Month: March 2025

  • “Tesla” dilerində partlayıcı qurğular tapıldı: Maskdan sərt AÇIQLAMA

    ABŞ-nin Texas ştatında polis əməkdaşları Birləşmiş Ştatlar Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maska məxsus “Tesla” şirkətinin diler mərkəzində bir neçə partlayıcı qurğu aşkarlayıblar.

    Bu barədə “ABC News” telekanalı məlumat paylaşıb.

    Partlayıcı qurğular heç bir insident baş vermədən götürülüb. Bunun fonunda Federal Təhlükəsizlik Xidməti (FTX) “Tesla” avtomobilləri ilə bağlı insidentləri araşdıracaq qrupun yaradıldığını elan edib.

    İ.Mask, öz növbəsində, “Tesla”ya qarşı vandalizm aktlarını terror aktları adlandırıb:

    “Tesla” mağazalarındakı atışmanın və enerjidoldurma stansiyalarının yandırılmasının terror aktı olduğuna şübhə yoxdur”.

    Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, FTX İ.Maskın şirkətinin diler mərkəzlərinə, avtomobillərinə və enerjidoldurma məntəqələrinə 48 hücum faktı barədə məlumat alıb.

  • “HQ” ləqəbli tiktoker SAXLANILDI

    “TikTok” sosial şəbəkəsində “HQ” ləqəbi ilə tanınan Həqiqət Qəhrəmanova 10 sutkalıq inzibati həbs cəzası alıb.

    Tiktokerin həbsinə səbəb sosial şəbəkədə nalayiq ifadələr işlətməsi olub.

    Məlumata görə, bu ilin fevral ayında İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi əsasında məhkəmə qərarı ilə onun barəsində 10 günlük həbs tədbiri görülüb.

  • Гурбангулы Бердымухамедов поздравил Президента Ильхама Алиева

    Национальный лидер туркменского народа, председатель Халк Маслахаты Туркменистана Гурбангулы Бердымухамедов направил Президенту Азербайджанской Республики Ильхаму Алиеву поздравительное письмо.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемый Ильхам Гейдар оглу!

    Имею честь направить Вам свои сердечные поздравления и наилучшие пожелания по случаю Международного праздника Новруз!

    Международный праздник Новруз, отмечаемый в дни весеннего равноденствия, является одним из древнейших культурных наследий человечества. Этот прекрасный праздник, уходящий корнями вглубь тысячелетий, является символом не только пробуждения природы, но и взаимного уважения, мирного сосуществования, взаимопонимания и трудолюбия.

    Пусть этот светлый праздник будет ознаменован для Вас и для всего народа Вашей страны миром, радостью и новыми начинаниями!”

  • Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib

    Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli İlham Heydər oğlu.

    Beynəlxalq bayram – Novruz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı Sizə göndərməkdən şərəf duyuram.

    Baharın gecə ilə gündüzün bərabər olduğu günlərində qeyd olunan beynəlxalq Novruz bayramı bəşəriyyətin ən qədim mədəni irslərindən biridir. Kökləri minilliklərin dərinliklərinə qədər uzanan bu gözəl bayram təkcə təbiətin oyanışının deyil, həm də qarşılıqlı ehtiramın, dinc yanaşı yaşamağın, qarşılıqlı anlaşmanın və zəhmətsevərliyin rəmzidir.

    Qoy, bu əziz bayram Sizin və ölkənizin bütün xalqı üçün sülh, sevinc və yeni nailiyyətlərlə əlamətdar olsun”.

  • Александр Лукашенко направил поздравительное письмо Ильхаму Алиеву

    Президент Республики Беларусь Александр Лукашенко направил своему азербайджанскому коллеге Ильхаму Алиеву поздравительное письмо.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемый Ильхам Гейдарович,

    Сердечно поздравляю Вас с замечательным праздником Новруз, который является символом возрождения природы и нового этапа жизненного пути, веры в лучшее будущее.

    Уверен, что доброжелательные отношения, сложившиеся между Беларусью и Азербайджаном, будут способствовать дальнейшему расширению двусторонних связей во всех областях на благо народов наших государств.

    Примите в этот особый праздничный день пожелания крепкого здоровья и успешной реализации планов Вам, мира и благополучия жителям вашей страны”.

  • Aleksandr Lukaşenko İlham Əliyevə təbrik məktubu göndərib

    Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadla xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli İlham Heydər oğlu.

    Təbiətin oyanışının və həyatın yeni mərhələsinin başlanğıcının, daha yaxşı gələcəyə inamın rəmzi olan gözəl Novruz bayramı münasibətilə Sizi ürəkdən təbrik edirəm.

    Əminəm ki, Belarus ilə Azərbaycan arasında mövcud olan xoşniyyətli münasibətlər dövlətlərimizin xalqlarının rifahı naminə ikitərəfli əlaqələrin bütün sahələrdə bundan sonra da genişlənməsinə kömək edəcək.

    Bu əlamətdar bayram günündə Sizə möhkəm cansağlığı və planlarınızın uğurla həyata keçməsində uğurlar, ölkənizin əhalisinə sülh və əmin-amanlıq arzulayıram”.

  • В одной из структур Милли Меджлиса произведены кадровые изменения

    Директор ООО “Типография аппарата Милли Меджлиса” Джахид Мехманлы освобожден от должности.

    Как сообщает Report, руководство компанией поручено Этибару Аскерову.

    Напомним, что “Типография аппарата Милли Меджлиса” создана в 2020 году, ее уставный капитал – 100 манатов.

  • Milli Məclisdə kadr dəyişikliyi olub

    “Milli Məclis Aparatının mətbəəsi” MMC-nin direktoru Cahid Mehmanlı vəzifəsindən azad edilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Etibar Əsgərova həvalə olunub.

    Xatırladaq ki, “Milli Məclis Aparatının mətbəəsi” MMC 2020-ci ildə 100 manat nizamnamə kapitalı ilə yaradılıb.

  • Высота снежного покрова в некоторых районах достигла 22 см – ФАКТИЧЕСКАЯ ПОГОДА

    По состоянию на утро 25 марта в некоторых районах страны наблюдались осадки и ветер.

    Об этом сообщили в Национальной службе гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Количество выпавших осадков в Астаре составило 20 мм, Лянкяране – 17 мм, Габале – 14 мм, Шамахы – 12 мм, Шабране – 11 мм, Исмайыллы – 8 мм, Лерике – 6 мм, Алтыагадже, Шеки и Нефтчале – 4 мм, Огузе, а также в Баку и на Абшеронском полуострове – 3 мм, Хачмазе и Ярдымлы – 2 мм, Агсу, Шуше, Билясуваре, Кюрдамире, Гёйчае, Тертере и Балакене – 1 мм.

    В горных районах выпал снег, высота снежного покрова в Загатале (Алибей) составила 22 см, Гусаре (Лаза) – 18 см, Губе (Грыз) – 17 см, Шахдаге – 9 см, Гахе (Сарыбаш) – 6 см, Хыналыге – 4 см, Халтане – 3 см, Гобустане – 2 см.

    24 марта дул северо-западный ветер, скорость которого в Нафталане усилилась до 20 м/с, Мингячевире – 18 м/с, Шабране и Халтане – 16 м/с.

    Высота волн на море достигала 3.2 м.

    В Гахе, Балакене, Загатале, Шеки, Габале, Шамахы, Гобустане, Грызе, Гёйчае и Лерике наблюдался туман, видимость была ограничена до 200 м.

    Минимальная температура воздуха в Баку и на Абшеронском полуострове составила 6, низменных районах – 7, Нахчыванской АР – 5 градусов тепла, горных районах – 8 градусов мороза.

  • Bəzi ərazilərdə qar örtüyünün hündürlüyü 22 sm-ə çatıb – FAKTİKİ HAVA

    Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, martın 25-i saat 10-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.

    Belə ki, düşən yağıntının miqdarı Astarada 20, Lənkəranda 17, Qəbələdə 14, Şamaxıda 12, Şabranda 11, İsmayıllıda səkkiz, Lerikdə altı, Altıağac, Şəki və Neftçalada dörd, Oğuz eyni zamanda Bakıda və Abşeron yarımadasında üç, Xaçmaz və Yardımlıda iki, Ağsu, Şuşa, Biləsuvar, Kürdəmir, Göyçay, Tərtər və Balakəndə bir mm-dək qeydə alınıb.

    Dağlıq ərazilərdə isə qar yağıb, yağan qar örtüyünün hündürlüyü Zaqatalada (Əlibəy) 22, Qusarda (Laza) 18, Qubada (Qrız) 17, Şahdağda doqquz, Qaxda (Sarıbaş) altı, Xınalıqda dörd, Xaltanda üç, Qobustanda iki sm-dir.

    Martın 24-də şimal-qərb küləyi əsib, küləyin sürəti Naftalanda 20, Mingəçevirdə 18, Şabran və Xaltanda 16 m/s-dək güclənib.

    Dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb.

    Qax, Balakən, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qrız, Göyçay və Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.

    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında altı, Aran rayonlarında yeddi, Naxçıvan MR-də beş dərəcəyədək isti, dağlıq rayonlarda isə səkkiz dərəcəyədək şaxta qeydə alınıb.