Month: April 2025

  • Sabah Bərdədə 900-ə yaxın abonentin qazı olmayacaq

    Sabah Bərdə şəhərinin bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Bildirilib ki, aprelin 15-də saat 11:00-da Bərdənin Koroğlu küçəsindən Gəncə küçəsinə qədər təmir işlər aparılacaq. Tərtər Regional Qaz İstismar İdarəsinin Bərdə xidmət sahəsində xidməti ərazisində yerləşən “Bərdə” qazpaylayıcı stansiyasından qidalanan adıçəkilən küçələrdə yeni qeyri-əhali abonentinə məxsus qaz xəttinin şəbəkəyə qoşulması məqsədilə daxildən dayandırılması nəzərdə tutulub. Təmir yekunlaşanadək qaz təminatının dayandırılması planlaşdırılıb.

    Qaz təchizatının dayanması ilə əlaqədar 880 abonentin qaz təchizatında fasilə yaranacaq.

  • ANAMA: На прошлой неделе от мин очищена территория площадью более 1 200 га

    Агентство Азербайджанской Республики по разминированию (ANAMA) опубликовало еженедельный отчет о гуманитарных операциях по разминированию на освобожденных от оккупации территориях.

    Как сообщили в ANAMA, в период с 7 по 13 апреля на освобожденных территориях было обнаружено и обезврежено 12 противотанковых, 86 противопехотных мин и 224 неразорвавшихся боеприпаса.

    От мин очищена территория площадью 1 245,5 га.

    Отметим, что операции по разминированию проводились ANAMA, Министерством обороны, Министерством по чрезвычайным ситуациям, Государственной пограничной службой и четырьмя частными компаниями.

  • Ötən həftə azad edilən torpaqlarda 1 200 hektardan çox ərazi minalardan təmizlənib

    Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

    ANAMA-dan verilən məlumata görə, azad olunan ərazilərdə 7-13 aprel tarixləri ərzində 12 tank əleyhinə mina, 86 piyada əleyhinə mina, 224 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

    Həmçinin 1 245,5 hektar ərazi minalardan təmizlənib.

    Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.

  • Rusiya klubunun futbolçusu 16 yaşında vəfat edib

    Rusiyanın “Rotor” klubunun yetirməsi Maksim Semyonov 16 yaşında vəfat edib.

    Bu barədə Volqoqrad təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

    Tibbi müayinələrdən sonra gənc futbolçunun səhhətində heç bir problem olmadığı bildirilsə də, ölüm səbəbi kimi ürəktutması göstərilib.

    Məşqdən sonra evə qayıdan futbolçu axşam saatlarında qəfil özünü pis hiss edib. Onun yaxınları dərhal təcili yardım çağırıb. Bütün cəhdlərə baxmayaraq, M.Semyonivun həyatını xilas etmək mümkün olmayıb.

  • Служба: Принимаются превентивные меры против риска подтопления

    В преддверии ожидаемых ливней в Баку и на Абшеронском полуострове, начиная с сегодняшней ночи, Объединенная служба водоснабжения крупных городов, действующая при Государственном агентстве водных ресурсов, принимает превентивные меры.

    Об этом в ответ на запрос Report сообщили в службе.

    Превентивными мерами являются промывка канализационных коллекторов, очистка смотровых колодцев и дождевых решеток для обеспечения отвода дождевых и сточных вод. Также проводится проверка и ремонт оборудования на насосных станциях.

    По данным Национальной службы гидрометеорологии, с ночи 14 апреля на полуострове ожидаются ливневые дожди, грозы и сильный ветер. 16 апреля осадки могут стать непрерывными и интенсивными, существует риск подтоплений. В этой связи профилактические меры будут продолжены.

  • ADSEA: Subasma riskinə qarşı qabaqlayıcı tədbirlər görülür

    Azərbaycanda bu gecədən başlayaraq pisləşəcəyi gözlənilən hava şəraiti ilə əlaqədar Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qabaqlayıcı tədbirlər görəcək.

    Bu barədə ”Report”un sorğusuna cavab olaraq xidmətdən məlumat verilib.

    Bildirilib ki, intensiv yağıntılar zamanı yarana biləcək problemlərin qarşısının alınması istiqamətində müvafiq işlər aparılır:

    “Belə ki, hazırda həm yağış, həm də tullantı sularının şəbəkələr vasitəsilə maneəsiz daşınmasını təmin etmək məqsədilə kanalizasiya kollektorlarının yuyulması, baxış quyularının və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir. Bununla yanaşı, kanalizasiya nasos stansiyaları da təftiş olunur və oradakı mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir. Yağıntılı hava şəraitində baş verə biləcək çətinliklərin qarşısını almaq üçün tədbirlər davam etdiriləcək”.

    Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakı və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə leysan xarakterli yağışların müşahidə olunacağı, şimşək çaxacağı və güclü külək əsəcəyi proqnozlaşdırılır.

    Aprelin 16-da isə yağışların aramsız və intensiv xarakter alacağı, bununla bağlı bəzi ərazilərdə subasma hallarının baş vermə ehtimalı olduğu bildirilir.

  • В Азербайджане пройдут очередные земельные аукционы

    Государственная служба по вопросам имущества при Министерстве экономики проведет 14 мая очередные земельные аукционы.

    Об этом сообщает Report со ссылкой на ведомство.

    Согласно информации, аукционы пройдут в территориальных отделениях Госслужбы в Сумгайыте, Нефтчале, Саатлы, Сабирабаде, Товузе, Хачмазе, Шабране, Физули, Джалилабаде, Масаллы, Шамахы и Загатале. На аукционы будет выставлен 21 земельный участок, принадлежащий различным муниципальным органам.

    Подробную информацию об аукционах можно получить здесь.

  • Azərbaycanda növbəti torpaq hərracı elan edilib

    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) mayın 14-də növbəti dəfə torpaq hərracı keçirəcək.

    Median.Az bu barədə quruma istinadən xəbər verir.

    Məlumata görə, hərraclar ƏMDX-nın Sumqayıt, Neftçala, Saatlı, Sabirabad, Tovuz, Xaçmaz, Şabran, Füzuli, Cəlilabad, Masallı, Şamazı və Zaqatalada yerləşən ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 21 torpaq sahəsi çıxarılacaq.

    Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

  • Azərbaycanda aqroturizm inkişaf edirmi?

    Azərbaycan son illər həm kənd təsərrüfatının, həm də turizmin inkişafına diqqət artdığından bu iki sektorun kəsişməsilə formalaşan kənd turizmi – yəni, aqroturizm də inkişaf etməkdədir.

    Məqsəd turistlərin kənd həyatına cəlb edilməsi, onların aqrar fəaliyyətdə iştirakının təmin olunmasıdır. Son nəticədə kəndlərdə yaşayan insanların gəlirləri artır, onların sosial rifahı yaxşılaşır.

    Bəs Azərbaycanda bu sahə nə dərəcədə sürətlə inkişaf edir? “Report” mövzu ilə bağlı araşdırma aparıb.

    Pandemiya aqroturizmin inkişafına təkan verib

    “Azərbaycan Aqroturizm Assosiasiyası” İctimai Birliyinin sədri Elçin Əkbərov deyir ki, Azərbaycanda kənd turizmi xüsusilə koronavirus (COVID-19) pandemiyası dövründə diqqəti cəlb etməyə başlayıb: “Pandemiya dövründə xaricə səyahət etmək mümkün olmadığından yerli turistlər aqroturizm obyektlərinə üz tutmağa başladılar. Bu isə bir tərəfdən kənd təsərrüfatı obyektlərinin gəlirliliyini artırdı, digər tərəfdən isə yerli əhalidə aqroturizm sahəsində təşəbbüskarlığın artmasına səbəb oldu. Ümumiyyətlə, son illər Azərbaycanda aqroturizmə maraq xeyli artıb. Xüsusilə Şəki-Zaqatala, Quba-Xaçmaz, Lənkəran-Astara və Tovuz-Gədəbəy bölgələrində bu sahədə praktiki nümunələr mövcuddur. Meyvə bağları, arıçılıq və heyvandarlıq təsərrüfatları turistlər üçün maraqlı istiqamətlərə çevrilib”.

    Ölkədə aqroturizm hərəkatı başlaya bilər

    Onun sözlərinə görə, rəhbərlik etdiyi assosiasiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındıqdan sonra ölkədə aqroturizm hərəkatı başlatmaq planları var: “Məqsəd insanlarda aqroturizm mədəniyyətinin bağça-məktəb yaşlarından formalaşdırılmasıdır. Bu istiqamətdə geniş maarifləndirmə tədbirlərinin görülməsi planlaşdırılır. Hazırda ölkədə böyük təsərrüfat sahiblərinin bu sahəyə marağı var, amma kiçik təsərrüfatların marağı getdikcə azalır. Bu sahəyə yeni nəfəs vermək üçün aqroturizm təsərrüfatları ilə təhsil müəssisələri – bağçalar və məktəblər arasında əlaqələr yaradılmalıdır. Bu əməkdaşlıq həm gənc nəslin kənd həyatına və aqrar sahəyə marağını artırar, həm də regionlarda dayanıqlı kənd təsərrüfatı biznesinin formalaşmasına töhfə verər”.

    Kənd turizmi üçün standartlar və minimal tələblər olsun

    Assosiasiya rəhbərinin sözlərinə görə, ölkədə aqroturizm fəaliyyəti üçün standartlar və minimal tələblər müəyyən olunmalıdır: “Keyfiyyətli və xidmət baxımından fərqlənən təsərrüfatların gələcəkdə Dövlət Turizm Agentliyinin marşrutlarına daxil edilməsi bu sahənin inkişafına səbəb olar. Bunda başqa, dünya təcrübəsində aqroturizm təsərrüfatlarına gələn turistlər burada könüllü çalışır, bunun əvəzində pulsuz yaşayış yeri və qida təminatı əldə edirlər. Bu model beynəlxalq səviyyədə “farmstay” adlandırılır və Azərbaycanda da bunun tətbiqi mümkündür”.

    “Şəhərdən Kəndə” layihəsi Qarabağ və Şərqi Zəngəzuru da əhatə edəcək

    Kənd Təsərrüfatı Nazirliyi isə aqroturizmin inkişafı üçün həyata keçirdiyi “Şəhərdən Kəndə” layihəsinin əhatə dairəsini bir qədər də genişləndirmək, onu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da tətbiq etmək istəyir. Gələcək planlar barədə məlumat verən nazirlik eyni zamanda indiyə qədər kənd turizmi ilə bağlı görülmüş işləri də açıqlayıb: “Layihə çərçivəsində aqroturizmlə məşğul olmaq istəyən təsərrüfat sahiblərinə bu istiqamətdə təlimlər keçirilir və təsərrüfatların turizm potensialının artırılması məqsədilə onlara müxtəlif dəstəklər göstərilir. Bu günə qədər 391 təsərrüfat sahibi “Aqroturizmin əsasları”, “Aqroturizmdə təmizlik, qonaqpərvərlik və qidalanmanın təşkili”, “Aqroturizmdə təməl marketinq bilikləri”, “Qida məhsullarının etiketlənməsi və markalanması” mövzuları üzrə təlimlərdə iştirak ediblər.

    Eyni zamanda, 26 təsərrüfatda təmir, bərpa və abadlaşma işləri görülmüş, təşviqat dəstəyi göstərilmiş, təsərrüfatlara aid məlumatlar layihəyə məxsus sosial şəbəkə hesablarında və tovillage.az elektron platformasında yerləşdirilib. Bundan əlavə, təsərrüfat sahibləri ilə turizm seqmentini əlaqələndirmək və təsərrüfatlara turist axınını artırmaq məqsədilə mütəmadi olaraq tədbirlər və infoturlar təşkil edilib, metro stansiyalarında təsərrüfatlara aid reklam lövhələri quraşdırılıb. “Şəhərdən Kəndə” layihəsinin növbəti mərhələsində də aqroturizmlə məşğul olmaq istəyən təsərrüfat sahibləri üçün təlimlərin təşkili, infoturların, təmir, bərpa, abadlaşdırma və təşviqat dəstəklərinin davam etdirilməsi nəzərdə tutulur. Eyni zamanda, layihənin əhatə dairəsinin genişləndirilməsi, təsərrüfatlara xarici turistlərin cəlb edilməsi məqsədilə müxtəlif qurumlar və hotellərlə əməkdaşlığın qurulması planlaşdırılır”.

  • В Ереване произошла стрельба, один человек госпитализирован

    Один человек получил ранение во время стрельбы в Ереване.

    Об этом сообщают армянские СМИ.

    В полицию 14 апреля около 01:50 поступила информация о том, что на проспекте Маштоца раздались выстрелы, в результате было повреждено не только лобовое стекло автомобиля Cadillac, но и припаркованного автомобиля Jeep.

    Врачи оказали первую помощь гражданину, находившемуся в Cadillac с грузинскими номерными знаками, после чего доставили его в больницу. Он получил огнестрельное ранение в область головы и находился без сознания.

    Патрульные обнаружили на разных участках в 20-30 метрах от места происшествия более 10 гильз от пистолета “Макаров”, четыре пули и следы крови.