Month: March 2025

  • 63 yaşlı cibgirə hökm oxundu

    Metorda cibgirlik etməklə vətəndaşların pullarını və qızıl-ziynət əşyalarını oğurlamaqda təqsirli bilinən şəxsə hökm oxunub.

    Qaynarinfo xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində anadan olan 63 yaşlı Konstatin Nizami Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 177.2.5-ci (Oğurluq – zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə) maddəsi ilə mühakimə edilib.

    Hakim Nigar Qədirlinin çıxardığı hökmə əsasən ona 2 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

    İş materiallarından aydın olur ki, Konstatin cinayəti “Koroğlu” və “Qara Qarayev” statnsiyalarında həyata keçirib.

  • Sevinc Əliyevaya yeni vəzifə verildi

    Ləğv edilmiş Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin işçiləri Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) işlə təmin olunublar.

    Teleqraf-ın əldə etdiyi xəbərə görə, akademiyanın Dilçilik İnstitutunda Monitorinq və linqvistik təhlil adlı yeni şöbə yaradılıb.

    Filologiya elmlər doktoru, professor Sevinc Əliyeva şöbəyə müdir təyin olunub. O, əvvəllər Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru işləyib.

    Ləğv edilən mərkəzin əməkdaşlarının bir qismi Monitorinq və linqvistik təhlil şöbəsində işlə təmin olunublar.

    AMEA-nın Dilçilik İnstitutunun mətbuat xidmətinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Təranə Şükürlü Teleqraf-a açıqlamasında xəbəri təsdiqləyib.

    Qeyd edək ki, Nazirlər Kabinetinin 2019-cu il qərarı ilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin işçilərinin say həddi 17 ştat vahidi təsdiq edilmişdi.

    Prezident İlham Əliyevin 21 noyabr 2024-cü il sərəncamı ilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilib.

  • Bazarda satılan tərəvəz zərərlidir? (AÇIQLAMA)

    “Bu gün heç bir əkin sahələrində nəzarət yoxdur. Sahibkarlar bir hektar qarpız və pomidor sahələrinə bir ton gübrə səpirlər”.

    Bunu Qaynarinfo-ya açıqlamasında fermer Anar Abbasov bir gecədə göyərtinin çürüməsinin səbəblərini açıqlayarkən deyib.

    Onun sözlərinə görə, bir hektar sahəyə 40 kiloqram azot verilməlidir:

    “Bu gün bazarlarda satılan göyərtilərin bir gecədə xarab olmasının səbəbləri var. Göyərtini bir gecədə çürüdən kimyəvi maddələrdir. Bütün əkinçilər bir-biri ilə yarışa girib, daha çox məhsul qazanmaq üçün hər bir yola əl atırlar. “Bazara birinci biz girməliyik” bütün əkinçilərin şüarı olub. Əkinci göyərtinin toxumunu səpəndə birinci onu bazara tez çıxarmağın yolunu çızır. Onun üçün keyfiyyət, kəmiyyət söhbəti kənarda qaldı. Əkinçi deyir ki, necə edim ki, göyərtinin boyu 10 günə qalxsın və tez də satım”.

    Anar Abbasov bildirib ki, sahibkarlar göyərtinin inkişafını dəyişdirirlər, ona kimyəvi maddələr qatmaqla bitkilərin böyümə balansını pozurlar:

    Bitkilərin böyümə balansı var. Keşniş, şüyüd 50-55 günə yetişir. Amma sahibkarlar bunun balansını pozurlar. Xüsusən də gecələr ona günəş əvəzi damma şüaları verirlər. Həmin şüalardan sonra göyərti 15-20 günə bazara çıxır. Biz birinci göyərtini çıxardanda onlar artıq ikincini bazara təhvil verir”.

    Anar Abbasov təəssüf hissi ilə bu maddələrin insan səhhətinə zərərli olduğunu açıqlayıb: “İnsan bunu yeyir və beləliklə kimyəvi qatqılarla millətin genofondunu məhv edirik. Bizim davamız bududr. Ölkəyə xüsusi maddələr gətirilir ki, heç birinin tərkibi bilinmir”.

  • Naxçıvanda Bahar festivalı keçirilir

    Naxçıvanda “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində Bahar festivalı işə başlayıb.

    İştirakçılar əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin “Əcəmi Seyrəngahı”ndakı büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər. Milli geyimli Bahar qız bayram münasibətilə iştirakçılara təbriklərini çatdırıb, festivalı açıq elan edib. El ağsaqqalı Dədə Qorqud baharın gəlişi münasibətilə xeyir-dua verib, bayram tonqalını alovlandırıb.

    “Şərur” Xalq Yallı Ansamblı tərəfindən milli rəqslərimizindən ibarət bədii kompozisiya təqdim olunub, Naxçıvan Dövlət Uşaq Teatrının aktyorları Novruz bayramının milli atributlarından sayılan “Kosa və Keçəl” səhnəciyini, Naxçıvan Dövlət Kukla Teatrının kollektivi isə “Saçları səməni oğlan” tamaşasını nümayiş etdirib.

    Festival iştirakçıları Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, eləcə də istedadlı şəxslərin təşkil etdikləri müxtəlif sənətkarlıq nümunələri və əl işlərindən ibarət sərgi ilə, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Tullantıları tinglərə dəyiş” aksiyası ilə tanış olublar.

    Muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən ictimai-iaşə xidməti də təşkil edilib.

    Bahar festivalının ilk günü Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının rəqs nömrələri və Xalq artisti Gülyaz Məmmədovanın ifaları ilə yekunlaşıb.

    Festival martın 23-dək davam edəcək.

  • Таиланд рассматривает возможность проведения гонки F1

    Премьер-министр Таиланда Пэтонгтарн Чинават провела переговоры с генеральным директором Formula-1 Стефано Доменикали о возможном проведении этапа чемпионата мира “Формулы-1” в стране.

    Как передает Median.Az со ссылкой на тайские СМИ, официальный представитель правительства сообщил, что встреча продемонстрировала потенциал Таиланда в организации крупных международных мероприятий.

    Согласно информации, правительство готово тесно сотрудничать с руководством F1 для достижения этой цели.

    “Обе стороны договорились продолжить совместную работу по изучению возможностей проведения этапа F1, включая выбор подходящего города, инвестиции и общую целесообразность проекта”, – добавил представитель правительства.

    Отмечается, что если проект будет одобрен, гонка будет проведена в 2027 году.

  • Tailand “Formula 1” yarışına ev sahibliyi etməyi planlaşdırır

    Tailandın baş naziri Petonqtarn Çinavat “Formula 1”in baş direktoru Stefano Domenikali ilə ölkədə dünya çempionatının keçirilməsi mümkünlüyü ilə bağlı danışıqlar aparıb.

    Hökumət rəsmisi bildirib ki, görüş Tailandın böyük beynəlxalq tədbirlərə ev sahibliyi etmək potensialını nümayiş etdirib.

    Məlumata görə, hökumət bu məqsədə nail olmaq üçün “Formula 1” rəhbərliyi ilə sıx əməkdaşlıq etməyə hazırdır.

    “Hər iki tərəf uyğun şəhərin seçilməsi, investisiya və layihənin ümumi məqsədəuyğunluğu da daxil olmaqla, “Formula 1” tədbirinin keçirilməsi imkanlarını araşdırmaq üçün birgə işi davam etdirmək barədə razılığa gəlib”, – nümayəndə əlavə edib.

    Qeyd edilib ki, layihə təsdiq olunarsa, yarış 2027-ci ildə keçiriləcək.
    //report

  • Azərbaycan Basketbol Liqasının XIX turunda daha bir oyun baş tutub

    Azərbaycan Basketbol Liqasının XIX turunda daha bir oyun baş tutub.

    B qrupunda “Ordu” “Lənkəran”a qalib gəlib.

    “Sərhədçi” İdman Mərkəzində keçirilən qarşılaşma Alberto Blankonun rəhbərlik etdiyi kollektivin 87:65 hesablı qələbəsi ilə bitib.

    Qeyd edək ki, turun açılış matçında “Sumqayıt” “Quba”nı 112:103 hesabı ilə məğlub edib.

  • В Афганистане талибы запретили женщинам вести эфиры на радио

    Чиновники из правительства Афганистана, сформированного радикальным движением “Талибан”, запретили звучание женских голосов на радио в провинции Кандагар.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил Центр журналистов Афганистана (AFJC) на основе заявления властей.

    “Звучание женских голосов на радио категорически запрещается, также запрещена публикация обращений женщин во время развлекательных программ”, – приводит AFJC цитату из документа, попавшего в его распоряжение.

    Отмечается, что в документе также содержится требование ко всем сотрудникам радиостанций получать специальное разрешение местных властей для подготовки репортажей в провинции.

    Кандагар стал второй афганской провинцией после Гильменда, где талибы полностью запретили появление женских голосов во время радиоэфиров.

  • Əfqanıstanda qadınlara radioda səsləndirmə qadağan edilib

    Əfqanıstan hökumətinin məmurları Qəndəhar əyalətində qadınlara radioda səsləndirməni qadağan ediblər.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Jurnalistlər Mərkəzi (AFJC) hakimiyyət orqanlarının bəyanatına əsasən məlumat yayıb.

    “Radioda qadınlara səsləndirmə qəti şəkildə qadağandır, həmçinin əyləncə proqramları zamanı qadınların müraciətlərinin yayımlanması da qadağandır”, – məlumatda bildirilib.

    Qeyd olunub ki, sənəddə bütün radiostansiya işçilərinin əyalətlərdə reportajlar hazırlamaq üçün yerli hakimiyyət orqanlarından xüsusi icazə alması tələbi də var.

    Qəndəhar Hilmənddən sonra qadın səslərinin radio yayımları zamanı tamamilə qadağan edildiyi ikinci Əfqanıstan əyaləti olub.

  • На Абшероне восстановлена схема движения 8 автобусных маршрутов

    На Абшероне восстановлена схема движения автобусных маршрутов 16/19, 17, 18, 27, 505, 521, 522 и 523.

    Об этом сообщает Median.Az со ссылкой на Агентство наземного транспорта Азербайджана (AYNA) при Министерстве цифрового развития и транспорта.

    Согласно информации, схема движения этих автобусных маршрутов восстановлена в связи с завершением ремонтно-строительных работ на мосту, который соединяет Сумгайыт с поселком Сарай.