Month: March 2025

  • Efiopiyanın baş naziri Azərbaycan Prezidentini təbrik edib

    Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

    “Hörmətli cənab Prezident,

    Müqəddəs Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimi çatdırır,

    xoşbəxtlik, əmin-amanlıq və uğurlar arzulayıram”.

  • 60 американцев против Азербайджана: кто отдал команду “фас” в адрес Баку? – ВИДЕО

    60 членов Конгресса США направили письмо госсекретарю Марко Рубио.

    В послании говорится, что Белый дом должен ужесточить 907-ю поправку к “Акту в поддержку свободы” и приостановить военную помощь Азербайджану.

    В качестве основания они привели “факт этнической чистки”, которой якобы подверглись армяне в Карабахе.

    Однако маловероятно, что администрация Дональда Трампа отреагирует положительно на их обращение.

    Подробнее – в видеоматериале Азербайджанского Телевидения (AzTV).

  • 60 amerikalı Azərbaycana qarşı HƏRƏKƏTƏ KEÇDİ: “Bakıya hücum” əmri verənlər İFŞA EDİLDİLƏR (VİDEO)

    Amerika Birləşmir Ştatları (ABŞ) Konqresinin 60 üzvü dövlət katibi Marko Rubioya məktub ünvanlayıb.

    Həmin məktubda bildirilib ki, Ağ Ev “907-ci düzəliş”i sərtləşdirməli və Azərbaycana hərbi yardımları dayandırmalıdır.

    Onlar əsas gətiriblər ki, guya ermənilər Qarabağda “etnik təmizləmə”yə məruz qalıblar.

    Lakin Donald Tramp Administrasiyasının bu məsələyə müsbət reaksiya verəcəyi inandırıcı deyil.

    Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında:

  • Азербайджанские пограничники сбили иранский дрон с наркотиками

    Азербайджанские пограничники сбили дрон на границе с Ираном, с помощью которого контрабандисты пытались переправить наркотики в нашу страну.

    Об этом сообщили в Государственной пограничной службе.

    Инцидент произошел 29 марта на служебной территории пограничного отряда “Гёйтепе”. В результате оперативных мероприятий дрон был сбит, изъято 460 г марихуаны.

    По данному факту продолжаются оперативно-следственные мероприятия.

  • DSX: Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib

    Mart ayının 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından pilotsuz uçuş aparatı vasitəsilə narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

    Bildirilib ki, qoşun-əməliyyat tədbirləri nəticəsində kiçikhəcmli uçuş vasitəsi zərərsizləşdirilib, 460 qram narkotik vasitə marixuana ərazidən götürülüb.

    Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Есть ли среди погибших при землетрясении в Мьянме граждане Азербайджана?

    Среди погибших в результате разрушительного землетрясения в Мьянме нет граждан Азербайджана

    Об этом в ответ на запрос Oxu.Az сообщил пресс-секретарь Министерства иностранных дел Айхан Гаджизаде.

    Правительство Мьянмы подтвердило, что число погибших в результате землетрясения превысило 1 700 человек. Согласно официальным данным, 3 400 человек получили ранения, около 300 человек числятся пропавшими без вести. Спасательные службы продолжают поисково-спасательные операции в пострадавших районах.

    Мощное землетрясение произошло 28 марта на территории Мьянмы. По данным таиландского метеодепартамента, его магнитуда составила 7.9. От землетрясения также пострадал Таиланд, толчки ощущались в Китае и во Вьетнаме.

  • Myanmadakı zəlzələdə xəsarət alanlar arasında azərbaycanlılar varmı? – RƏSMİ

    “Myanmada baş verən güclü zəlzələdə həlak olanlar arasında azərbaycanlılar yoxdur”.

    Bu məlumatı Oxu.Az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə verib.

    Qeyd edək ki, Çin Mərkəzi Televiziyasının yaydığı məlumata görə, zəlzələdə ölü sayının 1 700 nəfəri keçməsini respublika hökuməti təsdiq edib.

    Rəsmi məlumatlara görə, 3 400 nəfər xəsarət alıb, təxminən 300 nəfər itkin düşüb.

    Xatırladaq ki, martın 28-də Myanmada maqnitudası 7.7-yə çatan bir neçə güclü zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Tailand, Çin və Vyetnamda hiss edilib.

  • В Азербайджане поженились известные тележурналисты – ФОТО

    Директор телеканала Anewz TV Руфат Хамзаев и ведущая Real TV Вафа Агабалаева связали себя узами брака.

    Как сообщает Median.Az со ссылкой на bakupost.az, сегодня Вафа вышла в эфир под фамилией Хамзаева.

    Отметим, что Руфат Хамзаев в 2020-2024 годах занимал должность заместителя председателя Азербайджанского государственного телевидения (AzTV).

    Вафа Агабалаева работала на Real TV и AzTV.

    Отметим, что для обоих это второй брак.

  • Azərbaycanda tanınmış telejurnalistlər evləndilər – FOTO

    “Anewz” televiziyasının direktoru Rüfət Həmzəyev və “Real TV”nin aparıcısı Vəfa Ağabalayeva evlənib.

    Median.Az Bakupost.az-a istinadən xəbər verir ki, Vəfa Ağabalayeva bu gün təqdim olunan efirə Həmzəyeva soyadı ilə çıxıb.

    Xatırladaq ki, Rüfət Həmzəyev 2020-2024-cü illərdə Azərbaycan Televiziyasında (AzTV) sədr müavini olaraq fəaliyyət göstərib.

    Həmçinin, Vəfa Ağabalayeva Real TV və AzTV-də işləyib.

    Qeyd edək ki, bu, hər iki şəxsin ikinci evliliyidir.

  • Abşeronda DƏHŞƏT: Gənc oğlan anasının qətlində şübhəli bilinir

    Abşeronda dəhşətli cinayət törədilib.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Məmmədli kəndində qeydə alınıb.

    Orada yaşayan, Salyan rayon sakini, 2008-ci il təvəllüdlü Səid Eldəniz oğlu Əliyevin münaqişə zəminində anası, 1986-cı il təvəllüdlü Rəfiqəni bıçaqlayaraq qətlə yetirdiyi bildirilir.

    Hadisəni törətməkdə şübhəli bilinən S.Əliyev saxlanılıb.

    Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.