Bu gün Azərbaycanda Ramazan ayında sonuncu Qədr (əhya) gecəsidir.
Dördüncü Qədr gecəsi martın 26-dan 27-nə keçən gecəyə təsadüf edir.
Ramazan bayramı isə martın 30-u qeyd olunacaq.
Nərimanov rayonu, Atatürk prospekti ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat verilib.
Qeyd edilib ki, bu səbəbdən metronun “Gənclik” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə fasilələrlə məhdudiyyət tətbiq edilir.
Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Tabeliyində “Sumqayıt Nəqliyyat” MMC-yə yeni direktor təyin edilib.
Median.Az report-a istinadən xəbər verir ki bu, Rövşən Vəliyevdir.
O, şirkətin rəhbərliyində Hüseyn Rəhimovu əvəz edib.
Xatırladaq ki, “Sumqayıt Nəqliyyat” 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 manatdır.

Bakı-Qazax magistral yolunun Göygöldən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az teleqraf-a istinadən xəbər verir ki, hadisə Göygölun Hacıməlik kəndi ərazisində qeydə alınıb.
Şirkətə məxsus yük avtomobilini idarə edən sürücü A. İbrahimov avtomobili aşırıb.
Hadisə yerinə Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, altıgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 26, 27 və 29 mart tarixləri iş günləri hesab ediləcək.
Bu barədə MÜTDA məlumat yayıb.
Qərara görə, beşgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə bayramdan sonra ilk dərs günü 1 aprel tarixinə təsadüf edəcək.

Martın 25-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə axtarışda olduğuna görə ümumilikdə 39, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.
Həmçinin, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 13 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
“Atam süni tənəffüs aparatına qoşulub. Hələ ki, səhhətində irəliləyiş yoxdur”.
Median.Az xəbər verir ki, bu sözləri Teleqraf-a Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevin qızı Leyla Rəhimli atasının səhhəti haqqında danışarkən deyib.
“Həkimlər deyirlər ki, atamın səhhəti nə yaxşıdır, nə də pis. Gün ərzində beş dəqiqə atamı görməyə icazə verilir. O zaman isə bəzən bizə reaksiya verir, bəzən isə gözlərini açmır”,- deyə L.Rəhimli açıqlayıb.
Qeyd edək ki, Möylə Mirzəliyev Yeni Klinikaya yerləşdirilib. O, bir müddət əvvəl boyun fəqərələrində spinal stenoz diaqnozu ilə özəl tibb müəssisəsində transpedikulyar fiksasiya (implant) əməliyyatı olunub.
Əməliyyat sonrası xəstədə yuxarı və aşağı ətrafların iflici qeydə alındığından uzun müddət digər tibb müəssisəsinin reanimasiya və intensiv terapiya şöbəsində müalicə edilib.
Martın 26-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişlidir.
Qeyd edək ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti olacaq.

Fransanın “Arte France” telekanalının “28 dəqiqə” verilişində Ermənistanın olmadığı Cənubi Qafqaz xəritəsi yayımlanıb.
Median.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə “Le Figaro” nəşrinin direktor müavini Jan-Kristof Buisson sosial şəbəkədə məlumat yayıb.
“Mən qətiyyən inanmıram ki, bu, “Arte France”da qəsdən edilib və ya Azərbaycan televiziya lobbisinin hərəkətləridir. Lakin bu səhv göz və ürəyi ağrıdır: Ermənistan Qafqazın xəritəsindən sadəcə silinib. Ərdoğan və Əliyevin arzusu…” – Buisson yazıb.
Qeyd edək ki, Fransada mediaya güclü təsir edən erməni diasporuna qulluq göstərənlər dəstəsi öz səhvlərində belə Azərbaycanı və Türkiyəni “günahkar” çıxarmağa təşəbbüs edəcək qədər bəsitləşiblər.

Hindistanın tanınmış aktyoru Şihan Hussaini vəfat edib.
Median.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, aktyor bu gün səhər saatlarında Çennai şəhərindəki özəl xəstəxanada dünyasını dəyişib.
60 yaşlı aktyor bir müddət idi ki, qan xərçəngindən müalicə alırdı.
Qeyd edək ki, həm də döyüş ustası və karate mütəxəssisi olan Ş. Hussaini bir çox filmlərdə rol alıb. O, eyni zamanda teleaparıcılıq edib.