Month: April 2025

  • Fransaya casusluqda ittiham olunan Azad Məmmədli: “Martin dostluq adı ilə 9 azərbaycanlını aldadıb”

    Fransaya casusluq etdiyinə görə ittiham edilən Martin Ryan və Azad Məmmədli barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başladılan cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Ryan əvvəlcə öz vəkilinin, daha sonra isə digər təqsirləndirilən Azad Məmmədlinin vəkilinin suallarını cavablandırıb.

    Martin Ryan Fransa səfirliyinin əməkdaşları ilə əlaqələri haqda açıqlama verərək vurğulayıb ki, o, əvvəlcə onların Fransa xüsusi xidmət orqanı əməkdaşları olduqlarını anlamayıb.

    “Mən Fransa səfirliyinin əməkdaşları ilə əlaqə yaradarkən, əvvəlcə onların hansı məqsədlər güddüklərini bilməmişəm. Adi bir iş adamı olduğum üçün onları ölkəmin səfirliyinin əməkdaşları kimi tanıyırdım. Xaricdə olan bir fransız kimi onlarla daim əlaqədə olmuşam. Amma sonda bilmişəm ki, mənim hər bir hərəkətim nəzarətdədir”.

    Martin Ryan məhkəmədə ifadəsi zamanı daha sonra bildirib ki, Fransa xüsusi xidmət orqanı əməkdaşlarının diplomatik korpusun üzvü qismində ona tapşırıqlar verməsindən sonra o, məsələnin nə yerdə olduğunu anlayıb.

    “Əsasən Azərbaycanda 44 günlük müharibə zamanı səfirlik əməkdaşları mənimlə mütəmadi görüşərək, müəyyən məsələlər barədə müzakirələr aparırdılar. Mən bu görüşlərin təhlükəli olub-olmadığı barədə onlardan soruşanda mənə bu barədə təminat verərək təhlükəsizliyimin qorunduğunu bildirirdilər.

    Mən Frederik Devosla ilk dəfə 2020-ci ilin mayında görüşmüşəm. Azad Məmmədli ilə isə ilk dəfə 2019-cu ildə tanış olmuşam. Bizim bir ümumi tanışımız var idi, onun vasitəsilə tanış olmuşduq. Onun səfirlik əməkdaşları ilə şəxsi əlaqələri olsa da, bu barədə mənim konkret məlumatım olmayıb. Mən onu Rusiya ilə əlaqəsi olan bir şəxs kimi tanıyırdım”.

    Bundan sonra prosesdə Fransaya casusluqla dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədliyə sərbəst ifadə üçün söz verilib.

    Azad Məmmədli ifadəsi zamanı ittiham olunduğu 9 epizod üzrə hazırkı durumuna görə Martin Ryanı ittiham edib.

    “Mənim tərəfdən Azərbaycan əleyhinə heç bir məlumat toplanılmayıb. Düzdür, fransızlar mənə casusluq təklif ediblər, rədd etmişəm. Martinlə telefon danışığımız var. Həmin danışıq da istintaq orqanındadır. Oradan görünür ki, mənə əməkdaşlıq təklif ediblər, razı olmamışam.

    Mənə verilən ittihamlardan biri odur ki, Azərbaycanın İran və Ermənistan, həmçinin İsrail dövləti ilə münasibətləri haqda məlumat ötürmüşəm. Bu belə deyil. Sadəcə dövlətlərarası münasibətlər barədə subyektiv fikirlərimi demişəm. Fransa səfirliyi ilə 2023-cü ilə kimi əlaqəm olub. Həmin tarixdən sonra əlaqəni kəsmişəm.

    Bundan əlavə, mən Zəngəzur dəhlizi barədə və Rusiyada yaşayan iş adamları haqqında fransız casuslara məlumat verməkdə təqsirləndirilirəm. Bununla da razı deyiləm. Ən əsas məqama gəlincə… İddia olunur ki, mən Fransa vətəndaşlığı almaq üçün dövlət əleyhinə cinayət törətmişəm. Mən bir dəfə də olsun Fransa vətəndaşlığı üçün səfirliyə müraciət etməmişəm”.

    “Martin istintaq orqanında mənim əleyhimə danışıb. Bütün dediklərimi təhrif edib. Mən Martini dost bilmişəm, casus imiş. İndi aydın olur ki, Martin və Fransa səfirliyi Azərbaycan vətəndaşlarına qarşı məkrli plan qurublar. Mənim haqqımda da bütün məlumatları Fransa xüsusi xidmət orqanlarına ötürüb. Martin dost adı ilə azərbaycanlıları tora salırdı. İndi deyir ki, mən Azadı ancaq Frederik Devosla tanış etmişəm. Yalan deyir. Məni səfirlik əməkdaşı Loranla da o tanış edib. Onu da deyə bilərəm ki, Martin dostluq adı ilə 9 azərbaycanlını aldadıb. Özü isə ölkəmiz əleyhinə 50-yə yaxın tapşırıq icra edib. Hansı ki, onlardan çoxu müharibə dövründə olub”.

    Təqsirləndirilən şəxs sonda peşmanlığını dilə gətirib. Deyib ki, ən böyük səhvi fransızların təklifləri barədə vaxtında DTX-yə müraciət etməməyi olub.

    Tərəflərin sərbəst ifadələri arasında ziddiyyətlər yarandığından məhkəmə onların ibtidai istintaqdakı ifadələrinin elan olunması və təqsirləndirilənlərin proses zamanı çarpaz dindirilməsini zəruri sayıb. Buna görə də, mayın 19-da keçirilməsi nəzərdə tutulan növbəti prosesdə həmin prosedurlar həyata keçiriləcək.

    Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunublar. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən “Merkorama” MMC-nin baş direktoru olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) üzrə ittiham irəli sürülüb.

    İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.
    //oxu.az

  • Ученые впервые вырастили человеческие зубы в лаборатории

    В Великобритании ученые из Королевского колледжа и Имперского колледжа Лондона впервые вырастили человеческие зубы в лаборатории.

    Как передает Median.Az, об этом пишет The Telegraph.

    Как сообщает газета, ученым удалось создать материал, имитирующий среду для развития зуба. Благодаря ему клетки получают сигнал и начинают формировать зуб. Если его использовать вместо пломб и имплантов, он врастет в челюсть человека и сможет восстанавливаться.

    По мнению исследователей, зубы из созданного материала можно целиком выращивать в лабораторных условиях или помещать в челюсть пациента на ранней стадии формирования, чтобы они продолжили рост уже во рту человека. Ученые считают, что метод может произвести революцию в сфере восстановления зубов.

  • Plomb dövrü başa çatır: Alimlər çənədə böyüyəcək diş hazırladılar

    Böyük Britaniyada yerləşən Kral Kolleci və London İmperial Kollecinin alimləri ilk dəfə olaraq laboratoriya şəraitində insan dişləri yetişdirməyə nail olublar.

    Bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.

    Alimlərin bildirdiyinə görə, onlar dişin inkişaf mühitini təqlid edən xüsusi material yaradıblar. Bu material hüceyrələrə siqnal ötürərək onların diş formalaşdırmasına səbəb olur.

    Əgər bu texnologiya gələcəkdə plomblar və ya implantlar əvəzinə istifadə olunsa, həmin material çənəyə bitişəcək və zamanla özünü bərpa edə biləcək. Bu isə stomatologiyada böyük irəliləyiş ola bilər.

    Tədqiqatçılar bildirirlər ki, yeni metodun tətbiqi üçün iki mümkün yanaşma var:

    1. Laboratoriyada dişin tam yetişdirilməsi və daha sonra xəstənin ağzına transplantasiya olunması.

    2. Materialın formalaşmanın erkən mərhələsində birbaşa çənəyə yerləşdirilməsi, beləliklə, diş ağız boşluğunda təbii şəkildə inkişafını davam etdirə bilər.

    Alimlərin fikrincə, bu texnologiya gələcəkdə diş bərpası sahəsində inqilabi dəyişikliklərə səbəb ola bilər.
    //oxu.az

  • Как курение снижает аппетит?

    При выкуривании сигареты у человека может пропасть чувство голода. Этот эффект обусловлен действием никотина на нейромедиаторные и нейроэндокринные системы организма.

    Об этом рассказал gazeta.ru российский врач-психиатр, нарколог Руслан Исаев.

    “Никотин влияет прежде всего на головной мозг, а именно на гипоталамус. Это та область, которая регулирует базовые потребности, в том числе голод и насыщение. Под воздействием никотина активируются специальные рецепторы, и мозг начинает вырабатывать вещества, которые “подавляют” чувство голода. Кроме того, никотин стимулирует выработку дофамина – нейромедиатора, связанного с удовольствием и системой вознаграждения. Получается, что сигарета дает кратковременное ощущение удовлетворения, которое может временно заменить потребность в еде. Особенно это выражено у тех, кто склонен “заедать” стресс – в таком случае курение работает как ложная альтернатива приёму пищи”, – объяснил врач.

    Есть и другой механизм: никотин активирует симпатическую нервную систему, которая ускоряет сердцебиение, сужает сосуды и частично подавляет активность пищеварительного тракта.

    “При этом снижается выработка желудочного сока и замедляется пищеварение – всё это также может способствовать снижению аппетита. Параллельно повышается уровень сахара в крови, что дает организму сигнал: “питание получено”, хотя по факту никакой еды не было. Таким образом, курение действительно может временно снижать аппетит – за счет прямого воздействия на мозг и на обмен веществ. Но важно понимать: это вмешательство в естественные механизмы тела. Такой “контроль” над аппетитом – иллюзия, которая часто приводит к другим проблемам, в том числе зависимому поведению, ухудшению работы сердечно-сосудистой и пищеварительной систем”, – отметил доктор.

    Часто бывшие курильщики сталкиваются с набором веса – это связано не только с восстановлением аппетита, но и с тем, что еда начинает играть роль источника удовольствия, который раньше заменяла сигарета. Однако при правильной поддержке эта проблема вполне решаема.

  • Siqaret çəkmək iştahanı necə azaldır?

    Siqaret çəkən zaman insan özünü daha az ac hiss edə bilər. Bu təsir nikotinin beyin və hormonal sistemlərə – xüsusilə də neyromediator və neyroendokrin sistemlərə təsiri ilə bağlıdır.

    Bu barədə rusiyalı psixiatr və narkoloq Ruslan İsayev Gazeta.ru-ya verdiyi müsahibədə danışıb.

    Həkimin sözlərinə görə, nikotin ilk növbədə beynin hipotalamus adlanan hissəsinə təsir göstərir. Məhz bu beyin sahəsi aclıq və toxluq hissi də daxil olmaqla, əsas fizioloji ehtiyacların tənzimlənməsinə cavabdehdir.

    “Nikotinin təsiri nəticəsində hipotalamusda yerləşən xüsusi reseptorlar aktivləşir və beyin aclıq hissini “yatıran” maddələr istehsal etməyə başlayır. Eyni zamanda, nikotin dopaminin – yəni həzz və mükafat hissi ilə əlaqəli neyromediatorun ifrazını stimullaşdırır. Bu da siqaret çəkən şəxsdə müvəqqəti məmnunluq hissi yaradır və sanki qida ehtiyacını əvəz edir”, – deyə İsayev izah edib.

    Bu təsir xüsusilə stres zamanı qidaya yönəlməyə meyilli insanlarda daha çox müşahidə olunur. Belə hallarda siqaret yemək qəbulunun saxta alternativi kimi çıxış edir.

    Həkim həmçinin nikotinin iştahanı azaltmasının digər mexanizmini də qeyd edib:

    “Nikotin simpatik sinir sistemini aktivləşdirir – bu da ürək döyüntülərinin artmasına, damarların daralmasına və həzm sisteminin fəaliyyətinin azalmasına səbəb olur. Nəticədə, mədə şirəsinin ifrazı zəifləyir, həzm prosesi yavaşlayır və iştaha azalır. Paralel olaraq qanda şəkərin səviyyəsi artır, bu da beyinə “qida qəbul edildi” siqnalı göndərir – halbuki əslində heç bir qida qəbul olunmayıb”.

    Beləliklə, siqaret həqiqətən də iştahanı müvəqqəti olaraq azalda bilər. Lakin bu, orqanizmin təbii mexanizmlərinə müdaxilədir və uzunmüddətli faydadan çox, zərər verir.

    “İştaha üzərində bu cür “nəzarət” sadəcə illüziyadır. Bu, çox zaman digər problemlərə – o cümlədən psixoloji asılılıq, ürək-damar və həzm sistemlərində pozulmalara səbəb ola bilər”, – deyə həkim xəbərdarlıq edib.

    Bundan əlavə, Ruslan İsayev qeyd edib ki, siqareti tərgidən insanların bir çoxu çəki artımı ilə üzləşirlər. Bu, yalnız iştahanın bərpası ilə deyil, həm də siqaretin yaratdığı həzz hissinin artıq qida ilə əvəz olunması ilə bağlıdır. Lakin həkimin sözlərinə görə, düzgün psixoloji və tibbi dəstək ilə bu problem tamamilə həll edilə bilər.
    //oxu.az

  • DeepSeek сохранит открытый исходный код ради пользы всему миру

    Нейронная сеть от китайской компании DeepSeek сохранит открытый исходный код, это будет полезно всему миру.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявил посол Китая в России Чжан Ханьхуэй.

    “Китайская нейронная сеть DeepSeek предоставляет открытый исходный код, способствуя совместному использованию технологий ИИ по всему миру, а половина популярных моделей с открытым исходным кодом на известной платформе HuggingFace созданы китайскими разработчиками”, – указал дипломат.

    По его словам, в Китае считают, что искусственный интеллект “должен быть общедоступной технологией, а не привилегией избранных”.

    “Открытый исходный код играет ключевую роль в обеспечении широкого доступа к технологиям искусственного интеллекта, – продолжил посол. – Успешные примеры, такие как разработка компанией “Яндекс” локализованных моделей ИИ на основе экосистемы с открытым исходным кодом, подтверждают эффективность открытого обмена”.

    Чжан Ханьхуэй рассказал, что в рамках “Инклюзивной программы по наращиванию потенциала ИИ” Китай “предлагает развивающимся странам комплексный план действий, включающий создание необходимой инфраструктуры, развитие производственно-сбытовых цепочек, формирование открытых сообществ на основе открытого исходного кода и подготовку квалифицированных специалистов в области ИИ”. “Практика Китая уже дает свои результаты”, – уверен дипломат.

  • “DeepSeek”dən hər kəs üçün hədiyyə: Mənbə kodunu açıq saxlayır

    Çinin “DeepSeek” şirkətinin neyron şəbəkəsi açıq mənbə kodunu saxlayacaq. Şirkət hesab edir ki, bu, bütün dünya üçün faydalı olacaq.

    Bu barədə Çinin Rusiyadakı səfiri Çjan Xanxuey bildirib.

    Onun sözlərinə görə, “DeepSeek”in açıq mənbə kodlu texnologiyaları süni intellektin qlobal paylaşımını təşviq edir.

    “HuggingFace” platformasında populyar açıq mənbəli modellərin yarısı çinli tərtibatçılar tərəfindən yaradılıb”, – deyə o bildirib.

    Səfirin sözlərinə görə, Çin hesab edir ki, süni intellekt yalnız seçilmişlər üçün yox, hamı üçün əlçatan olmalıdır.

    O əlavə edib ki, açıq mənbə kodu süni intellekt texnologiyalarının geniş yayılmasında mühüm rol oynayır.

    Qeyd edək ki, açıq mənbə kod – bir proqram və ya texnologiyanın “içindəki” kodların (yəni işləmə qaydasının) gizli deyil, hamıya açıq olduğu deməkdir. İstəyən şəxs həmin kodu görə, öyrənə, dəyişə və ya öz layihəsində istifadə edə bilər.

  • Valideynlər övladlarının psixi sağlamlığını necə məhv edirlər?

    Texnologiya, xüsusən də uşaqlarla qarşılıqlı münasibətimizi əhəmiyyətli dərəcədə dəyişib. Hətta yeddi yaşlı uşaqlar qonaq gedərkən özləri ilə planşetlərini də götürürlər. Belə ki, bu ABŞ və digər ölkələrdə adi bir təcrübəyə çevrilib.

    Median.Az xəbər verir ki, bu barədə “El Pais” qəzeti yazır.

    Təəssüf ki, böyüklər uşaqların getdikcə ailəvi olaraq nahar edərkən telefondan ayrılmadıqlarını, yeniyetmələrin isə skamyada oturub bir-biri ilə danışmadıqlarını müşahidə edirlər, çünki onların bütün diqqəti sosial şəbəkələrdəki paylaşımlara yönəlib.

    San-Dieqo Dövlət Universitetinin professorunun məlumatına görə, 1996-cı ildən sonra doğulan insanlar daha yüksək narahatlıq, depressiya və psixi sağlamlıq problemlərindən əziyyət çəkirlər. Bu problemi həll etmək üçün yuxarı siniflərə qədər yeniyetmələrə smartfonların verilməməsi, 16 yaşa qədər sosial şəbəkələrə girişin məhdudlaşdırılması, məktəb və kolleclərdə mobil telefonların qadağan edilməsi təklif olunub.

    Məqalədə qeyd edilib ki, valideynlərin daxili narahatlığın öhdəsindən gəlməyi öyrənməsi vacibdir. Valideynlər uşaqlara azadlıq verə bilərlər: uşaqlara tapşırıqlar vermək, onları dostları ilə birlikdə gecələməyə təşviq etmək və hətta məktəbdə belə onların bütün fəaliyyətlərinə nəzarət etməmək.
    //oxu.az

  • Гарика Харламова экстренно увезли в больницу со съемок

    Во время съемок нового проекта с рабочим названием Караоке Club с Гариком Харламовым случилось настоящее ЧП. Российский юморист, недавно вошедший в состав жюри шоу, отправился на больничную койку прямо со съемочной площадки.

    Об этом пишет utro.life.

    Согласно информации, в самый разгар работы в ухе артиста застрял микронаушник – специальное устройство, через которое он поддерживал связь с режиссером. Пытаясь самостоятельно вытащить наушник, комик только усугубил ситуацию – устройство ушло еще глубже. Это вызвало настоящую панику среди съемочной группы.

    Тогда в происходящее вмешалась актриса Катерина Ковальчук. По словам очевидцев, она настояла, чтобы ее супруга срочно доставили в клинику. В результате съемки были прерваны, и артиста экстренно увезли в больницу.

    Врачи сообщили, что юмористу предстоит малоприятная процедура – из уха будут выдувать застрявший предмет. При этом есть риск, что после извлечения он может временно потерять слух.

  • Qarik Xarlamov təcili xəstəxanaya aparıldı, eşitmə qabilyyətini itirə bilər

    Rusiyanın tanınmış komiki Qarik Xarlamov çəkiliş meydançasından birbaşa xəstəxanaya aparılıb.

    Median.Az utro.ru-ya istinadla xəbər verir ki, insident yumoristin münsif kimi çıxış etdiyi yeni verilişin çəkilişləri zamanı baş verib.

    Belə ki, Q.Xarlamovun rejissorla əlaqə saxladığı mikroqulaqlıq onun qulağında ilişib qalıb.

    Komik qulaqlığı özü çıxartmağa çalışarkən, cihaz daha da dərinə gedib. Nəticədə, çəkilişlər dayandırılıb və artist təcili xəstəxanaya aparılıb.

    Həkimlərin sözlərinə görə, qulaqlıq çıxarıldıqdan sonra Q.Xarlamov müvəqqəti olaraq, eşitmə qabiliyyətini itirə bilər.