Month: April 2025

  • Binalardakı qanunsuz artırmalar söküntü zamanı mübahisələrə səbəb olur – VİDEO

    Köhnə tikililərə, əsasən də ikimərtəbəli binalara qanunsuz artırmalar edilir.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Bakının bir çox yerində rast gəlinən bu mənzərə həm təhlükəsizlik, həm də estetik baxımdan problem yaratsa da, diqqətçəkən məqam əlavə artırmaların plana düşən ərazilərdə əsas mübahisə məsələsinə çevrilməsidir.

    Bir neçə il əvvələ qədər və çox zaman sənəddə qeyd ediləndən əlavə sonradan artırılan otaqlar da hesablanırdı. Lakin hazırda bu məsələni həll etmək xeyli çətinləşib. Çünki vətəndaş yeni ev verilən zaman artırılan hissənin də hesablanmasını tələb edir. Qarşı tərəf isə çox zaman bununla razılaşmır.

    Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, qanunsuz artırmalar söküntü zamanı müəyyən istisnalarla hesablanır.

    Lakin bəzi tikinti şirkətləri söküntü zamanı əlavə sahələri nəzərə almırlar. Binaların çox hissəsində isə heç bir sənəd yoxdur. Artırmalar sənədsiz həyata keçirilib. Bu səbəblə tikinti şirkətlərinin bəziləri də mövcud sahəyə deyil, sənəddə olan kvadrata uyğun hesablama işi aparır.

    Mütəxəssis qeyd edir ki, artırmaların çox olması tikinti şirkətlərinə də sərf etmir. Çünki artırmaların sayı çox olduqca, vətəndaşa daha çox vəsait və ya sahə verməli olur. Buna görə də, belə artırmalar söküntü prosesini uzadır. Binalar isə belə artırmalara görə, daha da qəzalı vəziyyətə düşür.

    Ətraflı süjetdə:

  • В Абшеронском районе убит 52-летний мужчина

    В Абшеронском районе произошло убийство.

    Происшествие зафиксировано в поселке Фатмаи.

    Согласно информации, убит житель поселка Мехдиабад Ифтихар Гашимов.

    Лицо, подозреваемое в совершении преступления, задержано.

    По данному факту ведется расследование.

  • Abşeronda 52 yaşlı kişi qətlə yetirildi

    Abşeronda 52 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Polis əməkdaşları tərəfindən 1978-ci il təvəllüdlü Kənan Rəsul oğlu Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

    Qeyd edək ki, ötən gün axşam saatlarında Mehdiabad qəsəbə sakini 1973-cü il təvəllüdlü İftixar Həşimov tanımadığı şəxs tərəfindən qətlə yetirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • В Азербайджане скончался известный адвокат – ФОТО

    Скончался член Коллегии адвокатов Азербайджана Рамиз Мусаев.

    Об этом сообщил его сын Кянан.

    Отметим, что Р.Мусаев был членом Адвокатского бюро №13 города Баку.

    Он занимался адвокатской деятельностью около 20 лет.

    Причина смерти юриста не называется.

  • Azərbaycanda tanınmış vəkil vəfat etdi – FOTO

    Vəkillər Kollegiyasının üzvü Ramiz Musayev vəfat edib.

    Bu barədə onun oğlu Kənan məlumat verib.

    Qeyd edək ki, R.Musayev Bakı şəhəri 13 saylı Vəkil Bürosunun üzvü idi.

    O, 20 ilə yaxın vəkillik fəaliyyəti ilə məşğul olub.

  • Ağdamda 35 yaşlı kişi dəm qazından boğularaq ölüb

    Ağdamda 35 yaşlı kişi dəm qazından boğularaq ölüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Birinci Dördyol qəsəbəsində qeydə alınıb.

    Belə ki, həmin qəsəbədə yaşayan, Kəlbəcər rayonunun Zülfüqarlı kənd sakini, 1990-cı il təvəllüdlü Niyaməddin Nizami oğlu Bayramov evdə dəm qazından zəhərlənərək həyatını itirib.

    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

  • Şənbə və bazar günlərində vətəndaşların bank kartlarından 41 min manat pul oğurlanıb

    Şənbə və bazar günlərində vətəndaşların bank kartlarından 41 048 manat oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, aprelin 12 və 13-də ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsullarla 11 100, 10 283, 4 900, 2 537, 2 520, 2 183, 1 500, 900, 711, 530, 500, 480, 425, 393, 387, 381, 330, 142, 120, 100, 100, 96, 95, 68, 50, 50, 50, 50, 20, 19, 15, 13 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

    “Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”, – deyə DİN vətəndaşlara bir daha müraciət edib.

  • İlham Əliyev Faiq Həsənovu təbrik etdi

    Prezident İlham Əliyev Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənova təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Sizi 85 illiyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

    Siz Azərbaycanda şahmatın inkişaf etdirilməsi, geniş təbliği və yeni nəsil şahmatçıların yetişməsi işinə mühüm töhfələr vermisiniz. Ölkəmizdə çoxsaylı şahmat yarışlarının uğurlu təşkilində böyük xidmətləriniz vardır.

    Dünya şahmat ictimaiyyəti uzun illərdən bəri Sizi 150-dən artıq mötəbər beynəlxalq turnirdə, o cümlədən FİDE Qran-priləri, Ümumdünya Şahmat Olimpiadası və Dünya Kubokunda ədaləti qorumuş nüfuzlu baş hakim kimi tanıyır, təqdir edir və səmərəli fəaliyyətinizə ehtiramla yanaşır.

    Azərbaycan şahmat məktəbinin inkişafına töhfələriniz dövlət tərəfindən yüksək qiymətləndirilmiş və Siz dəfələrlə təltiflərə layiq görülmüşsünüz.

    Sizə bu əlamətdar gündə ən xoş arzularımı yetirir, uzun ömür və möhkəm cansağlığı arzulayıram”.

  • Ata və oğul qeyri-adi fırıldaqla 100 restoranda pulsuz yemək yeyib

    Ata və oğul 100 restoranda aldatmaqla üç il ərzində pulsuz yemək yeməyə nail olublar. Fransanın Tulon şəhərində polis 48 yaşlı kişini və onun 18 yaşlı oğlunu dələduzluqda şübhəli bilərək saxlayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, onlar bölgədə təxminən 100 restoran və kafeni aldadaraq ödəniş etmədən oranı tərk ediblər.

    Bu barədə Lent.az məlumat verir:

    Araşdırma zamanı məlum olub ki, ata və oğul üç il ərzində eyni dələduzluq sxemindən istifadə ediblər. Onlar adi restoran müştəriləri kimi davranaraq yemək sifariş edirdilər, lakin nə nağd pulları olurdu, nə də kredit kartları işləyirdi. Ata personaldan üzr istəyir, şəxsiyyət vəsiqəsini və ya sosial sığorta kartını girov kimi qoyaraq sabah gələcəyini və hesabı ödəyəcəyini bildirirdi. Amma o geri qayıtmırdı, əvəzində kartının guya oğurlandığını bildirərək yenisini almaq üçün müraciət edirdi. Bu sxemi üç ildə təxminən 100 dəfə həyata keçirmək üçün ata və oğul hədəflərini diqqətlə seçirdilər. Onlar əvvəlcədən internetdə araşdırma aparır, sahibləri rəylərdə mehriban və səbirli kimi təsvir olunan restoranları seçirdilər.

    Onlar heç vaxt eyni restorana ikinci dəfə getmirdilər və bu, şübhə doğurmadan planlarını həyata keçirməyə kömək edirdi. Hər zaman səliqəli görünürdülər və restoranlarda qəlyanaltı, əsas yemək, desert, şərab və həzmqovucu içkilər sifariş edirdilər. Hesablar adətən 80–150 avro arasında dəyişirdi. Ödəniş vaxtı 48 yaşlı kişi istifadə olunmayan kredit kartını təqdim edir, oğlunu yaxınlıqdakı bankomatdan pul götürməyə göndərirdi. Gənc oğlan nağdsız qayıdır, ata isə üzr istəyib sabah gələcəyinə söz verirdi. Girov kimi ya şəxsiyyət vəsiqəsini, ya da sosial sığorta kartını qoyurdu. Bu davranış onların etibarlı görsənməsinə səbəb olurdu və restoran sahibləri adətən narazılıq etmirdilər. Lakin onlar geri dönmürdülər.

    Polisin məlumatına görə, kişi şəxsiyyət vəsiqəsinin və sosial kartının guya tez-tez oğurlanması ilə bağlı dəfələrlə müraciət edib – bu da ödənişdən yayınmaq üçün idi. Onların planı çoxsaylı hallarda uğurla işləyib, ta ki bir restoran sahibi onun şəxsiyyət vəsiqəsinin fotosunu sosial şəbəkədə paylaşana qədər. Bu paylaşım digər aldadılmış restoran sahiblərinin diqqətini çəkib. Nəticədə Tulondan 43 restoran sahibi polisə şikayət edib.

    Bir neçə ay davam edən araşdırmalardan sonra Fransa polisi ata və oğulu həbs edib. Onlar üç il ərzində qida obyektlərini aldadıqlarını etiraf ediblər. Oğul – hadisələrin bir hissəsində yetkinlik yaşına çatmamış olan – bildirib ki, bəzən həftədə iki-üç dəfə pulsuz yemək yeyirdilər. Ata isə 2021-ci ilin yanvarından 2024-cü ilin avqustuna qədər təxminən 100 dəfə bu sxemdən istifadə etdiyini təsdiqləyib.

  • Alkoqolun ən tez zədələdiyi 5 orqan

    Alkoqol çox vaxt rahatlanmaqla assosiasiya olunsa da, onun sağlamlığa təsiri son dərəcə mənfi ola bilər. Bir çox insanlar üçün alkoqol istirahətin ayrılmaz hissəsidir, lakin bu “rahatlıq” arxasında ciddi sağlamlıq təhlükələri gizlənə bilər. Hətta orta miqdarda istifadə də əsas orqanlara təsir göstərir, müntəzəm istifadəsi isə bütün orqanizmə dağıdıcı təsir edə bilər.

    Bu barədə Lent.az məlumat verir:

    1. Beyin
    Alkoqol beyindəki kimyəvi prosesləri pozur, əhval-ruhiyyəyə, yaddaşa və koordinasiyaya təsir edir. Sinir sistemini həm sakitləşdirir, həm də oyanıqlığını artırır, diqqəti azaldır. Uzunmüddətli qəbul zamanı toksinlər toplanır, maqnezium və tiaminin mənimsənilməsi zəifləyir ki, bu da davamlı kognitiv pozğunluqlara səbəb ola bilər.

    2. Ürək
    Daimi alkoqol istifadəsi ürək əzələsini zəiflədir, təzyiqi yüksəldir və ritmi pozur. Bu da hipertoniya, insult və ürək çatışmazlığı riskini artırır. Əlavə olaraq, artıq çəki və potensial şəkərli diabetlə birlikdə nəticələr daha da ağırlaşır.

    3. Mədə və həzm sistemi
    Alkoqol mədə selikli qişasını qıcıqlandırır, qastrit, yanğı və ürəkbulanma yaradır. Bağırsaqların fəaliyyətini pozur, köp, ishal və ya qəbizliyə səbəb ola bilər. Xroniki istifadədə pankreatit və həzm sistemi xərçəngi riski artır.

    4. Qaraciyər
    Qaraciyər alkoqolun toksik maddələrini neytrallaşdırmaq üçün əsas yükü daşıyan orqandır. Mütəmadi sui-istifadə nəticəsində iltihab, sirroz və qaraciyər xərçəngi inkişaf edə bilər. Orqan həddindən artıq zədələndikdə funksiyasını tam itirə bilər.

    5. İmmunitet sistemi
    Alkoqol orqanizmin müdafiə mexanizmlərini zəiflədir: ağ qan hüceyrələrinin (leykositlərin) səviyyəsi aşağı düşür, bu da infeksiyalara qarşı həssaslığı artırır. Çox vaxt tənəffüs sistemi zərər görür — iltihablar və sətəlcəm riski artır.

    Əgər özünüzdə mənfi dəyişikliklər hiss edirsinizsə, alkoqola münasibətinizi yenidən nəzərdən keçirmək faydalı ola bilər. Bəzən sağlamlığa qayğı bir qərarla başlayır — alkoqolu azaltmaq və ya ondan tamamilə imtina etmək.