Month: April 2025

  • FHN məktəblərdə silsilə maarifləndirmə tədbirləri keçirdi

    Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

    Təhsil müəssisələrində keçirilən tədbirlərdə FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssisləri iştirak ediblər.

    Bunlar Bakı Regional Mərkəzi tərəfindən Suraxanı rayon 327 nömrəli və Qaradağ rayon 195 nömrəli tam orta məktəbləri, Sabunçu rayonunda yerləşən 2 saylı doğum evi, Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayonu Türkoba kənd ümumi orta məktəbi, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kolleci, Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli, Samux rayon İ.Məhərrəmov adına Yenikənd kənd və Daşkəsən rayonunun Qazaxyolçular kənd orta məktəbləri, Göygöl rayon Texniki Təbiət Fənləri Təmayüllü liseyi, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz rayonunun Xudat şəhər 1 nömrəli və Siyəzən şəhər 4 nömrəli tam orta məktəbləri, Qarabağ Regional Mərkəzi tərəfindən Tərtər rayonunun Hüsənli kənd yam orta məktəbi, Cənub Regional Mərkəzi tərəfindən Yardımlı şəhər M.F.Axundov adına 1 nömrəli tam orta məktəbi, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qobustan rayon İ. İbrahimov adına Dərəkənd kənd tam orta məktəbi, Aran Regional Mərkəzi tərəfindən Mingəçevir Dövlət Universiteti, Ağdaş rayon Qoşaqovaq kənd tam orta məktəbi, Yevlax şəhər 6 nömrəli körpələr evi-uşaq bağçası və Muğan Regional Mərkəzi tərəfindən Biləsuvar rayon R.Mikayılov adına Bəydili kənd tam orta məktəbidir.

    Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

    Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

    İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

  • Türkiyədə ağır yol qəzası olub, 21 nəfər yaralanıb

    Türkiyənin İstanbul şəhərində ağır yol qəzası baş verib.

    Median.Az “Habertürk”ə istinadən xəbər verir ki, hadisə Avcılar rayonunda qeydə alınıb.

    İki metrobusun toqquşması nəticəsində 21 nəfər yaralanıb. Onlardan ikisi uşaqdır.

    Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

    Hadisə tıxaca səbəb olub.

  • “Beşiktaş”ın sabiq prezidenti hücuma məruz qalıb

    Türkiyənin “Beşiktaş” futbol klubunun sabiq prezidenti Hasan Arat hücuma məruz qalıb.

    Bu, Direktorlar Şurasının iclası zamanı baş verib.

    H. Arat çıxış etdiyi vaxt təzyiqlə üzləşib.

    Hadisədən sonra toplantı təxirə salınıb.

  • Биткоин подорожал почти на 2%

    Ведущая криптовалюта мира – биткоин подорожал до 83 720 долларов США.

    Цена криптовалюты выросла на 1,98% за последние 24 часа и на 0,66% за последние 7 дней.

    В результате рыночная капитализация биткоина увеличилась до 1,661 трлн долларов США.

    Цена Ethereum, занимающего 2-е место по рыночной капитализации, выросла на 2,64% за последние сутки, но снизилась на 10,85% за последнюю неделю, составив 1 599 долларов США.

    Среди альткоинов, входящих в первую десятку, наибольший рост показал TRON (TRX). Криптовалюта подорожала на 5,47% за последние сутки и на 5,75% за последнюю неделю.

    В настоящее время общая стоимость рынка криптовалют составляет 2,66 трлн долларов США.

  • Bitkoin 2 %-ə yaxın bahalaşıb

    Dünyanın aparıcı kriptovalyutası – bitkoin 83,72 min ABŞ dollarına kimi bahalaşıb.

    Kriptovalyutanın qiyməti son 24 saatda 1,98 %, son 7 gündə isə 0,66 % artıb. Nəticədə bitkoinin kapitallaşması 1,661 trilyon ABŞ dollarına kimi yüksəlib.

    Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 2,64 % artaraq, son bir həftədə isə 10,85 % azalaraq 1,59 min ABŞ dolları təşkil edib.

    İlk onluqda yer alan altkoinlərdən ən çox dəyər qazanan “TRON” (TRX) olub. Kriptovalyuta son bir sutkada 5,47 %, son bir həftədə isə 5,75 % bahalaşıb.

    Hazırda kriptovalyuta bazarının toplam dəyəri 2,66 trilyon ABŞ dollarıdır.
    //report

  • Xaçmaz sakinlərinin narahatlığı – Sahibsiz itlərlə bağlı hansı tədbirlər görülür?

    Xaçmaz şəhərinin mərkəzi küçələrində gəzib-dolaşan sahibsiz küçə itləri sakinlərin kabusuna çevriliblər.

    Bu barədə “Report”un Şimal bürosuna məlumat verən sakinlər bildiriblər ki, müxtəlif xəstəliklərə yoluxmuş sahibsiz itlərə təkcə küçə və prospektlərdə deyil, həm də şəhərin mərkəzindəki parklarda rast gəlmək olar.

    Onların sözlərinə görə, bu sırada Xaçmazın mərkəzində yerləşən “Fəvvarələr” parkı da istisna deyil. Bir vaxtlar insanların ailəvi gəzinti yeri olan, uşaqların gülüş sədalarına bürünən həmin park təhlükəsiz, eləcə də istirahət üçün əlverişli məkan sayılırdı. Ancaq xüsusilə, son vaxtlar o park ərazidən keçənlər üçün heç də təhlükəsiz marşrut sayılmır. Çünki insanların küçə itlərinin hücumuna məruz qalmaq riski yüksəkdir.

    “Report”un yerli bürosunun mövzuya aid sorğusunu cavablandıran Xaçmaz Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Emin Ağayev bildirib ki, bu məsələnin həlli yerli icra hakimiyyəti orqanlarının imkanları çərçivəsində deyil:

    “Bu problemdən xəbərimiz var. Bir neçə dəfə şəxsi imkanlarımız hesabına sahibsiz itləri toplayaraq onları insanların məskunlaşmadığı ərazilərə buraxmışıq. Ancaq sahibsiz itlərlə mübarizə aparmaq üçün bizim xüsusi avadanlığımız yoxdur.

    Bizim əlimizdən yalnız aidiyyəti qurumları xəbərdar etmək gəlir. Sahibsiz heyvanlar üçün sığınacaqlara müraciət etsək də, onlar itləri aparmaqdan ötrü ödəniş istəyirlər. Həmçinin sahibsiz küçə itləri ilə bağlı Rayon Baytarlıq İdarəsinə də məlumat vermişik”.

    Xaçmaz Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinin rəisi Vasif Kəlbəliyev isə “Report”un yerli bürosuna bildirib ki, idarədə yalnız sahibi olan itlər peyvənd olunur:

    “Ötən il 3 min 137 baş it quduzluğa qarşı peyvəndlənib. Cari ilin geridə qalan dövründə 1 226 it peyvənd olunub. Bu rəqəm ilin sonuna qədər 3 min 400 başa çatacaq.

    Sahibsiz itlərə gəldikdə isə yaxın ərazidəki sığınacaqlara məlumat vermişik ki, küçə və prospektlərdə vətəndaşlar üçün həyati təhlükə yaradan xəstə, hər hansı virusa yoluxmuş sahibsiz itləri yığışdırıb sığınacaqlara yerləşdirsinlər”.

    İdarə rəisi onu da qeyd edib ki, bu problemin həlli üçün sahibsiz itlərin öldürülməsindən söhbət gedə bilməz:

    “Atılacaq addımlar sadəcə onların quduzlaşmasının və çoxalmasının qarşısını almağı təmin etməlidir”.

    Xatırladaq ki, Azərbaycanda sahibsiz itlərin insanlara hücum etməsinə dair sonuncu ciddi fakt aprelin 8-də Sumqayıtda qeydə alınıb. Bu hadisə zamanı 5-i uşaq olmaqla, 6 nəfər küçə itlərinin hücumuna məruz qalaraq hospitalizasiya olunmuşdu.

  • KİV: “Barselona”nın futbolçusu üçün 400 milyon avroluq təklif hazırlanıb

    Səudiyyə Ərəbistanı klubu İspaniya təmsilçisi “Barselona”da çıxış edən Lamin Yamalı transfer etmək üçün 400 milyon avroluq təklif hazırlayıb.

    Bu barədə “Fichajes” iddia irəli sürüb.

    Nəşr həmin klubun adını açıqlamayıb. Buna baxmayaraq, “Barselona”nın 17 yaşlı vingeri satmaq istəmədiyi diqqətə çatdırılıb.

    Lakin Kataloniya təmsilçisinin rəhbərliyi maliyyə problemləri ucbatından bu keçidə razılıq verə bilər.

    Qeyd edək ki, ispaniyalı oyunçunun hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir. O, cari mövsüm 43 oyunda 14 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.

  • Bakıda son iki gündə 61 sürücünün qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğu aşkarlanıb

    Bakının Nizami rayonu ərazisində son iki gün ərzində 61 sürücünün qanunsuz olaraq taksi fəaliyyəti ilə məşğul olduğu aşkar edilib.

    Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, sürücülərlə maarifləndirici söhbət aparılıb, onlara qanunvericiliyin tələbləri izah edilərək barələrində inzibati protokol tərtib olunub.

    Onlara bildirilib ki, taksi minik avtomobilləri ilə sərnişindaşıma ilə məşğul olmaq istəyən şəxslər müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər.

  • Oyun vaxtı huşunu itirən “Milan”ın qapıçısının son durumu açıqlanıb

    İtaliya A Seriyasının XXXII turunda “Udineze” ilə oyunda huşunu itirən “Milan”ın qapıçısı Mayk Menyanın son durumu açıqlanıb.

    Bu barədə onun komanda yoldaşı Matteo Qabbia “Lequipe” nəşrinə açıqlama verib.

    O, 29 yaşlı qolkiperin vəziyyətinin yaxşı olduğunu bildirib:

    “Biz hamımız həkimdən onun necə olduğunu soruşduq. Müayinə üçün xəstəxanaya aparıldığını və durumunun yaxşı olduğunu dedi”.

    Qeyd edək ki, komanda yoldaşı Aleks Ximeneslə toqquşan fransalı oyunçu meydanı xərəkdə tərk edib. Qarşılaşma “Milan”ın 4:0 hesablı qələbəsi ilə başa çatıb..
    //report

  • Утром в Баку будет без осадков

    В Баку и на Абшеронском полуострове 13 апреля ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Сообщается, что временами усиливающийся северо-западный ветер днем ослабнет.

    Температура воздуха ночью 7-9°, днем 12-15° тепла. Атмосферное давление повысится с 759 до 766 мм ртутного столба. Относительная влажность ночью составит 70-80%, днем 60-65%.

    В районах Азербайджана местами ожидаются временами осадки, грозы. В отдельных местах возможны кратковременные ливни, град, в высокогорных районах – снег. Днем осадки прекратятся. Ночью и утром местами туман.

    Будет дуть умеренный западный ветер.

    Температура воздуха ночью составит 5-9°, днем 14-18° тепла, в горах ночью от 3° мороза до 2° тепла, днем 5-10° тепла.