Month: April 2025

  • HƏMAS siyasi partiyaya çevrilə bilər

    Fələstinin HƏMAS hərəkatı siyasi partiyaya çevrilməyə hazır olduğunu açıqlayıb.

    Bu barədə “Al Hadath” kanalı məlumat yayıb.

    Kanalın mənbələri bildiriblər ki, yaraqlılar anklavdan kənarda təqib olunmasalar, HƏMAS-ın ayrı-ayrı liderlərinin Qəzza zolağından getməsinin əleyhinə deyillər.

    HƏMAS lideri Taher əl-Nununun müşaviri dünən bildirib ki, Fələstin tərəfi İDF-nin anklavdan çıxarılmasına və atəşkəsə səbəb olacaq ciddi razılaşma müqabilində girovları azad etməyə hazırdır. Misir danışıqlarda dalana dirənmək və beynəlxalq vasitəçilərə Qəzza zolağında saxlanılan 59 israillinin vəziyyəti ilə bağlı ətraflı hesabat təqdim etmək üçün HƏMAS-a onlarla yaxın girovu İsrailə qaytarmağı təklif edib.

    “Haaretz” mənbələrinin bildirdiyinə görə, Misirin təklifi HƏMAS-ı hücum silahlarından əl çəkərək, HƏMAS və ya digər Fələstin qrupları ilə əlaqəsi olmayan texnokratlardan ibarət Qəzza zolağı üçün mülki idarəetmə strukturu olan Sosial Dəstək Komitəsi yaratmağa çağırır.

    Martın 18-də İsrail HƏMAS ilə atəşkəs razılaşmasının birinci mərhələsinin başlamasından iki ay sonra Qəzza zolağına zərbələri bərpa edib. Buna səbəb fələstinli yaraqlıların müqavilənin ikinci mərhələsinə keçməzdən əvvəl qalan girovları qaytarmaqdan imtina etməsi olub.//qaynar.az

  • 24 il həbsdə yatan 74 yaşlı şəxs yenidən saxlanıldı

    Lənkəranda 24 il 6 ay sonra həbsdən çıxan 74 yaşlı şəxs yenidən saxlanılıb.

    Qaynarinfo-nun məlumatına görə, 1951-ci ildə Lənkəran rayonu, Liman (Port İliç) şəhərində doğulmuş V.B. barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

    Məhkəmədə məlum olub ki, Liman şəhəri ərazisində itlər ona hücum etdiyi üçün 103 xidmətinə zəng edib. Lakin zənginə cavab verilməyib və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, qeyri-etik ifadələr işlədib.

    10 aprel 2025-ci ildə, saat 09.00 radələrində yaşadığı Liman şəhəri, Rəsulzadə küçəsində olarkən 2 polis əməkdaşı ona yaxınlaşaraq, polis şöbəsinə dəvət ediblər. O isə əsəbi halda ünvansız qeyri-etik ifadələr işlədib. V.B. məhkəmədə əməlindən peşman olduğunu deyib.

    Məhkəmənin qərarı ilə 74 yaşlı şəxs 200 manat məbləğində cərimə edilib.

  • İtaliyada 500 nəfərlik dava: 13 polis yaralandı – Derbidə nə baş verdi?

    İtaliya A Seriyasında keçirilən “Latsio” – “Roma” derbisi ərzində qarşıdurmalar baş verib.

    Matçdan əvvəl “Latsio” və “”Roma azarkeşləri arasında baş verən toqquşmalarda polislər də yaralanıb.

    UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan bu iki rəqibin 32-ci tur görüşündə heç-heçə qeydə alınarkən, oyundan əvvəl stadion ətrafında baş verən hadisələr İtaliyada gündəm olub. 1:1 hesabı ilə yekunlaşan derbinin əvvəlində baş verən hadisələrdə 13 polisin yaralandığı bildirilib.

    İtaliya mətbuatında yayılan xəbərlərə görə, matçdan əvvəl təxminən 500 nəfərlik “Roma” azarkeşi qrupu “Latsio”luların olduğu yerə getmək istəyib. Rəqin də “Roma” azarkeşlərinin olduğu yerə yönəlməyə cəhd etməsi nəticəsində təhlükəsizlik qüvvələri azarkeşlərin qarşı-qarşıya gəlməsinin qarşısını alıb.

    Bu zaman bir qrup “Latsio” azarkeşi polislərlə qarşıdurma yaşayıb. Polisin gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxilə etdiyi hadisələr zamanı bəzi azarkeşlər təhlükəsizlik qüvvələrinə şüşə, məşəl və yaxınlıqdakı restoranın stullarını atıblar. Hadisələr zamanı 13 polisin yaralandığı bildirilib.

    Daxili İşlər Naziri Matteo Piantedosi derbidə baş verən hadisələrlə bağlı çıxışında son günlərdə ölkənin müxtəlif şəhərlərində və xüsusilə də paytaxt derbisində polisə qarşı təcavüz aktlarının “qəbuledilməz” olduğunu və bu sahədə əlavə tədbirlər görməyə qərar verdiklərini bildirib.

    Baş nazirin müavini və nəqliyyat və infrastruktur naziri Matteo Salvini isə sosial mediada paylaşdığı mesajında qeyd edib:

    “İdmanla heç bir əlaqəsi olmayan şəhər şiddəti səhnələri. Bunlar azarkeş deyil, cinayətçidir. Yaralanan polis əməkdaşlarımızla həmrəyliyimizi bildirirəm”.

  • Məşhur kriptovalyuta 24 saatda 90 faiz dəyər itirdi… – Bir gecədə milyardlar “buxarlandı”

    Kriptovalyuta bazarının diqqətçəkən adlarından biri olan “Mantra” token son 24 saatdə 90 faizdən çox dəyər itirib.

    Valyutanın bazar dəyərinin 5 milyard dollardan çox hissəsi bir gecədə silinib. Mütəxəssislər bu hadisəni LUNA və FTX çökməsindən sonra baş verən ən böyük dəyər itkisi kimi qiymətləndirirlər.

    “Mantra” kriptovalyutasının OM tokeni 13 aprel tarixində təxminən 6,3 dollar dəyərində satıldığı halda, bir gün ərzində qiyməti 0,50 dolların altına enib. Beləliklə, bu rəqəmsal valyuta təxminən 6 milyard dollarlıq bazar dəyərinin 90 faizindən çoxunu itirib.

    Bəzi treyderlər bu qəfil çöküşü “xalçanın çəkilməsi” (ingiliscə: rug pull) termini ilə ifadə ediblər. Sosial şəbəkə istifadəçiləri bu hadisəni “LUNA/FTX-dən bu yana ən böyük xalça çəkməsi” adlandırıblar. “Xalçanın çəkilməsi” bazara buraxılan bir rəqəmsal valyutanın dəyərinin, onu buraxanların bütün aktivləri çıxarması nəticəsində sıfırlanması mənasına gəlir. Bir neçə il əvvəl baş verən “Luna” kriptovalyuta şəbəkəsinin çökməsi nəticəsində 60 milyard dollarlıq vəsaitin buxar olduğu təxmin edilirdi. Lakin “Mantra” tokeninin kəskin dəyər itkisinin dəqiq səbəbi hələ ki, məlum deyil.

    “Mantra”nın yanında, 2025-ci ilin ilk aylarında investorların milyardlarla dollar itirdiyi 1,4 milyard dollarlıq “Bybit” hücumu da ilin önəmli itkiləri arasında yer alır.

    “Mantra”dan cavab: “Heç yerə getmirik”

    “Mantra”nın həmtəsisçisi Cey Pi Mallin OM tokeninin çöküşü ilə bağlı açıqlama verib. O bildirib ki, layihənin “Telegram” qrupu hələ də aktivdir və Mantra komandasının tokenlərinin nəzarətdə saxlandığını qeyd edib.

    Mallin sosial şəbəkə platforması X-də paylaşımında “Buradayıq və heç yerə getmirik” deyə bildirib və “Mantra” komandasının OM tokenləri üçün rəsmi təsdiq ünvanı təqdim edib.

    “Mantra” və investisiya holdinqi DAMAC, bu ilin əvvəlində bəzi şirkətlərin aktivlərini “Mantra” tokeninə çevirmək məqsədilə 1 milyard dollarlıq razılaşma imzalamışdı. Şirkət eyni zamanda fevral ayında Dubay Virtual Aktivlərin Tənzimləmə İdarəsindən (VARA) virtual aktiv xidmət təminatçısı lisenziyası alıb.//qaynar.az

  • Texnologiya nəhənglərindən xəbərdarlıq: Dünya üzrə internet kəsilə bilər

    NATO-nun hərbi komandirləri Rusiya tərəfindən dənizaltı internet kabellərinə yönələn şübhəli hücumların qlobal internet infrastrukturunu riskə atdığını bildiriblər.

    “Vodafone”, “Telefonica” və “Orange” kimi böyük telekommunikasiya şirkətləri son dövrlərdə artan diversiya hallarının kritik rabitə xidmətlərini təhlükə altına aldığını qeyd edərək, Böyük Britaniya, Avropa İttifaqı və NATO rəsmilərinə rəsmi xəbərdarlıq məktubları göndəriblər.

    Telekommunikasiya şirkətlərinin ortaq məktubunda bildirilib ki, dənizaltı kabellərdə baş verən zədələrin təsiri Avropanın çox kənarına qədər uzanır və bu zədələr qlobal interneti, beynəlxalq rabitəni, maliyyə əməliyyatlarını və digər mühüm xidmətləri kəsmə potensialına malikdir.

    Məktubda dünya üzrə beynəlxalq məlumat trafikin təxminən 95 faizini daşıyan 500-dən çox dənizaltı kabelin, uzaq yerləşmələri səbəbindən, qorunmasının çətin və bahalı olduğu vurğulanıb. Telekom şirkətləri bildiriblər ki, son altı ayda Baltik dənizində ən azı 11 dənizaltı kabelə ziyan dəyib. Oxşar hadisələrin Şimal dənizində də baş verdiyi qeyd olunub.

    “Kabel şəbəkəsi getdikcə daha müdafiəsiz hala gəlir”

    Şirkətlər dənizaltı kabel şəbəkələrinin bütövlükdə “kritik infrastruktur” kimi tanınmasını tələb edirlər. Sektor nümayəndələri Aİ, Böyük Britaniya və NATO arasında kəşfiyyat məlumatlarının paylaşımı, birgə monitorinq və nəzarət təşəbbüsləri ilə bağlı daha sıx əməkdaşlığa çağırış ediblər.

    Böyük Britaniya mərkəzli “The Telegraph” nəşrinin məlumatına görə, “Vodafone” kimi iri operatorlar on minlərlə kilometrlik dənizaltı kabel şəbəkəsinə sahib olduqları üçün bu təhdidlərdən xüsusilə təsirlənirlər.

    Birləşmiş Krallığın Milli Təhlükəsizlik Strategiyası üzrə Birgə Komitəsi dənizaltı infrastrukturun qorunması imkanlarını araşdırmaq üçün rəsmi təhqiqat başladıb. Komitənin sədri Mett Vestern bildirib:

    “Geosiyasi gərginliklər artdıqca, xarici dövlətlər bizi zəiflətmək üçün asimmetrik metodlar axtarırlar. İnternet kabel şəbəkəmiz getdikcə daha müdafiəsiz hala gəlir”.

    Böyük Britaniyanın müdafiə naziri Con Hili bu hadisələri Rusiyanın artan aqressiyasının bir göstəricisi adlandıraraq, ölkənin infrastrukturunu qorumaq üçün lazım olan tədbirlərin görüləcəyini vurğulayıb.

    Texnologiya şirkətlərinin Çin narahatlığı

    Dənizaltı kabel sistemlərinin təhlükəsizliyinə dair narahatlıqlar ABŞ-ın “Google”, “Facebook” və “Microsoft” kimi texnologiya nəhənglərinin bu infrastrukturlara artan sərmayələri fonunda daha da güclənib. Xarici KİV-lər Tayvan ətrafında baş verən oxşar hadisələr səbəbilə Çinin də diversiya fəaliyyətlərində iştirak edə biləcəyi ehtimalını gündəmə gətiriblər.

    Telekommunikasiya şirkətləri hökumətlərdən icazə proseslərinin sadələşdirilməsini və sektorla sıx əməkdaşlıq çərçivəsində risk əsaslı təhlükəsizlik tədbirlərinin hazırlanmasını tələb ediblər. Mütəxəssislər dənizaltı kabellərin təmir imkanlarının yetərli olduğunu, lakin artan diversiya cəhdlərinə qarşı əlavə tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.
    //qaynar.az

  • 125 il yaşadığını iddia edən insan sirrini açdı

    Bu ilin aprelində ad gününü qeyd edən uzunömürlü özünü yaxşı hiss etməyə kömək edən xüsusi pəhrizdən danışıb.

    AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Marselino Abad Tolentino dünyanın ən yaşlı insanı ola bilər. Belə ki, perulu uzunömürlü 1900-cü ilin aprelində anadan olduğunu iddia edir.

    O, hazırda Uanuko şəhərindəki qocalar evindədir. Ətrafdakılar onu tərcümədə “müdriklik” mənasını verən “masiko” çağırırlar.

    Bir çox işdə çalışan, valideynlərini erkən itirən, böyük tarixi hadisələrin şahidi olan bu şəxs daim fiziki fəaliyyətlə məşğul olduğunu qeyd edib. Təmiz havada çox gəzib, təbiəti öyrənib, kifayət qədər bitki mənşəli qida qəbul edib. Əslində Marselino hesab edir ki, onun uzunömürlü olması məhz qidalanma ilə bağlıdır.

    O izah edib ki, meyvə və tərəvəz onun gündəlik qida rasionunun bir hissəsi olub. Lakin gününü onsuz təsəvvür edə bilməyəcəyi bir məhsul var – bu, avokadodur. Qocalar evində aşpaz olan Dolores Perez, Marselinonun hər gün səhər yeməyinə avokado ilə başladığını söyləyib.

    O həm də öz ölkəsində yetişdirilənlərlə qidalanmağa üstünlük verib. Bununla belə, kişinin menyusuna çox vaxt quzu əti də daxil olub: o, əmindir ki, bu ət xüsusilə faydalıdır.

    Abad Tolentino sona qədər şəxsi fermasında yaşayıb, yalnız özünə qulluq etmək qabiliyyətini itirəndən sonra qocalar evinə köçüb. Bu barədə “Mirror” yazır.

    Perulu uzunömürlülüyün əsas meyarları kimi düzgün qidalanma, fiziki aktivlik və müsbət əhvali-ruhiyyəni göstərib.

  • 2025-ci ildə dünyanın ən bahalı şəhərləri (SİYAHI)

    Heç kimə sirr deyil ki, planetin müxtəlif yerlərində şəhərlərdə yaşamaq ildən-ilə daha da bahalaşır. Sərvət miqrasiyasını araşdıran “Henley&Partners” şirkəti hər il hansı şəhərlərin ən bahalı olduğu barədə hesabat dərc edir. Builki reytinqdə heç bir şəhər sürpriz olmayıb.

    Qaynarinfo xəbər verir ki, siyahı 100-200 kv m sahəsi olan “birinci dərəcəli” mənzilin kvadratmetrinin orta qiyməti əsasında tərtib edilib. Reytinqdə bu ölçüdə mənzillərin hər kvadrat metri 38 800 dollardan yuxarı olan Monako başçılıq edir.

    Qeyd edilib ki, bu şəhərdə adambaşına düşən rifah səviyyəsi ən yüksəkdir və ümumilikdə, sakinlərin 40%-dən çoxu milyonçudur: dünyanın bütün şəhərləri arasında ən yüksək nisbət.

    İkinci yerdə elit mənzilin orta qiyməti hər kvadratmetr üçün 27500 dollar olan Nyu-Yorkdur. Bu şəhər həm də dünyanın ən zəngin şəhərləri reytinqinə başçılıq edir, çünki burada təxminən 384.500 milyoner yaşayır.

    İlk beşliyi Honq-Konq, London və Saint-Jean-Cap-Ferrat tamamlayır. Lakin maraqlısı odur ki, Fransa əslində dünyanın ən bahalı şəhərlərinin tam siyahısında ən çox şəhərə malikdir – Paris, Saint-Jean-Cap-Ferrat, Nitsa, Kann, Antibes və Eze ilk 20-likdə, ABŞ isə ikinci yerdədir.

    Dnyanın ən bahalı şəhərlərinin TOP-10 reytinqi belə görünür:

    1. Monako
    2. Nyu York
    3. Honq Konq
    4. London
    5. Saint-Jean-Cap-Ferrat
    6. Paris
    7. Sidney
    8. Palm Beaç
    9. Mayami çimərliyi
    10. Los Anceles

  • Глава евродипломатии призвала страны ЕС увеличить военную помощь Украине

    Страны ЕС выделили Украине военную помощь в объеме €23 млрд на 2025 год. Но необходимо нарастить поддержку данной стране.

    Об этом сообщила глава евродипломатии Кая Каллас на пресс-конференции по итогам министерской встречи в Люксембурге.

    “Страны ЕС уже выделили €23 млрд Украине. В прошлом году они выделили €20 млрд, однако вместе с США – это было до €40 млрд”, – заявила она.

  • Kallas Aİ ölkələrini Ukraynaya hərbi yardımı artırmağa çağırıb

    Avropa İttifaqı (Aİ) ölkələri 2025-ci ildə Ukraynaya 23 milyard avro həcmində hərbi yardım ayırıb, lakin bu ölkəyə dəstəyi artırmaq lazımdır.

    Bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Lüksemburqda keçirilən nazirlərin görüşündən sonra mətbuat konfransında bildirib.

    “Aİ ölkələri artıq Ukraynaya 23 milyard avro ayırıb. Keçən il onlar tərəfindən 20 milyard avro ayrılmışdı və ABŞ ilə birlikdə bu məbləğ 40 milyard avroya qədər idi”, – o qeyd edib.

  • В Гяндже четыре человека госпитализированы с подозрением на пищевое отравление

    В Гяндже с подозрением на пищевое отравление госпитализированы четыре человека, включая одного ребенка.

    Пострадавшие, по предварительным данным, могли отравиться пищей, употребленной в одном из местных ресторанов.

    Предположительно, речь идет о шаурме.

    Госпитализированными являются Н.Джаббарова (1990 г.р.), Н.Гулиева (2007 г.р.), Х.Мехтиева (1988 г.р.) и пятилетний ребенок, имя которого не приводится.

    По факту проводится расследование.