Month: March 2025

  • Известный азербайджанский певец удостоен высокого звания

    Заслуженному артисту Азербайджана Зауру Амирасланову повышено воинское звание.

    Как сообщает Median.Az со ссылкой на titul.az, приказом министра внутренних дел генерал-полковника Вилаята Эйвазова 44-летнему певцу, солисту Внутренних войск присвоено воинское звание майора.

    Отметим, что в 2012 году З.Амирасланов был удостоен почетного звания “Заслуженный артист Азербайджана”.

  • Azərbaycanda məşhur müğənniyə YÜKSƏK RÜTBƏ VERİLDİ – FOTO

    Əməkdar artist Zaur Əmiraslanovun hərbi rütbəsi artırılıb.

    Median.Az Titul.az-a istinadən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Daxili Qoşunların solisti olan 44 yaşlı tanınmış müğənniyə mayor hərbi rütbəsi verilib.

    Qeyd edək ki, Z.Əmiraslanov 2012-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.

  • Король Марокко по случаю праздника Рамазан помиловал сотни заключенных

    Король Марокко Мухаммед VI по случаю праздника Рамазан помиловал 1 533 заключенных, в том числе 31 осужденного за преступления, связанные с терроризмом и экстремизмом.

    Как передает Median.Az со ссылкой на Haber Global, об этом сообщили в Министерстве юстиции Марокко.

    Отметим, что в Марокко в соответствии со статьей 58 Конституции страны в дни национальных или религиозных праздников может быть вынесено решение об амнистии заключенных, осужденных за различные преступления.

  • Mərakeş kralı Ramazan bayramı münasibətilə yüzlərlə məhbusu əfv etdi

    Mərakeş Kralı VI Məhəmməd terrorizm və ekstremizm cinayətlərinə görə məhkum edilmiş 31 nəfər də daxil olmaqla, 1 533 məhbus barəsində Ramazan bayramı münasibətilə əfv qərarı verib.

    Median.Az-ın “Haber Global”a istinadən xəbərinə görə, bu barədə Mərakeş Ədliyyə Nazirliyindən məlumat verilib.

    Qeyd edək ki, Mərakeşdə konstitusiyanın 58-ci maddəsinə uyğun olaraq, milli və ya dini bayram günlərində müxtəlif cinayətlərə görə məhkum olunmuş məhbuslar üçün amnistiya qərarı verilə bilər.

  • Hakan Çalhanoğlu “Qalatasaray”a transfer olunur?

    Türkiyə millisinin və İtaliyanın “İnter” klubunun futbolçusu Hakan Çalhanoğlu “Qalatasaray”a keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib.

    Median.Az “SporX”ə istinadən xəbər verir ki, təcrübəli futbolçu bu barədə jurnalistin sualını cavablandırarkən danışıb.

    “İnter”də çox xoşbəxtəm. Zaman nəyi göstərəcək bilmirəm. Amma bir gün “Qalatasaray”ın formasını geyinmək mənim üçün şərəf olar”, – deyə H.Çalhanoğlu bildirib.

    Qeyd edək ki, Hakan Çalhanoğlu Türkiyə millisinin forması ilə çıxdığı 97 rəsmi oyunda 21 qol, 15 məhsuldar ötürmə ilə yadda qalıb.

  • Şəkidə QƏZA: Ölən var

    Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

    Bu gün gecə saat bir radələrində Şəki-Qax avtomobil yolunun Şəki rayonunun İnçə kəndindən keçən hissəsində İsmayıl Piriyev idarə etdiyi ” Opel” markalı avtomobillə yolu keçən piyada, 1956-cı il təvəllüdlü Cəmaləddin Abdullayevi vurub.

    Hadisə nəticəsində C.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

  • Министерство обороны АР: Пресечены провокационные попытки армянской стороны

    30 марта около 21:25 вооруженные силы Армении с позиций в направлении населенного пункта Герензур предприняли очередную попытку провести разведывательные полеты над дислоцированными напротив позициями азербайджанской армии с помощью беспилотных летательных аппаратов и дронов.

    Как передает Median.Az со ссылкой на сообщение Министерства обороны Азербайджана, благодаря бдительности наших подразделений провокационная попытка Армении была пресечена.

    Кроме того, говорится в информации, с 22:30 30 марта до 04:35 31 марта подразделения ВС Армении несколько раз открывали огонь из стрелкового оружия по позициям азербайджанской армии с направлений Горус, Басаркечар и Чамбарак.

  • Müdafiə Nazirliyi: “Ermənistan tərəfinin təxribatçı cəhdlərinin qarşısı alınıb”

    Martın 30-u saat 21:25-də Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində yenidən kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd edib.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində Ermənistanın təxribatçı cəhdinin qarşısı alınıb.

    “Bundan başqa, martın 30-u saat 22:30-dan 31-i saat 04:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan fasilələrlə atəşə tutub”, – məlumatda qeyd olunur.

  • Омбудсмен Азербайджана призвала признать геноцид азербайджанцев 1918 года

    Уполномоченный по правам человека (омбудсмен) Азербайджанской Республики выступила с заявлением в связи с 31 марта – Днем геноцида азербайджанцев, сообщает Median.Az.

    В заявлении отмечается, что на протяжении более века азербайджанцы подвергались целенаправленной политике геноцида и этнических чисток со стороны армян. Как часть этой политики, против азербайджанцев, имеющих тюркское и мусульманское происхождение, с начала XX века систематически и с особой жестокостью совершались преступления геноцида на территории Азербайджана и нынешней Армении.

    “Эти акты геноцида, совершенные против азербайджанцев в 1918 году, остались в памяти как одна из самых кровавых страниц нашей истории, а также как массовые убийства на почве этнической и религиозной ненависти. Антимусульманская, антиазербайджанская политика, проводимая армянскими националистами, привела к массовым убийствам, разрушению сел и городов, исторических, религиозных и культурных памятников, кладбищ, полному уничтожению семей, насильственному изгнанию азербайджанцев с их родных земель.

    Массовые убийства, совершенные в Баку, Шамахы, Губе, Карабахе, Зангезуре, Иреване, Нахчыване, Лянкяране, Гяндже, Гёйчае, Шеки, Сабирабаде, Сальяне, Кюрдамире и других регионах, имели целью стереть существование азербайджанцев на этих землях.

    Так, во время мартовских событий армянами были полностью сожжены и разрушены 110 сел Шамахинского уезда, более 150 сел Карабаха, 115 сел Зангезурского уезда, 98 сел Карсской области, 167 сел Губинского уезда, а невинное население было безжалостно убито. Бесчисленные человеческие кости, относящиеся к тому периоду, позже найденные в городе Губа и отражающие следы жестокости, бесчеловечности и вандализма, с которыми было совершено это преступление, ясно доказывают, что непосредственные исполнители этих убийств – армяне – уничтожали невинных людей именно из-за того, что они были азербайджанцами, на почве ненависти.

    Наличие подтвержденных документов и исторических записей является неопровержимым показателем этих зверств. Архивные данные, показания выживших свидетелей, а также другие юридические документы подробно объясняют масштабы произошедших убийств, подтверждают, что эти события были направлены на этническую чистку и совершались планомерно, а не случайно. Анализ этих документов доказывает, что совершенные преступления, согласно международному праву, являются именно преступлением геноцида.

    К сожалению, на протяжении истории в отношении преступлений геноцида, совершенных с особой жестокостью против наших соотечественников на этнической почве, до сих пор не выражена справедливая позиция в международном масштабе.

    Указом общенационального лидера Гейдара Алиева “О геноциде азербайджанцев” от 26 марта 1998 года 31 марта было объявлено Днем геноцида азербайджанцев, и были начаты соответствующие исследования с целью дать политико-правовую оценку актам геноцида, а также реализация соответствующих мер в направлении выявления истины.

    Дать политико-правовую оценку преступлениям геноцида, совершенным против азербайджанцев, добиться их признания на международном уровне и широко почтить память жертв геноцида очень важно с точки зрения предотвращения повторения подобных преступлений против человечества.

    Международное сообщество должно дать политико-правовую оценку серии преступлений этнической чистки и геноцида, совершенных против азербайджанцев, признать преступные деяния, совершенные в 1918 году, как геноцид, приложить серьезные усилия для восстановления исторической и правовой справедливости”, – говорится в заявлении.

  • Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Ombudsman bəyanat yayıb

    31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) bəyanat yayıb.

    Bəyanatda bir əsrdən artıq müddətdə azərbaycanlıların ermənilər tərəfindən məqsədyönlü şəkildə soyqırımı və etnik təmizləmə siyasətinə məruz qaldıqları qeyd olunur.

    Bildirilir ki, bu siyasətin tərkib hissəsi olaraq türk və müsəlman olan azərbaycanlılara qarşı hələ XX əsrin əvvəlindən etibarən Azərbaycanda və indiki Ermənistan ərazisində sistematik şəkildə və xüsusi amansızlıqla soyqırımı cinayətləri törədilib.

    “1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş bu soyqırımı aktları tariximizin ən qanlı səhifələrindən biri, o cümlədən etnik və dini nifrət zəminində kütləvi şəkildə törədilmiş qırğınlar kimi yaddaşlarda həkk olunub. Erməni millətçilər tərəfindən aparılan antimüsəlman, anti-Azərbaycan siyasəti kütləvi qırğınlar, kənd və şəhərlərin, tarixi, dini, mədəni abidələrin, qəbiristanlıqların dağıdılması, ailələrin tamamilə məhv olunması, azərbaycanlıların öz doğma torpaqlarından zorla qovulması ilə nəticələnib.

    Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, Lənkəran, Gəncə, Göyçay, Şəki, Sabirabad, Salyan, Kürdəmir və digər bölgələrdə törədilmiş kütləvi qırğınlar bu torpaqlarda azərbaycanlıların varlığını silmək məqsədini daşıyıb.

    Belə ki, Mart hadisələri zamanı Şamaxı qəzasının 110 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi, Quba qəzasının 167 kəndi ermənilər tərəfindən yandırılaraq tamamilə dağıdılıb, günahsız əhalisi amansızlıqla qətlə yetirilib. Bu cinayət əməlinin qəddarlıqla, amansızcasına və vandallıqla törədilməsi izlərini özündə əks etdirən, Quba şəhərində sonradan tapılmış həmin dövrə aid saysız-hesabsız insan sümükləri bu qətliamların bilavasitə icraçıları olan ermənilərin günahsız insanları məhz azərbaycanlı olmaları səbəbindən nifrət zəminində məhv etdiklərini bariz şəkildə sübut edir.

    Təsdiqlənmiş sənədlər və tarixi qeydlərin mövcudluğu bu vəhşiliklərin təkzibedilməz göstəricisidir. Arxiv məlumatları, sağ qalan şahidlərin ifadələri, o cümlədən digər hüquqi sənədlər baş vermiş qətliamların miqyasını ətraflı izah edir, bu hadisələrin ayrı-ayrılıqda deyil, etnik təmizləməyə yönəldiyini və planlı şəkildə törədildiyini təsdiq edir. Bu sənədlərin təhlili törədilmiş cinayətlərin, beynəlxalq hüquqa əsasən, məhz soyqırımı cinayəti olduğunu sübut edir.

    Təəssüflər olsun ki, tarix boyu etnik zəmində soydaşlarımıza qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırımı hadisələrinə beynəlxalq miqyasda hələ də ədalətli mövqe bildirilməyib.

    Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan olunmaqla, soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi məqsədilə müvafiq tədqiqatların aparılmasına, həqiqətlərin üzə çıxarılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanıldı.

    Azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymətin verilməsi, beynəlxalq səviyyədə tanınması və soyqırımı qurbanlarının xatirəsinin geniş şəkildə anılması bəşəriyyət əleyhinə törədilmiş bu kimi cinayətlərin bir daha təkrarlanmaması və qarşısının alınması baxımından olduqca vacibdir.

    Beynəlxalq ictimaiyyət azərbaycanlılara qarşı törədilmiş silsilə etnik təmizləmə və soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət verməli, 1918-ci ildə törədilmiş cinayət əməllərini soyqırımı kimi tanımalı, tarixi və hüquqi ədalətin bərpa olunmasına ciddi səylər göstərməlidir”, – deyə bəyanatda bildirilir.