Month: April 2025

  • Milli Məclisdə Cahangir Novruzovun ölkəyə qayıtması təklifi səsləndirilib

    Milli Məclisdə Əməkdar incəsənət xadimi Cahangir Novruzovun ölkəyə qayıtması təklif edilib.

    Bu təkliflə Milli Məclisin deputatı Səyyad Aran parlamentin bugünkü plenar iclasında çıxış edib.

    O, buna səbəb kimi hazırda Azərbaycanda teatr sahəsində dava-dalaşları göstərib:

    “Görün, incəsənət icması nə vəziyyətdədir? Ona görə də Cahangir Novruzovu ölkəyə dəvət etmək lazımdır. Mən çox arzulayardım ki, müvafiq qurumlar onunla danışıb ölkəyə dəvət etsinlər”.
    //oxu.az

  • Проводится суд над армянами, обвиняемыми в военных преступлениях

    Проводится судебное заседание по уголовному делу лиц армянского происхождения, обвиняемых в совершении военных преступлений.

    Процесс проходит в Бакинском судебном комплексе под председательством судьи Бакинского военного суда Зейнала Агаева.

    Напомним, что обвинения выдвинуты в отношении 15 человек – Аркадия Гукасяна, Араика Арутюняна, Бако Саакяна, Давида Ишханяна, Давида Бабаяна, Левы Мнацаканяна, Давита Манукяна, Гарика Мартиросяна, Меликсета Пашаяна, Давита Аллахвердяна, Гургена Степаняна, Левона Балаяна, Мадата Бабаяна, Василия Бегларяна и Эрика Газаряна. В соответствии с периодами участия в преступном сообществе, подсудимые обвиняются по следующим статьям Уголовного кодекса АР: 100 (планирование и ведение агрессивной войны), 102 (нападение на лиц или организации, пользующиеся международной защитой), 103 (геноцид), 105 (истребление населения), 106 (рабство), 107 (депортация или принудительное переселение населения), 109 (преследование), 110 (насильственное удерживание человека), 112 (лишение свободы в нарушение норм международного права), 113 (пытки), 114 (наемничество), 115 (нарушение законов и обычаев войны), 116 (нарушение норм международного гуманитарного права во время вооруженных конфликтов), 118 (военный грабеж), 214 (терроризм), 214-1 (финансирование терроризма), 218 (создание преступного сообщества (организации)), 228 (незаконные приобретение, передача, сбыт, хранение, перевозка или ношение оружия, комплектующих деталей к нему, боеприпасов, взрывчатых веществ и взрывных устройств), 270-1 (угрозы безопасности авиации), 278 (насильственный захват власти или насильственное удержание власти, насильственное изменение конституционного строя государства), 279 (создание не предусмотренных законодательством вооруженных формирований или групп).

  • Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

    Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

    Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.

    Xatırladaq ki, ötən prosesdə təqsirləndirilən şəxslər epizodlar üzrə prokurorların suallarına cavab verib.

    Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

    Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • Гурбан Гурбанов не принял участие в отчетной конференции АФФА

    Главный тренер клуба “Карабах” Гурбан Гурбанов не принял участие в отчетной конференции Ассоциации футбольных федераций Азербайджана (АФФА).

    Причина отсутствия опытного специалиста на заседании неизвестна.

    Отметим, что это не первый подобный случай.

    Гурбан Гурбанов также не присутствовал на открытии академии в Товузе и на заседании Исполнительного комитета АФФА в предыдущие дни.

  • Qurban Qurbanov AFFA-nın hesabat konfransına qatılmadı

    Qurban Qurbanov AFFA-nın hesabat konfransına qatılmayıb.

    Təcrübəli mütəxəssisin iclasda olmamasının səbəbi bəlli deyil.

    Qeyd edək ki, bu, ilk belə hal deyil.

    Qurban Qurbanov ötən günlərdə Tovuzda akademiyanın açılışına və AFFA İcraiyyə Komitəsinin iclasına da qatılmamışdı.

  • В Баку полиция задержала “гадалок” из TikTok

    В Баку полиция задержала двух мошенниц, которые обманывали доверчивых граждан через социальные сети под видом “гадания” и “предсказаний”.

    Об этом сообщает Median.Az со ссылкой на информацию, предоставленную Министерством внутренних дел Азербайджана.

    Правоохранительные органы пристально следят за жалобами граждан, поступающими в связи с обманом и присвоением денежных средств людей мошенниками, которые рекламируют свои “услуги” в соцсетях под видом “гадалок”, “ясновидящих” и прочих “магов”.

    Очередной жертвой аферисток стал житель столицы, который решил погадать и обратился на одну из страниц в TikTok, предлагающей подобные услуги. В ответ ему написали, запросив контактный номер. Две женщины, общаясь с ним по телефону, наобещали золотые горы и потребовали 500 манатов. Доверчивый мужчина перевел требуемую сумму на указанный счет, после чего номер оказался недоступен, а страница – заблокирована. Поняв, что стал жертвой мошенничества, пострадавший обратился в полицию.

    В результате оперативных действий сотрудников 32-го отделения полиции Сураханского РУП были задержаны 46-летняя Г.Мирзоева и 24-летняя А.Аббасова, промышлявшие мошенничеством под видом гадания.

    По данному факту ведется расследование.

  • “TikTok”da fala baxmaqla vətəndaşlara qarşı dələduzluq edən şəxslər saxlanıldılar

    Sosial şəbəkələrdə fala baxmaq adı altında dələduzluqda şübhəli bilinənlər saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, sosial şəbəkələrdə “falçılıq”, “baxıcılıq” və digər adlar altında paylaşımlarla vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı polis orqanlarına daxil olan müraciətlər diqqət mərkəzində saxlanılmaqla araşdırılır.

    Belə ki, paytaxt sakini olan bir kişi fala baxdırmaq üçün “TikTok” sosial şəbəkəsində bu barədə elan yerləşdirən səhifələrdən birinə müraciət edib. Ardınca həmin səhifədən ona cavab yazılaraq əlaqə nömrəsi istənilib. İki qadın onunla danışaraq yalan vəd verməklə 500 manat pul istəyiblər. Qarşı tərəfin istədiyi məbləği kart hesabına köçürdükdən sonra isə həmin nömrəyə zəng çatmayıb və səhifə bloklanıb. Zərərçəkən şəxs dələduzluqla üzləşdiyini anlayandan sonra polisə müraciət edib.

    Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində fala baxmaq adı altında dələduzluq edən 46 yaşlı G.Mirzəyeva və 24 yaşlı Ə.Abbasova saxlanılıblar.

    Faktla bağlı araşdırma aparılır.

    “Sosial şəbəkə istifadəçilərinə müraciət edərək bir daha bildiririk ki, bu tipli elanlarla rastlaşan zaman heç bir halda ödəniş etməsinlər və şəxsi məlumatlarını tanımadıqları şəxslərlə paylaşmasınlar”, – məlumatda qeyd edilir.

  • Antalyada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilir

    Bu dəqiqələrdə Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilir.

    Median.Az xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • С банковских карт граждан Азербайджана за сутки украдено почти 25 000 манатов

    Кибермошенники за минувшие сутки похитили с банковских карт граждан Азербайджана 24 864 маната.

    Об этом сообщили в МВД страны.

    По данным ведомства, 9 апреля с карт граждан были украдены суммы в размере от 100 до 15 650 манатов.

    В МВД призвали граждан быть бдительными, не раскрывать посторонним лицам данные своих банковских карт и игнорировать подозрительные звонки.

  • DİN: “Kiberüsullarla vətəndaşların 25 min manatı talanıb”

    Vətəndaşların bank kartlarından 24 864 manat kiberüsullarla oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir.

    “Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PIN kodu məxfi məlumatlardır. Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. Aprelin 10-da ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsullarla 15 650, 2 000, 1 400, 1 020, 1 000, 999, 995, 680, 470, 400, 150, 100 manat pul vəsaitləri bank kartlarından oğurlanıb”.

    Nazirlik bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir.

    “Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”, – deyə məlumatda qeyd edilir.