Month: March 2025

  • Yağıntılı və küləkli hava şəraiti davam edir, bir sıra ərazilərə qar yağır – FAKTİKİ HAVA

    Saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində fasilələrlə yağıntılı və küləkli hava şəraiti davam edir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bakıda və Abşeron yarımadasında, Kürdəmir, Oğuz, Qəbələ, İsmayıllı, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Xaçmaz və Şabrana yağış yağır.

    Şamaxı, Qobustan, Altıağac, Qusar, Quba, Xaltan, Xınalıq, Qax, Şahdağ, Lerik və Şəkiyə arabir qar yağır.

  • Ginekoloq sirləri açdı: “Baş həkim körpəni cihaza qoşmadı”

    “Uşaq ölümünə görə ittiham olunan mama-ginekoloq Könül Xudatovanın məktubunu təqdim edirəm. Düşünürəm ki, aidiyyəti qurumlar bu vəziyyəti diqqətlə izləyəcək və ölüm hadisəsi əhatəli şəkildə araşdırılacaq. Qəribədir ki, Azərbaycandan başqa dünyanın heç bir yerində xəstəni əməliyyat edən və ya doğumu həyata keçirən həkim dərhal günahkar elan edilmir, ölümün səbəbi dəqiq araşdırılmalı və reanimasiya xidməti düzgün təşkil olunmalıdır. Əks halda heç kəs işini məsuliyyətlə görməz. Sonrakı məsul şəxslər – “əsas həkimi cavab verəcək”, – deyib xəstəyə etinasız yanaşar. Sadəcə, həkimin məktubunu oxuyun və görün, nələr baş verir”.

    Bu barədə ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova paylaşım edib.

    Doğuşdan sonra Saatlı Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Araz Usubov körpəni süni ventilyasiya aparatına qoşmayıb:

    “Mən, “Tovuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin (PHŞ) Ginekologiya və doğum şöbəsinin həkim mama-ginekoloqu Könül Xudatova, 2023-cü ilin sonunadək “Saatlı RMX” PHŞ-nin Ginekologiya və doğum şöbəsinin müdiri və həkim mama-ginekoloqu vəzifəsində işləmişəm. Saatlıda 12 iyul 2023-cü il tarixdə hamilənin təkrar fizioloji, yəni təbii doğuşunu qəbul etmişəm. Doğuşdan bir müddət sonra körpədə tənəffüs çatışmazlığı olub. Mən dərhal xəstəxananın direktor müavini, baş həkim, ixtisasca neonatoloq (neonatoloq – yenidoğulmuşlarda baş verə biləcək xəstəliklərin diaqnostikası və müalicəsi üzrə ixtisaslaşmış həkim) olan Araz Usubovu dəvət edərək doğuşda iştirak etmiş və körpəni qəbul etmiş neonatoloq həkim İradə Hüseynovanın iştirakı ilə doğuşa yardım işinin təşkili, körpənin lazımdırsa, perinatal mərkəzə təxliyəsinin təmin olunması üçün konsilium təşkil etdim”.

    “Lakin xəstəxanada küvəz və oksigenlə təchiz olunmuş yenidoğulmuşların intensiv terapiya palatası olsa da, baş həkim yenidoğulmuşda müvafiq müayinələrin aparılmasını təmin etməyib, xüsusi aparata (SPAP-a) qoşmayıb, küvəzə yerləşdirilmədən “doğuş zalında” 6 saat (binazal oksigen altında) saxlayıb. Bundan sonra körpənin vəziyyətinin daha da ağırlaşmasını görən baş həkim onu tibb bacısının qucağında Sabirabad RMX Perinatal Mərkəzinə təxliyə edib. Sabirabad RMX Perinatal Mərkəzində körpə ertəsi gün səhər saatlarına qədər küvəzə yerləşdirilməyib, ona heç bir diaqnostik müayinə aparılmadan yanlış “ürək qüsuru” diaqnozu qoyulub, süni ventilyasiya aparatına qoşulmayıb”, – deyə məktubda qeyd olunub.

  • СМИ: Туристы из ЕС отменяют поездки в США из-за действий Трампа

    Некоторые туристы из стран Евросоюза, в том числе Германии и Дании, отказываются от поездок в США на фоне действий и политики президента США Дональда Трампа.

    Об этом сообщила газета The Independent со ссылкой на европейские туристические агентства.

    По данным издания, в числе факторов, повлиявших на решение туристов не посещать США, – “оспаривание главой Белого дома [жизнеспособности] альянса США и Европы, предложение аннексии Гренландии”, участие в глобальной торговой войне и ужесточение пограничной и визовой политики, а также преследование нелегальных мигрантов.

    Согласно информации ЕС, в 2023 году европейцы потратили на поездки в США 155 млрд долларов. В соответствии с данными Ассоциации туризма США, зарубежные туристы тратят в семь-восемь раз больше, чем путешествующие по США американцы. По предварительной информации Национального управления по путешествиям и туризму США, число путешественников в США из Западной Европы в феврале сократилось на 1% в годовом исчислении после роста на 14% за аналогичный период 2024 года. Так, число туристов из Словении упало на 26%, в тройку отказавшихся от поездки за океан вошли также швейцарцы и бельгийцы.

    На риторику Трампа в отношении Гренландии, автономной территории Дании, остро отреагировали датчане. В феврале число посещающих США датских граждан снизилось на 6% по сравнению с аналогичным периодом прошлого года, когда был отмечен рост на 7%. По словам туриста из Дании Кима Соренсона, он отменил поездку в Калифорнию на свадьбу друга семьи и удалил звезды и полосы с татуировки, чтобы “не выглядеть проамерикански”.

    По свидетельству Мирко Лалли – генерального директора компании Data Appeal Company, поставляющей туристические данные, – в марте число интернет-запросов по поводу рейсов в США резко сократилось во Франции, Италии и Испании. Как сообщило немецкое туристическое агентство America Unlimited (AU), немцы в первую очередь обращают внимание на Канаду как на альтернативу. На фоне угроз Трампа превратить Канаду в 51-й штат некоторые европейцы рассматривают посещение этой североамериканской страны в знак солидарности. “Канада переживает настоящий бум”, – сказал генеральный директор AU Тимо Коленберг.

    В свою очередь канадцы летом могут устремиться в Европу, поскольку избегают поездок в США. По данным компании Key Data, занимающейся аналитикой краткосрочной аренды жилья, в период с июня по август количество бронирований жилья канадцами в Европе выросло на 32% по сравнению с тем же периодом прошлого года.

  • Avropalı turistlər ABŞ-yə səyahətlərini ləğv edirlər

    Almaniya və Danimarka daxil olmaqla, Avropa İttifaqı ölkələrindən olan bəzi turistlər ABŞ Prezidenti Donald Trampın hərəkətləri və siyasəti fonunda Birləşmiş Ştatlara səyahətdən imtina edirlər.

    Bu barədə “Independent” qəzeti Avropanın turizm agentliklərinə istinadən məlumat yayıb.

    Nəşrin məlumatına görə, turistlərin ABŞ-yə səfər etməmək qərarına təsir edən amillər arasında Ağ Evin ABŞ-Avropa alyansından narazılıq, Qrenlandiyanın ilhaqı təklifi, qlobal ticarət müharibəsində iştirak, sərhəd və viza siyasətlərinin sərtləşdirilməsi, habelə qeyri-qanuni mühacirlərin təqibi yer alıb

    Qeyd edək ki, avropalılar 2023-cü ildə ABŞ-yə səfərlərə 155 milyard dollar xərcləyiblər.

  • Лавров обсудил с Мирзояном прогресс в согласовании текста мирного договора с Азербайджаном

    Министр иностранных дел России Сергей Лавров и глава МИД Армении Арарат Мирзоян обсудили региональную повестку, отмечен получивший высокую оценку в Москве прогресс в согласовании текста мирного договора между Баку и Ереваном.

    Об этом говорится в сообщении МИД РФ по итогам телефонного разговора министров.

    “Главы внешнеполитических ведомств обсудили актуальные вопросы двусторонней, региональной и глобальной повестки. Отмечен получивший высокую оценку в Москве прогресс в согласовании текста мирного договора между Ереваном и Баку”, – информировали в российском ведомстве.

  • Sergey Lavrovla Mirzoyan arasında telefon danışığı olub

    Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla telefonla danışıb.

    Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, nazirlər ikitərəfli, regional və qlobal gündəlikdəki aktual məsələləri müzakirə ediblər.

    S.Lavrov İrəvan və Bakı arasında sülh müqaviləsinin mətninin razılaşdırılmasında əldə olunan irəliləyişin Moskvada yüksək qiymətləndirildiyini söyləyib.

  • Tiktoker Ləman söyüşlərə görə cəzalandırıldı: Baldızı intihara cəhd edibmiş

    “TikTok”da təhqiredici ifadələri, çıxışları ilə gündəm olan Ləman Vəliyeva keçmiş baldızının şikayəti əsasında cəzalandırılıb. Məlum olub ki, baldızı onun böhtanlarından bezərək intihara cəhd də edibmiş.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, Ləman Vəliyevadan şikayətçi olan keçmiş baldızı Turə Nuriyevadır.

    Ləman Vəliyeva həyat yoldaşından ayrıldıqdan sonra “TikTok” sosial şəbəkəsində əri, qayınanası və baldızı haqqında təhqiredici paylaşımlar edib. Əsas da baldızı Turə Nuriyeva barəsində təhqiredici paylaşımlar edib, onu onkoloji xəstə olmasına görə ələ salıb. Turə Nuriyeva buna görə intihara da cəhd edib.

    Onu ölümdən son anda qızı xilas edib. Bundan sonra Turə Nuriyeva qızına Ləmanın hüquqi müstəvidə cəzalandırılmasına nail olacağına dair söz verib.

    Turə Nuriyeva barəsində böhtan atması ittihamı ilə Ləman Vəliyevadan şikayətçi olub.

    Bildirib ki, illərdir Ləman Vəliyeva böhtan ataraq, namusuna ləkə yaxaraq, işgüzar nüfuzuna xələl gətirərək onu, ailəsini, nəslini təhqir edib, gülüş obyektinə çevirib.

    Ləman Vəliyeva məhkəmədə özünü müdafiə edərkən deyib ki, baldızı barədə paylaşımlar edib.

    Lakin bunun səbəbi evli olduğu müddətdə ərinin ailə üzvləri tərəfindən təzyiqlərə məruz qalması olub. Əlavə edib ki, “TikTok”dakı çıxışları ilə təkcə öz baldızı və qayınanası ilə bağlı yox, ümumi baldızlar və qayınanalar haqqında danışıb.

    Lakin onun sosial şəbəkədə paylaşımları məhkəməyə sübut kimi təqdim edilib. Həmin paylaşımlarda Ləman Vəliyevanın baldızı Turənin adını çəkərək şəxsən onu təhqir etdiyi, şəxsiyyətini alçaltdığı müəyyən edilib.

    Məhkəmə Ləman Vəliyeva barəsində Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi üzrə ittiham hökmü çıxarıb. O, 480 saat ictimai işlər cəzasına məhkum edilib.

  • Masallıda marketlərə qənim kəsilən şəxs SAXLANILDI – Başqa cinayətləri də ortaya çıxdı (FOTO)

    Polisin keçirdiyi tədbirlərlə silsilə oğurluqlar edən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Masallı rayonu ərazisində yerləşən 3 marketdən 9 400 manat, bank kartı və mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub.

    Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı Hüseyn İbrahimov saxlanılıb. Araşdırmalarla onun paytaxtın Nizami, Sabunçu və Səbail rayonlarında da analoji talama cinayətləri törətdiyi müəyyən edilib.

    Belə ki, H.İbrahimov qeyd edilən rayonların ərazisində 5 obyekt və bir avtomobildən pul, mobil telefon, eləcə də digər qiymətli əşyalar oğurlayıb. Saxlanılan şəxsin paytaxt ərazisində talama niyyəti ilə əlavə 2 avtomobilin şüşəsini sındırdığı, müxtəlif vaxtlarda qaçırdığı VAZ markalı maşınlarla isə qəza törədərək hadisə yerindən yayındığı müəyyən edilib.

    Saxlanılan şəxsin digər analoji hadisələrdə iştirakının olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

  • В Газахском районе без вести пропал мужчина

    В селе Ашагы Салахлы Газахского района без вести пропал мужчина.

    Вечером 20 марта 31-летний Тамерлан Садыгов вышел из дома, чтобы встретиться с друзьями, и больше не вернулся.

    Об этом в полицию сообщил его отец.

    По данному факту в Газахском районном отделе полиции ведется расследование.

  • Qazaxda kişi bayram günü İTKİN DÜŞDÜ

    Qazaxda kişi itkin düşüb.

    31 yaşlı Tamerlan Mustafa oğlu Sadıqov martın 20-də axşam saatlarında Aşağı Salahlı kəndində yerləşən ata evindən dostları ilə görüşmək məqsədilə evdən çıxaraq bir daha geri qayıtmayıb.

    Bu barədə onun atası polisə müraciətində bildirib.

    Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.