Month: April 2025

  • İki minə yaxın əcnəbi saxlanıldı – Müxtəlif vədlərlə aldadılaraq Azərbaycana gətirilibmişlər (VİDEO)

    Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma, yaşama, işə cəlb olunma qaydaları və digər müvafiq inzibati hüquqpozmalarla bağlı 2025-ci ilin 1-ci rübü ərzində ümumilikdə 4366 qərar qəbul edilib.

    Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, barəsində inzibati qərar qəbul edilən əcnəbilərdən 1954 nəfəri Dövlət Miqrasiya Xidməti tərəfindən tənzimlənməyən miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı saxlanılıb. Onların ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat ünvanı üzrə yaşamadığı müəyyənləşdirilib.

    Miqrasiya qanunvericiliyini pozan 502 əcnəbi Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb, digərlərinin ölkə ərazisində yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təmin olunub.

    Bu dövrdə aparılmış araşdırmalar zamanı 5 halda əcnəbilərin müxtəlif vədlərlə aldadılaraq ölkə ərazisinə gətirildikləri, gəldikdən sonra isə müəyyən məbləğdə ödəniş qarşılığında qanunsuz yollarla onlara ölkə ərazisində iş və müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin alınmasına cəhdlər edildiyi müəyyən edilib. Həmin hallar üzrə toplanmış sübutlar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərilib.

    Dövlət Miqrasiya Xidməti tərəfindən tənzimlənməyən miqrasiyaya qarşı tədbirlər fasiləsiz davam etdirilir.

  • Superkompüter Türkiyə Super Liqasının qalibi olacaq komandanın adını açıqladı

    Superkompüter bu mövsüm üçün Türkiyə Super Liqasının qalibi olacaq komandanı müəyyən edib.

    Median.Az “SporX”ə istinadən xəbər verir ki, superkompüterə görə, mövsüm sonunda “Qalatasaray” 92 xalla çempionluğunu qeyd edəcək. “Fənərbağça” 89 xalla ikinci pillədə qərarlaşacaq.

    İlk “üçlüy”ü isə 61 xalla “Beşiktaş” tamamlayacaq.

    Superkompüterə görə, Arda Turanın çalışdırdığı “Eyüpspor” mövsümü beşinci pillədə başa vuracaq.

  • Суд вынес решение по делу о мошенничестве на полмиллиона манатов

    В Верховном суде завершилось судебное заседание по кассационной жалобе на приговор в отношении Рахиба Нагдалиева, обвиняемого в мошенничестве.

    Как сообщает pravda.az, на процессе под председательством судьи Ильгара Джафарова было объявлено решение.

    Согласно информации, кассационная жалоба была отозвана.

    Напомним, Бакинский суд по тяжким преступлениям приговорил подсудимого к 6 годам лишения свободы. Бакинский апелляционный суд сократил срок наказания обвиняемого на два месяца.

    По данным следствия, в период с 2020 по 2022 год Рахиб Нагдалиев, представляясь бизнесменом из торгового центра “Садарак”, занимающимся торговлей фруктами и овощами, обманул 12 человек на общую сумму 546 100 манатов.

    Мошенник давал потерпевшим ложные обещания о получении прибыли от вложений в его бизнес. Однако после получения денег он не выполнил своих обязательств. Пострадавшие обратились с жалобой в правоохранительные органы, после чего Нагдалиев был задержан и привлечен к уголовной ответственности.

  • Məhkəmə yarım milyonluq dələduzluq edən şəxslə bağlı qərar verdi

    Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Rahib Nağdalıyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Bildirilib ki, kassasiya şikayəti geri götürülüb.

    Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, altı il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə təqsirləndirilən şəxsin cəzasını iki ay azaldıb. İttihama görə, Rahib Nağdalıyev 12 nəfər zərərçəkmişə “Sədərək Ticarət Mərkəzi”ndə meyvə-tərəvəz biznesi ilə məşğul olduğunu bildirib. O, həmin şəxslərə biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib. Rahib Nağdalıyev bu yolla zərərçəkmişlərdən 2020-2022-ci illərdə paytaxt ərazisində ümumilikdə 546100 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Daha sonra o, verdiyi vədə əməl etməyib və zərərçəkmişlərin şikayəti əsasında saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

  • Посольство Украины в Азербайджане приспустило свои флаги

    Посольство Украины в Азербайджане приспустило флаги и открыло электронную книгу траура по погибшим в результате ракетного удара по украинскому городу Сумы.

    Об этом посол Украины Юрий Гусев написал на своей странице в социальных сетях.

    “Сегодня государственные флаги в посольстве Украины в Азербайджанской Республике и зарубежных дипломатических учреждениях нашей страны по всему миру приспущены в знак траура по погибшим. Погибло 34 человека, пострадало еще 117 человек. Выражаем искренние соболезнования семьям и близким погибших”, – написал он.

    Посол отметил, что электронная книга траура будет действовать 14 и 15 апреля. Выразить соболезнования можно путем отправки электронного письма на адрес emb_az@mfa.gov.ua.

  • Ukraynanın Azərbaycandakı səfirliyi bayraqlarını endirib

    Ukraynanın Sum şəhərinə raket hücumu nəticəsində həlak olanlarla bağlı ölkənin Azərbaycandakı səfirliyində bayraqlar endirilib.

    Bu barədə Ukraynanın səfiri Yuri Qusev sosial şəbəkədəki hesabında paylaşım edib.

    “Bu gün Ukraynanın Azərbaycandakı səfirliyində eləcə də, dünya üzrə xarici diplomatik nümayəndəliklərində dövlət bayraqları endirilib. Raket hücumu nəticəsində 34 nəfər həlak olub, daha 117 nəfər yaralanıb. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk”, – deyə o qeyd edib.

    Bildirilir ki, bununla bağlı elektron matəm kitabı da açılıb.

    “Elektron matəm kitabı aprelin 14-15-də açıq olacaq. Başsağlığı ilə bağlı emb_az@mfa.gov.ua ünvanına elektron məktub göndərilə bilər”, – deyə paylaşımda vurğulanıb.

  • Стропы для качелей обвились вокруг шеи 15-летней девочки: она в тяжелом состоянии

    Вчера в поселке Гобустан Гарадагского района произошел несчастный случай, в результате которого девочка-подросток получила тяжелые травмы.

    Как сообщает Qafqazinfo, раскачиваясь на качелях во дворе дома, Сяма Мамедова (2010 г.р.) запуталась в стропах, которые обвилась вокруг ее шеи, и девочка упала.

    Пострадавшая в результате удушения Сяма была доставлена в больницу.

    Состояние 15-летней девочки оценивается как тяжелое.

    По данному факту ведется расследование.

  • Yelləncəyin ipi 15 yaşlı qızın boğazına dolandı: Vəziyyəti ağırdır

    Dünən Qaradağ rayonunda yeniyetmənin ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 2010-cu il təvəllüdlü Səma Rəşad qızı Məmmədova yaşadığı Qobustan qəsəbəsindəki evin həyətində yelləncəkdə yellənən zaman ip onun boğazına dolanıb və qız yıxılıb.

    Boğularaq xəsarət alan Səma xəstəxanaya çatdırılıb.

    15 yaşlı qızın vəziyyətinin ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Проходит заседание по уголовному делу армян, обвиняемых в военных преступлениях

    В Бакинском судебном комплексе проходит заседание по уголовному делу армян, обвиняемых в военных преступлениях.

    Как сообщает Report, процесс проходит под председательством судьи Бакинского военного суда Зейнала Агаева.

    Напомним, что на предыдущем процессе обвиняемые ответили на вопросы прокуроров по различным эпизодам уголовного дела.

    Отметим, что обвинения выдвинуты в отношении 15 человек – Аркадия Гукасяна, Араика Арутюняна, Бако Саакяна, Давида Ишханяна, Давида Бабаяна, Левы Мнацаканяна, Давита Манукяна, Гарика Мартиросяна, Меликсета Пашаяна, Давита Аллахвердяна, Гургена Степаняна, Левона Балаяна, Мадата Бабаяна, Василия Бегларяна и Эрика Газаряна. В соответствии с периодами участия в преступном сообществе, подсудимые обвиняются по следующим статьям Уголовного кодекса АР: 100 (планирование и ведение агрессивной войны), 102 (нападение на лиц или организации, пользующиеся международной защитой), 103 (геноцид), 105 (истребление населения), 106 (рабство), 107 (депортация или принудительное переселение населения), 109 (преследование), 110 (насильственное удерживание человека), 112 (лишение свободы в нарушение норм международного права), 113 (пытки), 114 (наемничество), 115 (нарушение законов и обычаев войны), 116 (нарушение норм международного гуманитарного права во время вооруженных конфликтов), 118 (военный грабеж), 214 (терроризм), 214-1 (финансирование терроризма), 218 (создание преступного сообщества (организации)), 228 (незаконные приобретение, передача, сбыт, хранение, перевозка или ношение оружия, комплектующих деталей к нему, боеприпасов, взрывчатых веществ и взрывных устройств), 270-1 (угрозы безопасности авиации), 278 (насильственный захват власти или насильственное удержание власти, насильственное изменение конституционного строя государства), 279 (создание не предусмотренных законодательством вооруженных формирований или групп).

  • Hərbi cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəməsi başlayıb

    Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

    Median.Az “Report”a istinadla xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.

    Xatırladaq ki, ötən prosesdə təqsirləndirilən şəxslər epizodlar üzrə prokurorların suallarına cavab veriblər.

    Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

    Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.