Month: March 2025

  • Moskva məhkəməsi AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı QƏRAR VERDİ

    Moskvanın Basmannı məhkəməsi istintaqa 2024-cü ilin dekabrında AZAL-ın “Embraer 190” təyyarəsinin qəzaya uğramasına dair işlə bağlı Rusiyanın cənubunda iki ünvan üzrə sənədlərin götürülməsinə icazə verib.

    Median.Az xəbər verir ki, bu barədə “RIA Novosti” məhkəmə materiallarına istinadən məlumat yayıb.

    Qeyd olunub ki, bunu müstəntiq 2025-ci ilin yanvarında istəyib, prokuror isə onu dəstəkləyib.

    İnstansiya iş materiallarını yoxlayaraq, vəsatəti əsaslı hesab edib. Məhkəmə sənədlərin götürülməsinə icazə verib və qərar qanuni qüvvəyə minib.

    Xatırladaq ki, faciə 2024-cü il dekabrın 25-də baş verib. Təyyarənin göyərtəsində 67 nəfər olub, onlardan 38-i həlak olub. İlkin məlumata görə, təyyarə fiziki və texniki xarici təsir nəticəsində qəzaya uğrayıb.

  • Qripə yoluxanda orqanizmdə nə baş verir?

    Qrip və ya soyuqdəymə zamanı burunun axması bədənin müdafiə mexanizmlərindən biridir və əsas səbəbi orqanizmin infeksiya ilə mübarizə aparmasıdır. Qrip virusu və ya digər respirator infeksiyalar burun boşluğunun selikli qişasını qıcıqlandıraraq iltihabi reaksiyaya səbəb olur. Nəticədə, bədən müdafiə məqsədilə daha çox selik ifraz etməyə başlayır ki, virusları, bakteriyaları və digər yad maddələri burun boşluğundan çıxarsın. Burundakı selik vəzilərinin fəaliyyəti artır, qan damarları genişlənir və nəticədə burun tıxanıqlığı və axıntısı yaranır. Bu proses orqanizmin özünü qoruma mexanizminin bir hissəsidir və infeksiyanın yayılmasının qarşısını almağa kömək edir.

    Burun axmasının əsas səbəblərindən biri histamin və digər bioloji aktiv maddələrin ifraz olunmasıdır. Bu maddələr burundakı qan damarlarını genişləndirərək selikli qişada maye toplanmasına səbəb olur. Histamin allergik reaksiyalarda da mühüm rol oynayır, lakin qrip zamanı onun ifrazı daha çox burun yollarında viruslara qarşı müdafiə yaratmağa yönəlmiş olur. Burun axıntısı ilə birlikdə selikli qişanın şişməsi də müşahidə oluna bilər ki, bu da nəfəs almağı çətinləşdirir və insanı narahat edir. Bundan əlavə, soyuq hava və ya rütubətli mühit də burundakı selik ifrazını artıra bilər, çünki bədən burun yollarını qurumaqdan qorumağa çalışır.
    Qrip və ya soyuqdəymə zamanı burun axıntısının xarakteri də dəyişə bilər. İlk günlərdə adətən şəffaf və maye halında olur, lakin zaman keçdikcə daha qatı və sarımtıl, bəzən isə yaşıl rəng alır. Bu dəyişiklik, immun sistemin infeksiya ilə fəal şəkildə mübarizə apardığını və burundakı ağ qan hüceyrələrinin (leykositlərin) mikrobları məhv etdiyini göstərir. Əgər burun axıntısı uzun müddət davam edirsə, rəngi tündləşirsə və müşayiət edən digər ağır simptomlar varsa, bu, bakterial infeksiyanın inkişaf etdiyini göstərə bilər və həkim müdaxiləsi tələb oluna bilər.

    Burun axıntısı təkcə qrip və soyuqdəymə zamanı deyil, həm də allergiya, sinusit, hormonal dəyişikliklər və bəzi dərmanların təsiri nəticəsində də baş verə bilər. Ancaq qrip zamanı burunun axması virusların burun yollarına yerləşərək çoxalması ilə əlaqədardır. Orqanizm buna cavab olaraq daha çox selik ifraz edərək virusları bədəndən xaric etməyə çalışır. Qrip zamanı burun axıntısını azaltmaq və rahat nəfəs almaq üçün isti içkilər içmək, nəmli mühitdə qalmaq, burunu duzlu məhlullarla yaxalamaq və lazım gəldikdə burun spreylərindən istifadə etmək tövsiyə olunur.

  • Avropalı turistlər ABŞ-yə səyahətlərini ləğv edirlər

    Almaniya və Danimarka daxil olmaqla, Avropa İttifaqı ölkələrindən olan bəzi turistlər ABŞ Prezidenti Donald Trampın hərəkətləri və siyasəti fonunda Birləşmiş Ştatlara səyahətdən imtina edirlər.
     
    Median.Az
    oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Independent” qəzeti Avropanın turizm agentliklərinə istinadən məlumat yayıb.

    Nəşrin məlumatına görə, turistlərin ABŞ-yə səfər etməmək qərarına təsir edən amillər arasında Ağ Evin ABŞ-Avropa alyansından narazılıq, Qrenlandiyanın ilhaqı təklifi, qlobal ticarət müharibəsində iştirak, sərhəd və viza siyasətlərinin sərtləşdirilməsi, habelə qeyri-qanuni mühacirlərin təqibi yer alıb

    Qeyd edək ki, avropalılar 2023-cü ildə ABŞ-yə səfərlərə 155 milyard dollar xərcləyiblər.

  • Xəstəxana direktoru işdən çıxarıldı – Yeni təyinat

    Ağdam Rayon Mərkəzi Xəstəxanasının direktoru Canəli Nəbiyev vəzifəsindən azad edilib. 

    Median.Az qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov əmr imzalayıb.

    TƏBİB sədrinin digər əmri ilə Həsənov Kamil Asif oğlu sözügedən vəzifəyə təyinat alıb.

    Uşaq cərrahı Kamil Həsənov bundan əvvəl həmin xəstəxananın cərrahiyyə şöbəsinin müdiri olub. 

    Qeyd edək ki, işdən çıxarılan Canəli Nəbiyev 2022-ci ilin dekabr ayından 2024-cü ilin may ayınadək Xocavənd və həmin tarixdən 2025-ci ilin yanvar ayınadək Ağdam Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb. İxtisasca hərbi həkim olan C.Nəbiyev heç bir yerə təyinat alamayıb

  • Bazarda kiloqramı 6-7 manata kartof təklif edilir – Səbəbi nədir? VİDEO

    Bazarlarda 1 kiloqramı 6-7 manata kartof satılır.
    Söhbət bu xırda kartoflardan gedir. Satıcıların sözlərinə görə, məhsul həm yeni, həm də keyfiyyətlidir. Ona görə də, yerli bazarlarda bu qiymətə təklif olunur.

    Satıcılar qiymətin bu qədər yüksək olmasını məhsulunhəm yeni, həm də xüsusi sort olması ilə əlaqələndirirlər.
    Alıcılar da deyir ki, bu xırda kartoflar çox dadlıdır. Lakin qiymətləri xeyli yüksəkdir.

    Satıcılar onu da bildirdilər ki, yaxın vaxtlarda bu kartofun qiymətinin enəcəyi gözlənilmir. Lakin məhsul bol olarsa, növbəti aylarda ucuzlaşa bilər.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

  • İranın xarici işlər naziri: Müharibəyə hazırıq

    İran ABŞ ilə birbaşa danışıqların şərtini açıqlayıb.

    “Report” xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Abbas Əraqçi jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, Vaşinqton Tehrana qarşı siyasətini yenidən tənzimləməsə, İran ABŞ ilə birbaşa danışıqlara getməyəcək.
    Nazir indiki vəziyyətdə ABŞ ilə birbaşa danışıqları rədd edib: “”Maksimum təzyiq kampaniyası” adlanan və İrana qarşı təkrarlanan təhdidlər Vaşinqtonla danışıqlara getməyi qeyri-mümkün edir. Bu, bizim qəti və aydın siyasətimizdir. ABŞ-nin İrana münasibətində əsaslı dəyişiklik olana qədər birbaşa danışıqlar aparılmayacaq”.

    “Bizim məqsədimiz milli maraqları və təhlükəsizliyi təmin etməkdir. Güzəştə getməyəcəyik”, – o, əlavə edib.

    Nazir, həmçinin ölkəsinin istənilən ssenariyə hazır olduğunu diqqətə çatdırıb: “Əminəm ki, kimsə İrana hücum etmək ağlına belə gəlməyəcək. Çünki onlar bunun nəticələrini bilirlər. Heç bir müharibə olmayacaq. Çünki biz buna hazırıq”.

  • Daha bir rusiyalı jurnalist müharibə bölgəsində həlak oldu

    Rusiyanın “İzvestiya” nəşrinin jurnalisti Aleksandr Fyodorçak müharibə bölgəsində həlak olub.

    APA xəbər verir ki, bu barədə nəşr özü məlumat yayıb.

    Hadisənin təfərrüatları dəqiqləşdirilir.
    Jurnalist Xarkov vilayətində Kupyansk istiqamətində işləyib.

  • Tramp: Ukrayna ilə mineral ehtiyatlarla bağlı sazişə dair razılıq əldə olunub

    ABŞ Ukrayna ilə mineral ehtiyatlara dair sazişlə bağlı razılığa gəlib.

    Apa “Clash Report” nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

    “Biz faydalı qazıntılarla bağlı müqavilə üzrə razılıq əldə etmişik. Sazişi tezliklə imzalayacağıq. İndi biz ərazi haqqında danışırıq”, – Ağ Ev rəhbəri deyib.

    Bundan əlavə, Tramp qeyd edib ki, ABŞ və Ukrayna arasında elektrik stansiyasının mülkiyyəti ilə bağlı danışıqlar davam edir.

    Söhbətin Zaporojye AES-dən getdiyi güman edilir.