Month: March 2025

  • Elman Paşayevə qarşı cinayət işi üzrə istintaq yekunlaşıb

    Hərbi müstəntiqlər keçmiş vəkil Elman Paşayevə münasibətdə cinayət işi üzrə istintaq hərəkətlərini başa çatdırıblar.

    Bunu TASS-a Rusiya İstintaq Komitəsinin Mətbuat Xidmətindən deyiblər.

    Bildirilib ki, o, Rusiya Cinayət Məcəlləsinin dələduzluq və külli miqdarda dələduzluğa cəhd maddələri üzrə ittiham edilir.

    Qeyd olunub ki, o, Rusiya Cinayət Məcəlləsinin dələduzluq və külli miqdarda dələduzluğa cəhd maddələri üzrə təqsirli bilinir.

    Xatırladaq ki, E.Paşayev 2024-cü ilin yazında dələduzluqda ittiham olunaraq həbs edilib. İstintaqın məlumatına görə, o, pul müqabilində Aleksey Blinovskiyə və onun həyat yoldaşı – bloqer Yelena Blinovskayaya vergi ödəməmə ilə bağlı cinayət məsuliyyətindən azad olunmağı vəd edib. Bundan sonra o, aldadılmış ərdən ən azı 18.5 milyon rubl və 300 min dollar alıb.

  • Российский пограничник погиб в Армении в ДТП, еще один ранен

    Российский пограничник погиб в ДТП на юге Армении, еще один госпитализирован.

    Об этом сообщает сайт shamshyan.com

    Инцидент произошел сегодня утром в Сюникской области. Автомобиль УАЗ упал в ущелье на дороге Мегри – Нрнадзор: 30-летний Р.А. скончался на месте, его товарищ, 22-летний И.К, доставлен в больницу.

    Врачи оценивают его состояние как тяжелое.

  • Rusiyalı sərhədçilər Ermənistanda qəzaya düşdülər: Ölən var

    Ermənistanın cənubunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir Rusiya sərhədçisi həlak olub, daha biri xəstəxanaya yerləşdirilib.

    Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

    Məlumata görə, hadisə bu gün Zəngəzurda (Sünik) bölgəsində, Mehri-Nrnadzor yolunda, UAZ markalı avtomobilin dərəyə düşməsi nəticəsində baş verib.

    Yaralının vəziyyəti ağır olaraq qiymətləndirilib.

  • Спикер парламента Армении: Ереван не восстановит свое полноценное участие в ОДКБ

    Армения не может бесконечно сохранять напряженность в отношениях с Россией. Так спикер Нацсобрания Ален Симонян прокомментировал журналистам последние контакты между Ереваном и Москвой.

    Об этом сообщает Median.Az со ссылкой на Sputnik Армению.

    Спикер парламента РА назвал разговоры о том, что страна сменила вектор, не соответствующими реальности.

    Он также заявил, что все те вопросы, которые были у Еревана, остаются актуальными и сейчас. Тем не менее нужен разговор, в ходе которых армянская сторона “получила бы ответы на свои вопросы”.

    В ответ на соответствующий вопрос Симонян заявил, что вряд ли Ереван пересмотрит свою позицию и восстановит свое полноценное участие в ОДКБ по итогам этого диалога.

    “ОДКБ сама должна пересмотреть себя, понять, она существует или нет”, – сказал спикер.

  • Simonyan: “Ermənistan Rusiya ilə münasibətlərdəki gərginliyi davamlı saxlaya bilməz”

    “Ermənistan Rusiya ilə münasibətlərdəki gərginliyi davamlı olaraq saxlaya bilməz”.

    Median.Az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan deyib.

    A.Simonyan söyləyib ki, ölkəsinin siyasi vektorunu dəyişməsi ilə bağlı deyilənlər də həqiqətə uyğun deyil:

    “Ermənistan öz suverenliyi və müstəqilliyini qoruyur. Biz yalnız aldadıldığımızı görəndə fikir bildirir, bununla bağlı məsələ qaldırırıq. Rusiya da daxil olmaqla, hər hansı bir dövlətlə əlaqələrimizə son qoyacağımızı deməmişik. Rusiya ilə münasibətlərdəki gərginliyi davamlı olaraq saxlaya bilmərik”.

    A.Simonyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı danışarkən isə bildirib ki, bu qurum ilk növbədə özünün mövcud olub-olmadığını dəqiqləşdirməlidir.

  • Tapılan rəfiqələrdən biri sığınacağa yerləşdirildi – Bədənində zədələr var

    Bakıda itkin düşən üç rəfiqədən biri sığınacağa yerləşdirilib.

    Median.Az xəbər verir ki, bu barədə Teleqraf-a “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

    Onun sözlərinə görə, yeniyetmə aqressivdir və boyun hissəsində zədələr var: “Bunu oğlanın etdiyini deyir. Təbii ki, bununla bağlı araşdırma davam edir. Hazırda Bakıda qızları cəlb edən gənclər var ki, bilərəkdən onları torlarına salırlar”.

    K.Ağazadə qızın sığınacağa hələ yeni gəldiyini bildirib: “Amma bir neçə gündən sonra bura adaptasiya olacaq və reabilitasiyaya uyğunlaşacaq. Həmin qız valideynin istəyi ilə polis tərəfindən sığınacağa yerləşdirilib. Qızın özü də etiraz etmədi. Niyə bu addımı atması ilə bağlı ondan heç nə soruşmamışıq. Bunu soruşmaq çox tezdir. O öncə mühitə uyğunlaşmalıdır. Buradakı yaşıdları ilə ünsiyyət qurmalıdır. Ondan sonra psixoloq, sosial işçilər öz işlərini görəcəklər”.

    Birliyin sədri itkin düşən yeniyetmələrdən birinin valideynin daha öncə sığınacağa müraciət etdiyini qeyd edib: “Qızlardan biri 2023-cü ildə polis tərəfindən ananın iştirakı ilə bizə gətirilmişdi. Ana deyirdi ki, qız təhsildən yayınır, onu təhsilə cəlb etmək olmur. Uşaq burada qalmağı qətiyyən qəbul etmirdi. Valideynlə danışıb, razılaşdırdıq ki, ən azından axşam evə getsin. Gün ərzində uşaqlarla reabilitasiyaya cəlb olunsun, proqramlara qatılsın, tədbirlərə gəlsin. Razılıq verdilər. Biz onu ərizə əsasında qəbul etdik. Sosial Xidmətlər Agentliyinin alt sisteminə də yönləndirdik. Çünki çətin tərbiyə olunan və həssas uşaq qrupundan idi. Valideynlə əlaqə saxlayırdıq, o da bizə “Sabah gətirəcəyəm”, “Bu gün gətirəcəyəm” dedi, amma sonda bildirdi ki, qızı gəlmək istəmir. Bir sözlə, o qız sığınacağa gəlmədi. Sözsüz ki, bu məqamda valideynin də məsuliyyət məsələsi gözə alınmalıdır. Valideyn söz verib ki, gətirəcəyəm, gətirməyib. Dediyim kimi, bizdə qeydiyyatda olub, bir gün də qalmışdı”.

    Xatırladaq ki, martın 17-də Bakıda üç rəfiqə itkin düşüb. Qızlardan ikisi tapılıb, digərinin axtarışları davam edir.

  • Ötən gün ölkə ərazisində qumbara və silahlar aşkarlanıb

    Azərbaycanda martın 24-də qumbara və silahlar aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 qumbara, 18 tüfəng, 3 patron darağı və 90 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

  • ABŞ-nin Ermənistandakı biolaboratoriyaları barədə bir sıra YENİ MƏLUMATLAR ÜZƏ ÇIXIB

    Ermənistanda ABŞ-nin maliyyəsi ilə fəaliyyət göstərən hərbi-bioloji laboratoriya Ermənistanın və bir sıra digər ölkələrin mətbuatında gündəmdə saxlanılır.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, hələ ötən il Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndələri ilə bu barədə müqavilə imzalayıb.

    Məlumata görə, həmin laboratoriya Gümrüdə, Rusiyanın 102-ci hərbi bazasının yaxınlığında yerləşəcək.

    Bu məlumatların mətbuatda dərc edilməsindən sonra ABŞ-nin Ermənistandakı səfirliyi önündə aksiyalar da keçirilib.

    İndi isə İrəvan mətbuatı yazır ki, Ermənistanda ABŞ tərəfindən maliyyələşdirilən hərbi-bioloji laboratoriyalar, paytaxtda, eləcə də, Qeqarkunik, Şirak, Lori, Tavuş, Armavir, Ararat və Sünik bölgələrində fəaliyyət göstərir.

    “Həmçinin İcevan, Gümrü, Martuni, Qafan və Vanadzorda (Böyük Qarakilsə) daha yaxşı təchiz olunmuş laboratoriyalar mövcuddur. Təkcə İrəvandakı bu laboratoriyalarda, inzibati heyət də daxil olmaqla 140-a yaxın insan çalışır”, – deyə mənbə yazıb.

    ABŞ-nin Ermənistandakı səfirliyi bu biolaboratoriyaların yeri, fəaliyyət dairəsi, sayı və məqsədləri barədə medianın ünvanladığı sualları cavablandırmaqdan imtina edib.

    Qeyd edək ki, hazırda Ermənistanda ABŞ-nin 13 hərbi-bioloji laboratoriyasının olduğu qeyd edilib. Kreml bu laboratoriyalara qarşı hələ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində hərəkətə keçib. Təşkilatın 2023-cü ildə keçirilən iclaslarında da bu məsələ qaldırılıb və Ermənistana xəbərdarlıq olunub.

  • “Bakı Biznes Mərkəzi”nin direktoru işdən çıxıb

    İqtisadiyyat Nazirliyinə məxsus “Bakı Biznes Mərkəzi” MMC-nin direktoru Seyran Məmmədov işdən çıxıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, şirkətə rəhbərlik müvəqqəti olaraq İlham Qurbanova həvalə olunub.

    Xatırladaq ki, “Bakı Biznes Mərkəzi” 2007-ci ildə 1 000 manat nizamnamə kapitalı ilə yaradılıb, Dənizkənarı Milli Parkda yerləşir. Onun açılışı 2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə baş tutub.

  • Илон Маск назвал террористическими акты вандализма против его компании Tesla

    В американском штате Техас полицейские обнаружили несколько взрывных устройств в дилерском центре компании Tesla, принадлежащей главе Департамента эффективности правительства США (DOGE), миллиардеру Илону Маску.

    Об этом сообщает ABC News.

    Как передает телеканал, “подозрительные устройства” были найдены утром 24 марта. Они оказались взрывными, но полицейские смогли изъять их без происшествий.

    В ФБР на этом фоне заявили о создании группы, которая будет заниматься расследованиями инцидентов с автомобилями Tesla.

    “Акты насилия, вандализма и внутреннего терроризма – такие, как недавние атаки на Tesla, – будут преследоваться по всей строгости закона”, – заявили в ведомстве.

    Илон Маск, в свою очередь, назвал террористическими акты вандализма против его компании Tesla.

    Соответствующий пост опубликован на его странице в социальной сети X.

    “Нет никаких сомнений в том, что стрельба по магазинам Tesla и поджог зарядных станций – это террористические акты”, – написал бизнесмен.

    По словам источника в правоохранительных органах, ФБР получило данные о 48 случаях нападений на дилерские центры, автомобили и зарядные станции компании Маска.

    Так, в ночь на 1 января у главного входа в отель Trump International Hotel в Лас-Вегасе произошел взрыв электропикапа Tesla Cybertruck. В результате инцидента водитель автомобиля, 37-летний Мэтью Ливельсбергер из Колорадо-Спрингс, получил несовместимые с жизнью травмы. Кроме него, семь человек получили ранения. Следствие установило, что Ливельсбергер арендовал автомобиль в Колорадо через приложение Turo и оснастил его пиротехническими материалами, газовыми баллонами и топливом для кемпинга. Он припарковал машину у входа в отель, после чего автомобиль загорелся и взорвался. ФБР сообщало, что рассматривает инцидент как возможный теракт.