəncədə sərnişin avtobusu minik avtomobili ilə toqquşub, xəsarət alanlar var.

    Şəhərdaxili sərnişin daşıyan mikroavtobusla “Toyota” markalı avtomobilin toqquşması nəticəsində Daşkəsən rayon sakinləri, 1983-cü il təvəllüdlü T.Orucova və 1978-ci il təvəllüdlü Z.Bayramova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Yaralılar xəstəxanaya yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • İçkili halda metroya girdi, söyüş söydü – Məhkəmə qərarı

    Bakıda metroya içkili daxil olan şəxs saxlanılıb.

    Qaynarinfo-nun məlumatına görə, 1978-ci il tarixdə Ucar rayonunda anadan olmuş Y.R. saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

    Məhkəmədə Y.R. sərxoş halda metroya daxil olmağın qadağan olduğunu bilmədiyini deyib. Təqsirləndirilən şəxs özündə olmadığından söyüş söydüyünü də etiraf edib.

    O, etdiyi əməldən peşman olduğunu deyib: “İki uşağım var, biri 16, digəri 18 yaşındadır. Barəmdə cərimə tətbiq edilməsini xahiş edirəm”.

    Məhkəmənin qərarı ilə Y.R. 10 gün müddətinə inzibati qaydada həbs olunub.

  • Azərbaycan nefti 2 %-ə yaxın bahalaşıb

    Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,29 ABŞ dolları, yaxud 1,72 % artaraq 76,29 ABŞ dolları təşkil edib.

    Bu barədə “Report”a neft bazarındakı mənbə məlumat verib.

    Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 74,88 ABŞ dolları təşkil edib.

    Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftin bir barelinin qiyməti 1,03 ABŞ dolları və ya 1,4 % artaraq 74,42 ABŞ dolları təşkil edib.

    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

    Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

  • Bakıda yaşayış olan evin sökülməsi ilə bağlı cinayət işi açılıb

    Bakıda yaşayış olan evin sökülməsi ilə bağlı cinayət işi açılıb.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Qeyd olunub ki, tikinti şirkətinin iş icraçısı və ekskovator sürücüsü saxlanılıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.

    Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində vətəndaşın dağıntı altında qalması barədə məlumat daxil olub və dərhal FHN-in xilasediciləri əraziyə cəlb edilib:

    “Əməliyyat şəraiti qiymətləndirilərkən dağıntı altında qalanın olmadığı müəyyən edilib”.

    Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə qeyd olunub ki, söküntü işləri ilə əlaqədar Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi əraziyə baxış keçirib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib:

    “Aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb. Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar hüquq-mühafizə orqanlarına təqdim ediləcək”.

    Xatırladaq ki, sosial mediada Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola “Melissa Group” tikinti şirkəti tərəfindən söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb.

  • Bir dəqiqədə beş qırmızı vərəqə göstərilən oyun barədə AFFA QƏRAR VERDİ

    Region Liqasında keçirilən qalmaqallı İCBFA – “Xudat City” oyununda baş verənlərə hüquqi qiymət verilib.

    AFFA-nın İntizam Komitəsi görüşün 80-ci dəqiqəsində yaşananları müzakirə edərək müvafiq qərarlar verib.

    Həmin vaxt təcavüzkar davranışa görə 5 futbolçu qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. İCBFA-nın futbolçuları Rüfət Cəbrayıllı, Fərhad Eyvazlı, Tural Səfərli, “Xudat City”nin oyunçuları Ranar Aşurbəyov və Telman Ağabalayev 4 oyun cəzalandırılıblar.

  • В апреле появится прямой рейс в Баку из Оренбурга

    В воскресенье, 20 апреля, российский авиаперевозчик “ИрАэро” начнет выполнять из аэропорта Оренбург рейсы по маршруту Баку – Оренбург – Баку.

    Как сообщает пресс-служба воздушной гавани Оренбурга, прямые рейсы в столицу Азербайджана запланированы по воскресеньям на воздушных судах Sukhoi Superjet 100.

    Отправление из Баку в 08:00, прибытие в Оренбург в 11:30, вылет из Оренбурга в 12:30, прилет в Баку в 14:00. Указано местное время для каждого города. Продолжительность полета – около двух с половиной часов.

    По данным авиакомпании “ИрАэро”, перелет в одну сторону по тарифу Standart обойдется в 14 600 рублей, по опции Optimal + – 18 300 (примерно 290 и 370 манатов соответственно – ред.).

  • Orenburqdan Bakıya birbaşa aviareyslər açılır

    Rusiyanın Orenburq şəhərindən Bakıya birbaşa aviareyslər açılır.

    Bu barədə Orenburq hava limanının Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilir ki, aprelin 20-dən etibarən hər həftənin bazar günü Rusiyanın “İrAero” aviadaşıyıcısı Orenburq hava limanından Bakı-Orenburq-Bakı marşrutu üzrə reysləri yerinə yetirməyə başlayacaq.

    Bakıya birbaşa reyslər “Sukhoi Superjet 100” təyyarələri ilə həyata keçiriləcək.

    Bakıdan yola düşmə saat 08:00-da, Orenburqa eniş 11:30-da, Orenburqdan uçuş 12:30-da, Bakıya eniş isə 14:00-dadır. Hər şəhər üçün yerli vaxt göstərilib. Uçuş müddəti təxminən 2.5 saatdır.

    Aviaşirkətin məlumatına görə, “Standart” tarifi ilə bir tərəfə uçuş 14.6 min rubl (təxminən 294 manat), “Optimal+” seçimi ilə isə 18.3 min rubla (təxminən 369 manat) başa gələcək.