Month: April 2025

  • По горным рекам пройдет сель – ПРЕДУПРЕЖДЕНИЕ

    В ночь с 14 на 15 апреля в районах Азербайджана в результате прохождения холодного атмосферного фронта через территорию страны погодные условия будут нестабильными.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов.

    15 апреля на отдельных территориях (районы Большого и Малого Кавказа) ожидается усиление осадков, особенно сильными они будут в северных и восточных районах (Балакен-Шеки, Горный Ширван, Губа-Гусар).

    16 апреля вероятность непрерывных сильных дождей высока.

    Существует вероятность, что процесс будет сопровождаться грозами, выпадением града, в горных районах ожидается снег. 15-16 апреля западный ветер усилится до 15-20 м/с, в некоторых местах временами до 25-30 м/с.

    В связи с процессом с 14 на 15 апреля и до 17 апреля ожидается сохранение высокого уровня воды на трансграничных и большинстве местных рек страны, в основном по горным рекам пройдут сели и наводнения.

  • Dağ çaylarından sel keçəcək – XƏBƏRDARLIQ

    Azərbaycan rayonlarında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq ölkə ərazisindən soyuq atmosfer cəbhəsinin keçməsi nəticəsində hava şəraitinin qeyri-sabit, yağıntılı keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

    Bildirilib ki, aprelin 15-də bəzi yerlərdə yağıntıların intensivləşəcəyi (Böyük və Kiçik Qafqaz rayonları), əsasən şimal və şərq rayonlarında (Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar) güclü olacağı gözlənilir.

    Aprelin 16-da isə prosesin daha da kəskinləşəcəyi, leysan yağışının aramsız, əksər rayonlarda intensiv və güclü olacağı ehtimalı yüksəkdir.

    Prosesin şimşəklə müşayiət olunacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Aprelin 15-16-da qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

    Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq 17-dək gözlənilən proses ilə əlaqədar transsərhəd və ölkənin əksər yerli çaylarında yüksək sululuğun davam edəcəyi, əsasən dağ çaylarından sel və daşqın keçəcəyi gözlənilir.

  • Həbs edilən sabiq məmurun şok əməlləri – 6.5 milyonluq fırıldaq

    Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşı, 1983-cü il təvəllüdlü Vüsal Əliyevin məhkəməsi yekunlaşıb.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə onun saxta əmək kitabçaları, şəxsiyyət vəsiqələri və digər sənədlər hazırlayaraq ayrı-ayrı vətəndaşlara əsassız olaraq güzəştli şərtlərlə ailə başçısını itirməyə və ya yaşa görə əmək pensiyalarının təyin olunmasına nail olması, nəticədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna məxsus ümumilikdə 6.5 milyon manatdan artıq pul vəsaitini ələ keçirməsi bildirilib. V.Əliyev əsasən güzəştli kateqoriyalı şəxslərə aid sənədləri saxtalaşdırmağa və özünün müəyyən etdiyi şəxslərə xüsusilə külli miqdarda pensiyanın köçürülməsinə nail olub. Pensiya köçürülmüş şəxslər arasında onun baldızı və digər qohumları, eləcə də tanışları da var.

    Pullar 2019-cu ilədək müxtəlif bankomatlarda nağdlaşdırılıb. Müəyyən edilib ki, 6.5 milyon manat pul müvafiq olaraq ümumilikdə 16 161, 192 987, 81 066, 293 795, 110 927, 96 089, 410 568, 751 192, 228 974, 217 004, 97 843, 155 097, 119 395, 390 621, 142 157, 56 424, 173 310, 637 490, 338 924, 35 085, 361 072, 152 218, 128 944, 137 143, 221 818, 320 611, 218 290, 99 559, 107 462, 50 872, 40 856, 16 183, 94 369, 11 413, 16 812 və 9 381 manat olmaqla 40-a yaxın şəxsin adına olan kartlara köçürülüb. Bəzi şəxslərin adına saxta yollarla hazırlanmış pensiya sənədləri əsasında 751. 637 min manat kimi böyük məbləğin köçürülməsi diqqət çəkir.

    Vüsal Əliyevə münasibətdə Cinayət Məcəlləsinin 178.4 (dələduzluq xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313 (vəzifə saxtakarlığı), 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) və digər maddələri ilə yekun ittiham irəli sürülüb.

    Məhkəmə ona 14 il altı ay həbs cəzası verib. Həmçinin ondan müsadirə edilmiş 270 min manat dövlət hesabına köçürülüb. Bundan başqa Vüsal Əliyevdən beş milyon 656 min manat pulun tutularaq DSMF-nin hesabına köçürülməsi də hökmdə yer alıb.

    Qeyd edək ki, V.Əliyev 16 avqust 2019-cu ildə həbs edilib. O, 2006-2010-cu illərdə DSMF-nin Səbail Rayon Şöbəsinin pensiya təyinatı sektorunda məsləhətçi və aparıcı məsləhətçi, 2013-2015-ci illərdə isə qurumun Suraxanı Rayon Şöbəsinin pensiya təyinatı sektorunda baş məsləhətçi vəzifələrində işləyib.

    Xatırladaq ki, həbs edildikdən sonra V.Əliyev onun əleyhinə ifadə vermiş keçmiş iş yoldaşını sifarişlə döydürərək bıçaqlatdırıb.

  • Мошенник, выдававший себя за эксперта по недвижимости, осужден на 8 лет

    В Баку вынесен приговор Мирдамеду Азизову, обвиняемому во взяточничестве и присвоении полномочий должностного лица.

    Как сообщает Qaynarinfo, Мирдамед Азиз оглу Азизов (1989 г.р.), выдавая себя за эксперта по недвижимости, путем обмана и злоупотребления доверием завладел в общей сложности 431 600 манатами, принадлежащими 26 лицам. Своими действиями он совершил мошенничество в особо крупном размере.

    Подсудимый выступал в качестве эксперта в области купли-продажи квартир на телевидении, в печатных СМИ и социальных сетях. По этой причине многие люди, надеясь приобрести квартиру, обращались к нему. С начала 2022 года Азизов, работавший в офисе в Ясамальском районе, говорил гражданам, желающим купить квартиру, что у него якобы есть связи с должностными лицами в Государственном агентстве жилищного строительства (MİDA). Он обещал помочь этим лицам в выделении квартир за определенную сумму.

    Обвиняемый в своих показаниях заявил, что заранее получил информацию о системе “Льготное жилье” MİDA и подробно разъяснил принцип работы этой системы приходящим к нему гражданам. Он обещал зарегистрировать потерпевших в MİDA под видом включения их в программу, называемую “инвестор”.

    Мирдамед Азизов, завоевав таким образом доверие граждан, собрал в общей сложности 431 600 манатов с 26 человек под предлогом покупки квартир в жилом комплексе “Ени Ясамал” (Yeni Yasamal) и потратил эти средства на личные нужды. В суде он заявил, что раскаивается в содеянном. Он принимал граждан в своем офисе в поддельной “генеральской” форме, вызывая у них доверие и забирая их деньги.

    Решением суда Мирдамед Азизов признан виновным по статьям 178.3.2 (мошенничество, совершенное с причинением крупного ущерба) и 310 (присвоение полномочий должностного лица) Уголовного кодекса Азербайджанской Республики и приговорен к 8 годам лишения свободы. Он будет отбывать наказание в исправительном учреждении общего режима.

  • Bakıda yarım milyon manat mənimsəyən “general”a hökm oxundu

    Bakıda rüşvət alma və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməkdə ittiham olunan Mirdaməd Əzizova hökm oxunub.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Mirdaməd Əziz oğlu Əzizov özünü əmlak eksperti kimi təqdim edərək, 26 nəfərə məxsus ümumilikdə 431600 manat məbləğində pulu aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib. O, bu əməlləri ilə külli miqdarda dələduzluğa yol verib.

    Mirdaməd Əzizov mənzillərin alqı-satqısı sahəsində televiziyalarda, yazılı mətbuatda və sosial şəbəkələrdə ekspert kimi çıxış edib. Bu səbəbdən bir çox şəxs mənzil əldə etmək ümidi ilə ona müraciət edib. 2022-ci ilin əvvəllərindən etibarən Yasamal rayonunda yerləşən ofisində fəaliyyət göstərən Əzizov mənzil almaq istəyən vətəndaşlara guya Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) çalışan vəzifəli şəxslərlə əlaqələri olduğunu deyib. O, müəyyən məbləğ qarşılığında həmin şəxslərə mənzil ayrılmasında köməklik göstərəcəyini vəd edib.

    Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, əvvəlcədən MİDA-nın “Güzəştli mənzil” sistemi barədə məlumat əldə edib və yanına gələn vətəndaşlara bu sistemin iş prinsipi barədə ətraflı izahat verib. O, zərərçəkmiş şəxsləri MİDA-nın qeydiyyatına salmaq adı ilə onları guya “investor” adlı proqrama daxil edəcəyini vəd edib.

    Mirdaməd Əzizov bu yolla vətəndaşların etimadını qazanaraq, “Yeni Yasamal” yaşayış kompleksindən mənzil almaq bəhanəsi ilə 26 nəfərdən ümumilikdə 431600 manat pul toplayıb və bu vəsaiti şəxsi ehtiyaclarına xərcləyib. Məhkəmədə etdiyi əməldən peşman olduğunu bildirib. O, özünə məxsus ofisdə saxta “general” geyimində vətəndaşları qəbul edərək onlarda inam yaradıb və pullarını alıb.

    Məhkəmənin qərarı ilə Mirdaməd Əzizov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirli bilinərək səkkiz il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

  • Azərbaycanda tələbə vəfat edib – FOTO

    Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznes və Menecment” fakültəsinin tələbəsi Fuad Mirzəyev vəfat edib.

    Bu barədə universitet məlumat yayıb.

    Bildirilib ki, tələbənin ölümünə ürək çatışmazlığı səbəb olub.

  • Ərini qonşusuna qısqandı: Məhkəməlik oldular (TƏFƏRRÜAT)

    Naxçıvanda iki qadının mübahisəsi dava ilə nəticələnib.

    Median.Az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə Şərur rayonunun kəndlərindən birində baş verib. 1982-ci il təvəllüdlü Əfsanə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Sevilə (adlar şərti verilib – red.) xəsarət yetirib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib.

    Təqsirləndirilən şəxs qismində izahat verən Əfsanə bildirib ki, Şərur rayonunun kəndində yaşayır: “İki ildir kənd mədəniyyət evində xadimə işləyirəm. Çalışdığım yerin yaxınlığındakı mağazada Sevil adlı həmkəndlimlə aramızda tez-tez mübahisə olur. O, əri İntiqamla münasibət qurduğumu deyir. Halbuki aramızda heç nə yoxdur”.

    Əfsanə qeyd edib ki, bu il fevralın 18-də təxminən saat 14 radələrində iş yerinə gedəndə Sevil onu görüb: “Mənim barəmdə nalayiq ifadələr işlətməyə başladı. Kənarda adamların dayandığını görüb ona heç nə demədim.

    Axşam işdən çıxıb evimə gəldim. Həyəti süpürəndə Sevilin yolla evlərinə getdiyini gördüm, onu səslədim, günorta nə üçün mənə söz atdığını soruşdum. O, yenə nalayiq ifadələr işlətdi. Qızım Aysu yanımıza gəldi. Sevil onun saçından tutdu, ünvanına nalayiq sözlər dedi. Mən araya girdim, Sevilin saçından tutdum. O da mənim saçımdan yapışdı. Aysu oradan uzaqlaşıb evə getdi. Sevillə biz dalaşdıq, bir-birimizi vurduq. Axırda mən yerdən şifer parçasını götürüb onun çiyninə zərbə endirdim. Davamız bitdi, mən evimə getdim”.

    Zərərçəkmiş qismində ifadə verən Sevilin sözlərinə görə, Şərur rayonunun kəndində ticarət mərkəzində satıcı işləyir: “Fevralın 15-də bibim qızı Ləman vəfat etdiyindən üç gün kənddə olmadım. Fevralın 18-də kəndə qayıtdım, ticarət mərkəzində işimə davam etdim. Saat 18-də işdən çıxdım ki, evə gedim. Yolda qonşum Məmmədlə qarşılaşdım, o, televizorumuzda kanallar itdiyindən məndən kanalların yığılıb-yığılmadığını soruşdu.

    Bu barədə söhbət edə-edə evə doğru getməyə başladıq. Əfsanəgilin evinin önündən keçəndə onun qızı və oğlu ilə küçədə dayandığını gördüm. Əfsanə Məmmədə “sən get, mənim Sevillə söhbətim var” dedi. Məmməd də getdi”.

    Sevilin ifadəsinə görə, Əfsanə onu niyə orda-burda haqqında danışdığı barədə sorğu-sual edib: “Dedim, sənin haqqında heç nə danışmamışam, bunu sənə kim deyir? Qızı mənim üzərimə gəldi, saçımdan tutub yolmağa başladı. Məni yerə yıxıb üzərimə çıxdılar. Əfsanə məndən iri olduğundan ona gücüm çatmadı. Amma qızının saçını yolmağa başladım. Yerdə olarkən bədən və ayaq nahiyəmə zərbələr endirməyə başladılar.

    Cibimdən necə çıxdığını bilmədim, amma mobil telefonumu Əfsanənin qızı götürüb yerə çırpdı. Avtomobili ilə yaxınlıqdan keçən qonşumuz Səid mənim döyülməyimi gördü, maşını saxladı, məni onların əlindən aldı. Məni maşına mindirib evimə apardı. Oğlum Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək döyülməyim barədə polisə məlumat verdi”.

    Şərur Rayon Məhkəməsinin qərarı ilə Əfsanə 350 manat məbləğində inzibati qaydada cərimə edilib.

  • Штормовое предупреждение: на Каспии ожидаются ураган и высокие волны

    Центр управления движением судов Государственного морского и портового агентства (ГМПА) выпустил предупреждение для судов в связи с ожидаемыми неблагоприятными погодными условиями на Каспийском море.

    Об этом сообщает Median.Az со ссылкой на пресс-службу ГМПА.

    Согласно прогнозу, с 15 по 17 апреля в акватории Каспийского моря ожидается сильный северо-западный ветер, который будет продолжаться до дневных часов 17 апреля. В эти дни максимальные порывы могут достигать 18-23 м/с, временами – 25-30 м/с.

    Ожидается, что высота волн составит 2-3 метра, а в дальнейшем может достичь 4-6 метров.

  • Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ EDİLİB

    Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

    Bu barədə DDLA məlumat yayıb.

    Bildirilib ki, xəbərdarlığa əsasən, aprelin 15-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi aprelin 17-si gündüz saatlarına kimi davam edəcək.

    Məlumata görə, həmin günlər ərzində şimal-qərb küləyinin sürətinin 18-23 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

    Dalğanın hündürlüyünün isə 2-3 m, sonrakı inkişafda 4-6 m çatacağı proqnozlaşdırılır.

  • Bakıda qızına qarşı seksual zorakılıq edən atanın İFADƏSİ: “Falçı demişdi”

    Bakıda 44 yaşlı ata doğma qızına qarşı seksual xarakterli hərəkətlər edib. Məlumata görə, 2007-ci il təvəllüdlü qız son 3 il ərzində mütəmadi olaraq bu cür zorakılığa məruz qalıb.

    Median.Az Musavat.com-a istinadla xəbər verir ki, ata özünü təqsirli bilməyib.

    O deyib ki, qızını ona qarşı ifadə verməyə anası və əmisi məcbur edib.

    Qasım (ad şərtidir) bildirib ki, qızı başqa oğlanlarla danışıb və erkən yaşda evlənmək istəyib. Buna görə qızını iki dəfə döyüb. Onun sözlərinə görə, qızı, həmçinin bunun qisasını ondan alıb.

    Məhkəmədə zərərçəkmiş kimi dindirilən qız deyib ki, atası dəfələrlə onu öpmək, ona toxunmaq istəyib. Lakin müqavimət göstərərək buna imkan verməyib.

    “Atam bir dəfə mənə dedi ki, falçıya gedib. Guya falçı atama deyib ki, ailəmizin üstündə qara buludlar var. Həmin qara buludların dağılması üçün guya atam məni öpməli, qucaqlamalı imiş”, – deyə zərərçəkmiş qız ifadəsində göstərib.

    Qızın sözlərinə görə, bir gün televiziyada atanın övladına qarşı zorakılıq etməsi barədə xəbər izləyib:

    “Qız atasını gizli videoya çəkib polisə şikayət etmişdi. Mən də atamın səsini yazıb ondan şikayət etdim”.

    Zərərçəkmiş qız əlavə edib ki, iki dəfə ona elçi gəliblər. Lakin ərə getməyə razılaşmayıb.

    Məhkəmə atanın qızına qarşı seksual xarakterli hərəkətlər etməsini etiraf etdiyi səs yazılarını da sübut kimi araşdırıb. Həmin səs yazılarında ata qızına falçının istəyi ilə münasibətdə olmalarının vacibliyini deyir.

    Qızına qarşı seksual xarakterli hərəkətlər edən şəxs məhkəmənin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.