Month: March 2025

  • Həftəsonu axtarışda olan 106 nəfər saxlanılıb

    Martın 29-da və 30-da ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.

  • Rusiyada aprelin 1-dən miqrantların uşaqlarının məktəblərə qəbul qaydası dəyişir

    Rusiyada 2025-ci ilin aprelin 1-dən rus dilini bilməyən miqrant övladlarının məktəblərə qəbulunu qadağan edən qanun qüvvəyə minəcək.

    Median.Az “Report”a istinadən xəbər verir ki, əcnəbilər Rusiya ərazisində olmalarının qanuniliyini təsdiq edən sənəd təqdim edilməklə əsas ümumi təhsil proqramları üzrə məktəbə qəbul ediləcəklər.

    Məktəbə qəbul olmaq üçün şagird rus dili biliyi ilə bağlı imtahandan uğurla keçməlidir. Ödənişsiz olacaq testin keçirilməsi qaydası Rusiyanın Təhsil Nazirliyi tərəfindən müəyyən edilib.

    Təhsil Nazirliyinin əmrinə əsasən, sınaq imtahanlarından müvəffəqiyyətlə keçmək üçün minimum üç bal həddi müəyyən edilib.

  • Azərbaycanda yalnız eşşəklər deyil, atlar da AZALIR

    Azərbaycanda atların sayında azalma müşahidə edilib.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, 2025-ci ilin əvvəlində ölkəmizdə 49 442 baş at olub.

    Bu göstərici 2023-cü illə müqayisədə 3 600 baş azdır. Yəni bir ildə Azərbaycanda atların sayı təxminən 7 faiz azalıb.

    2024-cü ildə Azərbaycanda ən çox at saxlanılan iqtisadi bölgə Şəki-Zaqatala olub. Burada 6 876 baş at qeydə alınıb, baxmayaraq ki, bu rəqəm ötən illə müqayisədə 7.7% azalıb. Ən çox atın olduğu rayon da bu bölgədədir. Belə ki, Zaqatala 3 268 baş atla ölkədə birinci yerdədir.

    Atların ən çox olduğu digər rayonlar Quba (2 568), Cəlilabad (2 082), Laçın (1 589), Saatlıdır (1 578).

    Paytaxt Bakıda isə atların sayında cüzi artım olub. 2023-cü ildə Bakıda 153, növbəti il 157 at olub.

    Digər iqtisadi rayonlarda vəziyyət aşağıdakı kimidir:

    Qarabağ iqtisadi rayonu – 4 764-dən 4 176-ya düşüb (-12%).

    Gəncə-Daşkəsən iqtisadi rayonu – 3 217-dən 3 038-ə düşüb (-5.5%).

    Qazax-Tovuz iqtisadi rayonu – 5 253-dən 4 732-yə düşüb (-10%).

    Quba-Xaçmaz iqtisadi rayonu – 6 410-dan 5 673-ə düşüb (-11.5%).

    Şəki-Zaqatala iqtisadi rayonu – 7 453-dən 6 876-ya düşüb (-8%).

    Şərqi Zəngəzur iqtisadi rayonu – 2 930-dan 2 728-ə düşüb (-6.9%).

    Qeyd edək ki, bundan əvvəl Azərbaycanda eşşəklərin sayında da azalma müşahidə edilmişdi.

  • Sabirabadda Perinatal Mərkəzdə son on gündə üç uşaq ölümü baş verib – SƏBƏBLƏR AÇIQLANDI

    Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzdə son on gündə baş verən üç uşaq ölümünün səbəbi məlum olub.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hər üç zahının müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilib, hazırda vəziyyətləri stabildir.

    “Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə martın 23-ü, saat 1:20-də 2005-ci il təvəllüdlü, 38-39 həftəlik hamilə hospitalizasiya olunub. Zəruri tibbi yardım göstərilən pasiyentin bətnindən 3 000 qram ölü döl xaric olunub. 1988-ci il təvəllüdlü 28-29 həftəlik hamilə martın 24-də saat 1:50-də uşaqlıqda iki dəfə çapıq, ağır dərəcəli preeklampsiya diaqnozu ilə hospitalizasiya olunub.

    Qeysəriyyə kəsiyi əməliyyatı ilə 820 qram çəkidə olan körpə dünyaya gəlib, vəziyyəti ağır olan ekstremal azçəkili dölün aparılan reanimasiya tədbirlərinə baxmayaraq, ölüm faktı qeydə alınıb. 2006-cı il təvəllüdlü 39-40 həftəlik hamilə olan şəxs hospitalizasiya olunub. Doğuşun birinci dövrü, baş gəlişi, rezus faktor mənfi, ölü döl diaqnozları təyin olunub. Zəruri tibbi yardım göstərilən pasiyentin bətnindən 3 000 qram ölü döl xaric olunub”, – deyə məlumatda bildirilib.

  • Состоялся телефонный разговор между Ильхамом Алиевым и Масудом Пезешкианом

    31 марта состоялся телефонный разговор между Президентом Азербайджанской Республики Ильхамом Алиевым и президентом Исламской Республики Иран Масудом Пезешкианом.

    Как передает АЗЕРТАДЖ, об этом сообщает пресс-служба главы государства.

    Масуд Пезешкиан поздравил главу нашего государства и народ Азербайджана со священным праздником Рамазан, передал наилучшие пожелания.

    Президент Ильхам Алиев выразил признательность за поздравления и, в свою очередь, поздравил Президента и народ Ирана с праздником.

    Масуд Пезешкиан поблагодарил Президента Азербайджана за поздравления.

    В ходе телефонного разговора было выражено удовлетворение динамикой взаимных визитов на высоком уровне между двумя странами, затронута деятельность межправительственной комиссии, состоялся обмен мнениями о перспективах развития двустороннего сотрудничества в экономической, торговой, транспортной, энергетической и других сферах.

  • İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı olub

    Martın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

    Median.Az President.az-a istinadla xəbər verir ki, Məsud Pezeşkian müqəddəs Ramazan bayramı münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik edib, ən xoş arzularını çatdırıb.

    Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirərək, öz növbəsində İran Prezidentini və xalqını bayram münasibətilə təbrik edib.

    Məsud Pezeşkian təbriklərə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

    Telefon danışığı əsnasında ölkələrimiz arasında yüksəksəviyyəli qarşılıqlı səfərlərin dinamikasından məmnunluq ifadə olunub, hökumətlərarası komissiyanın fəaliyyətinə toxunulub, iqtisadi, ticarət, nəqliyyat, enerji və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

  • Ələt-Astara magistral yolunda TIR aşıb

    Ələt-Astara magistral yolunun Masallı rayonundan keçən hissəsində avtoqəza olub.

    Astaradan Bakıya doğru hərəkət edən yük avtomobili (TIR) aşdığından həmin istiqamətdə nəqliyyatın hərəkətində müvəqqəti sıxlıq yaranıb. Aşan yük avtomobili ərazidən götürülüb və yol açılıb.

    Yük avtomobilinin İrandan Rusiya Federasiyasına tərəvəz məhsulları apardığı bildirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Премьер-министр Мьянмы объявил национальный траур

    Премьер-министр Мьянмы Мин Аун Хлайн объявил национальный траур в республике с 31 марта по 6 апреля в связи с гибелью более 1 700 человек в результате землетрясения, передает Median.Az со ссылкой на телеканал MRTV.

    “В связи с человеческими жертвами дни с 31 марта и по 6 апреля объявлены траурными на национальном уровне”, – говорится в распоряжении.

    Мощное землетрясение произошло 28 марта на территории Мьянмы. По данным таиландского метеодепартамента, его магнитуда составила 7.9. От землетрясения также пострадал Таиланд, толчки ощущались в Китае и во Вьетнаме.

  • Myanmada milli matəm elan edildi

    Myanmanın Baş naziri Min Aun Xlayn zəlzələ nəticəsində 1 700-dən çox insanın həlak olması ilə əlaqədar martın 31-dən aprelin 6-dək respublikada milli matəm elan edib.

    Median.Az-ın xəbərinə görə, bu barədə MRTV telekanalı məlumat verib.

    “İnsan itkisi ilə əlaqədar martın 31-dən aprelin 6-dək olan günlər ümummilli səviyyədə matəm günləri elan edilib”, – deyə sərəncamda bildirilib.

    Xatırladaq ki, martın 28-də Myanmada güclü zəlzələ baş verib. Tailand Meteorologiya Departamentinin məlumatına görə, zəlzələnin maqnitudası 7.9 olub. Zəlzələdən, həmçinin Tailand da zərər görüb, yeraltı təkanlar Çin və Vyetnamda da hiss olunub.

  • Премьер-министр Эфиопии поздравил Президента Азербайджана

    Премьер-министр Федеративной Демократической Республики Эфиопия Абий Ахмед Али поздравил Президента Азербайджана Ильхама Алиева по случаю праздника Рамазан.

    Как сообщает Median.Az со ссылкой на АЗЕРТАДЖ, в поздравлении говорится:

    “Уважаемый господин Президент,

    Передаю Вам искренние поздравления по случаю священного праздника Рамазан, желаю счастья, мира, благополучия и успехов”.