Month: April 2025

  • Обнаружены спрятанные от таможни лекарства

    На таможенном посту “Красный мост” Товузского таможенного управления был проведен досмотр грузового автомобиля, прибывшего из Грузии в Азербайджанскую Республику.

    Об этом сообщает Median.Az со ссылкой на Государственный таможенный комитет АР.

    Сообщается, что в ходе проверки в прицепе транспортного средства было обнаружено 1 390 коробок и 240 конвалют лекарственных средств различных наименований, скрытых от таможенного контроля.

    По данному факту ведется расследование.

  • Gömrükdən gizlədilən dərmanlar aşkar edildi

    Tovuz Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

    Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda gömrük nəzarətindən gizlədilən müxtəlif adlarda – 1 390 qutu, 240 konvalyut dərman preparatları aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Azyaşlı qızına cinsi zorakılıq edən sevgilisini bıçaqladı – Bakıdakı dəhşətli cinayətin TƏFƏRRÜATI

    Bakıda tükürpədən cinayət hadisələrindən daha biri üzrə məhkəmə araşdırması başa çatıb.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu cinayətin təqsirlisi 37 yaşlı kişi, zərərçəkmişi isə 9 yaşlı uşaqdır.

    İttihama görə, 9 yaşlı Ayla (bütün ad-soyadlar şərtidir – red.) anasının nikahdankənar münasibətdə olduğu kişi tərəfindən seksual xarakterli zorakılığa məruz qalıb.

    Özü də bu hal bir dəfə baş verməyib. Təqsirləndirilən Ramin Əsədov Aylaya qarşı nalayiq hərəkətləri əsasən anası içkili vəziyyətdə yuxuda olarkən edib. Azyaşlı başına gələnləri anasına deməkdən qorxduğu üçün susmaq məcburiyyətində qalıb.

    Növbəti dəfə Ramin eyni hərəkəti edərkən Aylanın anası bunu görüb. Həmin vaxt ana əsəblərini cilovlaya bilməyərək “niyə belə etdin, niyə etdin?” – deyərək Ramini bıçaqlayıb. Sonuncu qan içində özünü təcili yardıma çatdıra bilib. Məhkəmə hökmü ilə qadına həbslə bağlı olmayan cəza verilib.

    Təqsirləndirilən Ramin isə ittiham edildiyi 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri – on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə razılaşmayıb. O, birlikdə yaşadığı qadının ondan 300 manat pul istədiyini, məbləği vermədiyi zaman isə ona şər atdığını deyib.

    Bakı Ağır Cinayətlər Məhkəməsi zərərçəkmişi, qanuni nümayəndəni və şahidləri dinlədikdən sonra müttəhimi ittihamla təqsirli bilib. Hökmə əsasən, Ramin 16 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

  • Минобороны Азербайджана опровергло информацию армянской стороны

    В Минобороны Азербайджана опровергли заявления армянской стороны о якобы обстреле азербайджанской армией населенного пункта Ханазах.

    Об этом сообщает управление по связям со СМИ и общественностью оборонного ведомства АР.

    Информация об обстреле населенного пункта, в результате чего также якобы был нанесен ущерб центру культуры, безосновательна, не соответствует действительности и является дезинформацией, говорится в заявлении.

    “Подразделения азербайджанской армии не открывали огонь в указанном направлении. Еще раз заявляем, что подразделения азербайджанской армии никогда не открывают огонь по гражданскому населению и гражданским объектам.

    Наша армия принимает адекватные меры только в ответ на провокации вооруженных сил Армении, подвергающих обстрелу наши позиции”, – отметили в Минобороны.

    В ведомстве также подчеркнули, что распространяя подобную дезинформацию, армянская сторона пытается сформировать у международного сообщества ложное представление и стремится скрыть свои провокации, которые совершает за последние дни, регулярно подвергая позиции азербайджанской армии обстрелам с различных направлений.

  • Ermənistan müdafiə nazirliyi növbəti dəfə dezinformasiya xarakterli məlumat yayıb

    “Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və nəticədə mədəniyyət mərkəzinə zərər yetirilməsi barədə Ermənistanın yaydığı məlumatın real əsası yoxdur, yalandır və tamamilə dezinformasiya məqsədi daşıyır”.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə heç bir atəş açılmayıb:

    “Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və obyektlərə atəş açmır.

    Ordumuz yalnız mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı adekvat cavab tədbirləri görür.

    Qarşı tərəf həqiqəti əks etdirməyən bu cür dezinformasiyalar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa, son günlər mövqelərimizi müxtəlif istiqamətlərdən mütəmadi olaraq atəşə tutmaqla törətdikləri təxribatlarını gizlətməyə cəhd edir”.

  • Объявлен список азербайджански бойцов-участников предстоящего турнира UFC в Баку

    Азербайджан впервые примет всемирно известный турнир UFC (Ultimate Fighting Championship). Уже объявлены некоторые бойцы, которые примут участие в предстоящем состязании.

    По информации Oxu.Az, в турнире, который пройдет в Баку, помимо Рафаэля Физиева и Назима Садыгова также примут участие Таир Абдуллаев (17-3), Мухаммедали Османлы (9-0) и Асаф Чопуров (7-0).

    Напомним, участие Тофика Мусаева в бакинском турнире UFC будет подтверждено в ближайшие дни.

  • Bakıda keçiriləcək UFC turnirində iştirak edəcək döyüşçülərimizin siyahısı bəlli olub

    Azərbaycan ilk dəfə dünyaca məşhur UFC (Ultimate Fighting Championship) turnirinə ev sahibliyi edəcək. Turnirdə iştirak edəcək idmançılardan bəziləri bəlli olub.

    Bakıda keçiriləcək turnirdə Rafael Fiziyev və Nazim Sadıqovdan başqa, Tahir Abdullayev (17-3), Məhəmmədəli Osmanlı (9-0), Asəf Çopurov (7-0) da iştirak edəcək.

    Xatırladaq ki, Tofiq Musayevin də Bakıda təşkil olunacaq UFC turnirində iştirakı yaxın günlərdə təsdiqlənəcək.
    //oxu.az

  • Artur Abramyan: “İrəvandan göndərilən pulları Koçaryan qəbul edir, paylamaq üçün Petrosyana verirdi”

    “Murad Petrosyanın qrupunda “Əfqan” ləqəbli Artur, həmçinin Sasun, Aşot, Samvel və Karo adlı erməni şəxslər də olublar”.

    Bu sözlər iş üzrə şahid qismində dindirilmiş Artur Abramyanın bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində elan olunan ifadəsində yer alıb.

    O, Samveldən eşidib ki, Şuşa şəhərinə raketi Topxana meşəsindən sonuncunun özü, Aşot, Karo, Sasun və Artur atıblar. Onların məqsədi Şuşa şəhər əhalisini məhv etmək olub. Azərbaycan ərazilərində olan erməni silahlı birləşmələrinə maddi yardım İrəvan şəhərindən edilib, pul vəsaitlərini Ermənistan Ali Sovetinin sədri Ter-Petrosyanın müavini Vazgen Manukyan öz adamları vasitəsilə helikopterlə Azərbaycanın suveren ərazilərinə göndərib. Pulları Xankəndidə Robert Koçaryan qəbul edərək paylayıb. Robert Koçaryan onun yanında Murad Petrosyana dəfələrlə pul verib. M.Petrosyan isə həmin vəsaitləri Azərbaycan torpaqlarında fəaliyyət göstərən erməni silahlı birləşmələrinin üzvlərinə paylayıb. 1989-cu il oktyabrın əvvəllərində M.Petrosyan özünə məxsus qrupun üzvləri olan Akop, Abo, Slavik, Aşot və Qaqo ilə görüşüb, Şuşa şəhərini blokadaya salmaq üçün onların yol üzərindəki körpünü partlatmalı olduqlarını deyib.

    1991-ci il iyunun 28-də və 29-da şahid qismində videoçəkilişlə keçirilmiş əlavə dindirmə zamanı Artur Abramyan ilkin ifadəsi ilə oxşar məzmunlu ifadə verib. O, ifadəsində bir daha münaqişə zamanı Azərbaycan ərazilərində qanunsuz silahlı birləşmələrə maddi yardımın Ermənistan Ali Sovetinin sədri Ter-Petrosyanın müavini Vazgen Manukyan tərəfindən edildiyini, pul vəsaitlərini Xankəndidə Robert Koçaryanın qəbul etdiyini bildirib.

  • В Кельбаджарском районе перевернулся автомобиль, скончалась военнослужащая

    В Кельбаджарском районе произошло дорожно-транспортное происшествие со смертельным исходом.

    Как сообщает Qafqazinfo, водитель автомобиля Nissan Pathfinder потерял управление, и транспортное средство перевернулось.

    В результате аварии скончалась находившаяся за рулем Илаха Шахвердиева (1983 г.р.).

    Обстоятельства происшествия выясняются.

    По предварительным данным, погибшая в аварии И.Шахвердиева была военнослужащей. Она служила прапорщиком в N-ской воинской части.

  • Kəlbəcərdə maşın aşdı, qadın hərbçi öldü

    Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, “Nissan Pathfinder” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə sürücü 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyeva həlak olub.

    Hadisənin təfərrüatı araşdırılır.

    Əldə edilən məlumata görə, qəzaya düşərək həlak olan İ.Şahverdiyeva hərbçidir. O, “N” saylı hərbi hissədə gizir kimi xidmət göstərirmiş.