Month: April 2025

  • Набравшая 300 баллов абитуриентка рассказала, где хочет продолжить обучение

    Ученица средней школы №272 города Баку Сона Нурмамедли показала высокий результат на выпускном экзамене, набрав максимальные 300 баллов.

    В интервью АЗЕРТАДЖ девушка поделилась, что за ее успехом стоит ежедневная кропотливая работа и целеустремленность.

    “Я училась днем и ночью, усердно готовилась. Сегодня я вижу результат этих стараний, и это приносит мне радость”, – отметила школьница.

    По ее словам, она одинаково подходила к изучению всех предметов и не сталкивалась с трудностями в подготовке.

    “Сложных предметов для меня не было. Я каждый день посещала уроки, и знания, полученные в школе, сыграли важную роль”, – подчеркнула абитуриент.

    Говоря о своих планах, она сообщила, что хочет продолжить обучение в Азербайджанском медицинском университете (АМУ).

    Напомним, 2 марта были проведены выпускные экзамены на уровне полного (11-летнего) среднего образования. Максимальный результат показали 23 учащихся.

  • Buraxılış imtahanında 300 bal toplayan şagird seçəcəyi universiteti AÇIQLADI

    Bakı şəhəri 272 nömrəli tam orta məktəbin şagirdi Sona Nurməmmədli buraxılış imtahanında 300 bal toplayaraq nümunəvi nəticə göstərib.

    Təəssüratlarını AZƏRTAC-la bölüşən Sona deyir ki, bu uğurun arxasında yorulmadan, fasiləsiz çalışmaq və məqsədə sadiqlik dayanır: “Gecə-gündüz yatmırdım, oxuyurdum. Əzmlə çalışırdım və bu gün bu əziyyətimin nəticəsini görmək məni çox sevindirir”.

    Məktəbli qeyd edib ki, bütün fənlərə bərabər yanaşıb, çətinlik çəkmədən hazırlaşıb: “Mənim üçün çətin fənn olmayıb. Dərslərə hər gün gedirdim, məktəbdə verilən biliklər mənə çox kömək etdi”.

    Gələcək planlarından danışan Sona Azərbaycan Tibb Universitetini (ATU) seçmək fikrində olduğunu deyib.

    Xatırladaq ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 2-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 23 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

  • Оформление кредита без вашего ведома: как действует новая схема мошенников – ВИДЕО

    В последнее время в Азербайджане зафиксирован рост числа случаев хищения денежных средств с банковских карт посредством телефонных и видеозвонков.

    Как сообщает Baku TV, злоумышленники используют различные предлоги, чтобы ввести жертву в заблуждение и получить доступ к ее данным. Однако цель у них всегда одна – завладеть деньгами.

    По словам специалиста по информационным технологиям Рашада Алиева, в некоторых случаях мошенники применяют видеозвонки для проведения биометрической идентификации.

    “С помощью биометрических данных можно пройти регистрацию в системе SİMA от имени гражданина и затем проводить транзакции от его имени”, – отметил эксперт.

    Согласно данным МВД, посредством различных кибермошенничеств с банковских карт граждан было похищено порядка 40 000 манатов и 595 долларов США.

    При этом ущерб может быть гораздо больше: на имя жертв могут оформляться даже крупные банковские кредиты.

    В Центробанке заявили, что в подобных ситуациях банки могут передать дело в суд, где оно будет рассмотрено в рамках действующего законодательства.

    Подробнее – в сюжете Baku TV:

  • Yeni DƏLƏDUZLUQ: Xəbəriniz olmadan adınıza necə kredit götürürlər? – VİDEO

    Son dövrlərdə telefonla edilən zənglər vasitəsilə bank kartlarından pul oğurlayan dələduzların sayı çoxalmaqdadır.

    Bəhanələr müxtəlif olsa da, səbəb birdir: insanları aldadaraq kartlarındakı pulu mənimsəmək.

    İT mütəxəssisi Rəşad Əliyev son zamanlar edilən fişinq hücumlardan danışarkən bildirib ki, əgər videozəng edilibsə, bu, artıq biometrik tanıtımdır:

    “Dələduzlar biometrik tanıtımda vətəndaşın adına yaradılan SİMA-dan qeydiyyatdan keçib digər əməliyyatları apara bilərlər”.

    Həmçinin ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsulla 40 min manata yaxın və 595 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

    Məsələ bununla da bitmir. Hələ sizin adınıza yüksək məbləğdə kredit də götürülə bilər. Maraqlıdır, saxta kredit kimi rəsmiləşdirilən vəsait necə geri qaytarılır?

    Mərkəzi Bankdan bildirilib ki, bankdaxili qaydalara görə, geri ödəniş prosesi ilə qanunvericiliyə uyğun olaraq məsələyə məhkəmə qaydasında baxıla bilər.

    Ətraflı Baku TV-nin süjetində:

  • Жители Баку рассказали, почему берут кредиты – ВИДЕО

    В Азербайджане кредиты стали неотъемлемой частью повседневной жизни для значительного числа граждан.

    Как передает Median.Az со ссылкой на Baku TV, растущее число проблемных займов свидетельствует о сложностях в управлении личными финансами.

    Съемочная группа телеканала провела опрос среди жителей столицы, чтобы выяснить причины роста кредитной нагрузки.

    Мнения участников были разными. Так, некоторые утверждают, что умеют грамотно распоряжаться семейным бюджетом и избегают долгов. Другие же признают, что вынуждены обращаться за займами из-за роста цен и недостаточного уровня доходов.

    Среди главных причин кредитной зависимости опрошенные назвали несоответствие заработных плат стоимости жизни и невозможность накоплений.

    Подробнее – в видео:

  • Əhali niyə kreditlərə möhtac qalır? – “Gəlirim azdır, borcum çox” (VİDEO)

    Hazırkı dövrdə Azərbaycan əhalisinin böyük bir hissəsi kreditlərdən istifadə edir.

    Mövcud məlumatlara əsasən, problemli kreditlərin sayı artmaqdadır. Bu isə onu göstərir ki, insanlar gəlirləri ilə xərclərini düzgün idarə edə bilmirlər.

    Baku TV mövzu ilə əlaqədar paytaxt sakinləri arasında sorğu keçirib.

    Sakinlər “Ailə büdcəmi idarə edə bilirəm, kreditim yoxdur”, “Qiymətlər süni şəkildə o qədər qaldırılıb ki, maaş xərcləri ödəməyə çatmır”, “Gəlirim azdır, xərclərimi ödəyə bilmirəm” kimi fikirlər səsləndiriblər.

  • Hərbi xidmətdən ezamiyyətə gələn gizir tanışını döyüb öldürdü

    Abşeron rayonunda 40 yaşlı dostunu qətlə yetirməkdə ittiham olunan 1991-ci il təvəllüdlü Sərxan Əliyevin məhkəməsi başa çatıb.

    Median.Az Demokrat.az-a istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki penitensiar müəssisəsində ədliyyə kiçik giziri hərbi rütbəsində xidmət etdiyi müddətdə, 12 sentyabr 2022-ci ildən etibarən Penitensiar Xidmətin Bakı şəhəri ərazisində yerləşən mühafizə alayında ezamiyyətdə olub.

    O, iş vaxtından sonra, 26 aprel 2024-cü ildə, gecə saat 23 radələrində yaşadığı Abşeron rayonunun Məmmədli kəndində, Hüseyn Rəhmanov küçəsində yerləşən “Xəngəlabad” kafesində tanışı Zaur Seyfullayev ilə birlikdə spirtli içki qəbul edib.

    Daha sonra Sərxan Zaurun onun ünvanına nalayiq ifadələr deməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zaurun üzünə bir yumruq zərbəsi vurub. Orada olan şəxslər onları ayıraraq mübahisənin davam etməməsi üçün Zaur Seyfullayevi kafedən çölə çıxararaq yaşadığı evə yola salıblar.

    Bir qədər sonra, yəni aprelin 27-də, gecə saat 01:10-da Sərxan digər tanışı ilə birgə Abşeron rayonu, Məmmədli kəndi, Çingiz Mustafayev küçəsi ilə evlərinə gedərkən Zaurla rastlaşıb.

    Bu zaman onların arasında mübahisə yaranıb. Yaranmış mübahisə zamanı Zaur Sərxana ünvanlanmış şəkildə “mənə nəyi yedizdirəcəksən” deyə soruşub, onun ünvanına nalayiq ifadələr işlədərək sağ əli ilə ona yumruq vurmaq istəyib.

    Lakin Sərxan zərbədən yayınaraq geriyə doğru çəkilib və bu səbəbdən Zaur Seyfullayev müvazinətini itirərək yerə yıxılıb.

    Daha sonra Sərxan yerdə olan Zaur Seyfullayevin başına yumruq vurmağa başlayıb. Zaur sərxoş olduğu üçün Sərxana fiziki müqavimət göstərmək iqtidarında olmayıb.

    Buna baxmayaraq o, Sərxanın və ailə üzvlərinin ünvanına durmadan ağır söyüşlər söyməyə davam edib. Beləliklə onlar bir-birilərinə qarşı zor tətbiq edərək dava etməyə başlayıblar. Təxminən 30-35 dəqiqə ərzində müxtəlif vaxt aralıqları ilə dava etdikləri zaman Sərxan Zaur Seyfullayevin bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vurub.

    Bütün bunlara baxmayaraq, Zaur Seyfullayev yenə də Sərxana qarşı söyüşlər söyməyə davam edib. Sərxan isə bundan daha da qəzəblənib və Zaur Seyfullayevə çoxsaylı bədən xəsarətləri yetirməsindən kifayətlənməyib. Onun sərxoş halda yerdə uzanmış vəziyyətdə olmaqla fiziki olaraq müqavimət göstərmək imkanını qismən itirməsindən istifadə edərək onu boğmaqla öldürmək qərarına gəlib. Sərxan öz cinayətkar hərəkətlərini davam etdirməklə köməksiz vəziyyətdə olan Zaurun boğazından hər iki əli ilə sıxıb, onun nəfəs ala bilməməsi üçün bir neçə dəqiqə həmin vəziyyətdə saxlamaqla boğub. Bunun nəticəsində Zaur ölüb.

    İstintaq orqanı tərəfindən Sərxan Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham elan edilib.

    Bakı Hərbi Məhkəməsinin hökmü ilə Sərxan Əliyev 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

    Hökmdən narazı qalan təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayəti veriblər. Vəkil müdafiə etdiyi şəxsin əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin olunması barədə qərar qəbul edilməsini istəyib.

    Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə onların verdiyi şikayət təmin olunmayıb, Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

  • В Гёранбое бродячие собаки напали на 12-летнюю девочку

    В Гёранбойском районе бродячие собаки напали на 12-летнюю девочку.

    Об этом сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    Согласно информации, 11 апреля в 15:30 в Гёранбойскую центральную районную больницу была доставлена девочка (2013 г.р.), у пострадавшей диагностировали колотую рану стопы.

    После оказания необходимой медицинской помощи пациентка была выписана домой на амбулаторное лечение.

  • Goranboyda 12 yaşlı qıza küçə itləri HÜCUM ETDİ

    Goranboyda 12 yaşlı qız küçə itlərinin hücumuna məruz qalıb.

    Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

    Bildirilib ki, aprelin 11-də, saat 15:30-da 2013-cü il təvəllüdlü şəxs (qadın cinsli) it dişləməsi səbəbi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

    Ona ayaq pəncəsinin deşilmiş yarası diaqnozu təyin edilib.

    Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

  • İranla sərhəddə atışma: Qaçaqmalçılardan biri zərərsizlədirilib – FOTO

    Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

    Aprel ayının 8-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən üç nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.

    Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıblar.

    Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun silah tətbiq edilərək cavab atəşi ilə atəş açan sərhəd pozucusu hadisə yerində zərərsizləşdirilib, biri saxlanılıb, digər qaçaqmalçı isə havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə, İİR ərazisinə qaçmağa nail olub.

    Əraziyə baxış keçirilərkən “Vinçester” tipli tüfəng, gecəgörmə cihazı, patron gilizləri və üç ədəd böyük bağlamada ümumi çəkisi 32 kiloqram 400 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

    Baş vermiş hadisə barədə İran tərəfi sərhəd nümayəndəliyi xətti ilə məlumatlandırılıb.

    Fakt üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.