Month: March 2025

  • Ermənistanın ədliyyə naziri: Yeni Konstitusiya sülh və təhlükəsizliyə töhfə verməlidir

    Yeni Konstitusiya sülhə və Ermənistanın təhlükəsizliyinə töhfə verməlidir.

    Median.Az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ədliyyə naziri Srbui Qalyan jurnalistlərlə söhbətində deyib.

    Ermənistanın baş naziri Nikol Paşinyanın yeni Konstitusiyanın “regional əhəmiyyətə” malik olmalı olduğu barədə bəyanatını şərh edən S.Qalyan bildirib ki, söhbət sülhün təmin edilməsinə yönəlmiş sənəddən gedir: “Biz elə hərəkət etməliyik ki, ölkəmizdə sülh və təhlükəsiz mühit bərqərar olsun”.

    Bununla yanaşı, nazirin sözlərinə görə, hazırkı Konstitusiya sülh nizamlanmasına, o cümlədən Azərbaycanla sülh sazişinə mane olmur.

    S.Qalyan layihə üzərində işin təfərrüatlarını açıqlamayıb, dəyişikliklərin hazırlanma mərhələsində olduğunu və müəyyən mərhələdə ictimaiyyətə təqdim ediləcəyini qeyd edib. O vurğulayıb ki, sülhün təmin edilməsi təkcə Konstitusiyanın yenidən nəzərdən keçirilməsindən deyil, həm də digər qanunlardan, hüquqi aktlardan və hökumətin işindən asılıdır.

    “Biz sülhün bərqərar olmasına çalışırıq. Xarici siyasətimiz çərçivəsində sülhün təmin olunması və vətəndaşların təhlükəsizlik şəraitində yaşaması üçün hər şeyi edirik”, – o vurğulayıb.

    Fevralın 19-da baş nazir Nikol Paşinyan bəyan edib ki, Ermənistana yeni konstitusiya lazımdır.

  • Около 300 тыс. граждан Азербайджана совершили поездки за рубеж с начала 2025 года

    Общее число граждан Азербайджана, совершивших поездки за рубеж в январе-феврале этого года, составило 296,3 тыс. человек.

    Как сообщает Report со ссылкой на Госкомстат, это на 0,1% меньше по сравнению с январем-февралем 2024 года.

    36,9% граждан Азербайджана посетили Турцию, 15,8% — Российскую Федерацию, 11,4% — Грузию, 10,7% — Иран, а 25,2% отправились в другие страны. Среди выехавших 67,5 % составили мужчины, 32,5 % — женщины.

    При этом число граждан Азербайджана, выехавших в Иран, увеличилось на 25,4%, в Грузию — на 17,4%, тогда как число посетивших Турцию сократилось на 2,7%, в Российскую Федерацию — на 27,7%.

    В январе-феврале этого года 68,1% граждан Азербайджана отправились за границу воздушным транспортом, 29,7% — железнодорожным и автомобильным, 2,2% воспользовались морским транспортом.

  • Bu il 300 min nəfərə yaxın Azərbaycan vətəndaşı xaricə səfər edib

    Bu ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 296,3 min nəfər olub.

    Median.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 % azdır.

    Azərbaycan vətəndaşlarının 36,9 %-i Türkiyəyə, 15,8 %-i Rusiya Federasiyasına, 11,4 %-i Gürcüstana, 10,7 %-i İrana, 25,2 %-i digər ölkələrə səfər edib. Gedənlərin 67,5 %-ni kişilər, 32,5 %-ni qadınlar təşkil edib.

    1 il əvvələ nisbətən İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,4 %, Gürcüstana gedənlərin sayı 17,4 % artıb, Türkiyəyə gedənlərin sayı 2,7 %, Rusiyaya gedənlərin sayı isə 27,7 % azalıb.

    Hesabat dövründə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,1 %-i hava, 29,7 %-i dəmir yolu və avtomobil, 2,2 %-i isə dəniz nəqliyyatından istifadə edib.

  • “Milan”ın müdafiəçisi cari mövsümün sonunda klubu tərk edə bilər

    “Milan”ın müdafiəçisi Emerson Royal cari mövsümün sonunda klubu tərk edə bilər.

    “Report” insayder Nikolo Şiraya istinadən xəbər verir ki, İtaliya təmsilçisinin rəhbərliyi 26 yaşlı futbolçunu yay “transfer pəncərəsi”ndə başqa komandaya satmağa hazırlaşır.

    Braziliyalı oyunçunun müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

    Qeyd edək ki, Emerson Royal cari mövsüm “Milan”ın heyətində 26 matçda iştirak edib, 6 sarı vərəqə alıb. Komanda hazırda 47 xalla 9-cu pilədə qərarlaşıb.

  • Россия приостановила поставки газа в Армению

    Россия приостановила поставки природного в Армению из-за ремонтных работ на территории Грузии.

    Как передает Median.Az со ссылкой на “Интерфакс”, об этом говорится в объявлении ЗАО “Газпром Армения”.

    “С 09:00 часов до 18:00 18 марта на участке Казах-Сагурамо (DN 1000) транзитного магистрального газопровода “Северный Кавказ – Закавказье” на территории Грузии будут проводиться аварийно-восстановительные работы, в связи с чем будет временно приостановлена подача природного газа в Армению”, – сообщила компания.

    Отмечается, что в указанный период бесперебойное и надежное газоснабжение потребителей республики будет осуществляться без ограничений за счет внутренних резервов и дополнительных объемов поставок природного газа из Ирана.

    “Газпром” является единственным поставщиком природного газа в Армению. Оператором газотранспортной сети выступает ЗАО “Газпром Армения” – 100%-я “дочка” российского концерна.

    Армения получает газ из Ирана с 2009 года, перерабатывает его в электроэнергию и экспортирует в Иран из расчета 3 кВт.ч за 1 куб. м природного газа.

    Подпишитесь на наш Telegram канал

  • Rusiya Ermənistana qaz təchizatını dayandırıb

    Rusiya Gürcüstan ərazisində təmir işləri ilə əlaqədar Ermənistana təbii qaz təchizatını dayandırıb.

    Median.Az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” QSC-nin elanında bildirilib.

    “18 mart saat 09:00-dan 18:00-dək Gürcüstan ərazisində “Şimali Qafqaz – Cənubi Qafqaz” tranzit qaz kəmərinin Qazax-Saquramo hissəsində (DN 1000) qəza-bərpa işləri aparılacaq, bununla əlaqədar olaraq Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılacaq”, – şirkətdən bildirilib.

    Qeyd olunub ki, göstərilən müddətdə ölkədə istehlakçıların qazla təchizatı daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü hesabına həyata keçiriləcək.

    “Qazprom” Ermənistana təbii qazın yeganə təchizatçısıdır. Ermənistan 2009-cu ildən İrandan qaz alır.

  • Глава МИД Украины: Надеемся на завершение конфликта в 2025 году

    Украина готова начать выполнение договоренностей, достигнутых на встрече в Саудовской Аравии, и считает, что переговоры с американцами в Джидде на прошлой неделе открыли путь к завершению конфликта в 2025 году.

    Как передает Median.Az со ссылкой на украинские СМИ, об этом заявил глава МИД Украины Андрей Сибига в ходе выступления на проходящей в столице Индии политологической конференции “Раисина диалог”.

    “После Джидды у нас появилась другая скорость, новые дополнительные возможности закончить эту войну в этом году. И мы готовы к этому. Мы не препятствие для достижения мира”, – сказал он.

    По его словам, Киев ожидает результатов телефонного разговора президентов США и России Дональда Трампа и Владимира Путина, чтобы лучше понять ситуацию.

  • Ukrayna XİN: Münaqişənin 2025-ci ildə başa çatacağına ümid edirik

    Ukrayna Səudiyyə Ərəbistanında keçirilən görüşdə əldə olunmuş razılaşmaların icrasına başlamağa hazırdır və hesab edir ki, ötən həftə Ciddədə amerikalılarla aparılan danışıqlar münaqişəyə 2025-ci ildə son qoyulmasına yol açıb.

    Median.Az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Andrey Sibiqa Hindistanın paytaxtında keçirilən “Raisina Dialogue 2025” konfransında çıxışı zamanı bildirib.

    “Ciddədən sonra bu müharibəni bu il bitirmək üçün yeni əlavə imkanlarımız yaranıb. Biz buna hazırıq və sülhə nail olmaq üçün maneə deyilik”, – o qeyd edib.

    Nazirin sözlərinə görə, Kiyev vəziyyəti daha yaxşı başa düşmək üçün ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında telefon danışığının nəticələrini gözləyir.

  • Fransalı futbolçu karyerasını bitirib

    Fransalı futbolçu Kevin Qameyro peşəkar futboldan ayrıldığını açıqlayıb.

    37 yaşlı hücumçunun son klubu 2024-cü ilin yayında tərk etdiyi “Strasburq” olub.

    O, “Loryen”, PSJ, “Sevilya”, “Atletiko” və “Valensiya”da da çıxış edib. Karyerası ərzində Avropa Liqasının 4 qat qalibi, Fransa çempionu və İspaniya Kubokunun qalibi olub.

    Kevin Qameyro Fransa millisində 13 oyun keçirib və 3 qol vurub.
    /report

  • Sabah Bakıda intensiv yağış yağacaq, güclü külək əsəcək

    Bakıda və Abşeron yarımadasında martın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

    Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək.Nisbi rütubət 65-75 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 10-15° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-3° isti, gündüz 3-6° isti olacaq.