Month: March 2025

  • Эрдоган: Мы наблюдаем за игрой, которую ведет Народно-республиканская партия

    Мы наблюдаем за игрой, которую ведет Народно-республиканская партия (НРП).

    Как сообщает Report, об этом президент Турции Реджеп Тайип Эрдоган заявил в своем выступлении после заседания Кабинета министров.

    “То, чему мы стали свидетелями за последние пять дней, показало нам, что в такой стране, как Турция, существует крайне неадекватная партия, называющая себя главной оппозицией. Очевидно, что они не в состоянии управлять даже муниципальными администрациями. Несмотря на то, что прошло 80 лет, они ничуть не изменились. Мы продолжим наблюдать за этим спектаклем НРП с улыбкой. Перестаньте нарушать спокойствие граждан своими провокациями. Если у вас есть смелость, ответьте за коррупцию”, – заявил глава турецкого государства.

    Отметим, что Э. Имамоглу был арестован 23 марта.

  • Ərdoğan: CHP-nin özünün çalıb-oynadığı oyunu izləyirik

    “Cümhuriyyət Xalq Partiyasının (CHP) özünün çalıb oynadığı oyunu izləyirik”.

    Report xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

    “Son 5 gündə şahidi olduqlarımız Türkiyə kimi xalqın çox qeyri-adekvat ana müxalifət partiyası olduğunu bizə göstərdi. Aydın məsələdir ki, onlar bələdiyyə köşkünü belə idarə edə bilmirlər. Aradan 80 il keçməsinə baxmayaraq, zərrə qədər dəyişmədiklərini xatırladaraq, CHP-nin öz oyununu təbəssümlə izləməyə davam edəcəyik. Təxribatlarla vətəndaşların dincliyini pozmağı dayandırın, cəsarətiniz varsa, korrupsiyanın hesabını verin”, – dövlət başçısı deyib.

    Qeyd edək ki, Ə.İmamoğlu martın 23-də həbs olunub.

  • Bakıda qadın onunla evlənmək istəməyən kişini öldürdü – Bu da FOTOsu

    2024-cü il mayın 30-du saat 9-da Bakının Sabunçu rayonunda qətl hadisəsi olur. Bu barədə cinayəti törədən 1976-cı il təvəllüdlü Ruhiyyə Tahirova özü Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, məlumat verib.

    Polis və prokurorluq əməkdaşları qətl törədilən ünvana yollanıblar. Məlum olub ki, hadisə Ramana qəsəbəsi, 12-ci mədən, ev 43-də baş verib. Yataq otağında, masa ilə çarpayının arasında, üzü üstə uzanılqlı, yarıçılpaq vəziyyətdə Samir İsrəfilovun meyiti, masa üzərində isə məişət təyinatlı bıçaq aşkar edilib.

    Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibb ekspertizasının rəyinə görə, Samir İsrəfilovun ölümünə – ürəyin zədələnməsi nəticəsində massiv qanitirmə səbəb olub.

    Ruhiyyə Tahirova 1976-cı ildə Xocavənd rayonunda anadan olub, əvvəllər məhkum olunub.

    Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

    İstintaqla müəyyən edilib ki, mayın 30-da səhər Ruhiyyə Tahirova qeyri-rəsmi münasibətdə olduğu Samir İsrəfilova münasibətlərini rəsmləşdirib, nikaha daxil olmaq istədiyini söyləyib. Samir isə Ruhiyyənin təklifinə biganə yanaşaraq, onunla vaxtını keçirdiyini bildirib. İsrəfilovun rədd cavabını qadın özünə qarşı təhqir kimi qəbul edib. Aralarında baş vermiş mübahisə zamanı əvvəl əlbəyaxa olublar. Samirin fiziki cəhətdən daha güclü olduğunu görən Ruhiyyə qəzəblənərək, qisas məqsədi ilə masada olan bıçağı götürüb, onun döş qəfəsinin sol yarısına bir dəfə zərbə endirib. Nəticədə Samir İsrəfilov ölüb.

    İş üzrə dindirilmiş Ruhiyyə Tahirova bildirib ki, rəsmi nikahda olduğu əri Mətbağır Məmmədov insult keçirdiyindən 2024-cü il fevralın 21-də vəfat edib. Bir həftə sonra Samir İsrəfilovla tanış olaraq, onunla birlikdə yaşamağa başlayıb:

    “Samir mənə əvvəllər ailəli olduğunu, 3 övladı olduğunu, arvadı ilə boşandığını və anası ilə birlikdə NZS qəsəbəsində yaşadığını demişdi. Bundan əlavə, o demişdi ki, 2012-ci ildə atasını qətlə yetirdiyi üçün məhkum olunub. Samirin mənə qarşı münasibəti ciddi deyildi, buna görə aramızda mübahisə yaranmışdı. Belə ki, mən hər dəfə evlənməli olduğumuzu söyləyəndə, Samir hələ tez olduğunu deyirdi.

    Mayın 29-dan 30-na keçən gecə evdə yeyib-içdik. Səhər saat 8 radələrində söhbət edərkən, birlikdə yaşamalı olduğumuz halda evlənməli olduğumuzu ona bir daha xatırlatdım. Samir isə israrla mənimlə vaxtını keçirəcəyini dedi. Bu cür danışmasının düzgün olmadığını söyləyəndə, Samir sözlərimə məhəl qoymadı. Onu “vuracağımı” deyəndə, o, “vurmayanın biqeyrət” olduğunu bildirdi. Oturduğu çarpayıdan qalxaraq, mənə yumruqla zərbələr vurdu, mərhum ata-anamı söydü. Həmin an masa üzərində olan bıçağı götürüb, çarpayıda oturmuş Samirin ürək nahiyəsinə zərbə endirdim. Samir sağ əli ilə yarasını tutub üzü üstə döşəməyə yıxıldı. Öz mobil nömrəmdən 102 xidmətinə zəng edib birlikdə yaşadığım insanı bıçaqla vurub öldürdüyümü bildirdim. Sonra müdirim Sadiq Allahverdiyevə də zəng vurub hadisə barədə məlumat verdim. Qonşuluqda yaşayan Səid adlı uşağa Samiri yerdən qaldırmağa kömək etməsini xahiş etsəm də, o, qorxduğu üçün içəri girmədi. Oturub evdə polis əməkdaşlarının gəlməsini gözlədim”.

    Məhkəmə iclasında Ruhiyyə Tahirova bildirib ki, Şabranda yaşayan dayısı qızının yanına getmək üçün iş yerindən 2 günlük icazə alsa da, Samir ona rayona getməsinə icazə verməyib:

    “Buna görə də aramızda mübahisə yarandı. Samir evin qapısını bağlayaraq, açarları cibinə qoymuşdu. Məni söyüb döyməyə başladı. Mən də bıçağı Samirin əlindən aldım və sinəsinə xəsarət yetirdim”.

    İbtidai istintaqda verdiyi ifadəsindən fərqli olaraq, qadın bildirib ki, hadisə günü aralarında “evlənmək” söhbəti olmayıb.

    Zərərçəkmiş şəxsin hüquqi varisi Tural İsrəfilov ifadəsində göstərib ki, Samir qardaşı olsa da, münasibətləri soyuq olub:

    “Mayın 30-da xalam oğlu qardaşımın öldürülməsi haqda məlumat verdi. Həmin gün Samirin meyitini patoloji anatomiya şöbəsindən təhvil alıb dəfn etdik”.

    Tural İsrəfilov Ruhiyyə Tahirovaya qarşı şikayəti və tələbi olmadığını bildirib.

    Şahid Sərilə İsrafilova bildirib ki, fevralın 26-da oğlundan həmin qadının kim olduğunu soruşub:

    “Samirə Ruhiyyədən xoşum gəlmədiyini dedim və evimə elə bir qadını gətirməsinə etiraz etdim. Mayın 30-da oğlumun yatdığı yerdə öldürülməsini eşitdim”.

    Məhkəmə nəticəyə gəlib ki, Ruhiyyə Tahirovanın Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilib. Odur ki ona, həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruhiyyə Tahirova 10 il müddətinə azadlıqdan məhrum olunub.


  • Sabiq deputat Hüseyn Abdullayev yenə məhkəmə qarşısına çıxacaq

    Altı illik həbsdən sonra yeni ittihamla 9 il daha eyni növ cəzaya məhkum edilən keçmiş deputat Hüseyn Abdullayev apellyasiya şikayəti verib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, “Quska” kimi tanınan Abdullayev özünü heç bir epizod üzrə təqsirli bilmir və bəraət istəyir.

    Bakı Apellyasiya Məhkəməsi şikayəti bayram günlərindən sonra araşdıracaq.

    Xatırladaq ki, “Quska” 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və başqa cinayətlərdə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, ötən il cəza müddətinin başa çatmasına az qalmış sonradan müəyyən edilmiş faktlara əsasən təkrar cinayət məsuliyyətinə cəlb edilib.

  • Şərurda açıq ərazidə yanğın olub

    Naxçıvanda yanğın olub.

    Median.Az FHN-ə istinadən xəbər verir ki, Muxtar Respublikanın Şərur rayonunun Diyadin kəndində 5 ha quru otluq sahə yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • İftar vaxtı – 25 mart 2025: Ramazanın 25-ci günü

    Sabah Ramazan ayının 25-ci günüdür.

    Sabah imsak vaxtı saat 05:09, iftar isə 19:12-dədir.

    İmsak duası:

    “Allahumməc-əlni fihi muhibbən li-ovliyaik. Və muadiyən li-ə-daik. Mustənnən bisunnəti xatəmi ənbiyaik. Ya asimə qulubin-nəbiyyin”.

    Tərcüməsi:

    “İlahi, bu gün məni sənin dostlarını sevənlərdən, sənin düşmənlərinlə düşmən olanlardan qərar ver! Məni sonuncu Peyğəmbərinin sünnəsinə əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlbinin hamisi olan Allah!”

    İftar duası:

    “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

    Tərcüməsi:

    “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

    Allah orucunuzu qəbul etsin!

  • Zelenski öz otağında yanan Kremlin rəsmini asıb

    Ukrayna Prezidenti Volodimir Zelenski kabinetinin arxasındakı istirahət otağına yanan Kreml və batmaqda olan Rusiya hərbi gəmisi təsvir edilən rəsmlər asıb.

    Bunu “Time” nəşrinin jurnalisti Saymon Şuster bildirib.

    Şuster qeyd edib ki, Zelenskinin seçdiyi bu rəsmlərin dəyəri ən çox bir neçə yüz dollar olsa da, dövlət başçısı üçün əsas əhəmiyyətli olan onlarda təsvir olunan mənzərələrdir.

    “Onların hər biri qələbə haqqındadır. Mən elə bu otaqda yaşayıram”, – Zelenski nəşrin jurnalistlərinə belə deyib.

  • Masallıda maşın divara çırpılıb, 1 nəfər xəsarət alıb

    Masallıda yol qəzası olub.

    Hadisə rayonun Ərçivan-Bədəlan kənd yolunda baş verib. “Opel” markalı avtomobil idarəetmədən çıxaraq divara çırpılıb. Hadisə nəticəsində sürücü xəsarətlər alıb.

    Sürücü deformasiyaya uğrayan maşından çıxarılıb və xəstəxanaya aparılıb.

    Faktla bağlı araşdırma gedir.

    //APA

  • ABŞ-nin mümkün defolt tarixi açıqlandı

    2025-ci ilin iyul ayının ortalarında ABŞ-nin hesabları ödəmək üçün pulu qurtara və ölkə defolt elan etməyə məcbur ola bilər.

    Median.Az-ın “New York Times”a istinadən xəbər verdiyinə görə, bu proqnoz İkipartiyalı Siyasət Mərkəzinin ekspertləri tərəfindən irəli sürülüb.

    Lakin bu, yalnız Konqresin dövlət borcunun limitini bir daha artırmaması halında baş verəcək. Nəzərdə tutulan defoltun qarşısını almaq üçün Konqresin dövlət borcunun limitini yenidən artırması lazımdır.

    Qeyd edək ki, 2023-cü ilin iyununda qanunvericilər dövlət borcunun 31.4 trilyon dollar limitini 2025-ci il yanvarın 1-dək dayandırmaq qərarına gəlmişdilər. Hazırda bu borc 37 trilyon dollara yaxınlaşır.

  • ADY: Novruz və Ramazan bayramları ilə əlaqədar Dəmiryol Muzeyi ziyarətə açıq olacaq

    Novruz və Ramazan bayramları ilə əlaqədar ölkə ərazisində elan edilmiş qeyri-iş günlərində (25, 26, 27, 28, 29 və 30 mart) Dəmiryol Muzeyi ziyarətə açıq olacaq.

    Bu barədə Azərbaycan Dəmir Yollarından (ADY) bildirilib.

    “Tətil günlərində dəmir yollarının keçmişi və gələcəyinə səyahət etmək fürsətini əldən verməyin”, – ADY-dən bildirilib.