Month: April 2025

  • Kobaxidze: Azərbaycanla Ermənistan arasında danışıqları təşviq etmək üçün dəstək verməyə hazırıq

    Cənubi Qafqaz regionunda sülh hamı üçün, eyni zamanda Gürcüstan üçün də son dərəcə önəmlidir.

    Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Antalyada gürcü jurnalistlərə açıqlamasında deyib.

    “Azərbaycanla Ermənistan arasında əldə edilə biləcək bütün razılaşmaları məmnuniyyətlə qarşılayırıq. Ehtiyac yaranarsa, danışıqları təşviq etmək üçün dəstək verməyə hazırıq. Gürcüstan hər zaman regionda sülhün möhkəmləndirilməsi baxımından çox pozitiv rol oynayıb və biz eyni rolu oynamağa hazırıq”, – Kobaxidze bildirib.

    Baş nazir qeyd edib ki, ölkəsi Azərbaycanla olan çox yaxın dostluğa görə fəxr edir:

    “Gürcüstan və Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlığı, əməkdaşlığı və dostluğu daha da dərinləşdirmək üçün yüksək motivasiyaya sahibik. Azərbaycan hakimiyyətinə Gürcüstana göstərdiyi güclü dəstəyə görə təşəkkür edirəm. İki ölkə arasında münasibətlər əladır, amma biz bu münasibətləri daha da gücləndirməyə qərarlıyıq”.
    //report

  • Chevron прекратила поставки нефти из Венесуэлы

    Американская компания Chevron из-за односторонних санкций Вашингтона вынуждена выгрузить из танкеров нефть, предназначавшуюся для поставки в США.

    Об этом в своем Telegram-канале написала исполнительный вице-президент боливарианской республики, министр углеводородов Делси Родригес.

    “Chevron вернула венесуэльской нефтегазовой компании Peroleros de Venezuela (PDVSA) нефть в связи с экономической войной, развязанной правительством США, и невозможностью оплаты Венесуэле поставок углеводородного сырья из-за наложенных санкций”, – отметила она.

    По словам Родригес, “эта нефть поступит на международный рынок” и PDVSA будет соблюдать условия контрактов с транснациональными компаниями.

    Исполнительный вице-президент выразила уверенность, что США не помешают республике “работать и развиваться и Венесуэла победит”.

    С 2015 года США и их союзники ввели против Венесуэлы более 930 односторонних ограничительных мер. Наибольший ущерб венесуэльской экономике наносят санкции, введенные в 2019 году (первое президентство Дональда Трампа) против PDVSA. 26 февраля 2025 года Трамп объявил о решении отменить исключения из санкционного режима, которые предоставляли американским нефтяным компаниям возможность работать в республике. Chevron была лишена лицензии на добычу нефти в Венесуэле и должна прекратить работу 27 мая. В конце марта отменены американские лицензии для всех иностранных компаний.

  • “Chevron” Venesueladan neft tədarükünü dayandırıb

    Amerika şirkəti “Chevron” Vaşinqtonun birtərəfli sanksiyaları səbəbindən ABŞ-yə tədarük üçün nəzərdə tutulmuş nefti tankerlərdən boşaltmağa məcbur olub.

    Bu barədə Bolivar respublikasının icraçı vitse-prezidenti, karbohidrogen naziri Delsi Rodriges teleqram kanalında yazıb.

    “Chevron” ABŞ hökuməti tərəfindən başladılan iqtisadi müharibə və tətbiq edilmiş sanksiyalar səbəbindən Venesuelaya karbohidrogen xammalı tədarükü üçün ödəniş etmək mümkün olmadığından nefti Venesuelanın neft və qaz şirkəti “Peroleros de Venezuela”ya qaytarıb”, – o qeyd edib.

    Rodrigesin sözlərinə görə, “bu neft beynəlxalq bazara daxil olacaq” və PDVSA transmilli şirkətlərlə müqavilələrin şərtlərinə əməl edəcək.

    İcraçı vitse-prezident ABŞ-nin respublikaya “işləməyə və inkişaf etməyə mane olmayacağına və Venesuelanın qalib gələcəyinə” əminliyini ifadə edib.

    2015-ci ildən bəri ABŞ və onun müttəfiqləri Venesuelaya qarşı 930-dan çox birtərəfli məhdudlaşdırıcı tədbir tətbiq ediblər. Venesuela iqtisadiyyatına ən böyük zərəri 2019-cu ildə (Donald Trampın ilk prezidentliyi dövründə) PDVSA-ya qarşı tətbiq edilən sanksiyalar vurur. Bu il fevralın 26-da Tramp Amerika neft şirkətlərinə respublikada işləmək imkanı verən sanksiya rejimindən istisnalara son qoymaq qərarını elan edib. “Chevron” Venesuelada neft hasilatı üçün lisenziyadan məhrum edilib və mayın 27-də fəaliyyətini dayandırmalıdır. Mart ayının sonunda bütün xarici şirkətlər üçün Amerika lisenziyaları ləğv edilib.

  • МВФ одобрил выделение Аргентине кредита на $20 млрд

    Международный валютный фонд (МВФ) одобрил выделение Аргентине кредита на $20 млрд, первый транш составит $12 млрд.

    Об этом на пресс-конференции сообщил министр экономики страны Луис Капуто.

    “Мы сразу получим от МВФ транш в размере $12 млрд. Эти деньги поступят во вторник, 15 апреля”, – сказал он, добавив что еще $2 млрд страна получит в июне.

    В правительстве Аргентины уточнили, что срок программы – 10 лет, из которых льготный период составит 4,5 года. “Это программа будет использована для укрепления резервов центробанка”, – говорится в заявлении администрации президента.

    Министр экономики также сообщил, что до июня Аргентина рассчитывает получить еще $3,6 млрд от других международных организаций.

  • IMF Argentinanın 20 milyard dollar kredit almasını təsdiqləyib

    Beynəlxalq Valyuta Fondu (IMF) Argentinaya 20 milyard dollar kredit ayrılmasını təsdiqləyib, ilk tranş 12 milyard dollar təşkil edəcək.

    Bu barədə ölkənin iqtisadiyyat naziri Luis Kaputo mətbuat konfransında bildirib.

    “Biz IMF-dən dərhal 12 milyard dollar məbləğində tranş alacağıq. Bu pullar çərşənbə axşamı, 15 aprel tarixində daxil olacaq”, – o söyləyib və əlavə edib ki, ölkə iyunda daha 2 milyard dollar alacaq.

    Argentina hökuməti dəqiqləşdirib ki, proqramın müddəti 10 ildir, bunun 4,5 ili güzəştli dövr təşkil edəcək. “Bu proqram mərkəzi bankın ehtiyatlarını gücləndirmək üçün istifadə olunacaq”, – prezident administrasiyasının bəyanatında deyilir.

    İqtisadiyyat naziri həmçinin bildirib ki, iyunadək Argentina digər beynəlxalq təşkilatlardan daha 3,6 milyard dollar almağı planlaşdırır.

  • Келлог: США могут разделить Украину, как послевоенный Берлин

    Украина в рамках мирного соглашения может быть разделена “почти как Берлин после Второй мировой войны”.

    Об этом заявил спецпосланник президента США Дональда Трампа Кит Келлог в интервью The Times.

    “Можно сделать так, чтобы это выглядело как то, что произошло с Берлином после Второй мировой войны, когда у вас была русская зона, французская зона, британская зона, зона США”, – сказал американский чиновник.

    При этом Келлог предположил, что британские и французские войска могли бы взять под контроль зоны на западе страны в рамках “сил успокоения”, а российская армия – на оккупированном востоке. Между ними были бы украинские войска и демилитаризованная зона.

    Келлог считает, что англо-французские силы к западу от Днепра, пересекающего Украину с севера на юг и проходящего через Киев, “совсем не будут провокационными” для Москвы.

    По его мнению, Украина является достаточно большой страной, чтобы разместить войска, которые стремятся обеспечить соблюдение мирного соглашения. Но сами США не будут предоставлять своих военных.

  • Kelloq: ABŞ Ukraynanı müharibədən sonrakı Berlin kimi bölə bilər

    ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Kit Kelloq Ukraynanın sülh sazişi çərçivəsində “demək olar ki, İkinci Dünya müharibəsindən sonrakı Berlin kimi” bölünə biləcəyini bildirib.

    Bu barədə diplomat “The Times”a müsahibəsində söyləyib.

    “Bunu İkinci Dünya müharibəsindən sonra Berlindəki kimi etmək olar, o zaman rus zonası, fransız zonası, Britaniya zonası, ABŞ zonası var idi”.

    Bununla yanaşı, üç illik müharibənin dayandırılmasına yönəlmiş ABŞ səylərində aparıcı fiqur olan Kelloq “sakitləşdirici qüvvələr” çərçivəsində Britaniya və Fransa qoşunlarının ölkənin qərbindəki zonaları, Rusiya ordusunun isə işğal olunmuş şərqi nəzarətə götürə biləcəyini ehtimal edib. Onların arasında Ukrayna qoşunları və demilitarizasiya olunmuş zona olacaq.

    Eyni zamanda, Kelloq hesab edir ki, Ukraynanı şimaldan cənuba kəsən və Kiyevdən keçən Dnepr çayının qərbindəki ingilis-fransız qüvvələri Moskva üçün “heç də təxribatçı olmayacaq”.

    Onun fikrincə, Ukrayna sülh sazişinə riayət olunmasını təmin etməyə çalışan qoşunları yerləşdirmək üçün kifayət qədər böyük ölkədir.

  • “WhatsApp”da problemlər yarandı

    Populyar “WhatsApp” mesencerinin işində problemlər yaranıb.

    Bunu “Downdetector” xidmətinin məlumatları sübut edir.

    Belə ki, son dəqiqələr ərzində mesencerin işindəki problemlərlə bağlı yüzlərlə şikayət daxil olub.

    Bildirilir ki, istifadəçilərin 90%-dən çoxu mesaj göndərməkdə çətinliklərlə üzləşirlər. Həmçinin mesajların alınması və tətbiqlə bağlı da şikayətlər var.

  • Bakıda evdən meyit tapıldı

    Bakıda evdən meyit tapılıb.

    Hadisə Binəqədi rayonu A.Kunanbayev küçəsində qeydə alınıb.

    63 yaşlı Mütəllim Hüseynağa oğlu Hüseynovun meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

    Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Sərxoş olub maşının yerini unutdu, polisə yalan DANIŞDI

    Bakıda sərxoş sürücü polisi aldadıb.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, paytaxt sakini olan bir nəfər ona məxsus olan VAZ-2107 markalı avtomobilin Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində qaçırılması barədə polisə müraciət edib.

    Daxil olan şikayət ərizəsi əsasında polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

    Nəticədə şəhər ərazisində hərəkətdə olan həmin avtomobil müəyyən edilərək saxlanılıb.

    Sürücünün izahatı alınan zaman o, “avtomobil mənimdir və sərxoş olduğum üçün onun yerini unudub polisə maşınımın qaçırılması barədə yalan məlumat vermişəm”, – deyə ifadə verib.

    Məlum olub ki, sürücü axşam yeyib-içdikdən sonra sərxoş olub və nəqliyyat vasitəsini harada park etdiyini unudub. Dərhal polisi yığan sürücü avtomobilinin qaçırıldığını deyib. Səhər ayıldıqdan sonra maşını harada park etdiyini xatırlayıb. Lakin o, avtomobilini tapması barədə polisi məlumatlandırmayıb. Avtomobil hələ də axtarışda olduğu üçün polis onu saxlayıb.

    Məsələ aydınlaşandan sonra sürücü sərbəst buraxılıb.