Month: March 2025

  • Qəbələ RLS-yə yeni direktor təyin edilib

    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) məxsus “Qəbələ Radiolokasiya Stansiyasının İnzibati Təsərrüfat Zonası və Texniki Mövqe” MMC-nin (Qəbələ RLS) direktoru İlkin Şıxqəmzəyev vəzifəsindən azad edilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Xidmətinin rəisi Mətin Eynullayev əmr imzalayıb.

    Onun digər əmri ilə RLS-yə rəhbərlik Vasif Rzayevə həvalə olunub.

    Xatırladaq ki, Qəbələ RLS 1985-ci ildə inşa edilib, 2013-cü ilə qədər Rusiyanın Müdafiə Nazirliyinin istismarında, 2013-2014-cü illərdə Azərbaycanın Müdafiə Nazirliyinin, ondan sonra isə dövlət əmlakı kimi ƏMDX-nin balansında olub.

  • Mövqelərimizin atəşə tutulmasının görüntüləri – VİDEO

    Xəbər verdiyimiz kimi, martın 20-dən 21-nə keçən gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.

    “Unikal” xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin bu barədə məlumatından sonra, qarşı tərəf həqiqəti yenə gizlətməyə çalışıb. Lakin kənd sakinlərindən birinin çəkdiyi video sayəsində bu məsələ Ermənistan mətbuatında gündəmə gəlib.

    Qeyd olunub ki, Ermənistan Müdafiə Nazirliyi sərhəddə atışma olmadığını bəyan etməklə reallığı gizlətməyə çalışır: “Daha sonra media və müxtəlif şəxslər atışma olduğunu sübut edəndə və artıq bunu gizlətmək mümkün olmayanda “Ermənistan-Azərbaycan sərhədində bəzən Ermənistan ərazisini hədəfə almayan atışma qeydə alınır” kimi biabırçı, gülünc bəyanat yayırlar. Bunun nə demək olduğunu heç kim bilmir…”

  • Ağcabədidə 13 yaşında ana olduğu deyilən qız ailəsinə TƏHVİL VERİLDİ

    “Ağcabədi rayonunda 2010-cu il təvəllüdlü G.M.-in valideynləri polis şöbəsinə dəvət olunaraq, onlarla profilaktiki söhbət aparılıb”.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyindən (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. Bildirilib ki, qız öz valideynlərinin himayəsinə təhvil verilib.

    Xatırladaq ki, 13 yaşlı qızın 23 yaşlı oğlandan hamilə olması ilə bağlı xəbər yayılıb. Məlumata görə, ailələrin razılığı ilə qızın 18 yaşı tamam olanda rəsmi nikah olacaqmış. Nişan məclisindən qızın hamilə qaldığı məlum olub və ailələr evdə yaxın qohumların iştirakı ilə toy məclisi də təşkil ediblər. Hamilə olan qız xəstəxanaya müayinəyə gedən zaman həkimlər bu barədə polisə məlumat veriblər. Buna qədər ailələr məsələni gizli saxlamağa çalışıblar.

    Faktla bağlı cinayət işi açılıb. Məhkəmə istintaqı dövründə onların övladları dünyaya gəlib.

    Zərərçəkmiş kimi tanınan 13 yaşlı qız və ailəsi şikayətçi olmayıblar. Onların övladlarının dünyaya gəlməsi də yüngülləşdirici hal kimi nəzərə alınıb.

    Məhkəmənin hökmü ilə Şəhriyar (ad şərtidir) barəsində şərti cəza təyin edilib. Həbsdə olan Şəhriyar azadlığa buraxılıb və barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

  • Оставленный без присмотра в Товузе малыш доставлен в Баку

    Малыш, от которого отказалась мать в Товузском районе, помещен в детскую больницу в Баку.

    Об этом в ответ на запрос Oxu.Az сообщил руководитель пресс-службы Государственного комитета по проблемам семьи, женщин и детей Теймур Марданоглу.

    Напомним, 21 марта в Товузский районный отдел полиции поступила информация о ребенке, оставленном матерью без присмотра в съемном жилье в селе Юхары Ойсюзлю. Сотрудники полиции немедленно выехали по указанному адресу и обнаружили там мальчика (1 год и 2 месяца).

  • Tovuzda günlərlə evdə ac qalan uşaq Bakıya gətirilib

    “Tovuzda ananın imtina etdiyi körpə Bakıda uşaq xəstəxanasına yerləşdirilib”.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat verib.

    Xatırladaq ki, martın 21-də Tovuz Rayon Polis Şöbəsinə Yuxarı Öysüzlü kəndində yerləşən mənzillərin birində valideyni tərəfindən nəzarətsiz buraxılan azyaşlının qalması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar.

  • В Иране произошло землетрясение

    В городе Нетенз иранской провинции Исфахан произошло землетрясение магнитудой 4.

    Об этом сообщает Median.Az со ссылкой на Telegram-канал Azad İran (“Свободный Иран”).

    Очаг стихии залегал на глубине 10 км.

    Информации о разрушениях или пострадавших пока не поступало.

  • İranda zəlzələ baş verdi

    İranda dörd bal gücündə zəlzələ olub.

    Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

    Qeyd olunur ki, zəlzələ İsfahan əyalətinin Nətənz şəhərində baş verib.

    Yeraltı təkanlar 10 km dərinlikdə qeydə alınıb.

    Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

  • Йеменские хуситы атаковали американский флот

    Йеменские хуситы “Ансар Аллах” нанесли удары по американским военным кораблям и авианосцу Harry Truman США в Красном море.

    Об этом пишет Al Masirah.

    “Ракетные войска, Военно-воздушные и Военно-морские силы наносили удары по вражеским военным кораблям в Красном море”, – говорится в сообщении телеканала.

    Al Masirah накануне сообщил, что йеменские хуситы нанесли ракетный удар по аэропорту Бен-Гурион в Тель-Авиве и авианосцу США.

    Отмечалось, что удар был нанесен двумя баллистическими ракетами (“Зульфикар” и “Палестина-2”).

  • Husilər Qırmızı dənizdə ABŞ-nin aviadaşıyıcısına hücum ediblər

    Yəmənin “Ənsar Allah” hərəkatının husiləri Qırmızı dənizdə ABŞ hərbi gəmilərinə və “USS Harry Truman” aviadaşıyıcısına zərbələr endiriblər.

    Bu barədə “Al Masirah” televiziya kanalı xəbər verib.

    “Raket qoşunları, hərbi hava qüvvələri və hərbi dəniz qüvvələri Qırmızı dənizdə düşmən hərbi gəmilərinə zərbələr endiriblər”, – deyə məlumatda bildirilir.

    Dünən məlumat verilmişdi ki, husilər Təl-Əvivdəki Ben-Qurion hava limanına raket zərbəsi endiriblər.

  • Юношеская сборная Азербайджана по футзалу проведет свой первый матч в основном этапе ЧЕ

    Сборная Азербайджана по футзалу U-19 сегодня проведет свой первый матч в основном этапе чемпионата Европы.

    В стреча, которая состоится во Дворце спорта “Рибняк” в хорватском городе Омиш, начнется в 19:00 по бакинскому времени.

    Судейство игры доверено бригаде арбитров, в состав которой вошли: Растислав Беханчин (Словакия), Ливиу Думитру Чита (Румыния) и Кастриот Герксалиу (Швеция).