Month: April 2025

  • Qəbələdə qadın hamamda qəfil ürək tutmasından ölüb

    Qəbələdə qadın hamamda qəfil ürək tutmasından ölüb.

    Hadisə ötən gün Qəbələ şəhər İ.Qutqaşınlı küçəsində qeydə alınıb.

    Belə ki, aprelin 13-də Xatirə Hacıbalayevanın meyiti yaşadığı mənzilin hamam otağında aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Китай и США в январе-марте увеличили товарооборот до $154,58 млрд

    Объем китайско-американской торговли в январе – марте увеличился на 2,9% в годовом исчислении и достиг $154,58 млрд.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщило Главное таможенное управление (ГТУ) КНР.

    По его данным, в первом квартале Китай увеличил экспорт в США на 4,5%, до $115,61 млрд. Показатель импорта из Соединенных Штатов снизился на 1,4% и составил $38,97 млрд.

    При этом китайско-российский товарооборот за отчетный период сократился на 6,6% в годовом исчислении и составил $53,21 млрд.

  • Çinin ABŞ ilə ticarəti 3 % artıb

    Bu ilin yanvar-mart aylarında Çin ABŞ ilə ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 % çox – 154,58 milyard ABŞ dolları dəyərində ticarət aparıb.

    Bu barədə Çinin Baş Gömrük İdarəsi (BGİ) məlumat yayıb.

    Məlumata görə, I rübdə Çinin ABŞ-yə ixracının dəyəri 115,61 milyard dollar (4,5 % çox), bu ölkədən idxalının dəyəri isə 38,97 milyard dollar (1,4 % az) təşkil edib.

    Eyni zamanda, hesabat dövründə Çin – Rusiya əmtəə dövriyyəsi illik müqayisədə 6,6 % azalaraq 53,21 milyard ABŞ dolları olub.

  • В Абшеронском районе совершено убийство

    В поселке Фатмаи Абшеронского района совершено убийство 52-летнего мужчины.

    Убитым оказался житель поселка Мехтиабад Ифтихар Гашимов.

    Сотрудники правоохранительных органов уже задержали подозреваемого в преступлении.

    По факту начато расследование, обстоятельства произошедшего выясняются.

  • Abşeronda 52 yaşlı kişi öldürülüb

    Abşeron rayonunda 52 yaşlı kişi qətlə yetirilib.

    Hadisə Fatmayı qəsəbəsində qeydə alınıb.

    Mehdiabad qəsəbəsinin sakini İftixar Həşimov tanımadığı biri tərəfindən qətlə yetirilib.

    Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • SOCAR усилил меры безопасности на производстве из-за непогоды

    Госнефтекомпания Азербайджана (SOCAR) усилила меры безопасности на производственных объектах ПО “Азнефть” в связи с прогнозируемым ухудшением погодных условий.

    Об этом сообщили в пресс-службе SOCAR.

    “В целях защиты здоровья сотрудников в рамках действующих норм труда реализованы необходимые меры. Во всех производственных зонах проводится разъяснительная работа, обстановка находится под постоянным контролем”, — говорится в сообщении.

    Согласно метеопрогнозу, в ночь с 14 на 15 апреля в Баку и на Абшеронском полуострове ожидаются дожди, грозы и усиление ветра. 16 апреля прогнозируются интенсивные осадки, что может привести к подтоплениям в некоторых районах полуострова.

  • SOCAR hava şəraiti ilə bağlı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib

    Ölkə ərazisində hava şəraitinin dəyişməsi, küləkli və qeyri-sabit keçməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

    Bu barədə SOCAR-dan bildirilib.

    Bildirilib ki, əmək normaları çərçivəsində işçilərin sağlamlığının qorunması məqsədilə zəruri tədbirlər həyata keçirilib: “Bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət daim nəzarətdə saxlanılır”.

    Xatırladaq ki, Bakı və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı, yağışın leysan xarakterli olacağı, arabir intensivləşəcəyi gözlənilir. Aprelin 16-da yağışın aramsız güclü olacağı ehtimalı yüksəkdir. Prosesin şimşək və güclü küləklə müşayiət olunacağı gözlənilir. Gözlənilən intensiv və güclü yağışla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində subasma halları istisna olunmur.

  • Bir neçə avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyənləşib

    “Bakı-Siyəzən” şəhərlərarası, 105 və 216 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqənin qaliblərini müəyyən edib.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

    Bildirilib ki, “Bakı-Siyəzən” marşrutu üzrə fiziki şəxs Qurbanov Ariz Məmmədhüseyn oğlu, 105 nömrəli şəhərətrafı (C.Naxçıvanski küçəsi – Balaxanı qəsəbəsi) marşrut üzrə hüquqi şəxs “Bus Service” MMC, 216 nömrəli şəhərətrafı (“Koroğlu” metrostansiyası – Balaxanı qəsəbəsi) marşrut üzrə hüquqi şəxs “General Auto Company” komissiya üzvləri tərəfindən qalib elan olunublar.

    Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

    Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

  • DİN-dən azyaşlının döyülərək görüntüsünün paylaşılması ilə bağlı AÇIQLAMA

    Sumqayıtda azyaşlı qız döyülüb, videoya çəkilib, görüntülər sosial şəbəkədə paylaşılıb.

    Hadisənin Sumqayıt ərazisində baş verdiyi və həmyaşıdına şiddət göstərən qızın da şəhər sakini olduğu iddia edilir.

    DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Baku.ws-ə bildirib ki, sosial şəbəkələrdə azyaşlılar arasında baş verən mübahisəni əks etdirən görüntülərlə bağlı araşdırma aparılır:

    “Tərəflər müəyyən olunub. Onlar polis orqanına dəvət olunublar. Polis əməkdaşları tərəfindən mübahisə ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir”.

  • “Pakistan International Airlines” Lahordan Bakıya birbaşa uçuşları bərpa edir

    “Pakistan International Airlines” (PIA) aprelin 20-dən Lahordan Bakıya birbaşa reysləri bərpa edəcək.

    Bu barədə aviadaşıyıcının saytında məlumat verilib.

    Uçuşlar həftədə iki dəfə bazar və çərşənbə günləri yerinə yetiriləcək.

    Lahordan uçuş yerli vaxtla saat 11:50-də, Bakıya eniş yerli vaxtla saat 15:30-da olacaq.

    Səyahət vaxtı 4 saat 40 dəqiqə olacaq.