Month: April 2025

  • ABU-nun keçmiş rektoru Elşad Abdullayev Baş Prokurorluğa çağırılıb

    ABU-nun keçmiş rektoru Elşad Abdullayev Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.

    Bu barədə Baş Prokurorluq İTV vasitəsi ilə müraciət ünvanlayıb.

    Qeyd olunub ki, Abdullayev Elşad İslam oğlu şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 5 may 2025-ci il tarixdə, saat 10:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.

    Bildirilib ki, 01 sentyabr 2024-cü il tarixdə Abdullayev Elşad İslam oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137.5.1, 137.5.2, 137.5.3, 213.2.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 29, 312.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilmiş, lakin o, Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb.

  • “Mall”da qadınların telefonlarını oğurlayan şəxslər saxlanıldı

    Nəsimi rayonunda yerləşən ticarət mərkəzlərindən birində iki qadının mobil telefonu oğurlanıb.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talamada şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 43 yaşlı R.Seyidov saxlanılıb.

    Nəsimi rayonu ərazisində bir nəfərin içərisində pul və mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirən 21 yaşlı A.Balaməmmədov da polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Мехрибан Алиева приняла участие в панельном заседании Анталийского дипломатического форума – ФОТО

    12 апреля в рамках проходящего в турецком городе Анталья Анталийского дипломатического форума было организовано панельное заседание под названием “Построение будущего в раздробленном мире: Трансформирующая сила образования”.

    Как сообщает АЗЕРТАДЖ, в мероприятии приняли участие первая леди Азербайджанской Республики Мехрибан Алиева и ее дочь Лейла Алиева.

    До начала мероприятия состоялось ознакомление со стендом Дома африканской культуры. Целью Дома африканской культуры, созданного в 2016 году по инициативе первой леди Турецкой Республики Эмине Эрдоган, является содействие развитию ручного труда африканских женщин, превращение их деятельности в экономическую ценность и укрепление культурной солидарности.

    Мероприятие, проходящее при поддержке Фонда просвещения Турции, началось с показа видеоролика о деятельности этой структуры.

    На заседании говорилось о работе, проводимой организацией в мире. Было отмечено, что в школах Фонда, действующих в 55 странах мира, обучается около 70 тысяч учащихся.

    На панельном заседании подробно говорилось о важности развития образования в нынешний период.

    Выступая на мероприятии, первая леди Турции Эмине Эрдоган подчеркнула важность образования в эпоху участившихся войн.

    Она отметила, что для социальной интеграции и устойчивого развития сегодня образование важнее, чем когда-либо.

    Затем учащиеся школы Фонда просвещения Турции в Республике Кот-д’Ивуар исполнили песни на разных языках.










  • Mehriban Əliyeva Antalya Diplomatiya Forumunun panel iclasında iştirak edib – FOTO

    Aprelin 12-də Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində “Parçalanan dünyada gələcəyin qurulması: Təhsilin transformasiya gücü” adlı panel iclas təşkil olunub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva tədbirdə iştirak ediblər.

    Tədbirdən əvvəl Afrika Mədəniyyət Evinin stendi ilə tanışlıq olub. Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə 2016-cı ildə qurulan Afrika Mədəniyyət Evinin fəaliyyətinin məqsədi afrikalı qadınların əl əməyini təbliğ etmək, onların fəaliyyətini iqtisadi dəyərə çevirmək və mədəni həmrəyliyi gücləndirməkdir.

    Türkiyə Maarif Vəqfinin dəstəyi ilə keçirilən tədbir bu qurumun fəaliyyətindən bəhs edən videoçarxın nümayişi ilə başlayıb.

    İclasda qurumun dünyada həyata keçirdiyi işlərdən bəhs edildi. Bildirildi ki, dünyanın 55 ölkəsində fəaliyyət göstərən Vəqfin məktəblərində 70 minə yaxın şagird təhsil alır.

    Panel iclasda hazırkı dövrdə təhsilin inkişafının vacibliyindən geniş danışıldı.

    Türkiyənin birinci xanımı Əminə Ərdoğan çıxış edərək müharibələrin çoxaldığı bir dövrdə təhsilin nə qədər əhəmiyyətli olduğuna diqqət çəkdi. Bildirdi ki, təhsil bu gün sosial iştirak və davamlı inkişaf üçün hər zaman olduğundan daha çox vacibdir.

    Sonra Türkiyə Maarif Vəqfinin Kot-d’İvuar Respublikasındakı məktəbinin şagirdləri müxtəlif dillərdə mahnılar oxudular.










  • Ракетные войска Азербайджана провели учения боевой готовности

    В соответствии с планом подготовки на текущий год, тактические ракетные подразделения ракетно-артиллерийских войск азербайджанской армии провели учения по боевой подготовке.

    Об этом сообщает Министерство обороны Азербайджана.

    Согласно плану, на местности были выполнены действия по развертыванию, занятию стартовых позиций и приведению техники в боевую готовность. Личный состав подразделений продемонстрировал высокий профессионализм и успешно выполнил поставленные задачи в ходе учений, проводимых с целью повышения уровня боевой подготовки.

  • Raket və Artilleriya Qoşunları bölmələri ilə döyüş hazırlığı məşğələsi keçirilib

    Cari ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının taktiki raket bölmələri ilə döyüş hazırlığı məşğələsi keçirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Plana uyğun olaraq ərazidə açılma, start mövqelərinin tutulması və texnikaların döyüşə hazır vəziyyətə gətirilməsi üzrə fəaliyyətlər icra olunub.

    Bölmələrinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilən məşğələdə şəxsi heyət yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.

  • Prezident nəvələri ilə idman zalında – FOTO

    Prezident İlham Əliyev nəvələri Mikayıl və Əli Ağalarov ilə Türkiyənin Antalya şəhərindəki idman zallarının birində məşq edib. Bununla bağlı Mikayıl və Əli öz “Instagram” hesablarında paylayım ediblər.

    “Antalyada baba ilə tam bədən məşqi!”, – deyə onlar paylaşımı qeyd ediblər.


  • Allahverdi Mirzəyevin qatili yüngül cəza almaq üçün 28 min manat pul verib: DƏLƏDUZLUQ İŞİ

    Bakıda kriminal aləmə yaxınlığı ilə tanınan Allahverdi Mirzəyevi güllələyərək öldürdüyünə görə həbs edilmiş Taryel Qurbanovun ailəsi dələduzluqla üzləşib.

    Median.Az “Qafqazinfo”a istinadla xəbər verir ki, qəsdən adam öldürmədə təqsirli bilinərək 11 il 6 ay həbs cəzası alan Taryelin ailəsini aldadaraq 28 min manat alıblar.

    Belə ki, 1961-ci il təvəllüdlü Faiq Şirinov Zakir adlı tanışı vasitəsilə T.Qurbanovun atası Almaz Qurbanova oğluna yüngül cəza verdirəcəyini bildirib və bunun qarşılığında 28 min pul alıb. Lakin bir müddət sonra Faiqin daha əvvəllər də dələduzluq əməlinə görə tutulması, bu işi də həll etməyərək pulları ələ keçirməsi məlum olub.

    Dələduzluq faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 178.2.4-cü (Xeyli miqdarda ziyan vurmaqla dələduzluq əməli törətmə) maddəsi ilə iş açılıb. T.Qurbanovun atasından pulu alaraq Faiqə verən Zakir adlı şəxs dəymiş zərəri ödəyib. Lakin Faiq Zakirdən aldığı pulları geri qaytarmayıb.

    Cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə 54 yaşlı Faiqə 2 il 2 ay həbs cəzası verilib.

    Qeyd edək ki, T. Qurbanov bacısının əri 43 yaşlı Allahverdi Mirzəyevi onun həyətində çənəsindən atəş açaraq qətlə yetirib. Hadisənin ailə münaqişəsi zəminində törədilməsi məlum olub.

  • В Шамахы произошло землетрясение

    Землетрясение магнитудой 3.4 зафиксировано в Шамахинском районе, в 24 км к югу от станции Пиргулу.

    Об этом сообщили Бюро по исследованию землетрясений при Республиканском центре сейсмологической службы.

    Толчки ощущались силой 3 балла. Очаг стихии залегал на глубине 12 км.

  • Şamaxıda zəlzələ olub

    Pirqulu stansiyasından 24 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

    Maqnitudası 3.4 olan təkanların dərinliyi 12 km olub.