Month: March 2025

  • Türkiyədə qanunsuz nümayişlərdə 1418 nəfər saxlanıldı

    Türkiyənin daxili işlər naziri Əli Yerlikaya 19 mart tarixindən etibarən İstanbul bələdiyyəsi ilə bağlı araşdırmaya qarşı keçirilən aksiyalarda 1418 şübhəlinin saxlanıldığını açıqlayıb.

    Bu barədə nazir sosial media hesabı vasitəsilə məlumat yayıb.

    “19 mart 2025 tarixindən başlayaraq keçirilən qanunsuz nümayişlərdə bu günə qədər 1418 şübhəli saxlanılıb. Bu gün isə 478 şəxs məhkəmə qarşısına çıxarılacaq”, – deyə nazir qeyd edib.

    O vurğulayıb ki, küçələrdə terror mühiti yaratmağa cəhd edənlərə, milli və mənəvi dəyərlər, polislərə hücum edənlərə heç vaxt güzəşt edilməyəcək.

  • Daha bir vətəndaşın bank kartından kiber üsulla 27 min manatdan artıq pul oğurlanıb

    Daha bir vətəndaşın bank kartından kiber üsulla 27 283 AZN oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

    “Necə oğurlanıb? +94….. (+994… AZE oxşarlığı) kodlu xarici nömrədən zəng edilib ki, sizə sığorta ödənişi var, onlayn formatı təsdiqləməlisiniz”, – E.Hacıyev vurğulayıb.

    O qeyd edib ki, seçilən qurbanın onlayn görüntüləri çəkilməklə adına bankdan 21 000 manat kredit çəkilib:

    “Əlavə vəsait isə kartında olub. Naməlum şəxs Hacıqabulda olan qurbana nə deyibsə, o bunu yerinə yetirib, bütün sorğuları və kodları təsdiqləyib”.

    “Bir daha vətəndaşları naməlum zənglərdən, cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq aparılmamalıdır, dərhal bloklanmalıdır.Əks halda aldadıb şəxsi məlumatlarınızı əldə etdikdən sonra pullarınızı talayacaqlar, adınıza kredit götürüləcəklər.

    Təhlükə var, sən də tələyə düşə bilərsən…Diqqətli ol…”, – E.Hacıyev əlavə edib.

  • Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?

    Martın 26-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişlidir.

    Qeyd edək ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti olacaq.

  • Bakıda 18 yaşlı gənc 22 nəfərə qarşı cinayət törədib

    18 yaşlı Kənan Bakıda 22 nəfərə qarşı cinayət törədib. Kənan telefonunu, mopedini satmaq istəyən şəxsləri aldadıb.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, Kənan hər dəfə eyni üsula əl atıb.

    O, internet saytlarında mobil telefonunu və mopedini satışa çıxaran şəxslərlə əlaqə saxlayıb, onları görüşə çağıraraq aldadıb.

    Mobil telefonunu satan şəxslərin hamısını Bakıda fəaliyyət göstərən məşhur restoranlara, çay evlərinə dəvət edib. Onun seçdiyi şəxslərin hamısı “iPhone” markalı telefonlarını satmaq istəyənlər olub. Həmin şəxslərlə söhbət zamanı etibarlarını qazandıqdan sonra telefonu ya kamerasını yoxlamaq, ya telefonla danışmaq, ya da internetə qoşulmasını yoxlamaq adı ilə əlinə alıb. Maraqlısı budur ki, Kənan görüşləri restoran və çay evlərinin kabinetində təşkil edirmiş. Səbəb isə bu olub ki, kabinetdən çıxarkən telefon sahibləri onun məkandan uzaqlaşmasını görməsinlər. Hesabı da həmişə zərərçəkmişlər ödəyirmişlər.

    Kənan moped satan şəxslərin hamısını da eyni üsulla aldadıb. Onları görüşə çağıraraq mopedi almaq istədiyini deyib. Mopedi yoxlamaq, sürmək adı ilə alaraq oradan uzaqlaşıb.

    Onun cinayət işində zərərçəkmiş kimi tanınan 22 nəfərdən 17-si telefonunu, 5 nəfər isə mopedini itirib.

    Kənan telefonların bir çoxunu ucuz qiymətə satıb. Bir neçəsini isə satmadan polis tərəfindən saxlanılıb. Mopedlərin sənədi olmadığına görə Kənan onları parçalara ayıraraq ucuz qiymətə ehtiyat hissə kimi satıb.

    Məhkəmə istintaqı zamanı məlum olub ki, zərərçəkmişlərin bir hissəsi Kənandan şikayətçi olmayıb. Onlar da telefonu satılmadan geri qaytarılanlardır.

    Məhkəmə Kənanı törətdiyi əməllərdə təqsirli bilərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

  • В Турции мэр от CHP вызван для дачи показаний

    Мэр района Бейоглу города Стамбул в Турции Инан Гюней вызван в прокуратуру для дачи показаний в качестве подозреваемого.

    Об этом Median.Az сообщает со ссылкой на телеканал TRT Haber.

    Согласно информации, предоставленной Главной прокуратурой Стамбула, И.Гюней вызван в прокуратуру в рамках расследования, начатого в связи с избирательным процессом на районном конгрессе Республиканской народной партии Турции (CHP).

    Так, расследование началось по обвинению в нарушениях на выборах во время указанного конгресса CHP и действиях, противоречащих закону о политических партиях.

  • Türkiyədə CHP-li bələdiyyə sədri ifadəyə çağırıldı

    Türkiyənin İstanbul şəhərinin Beyoğlu Bələdiyyə sədri İnan Güney şübhəli qismində prokurorluğa ifadə verməyə çağırılıb.

    Bu barədə Median.Az “TRT Haber” telekanalına istinadla xəbər verir.

    İstanbul Baş Prokurorluğundan verilən məlumata görə, İ.Güney Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul rayon konqresindəki seçki prosesi ilə bağlı başladılan təhqiqat çərçivəsində prokurorluğa çağırılıb.

    Belə ki, təhqiqat CHP-nin sözügedən konqresindəki seçkidə pozuntulara yol verildiyi və Siyasi Partiyalar Qanununa zidd hərəkət edildiyi iddiası ilə başlayıb.

  • Tanınmış idmançını qətlə yetirən Orxan Hacıyev niyə azadlıqda idi?

    2020-ci ildə tanınmış idmançı Ruslan Surxayevi qətlə yetirməkdə şübhəli bilinən Orxan Hacıyev idmançının qardaşı – Amil Surxayev tərəfindən güllələnərək öldürülüb.

    Öldürülən Ruslan Surxayevin atası Orxan Hacıyevdən şikayətçi olmadığı üçün azadlıqda olduğu söylənilir.

    Qeyd edək ki, Orxan Hacıyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Hacıyevin əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsindən 122.1-ci (Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə; Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və sair qanunsuz, yaxud əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif edilib. Bu maddə ilə də Orxan Hacıyevə iki il azadlıqdan məhrum etmə cəzası təyin edilib.

    Qərardan narazı qalan O.Hacıyev hökmdən apellyasiya şikayəti verib.

    Sumqayıt Apellyasiya Məhkəməsi iş üzrə yeni qərar qəbul edib.

    Məhkəmənin qərarı ilə O.Hacıyevin təqsirləndirildiyi, Cinayət Məcəlləsinin 122.1-ci (Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə; Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə) maddəsi 123.1-ci (Zəruri müdafiə həddini aşmaqla adam öldürmə) maddəsinə tövsif edilərək onun cəzası 1 il 6 aya endirilib. O.Hacıyevin cəzası həbs edildiyi gündən hesablanıb. Qətl hadisəsi 2020-ci ilin fevral ayının 1-də baş verdiyindən, məhkəmə təqsirləndirilən şəxsin cəza müddətini başa çatmış hesab edərək, məhkəmə zalından azadlığa buraxıb.

    Maraqlıdır, bəs görəsən, ölüm faktı qeydə alınmış cinayət əməlində zərərçəkmiş şəxsin ailəsi ilə təqsirləndirilən şəxs arasında barışıq imzalanarsa, təqsirləndirilən şəxsin cəzası yüngülləşdirilə və ya azadlığa çıxa bilərmi?

    Mövzu ilə bağlı Oxu.Az-a danışan Əliməmməd Nuriyev bildirib ki, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilən şəxs 9-14 il müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:

    “Cəzanın yüngülləşməsi cinayət işinin hansı formada baş verməsindən asılıdır. Lakin əgər, qəsdən adam öldürmə ilə bir şəxs ittiham edilibsə, o azadlığa buraxıla bilməz. Ola bilər ki, bu zaman zərərçəkən şəxsin yaxınları ilə təqsirləndirilən şəxs arasında barışıq əldə olunsun, bu ümumilikdə təqsirləndirilən şəxsin cəzalanması zamanı nəzərə alınır, lakin ümumilikdə azadlıqdan məhrum edilməmə ilə bağlı qərarın verilməsinə gətirib çıxara bilməz”.

    Onun sözlərinə görə, cinayət əməlində təqsirləndirilən şəxsin ittiham maddələri tövsif edilərək, digər maddələrə keçirilə bilər:

    “Sözügedən şəxsin ittiham maddələri 120.1-cidən tövsif edilərək, 122.1-ci maddəyə, daha sonra isə 123.1-ci maddəyə dəyişdirilib. Şəxs cinayət əməlində Cinayət Məcəlləsinin 122.1-ci maddəsi ilə ittiham olunduqda üç il müddətinə, 123.1-ci maddəsi ilə ittiham olunanduqda isə iki il müddətinə azadlıqdan məhrum edilir. 120.1-ci maddədən 122.1-ci, daha sonra isə 123.1-ci maddəyə tövsif olunduğu üçün azadlıqdan məhrum edilmə ilə bağlı cəza 1 il 6 aya endirilə bilər”.

  • Ağcabədidə ailəsi 13 yaşında ana olan qızından İMTİNA ETDİ

    “Son günlər Ağcabədidə 13 yaşlı qızın 24 yaşlı bir pedofildən dünyaya uşaq gətirməsi ictimai müzakirələrə səbəb olub. Bu vəziyyət bir neçə ciddi hüquqi və sosial məsələnin gündəmə gəlməsinə yol açıb”.

    Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

    O bildirib ki, məhkəmənin hökmü ilə, cinayətə görə pedofil altı il azadlıqdan məhrum edilib, lakin o, şərti cəza çəkməklə sınaq müddətinə azadlığa buraxılıb:

    “Bu gün həmin şəxs 13 yaşlı qızla bir evdə yaşayır və qız 18 yaşa çatdıqdan sonra onunla evlənməyi gözləyir. Bu vəziyyətin ortaya çıxardığı sual isə qanunun və cəzanın nə dərəcədə tətbiq olunduğudur. Qızın ailəsi ondan imtina edib. Ailə niyə uşağının hüquqlarını müdafiə etmir? Həmin ailə mütləq şəkildə icra hakimiyyətinə müraciət etməli və uşağın reabilitasiyasını təmin etməlidir”.

    K.Ağazadə qeyd edib ki, pedofilin qayınanası qızın öz evlərində qalacağını deyir:

    “Bu şəraitdə qızın müdafiəsi necə təmin olunur, hüquqları necə qorunur?”.

    Birliyin rəhbəri onu da əlavə edib ki, qızın təhsil aldığı məktəbin direktoru uşağın hamiləlik vəziyyətinə nəzarət etmədiyinə görə işdən çıxarılıb. Amma bu, dərsə gəlməmə məsələsinin təhsil məsələsi olduğunu göstərir:

    “Məktəb direktoru, uşaq üçün təhlükəli vəziyyətin qarşısını almaqda necə məsuliyyət daşımır? Bu məsələlər daha geniş təhsil siyasətinin zəif tərəflərini göstərir. Sonunda isə bir daha sual yaranır: Regionlarda qanun işləmir, yoxsa əxlaq və ənənələr qanunu təhrif edərək, ört-basdır edir? Bu cür məsələlərdə qanunu pozan məmurlar və qeyri-kafi müdaxilələr ciddi narahatlıq doğurur. Bu vəziyyət, erkən evliliklərin qarşısını almaq üçün edilən qanun dəyişikliyinə qarşı bir təhdid yaradır. Çünki qanunlar artıq pozulub və hər şeyin yavaş-yavaş normal qəbul edildiyi bir mühitə çevrilib”.

  • Türkiyədə CHP-li bələdiyyə sədri ifadəyə çağırıldı

    Türkiyənin İstanbul şəhərinin Beyoğlu Bələdiyyə sədri İnan Güney şübhəli qismində prokurorluğa ifadə verməyə çağırılıb.

    Bu barədə Median.Az “TRT Haber” telekanalına istinadla xəbər verir.

    İstanbul Baş Prokurorluğundan verilən məlumata görə, İ.Güney Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul rayon konqresindəki seçki prosesi ilə bağlı başladılan təhqiqat çərçivəsində prokurorluğa çağırılıb.

    Belə ki, təhqiqat CHP-nin sözügedən konqresindəki seçkidə pozuntulara yol verildiyi və Siyasi Partiyalar Qanununa zidd hərəkət edildiyi iddiası ilə başlayıb.

  • СК РФ завершил расследование по уголовному делу в отношении экс-адвоката Эльмана Пашаева

    Военные следователи завершили следственные действия по уголовному делу в отношении бывшего адвоката Эльмана Пашаева.

    Как передает Median.Az, об этом ТАСС сообщили в пресс-службе Следственного комитета (СК) РФ.

    “Военными следственными органами СК России завершены следственные действия по уголовному делу в отношении бывшего адвоката Эльмана Пашаева. Он обвиняется в совершении преступлений, предусмотренных ч. 4 ст. 159 и ч. 3 ст. 30 – ч. 4 ст. 159 УК РФ (мошенничество и покушение на мошенничество в особо крупном размере)”, – говорится в заявлении.